Məhkəmə qərarları › İş №2-1(103)-343/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-343/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-343/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “xəsarətin səbəb əlaqəsi barədə qərar verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-980/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanlarında xidmət etdiyi dövrdə Dağlıq Qarabağ və ətraf rayonlarda gedən döyüş əməliyyatlarında yaralandığı üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən xəsarətin səbəb əlaqəsi barədə qərar verməsi üçün həmin orqanın üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsi əsasında ilk cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi onun daxili işlər orqanlarında xidmət etdiyi dövrdə döyüş bölgəsində yaralanması ilə əlaqədar aldığı bu xəsarətin xidməti vəzifəsinin icrası ilə əlaqədar olması (xəsarətin səbəb əlaqəsi) haqqında müvafiq qərar verilməsindən xx.xx.2019-cu il tarixli, 02920275R-3219 saylı məktubu ilə imtina etmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci İl tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3-cü bəndinə əsaslanaraq bildirmişdir ki, bu qərar vətəndaşın xəsarət aldığı zaman xidmət keçirdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarılır. Arayışda xəsarətin alınma şəraiti, habelə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Onun tərəfindən belə arayış təqdim edilmədiyi üçün Tibb İdarəsi tərəfindən belə qərarın verilməsi imkan xaricindədir. Çox təəssüf ki, DİNnin Tibb İdarəsi həmin Əsasnamənin 7.4-cü bəndini nəzərə almır. Həmin bənddə göstərilirki, hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətbndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Əgər bu normaya diqqət yetirilsə, hərbi-həkim komissiyası «qərar çıxara bilər» deyil, məhz «çıxarır» göstərilmişdir. O, 1992-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi X6 (XTPD) polis nəfəri kimi xidmətə başlamışdır. Həmin dövrdə DİN-nin əməkdaşları respublikanın ərazi bütövlüyü uyğunda gedən döyüşlərə cəlb edilirdi. O da daxili işlər orqanlarında xidmət etdiyi dövrdə, 1992-ci ilin oktyabr ayından 1994-cü ilin avqust ayına kimi Dağlıq Qarabağ və ətraf rayonlarda gedən döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. Həmin əməliyyatların birində - Ağdərə istiqamətində gedən döyüşlərdə yaxınlığında mərmi partlaması nəticəsində yaralanmış, təcili surətdə Bakı şəhərinə gətirilmiş və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinə kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı şəhər Klinik Xəstəxanasında müalicə olunmuşdur. Ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi və başın təpə nahiyyəsinin çapılmış yarası (qəlpə) diqnozu qoyulmuşdur. Xəstəxanadan çıxdıqdan sonra yenidən döyüş bölgəsinə qayıtmış, Ağdam, Füzuli və digər rayonlar uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1996-cı ildə DİN-nin X7 Dəstəsinin buraxılması və hazırda belə qurumun fəaliyyət göstərməməsi ilə əlaqədar Tibbi İdarəsinin tələb etdiyi həmin arayışın alınması mümkün deyildir. Onun döyüş əməliyyatlarında iştirakı DİN-nin Baş Kadrlar İdarəsinin rəisi R.Abbasövun imzası ilə göndərilmiş xx.xx.2018-ci il tarixli, 0xx/xx-5175R-3218 saylı məktub (X7 Dəstəsinin komandirinin xx.xx.1992-ci il tarixli 49 nömrəli əmri ilə Ağdərə rayonunun yaşayış məntəqələrinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirakına görə pul ilə mükafatlandırılmağı) və DİN-nin əmri ilə xx.xx.2015-ci il tarixində “Müharibə Veteranı” vəsiqəsinin verilməsi ilə təsdiq olunur. DİNnin Tibbi İdarəsinin rəisi Mahmud Yusifovun imzası ilə 3 saylı şəhər Klinik Xəstəxanasına ünvanlanmış xx.xx.2019-cu tarixli, 029-1071-1219/4 saylı sorğuda onun xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinə həmin xəstəxanada müalicə olunub-olunmamağı və qoyulmuş diaqnoz barədə məlumat verilməsi istənilmişdir. 3 saylı Klinik Xəstəxananın verdiyi xx.xx.2019-cu il tarixli, 572 saylı cavab məktubunda bu sorğulara tam aydınlıq gətirilmişdir. Onun adına açılmış olan 2559 saylı xəstəlik tarixi saxlanılmadığı üçün məlumatın 2559 saylı tibbi karta əsasən verilməsi, onun göstərilən tarixlərdə həmin Xəstəxanada müalicə aldığı və diaqnozu (qapalı kəllə beyin travması, baş beyin silkələnməsi və başın təpə nahiyyəsinin çapılmış yarası (qəlpə) dəqiq göstərilmişdir. Tibb İdarəsi öz sorğusunda onun xəsarəti hansı şəraitdə aldığı barədə məlumat verilməsini istəməmişdir. İstəsəydi xəstəxana həmin xəsarətin Qarabağ uğrunda gedən döyüşlərdə aldığını göstərərdi. Çünki onun həmin Tibbi kartında xəstəxanaya Qarabağ uğrunda gedən döyüşlərdə xəsarət alaraq daxil olduğu qeyd edilmişdir. Onun cəbhə bölgələrində döyüşdüyü və yaralanmağı barədə sənədlər, o cümlədən ambulator, stasionar kartından çıxarış DİN-nin Tibb İdarəsinə təqdim edilsə də, bu sənədlər nəzərə alınmamış, Əsasnamənin 7.4-cü bəndinin tələblərinə əməl edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-980/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-980/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, Azərbaycan Respubliası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş 031375 nömrəli vəsiqənin surətinə əsasən X4 müharibə veteranıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli 029-20275R-3219 saylı məktubda qeyd edilir: Sizin döyüş bölgəsində yaralanmağınızla bağlı xəsarətin səbəb əlaqəsinin təyin edıiməsi üçün DİN rəhbərliyinə ünvanladığınız ərizə DİN Tibb İdarəsində araşdırılmışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3 maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında (xidməti rəy) arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə hərbi xidməti vəzifələrinin icrası ilə əlaqədar olubolmaması göstərilir. Yuxarıda göstərilənləri və Sizin xəsarətinizlə bağlı travma haqqında arayış (xidməti rəy) təqdim etmədiyinizdən xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması imkan xaricindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı Şəhər Kliniki Xəstəxanası tərəfindən Azərbaycan Respublikası DİN-in Tibb İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 572 saylı məktuba əsasən iddiaçının adına açılmış olan 2559 saylı xəstəlik tarixi saxlanılmadığı üçün ətraflı məlumat vermək qeyrimümkündür. Məlumat 2559 saylı tibbi kartaya əsasən verilir - X4, 20 yaş, Azərbaycanlı, OMON, daxil olub xx.xx.1992-ci il, evə yazılıb xx.xx.1992-ci il, diaqnoz qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın təpə nahiyəsinin çapılmış yarası (qəlpə). Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarılış əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı Şəhər Kliniki Xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 778 saylı məktuba əsasən iddiaçının 2-1(112)-980/2020 nömrəli xx.xx.2020 tarixli sorğunuza cavab olaraq bildirimişdlir ki, xəstə X2 adına açılmış olan xəstəlik tarixi saxlanılmadığı üçün ətraflı məlumat vermək qeyrimümkündür. Məlumat 2559 saylı tibbi kartaya əsasən verilir - X4, 20 yaş, Azərbaycanlı, OMON, daxil olub xx.xx.1992-ci il, evə yazılıb xx.xx.1992-ci il, diaqnoz - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın təpə nahiyəsinin çapılmış yarası (qəlpə). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2018-ci il tarixli 0xx/xx-5175R-3218 saylı məktubd qeyd edilir: Daxili işlər orqanlarında xidmət etdiyiniz dövrdə Dağlıq Qarabağ və ətraf rayonlarda gedən döyüş əməliyyatlarında iştirakınıza görə mükafatlandırılmanız ilə əlaqədar sizə məlumat verilməsi barədə DİN-in Baş Kadrlar İdarəsinə daxil olmuş müraciətinizə baxılmışdır.Bildiririk ki, DİN-in keçmiş X7 Dəstəsinin xx.xx.1992-ci il tarixli 49 nömrəli əmri ilə Ağdərə rayonunun yaşayış məntəqələrinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirakınıza görə 7000 (yeddi min) manat məbləğində pul ilə mükafatlandırılmısınız. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 238-1704-1220 saylı məktubda qeyd edilir: Sizin xx.xx.2020-ci il tarixli 2-1(112)-980/2020 nömrəli məktubunuza cavab olaraq DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının rəhbərliyi bildirir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Hospitalda stasionar müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli 029-4643-1219/4 saylı məktubda qeyd edilir: İddiaçı təqdim etdiyi sənədlər araşdırılarkən xidməti təhqiqat materialları (xidməti rəy, travma haqqında arayış) aşkar edilməmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3 maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında (xidməti rəy) arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə hərbi xidməti vəzifələrinin icrası ilə əlaqədar olubolmaması göstərilir. Yuxarıda göstərilənləri və İddiaçı xəsarəti ilə bağlı xidməti təhqiqat materialları (travma haqqında arayış, xidməti rəy) təqdim etmədiyindən xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 1.1, 1.2, 1.8, 7.1, 7.3, 7.4-cü maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçı döyüş bölgəsində yaralanması ilə bağlı xəsarətin səbəb əlaqəsinin təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin iddiaçının xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında arayış təqdim edilmədiyinə görə xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mümkün olmamışdır və imtina cavabı verilmişdir. İddiaçı aldığı xəsarətlə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunduğunu və həmin sənədlər əsasında cavabdeh tərəfindən xəsarətin səbəb əlaqəsi barədə qərar qəbul edilməsini tələb edir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, qeyd olunan xəstəxanada iddiaçının adına açılmış olan xəstəlik tarixi saxlanılmadığı üçün ətraflı məlumat verilməsi mümkün olmamışdır, məlumat yalnız tibbi kartaya əsasən verilmişdir, həmin məlumatlarla isə xəsarətin alınma şəraiti, habelə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması müəyyən edilmir. Travma haqqında arayışda isə xəsarətin alınma şəraiti, habelə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olubolmaması göstərilir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında arayış aşkar edilməmişdir. Xəsarətin səbəb əlaqəsi haqqında qərar isə qeyd olunan arayışa uyğun olaraq çıxarılır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-980/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar