Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3435/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4071/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, **********3 əmrinin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli “Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 dekabr 2019-cu il tarixli, **********5 nömrəli əmrinə dəyişiklik edilməsi haqqında” əmri ilə yuxarıda sözügedən əmrə 3.1-ci və 4.1-ci və 5.1-ci yarımbəndlər əlavə edilmişdir. 17 dekabr 2019-cu il tarixli, **********5 nömrəli əmrə dəyişiklik adı altında əlavə edilmiş 3.1-ci yarımbənddə göstərilmişdir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 4 saylı region üzrə X2 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə 17 dekabr 2019-cu il tarixdən xitam verilsin.” Həmin əmrə dəyişiklik adı altında əlavə edilmiş 4.1-ci yarımbənddə isə göstərilmişdir ki, “Əmək müqaviləsinə xitam verilmiş İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətində kadr kimi saxlanılsın və bu barədə məlumat Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilsin”. Yuxarıda istinad edilən xx.xx.2022-ci il tarixli əmrin 5.1-ci bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş İddiaçı orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi təmin edilsin.” Göründüyü kimi xx.xx.2022-ci il tarixli əmrlə Nazirliyin xx.xx.2019-cu il tarixli əmrinə dəyişiklik edilməsi adı altında əlavə olunmuş yarımbəndlərlə faktiki olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əvvəlki tarixdən, yəni 17 dekabr 2019-cu ildən xitam verilmişdir. xx.xx.2022ci il tarixli əmrlə dəyişiklik etmək adı altında 3.1-ci, 4.1-ci və 5.1-ci yarımbəndlər əlavə edilmiş 17 dekabr 2019-cu il tarixli, **********5 nömrəli əmr Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi barədə olmuşdur. İddiaçı barəsində qəbul olunmuş əmrin surəti müvafiq müraciəti əsasında cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə ona rəsmi qaydada təqdim olunmuşdur. İddiaçı 02 mart 2015-ci il tarixdən yuxarıda sözügedən Nazirliyin müvafiq strukturunda Baş məsləhətçi Baş əmək müfəttişi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 13 iyun 2019-cu il tarixli, ********** nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-247/2022 saylı qərarından görünür ki, iddia tələbi təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçı barəsində olan 13 iyun 2019-cu il tarixli, ********** nömrəli əmrin ləğv edilməsi qərara alınmışdır. Bundan sonra, Nazirlik tərəfindən məhkəmə qərarının icrası qaydasında, Nazirin verdiyi xx.xx.2022-ci il tarixli **********4 №-li əmrilə 13 iyun 2019-cu il tarixli, ********** nömrəli əmrin ləğv edilməsi təmin edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli “məhkəmə qərarının icrası vəziyyəti barədə” məktubla Bakı İnzibati Məhkəməsinə müvafiq məlumat da verilmişdir. Yuxarıda sözügedən məhkəmə aktları əsasında iddiaçının işdən azad edilməsi barədə 13 iyun 2019-cu il tarixli əmrin ləğv edilməsi qərara alındıqdan və həmin qərar cavabdeh orqan tərəfindən 17 avqust 2022-ci il tarixli əmrlə təmin edildikdən sonra, əvvəlki vəzifəsinə bərpa olunmalı olduğu halda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yuxarıda göstərilən xx.xx.2022-ci il tarixli əmrin verildiyi gündən 2 gün sonra, mübahisələndirilən əmr verilmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, 4 saylı region üzrə X8 ləğv edildiyindən iddiaçının adı Nazirliyin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli əmri ilə 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmrinə əlavə edilmişdir. “Dövlət qulluğu haqqında” Azerbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə (dövlət orqanı ləğv edildikdə dövlət qulluğuna xitam verilməsi) əsasən 17 dekabr 2019-cu iİ il tarixdə tutduğu vəzifədən azad edilmiş və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilmiş əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilmiş və son haqq-hesab aparılmışdır. İddiaçı 1985-1993-cü illərdə “mühəndis-fizik tədqiqatçı” ixtisası üzrə X1 Universitetində təhsil almışdır. Lakin onun diplomu qanunvericiliyə uyğun olaraq müvafiq qaydada təsdiq edilməmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, İddiaçı Nazirliyə dəvət edilərək Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsində görüş keçirilmiş və görüş zamanı ona orqanın ləğvi ilə əlaqədar vəzifəyə təyin edilməsi üçün təhsilinin uyğun olmadığı barədə müvafiq izahlar verilmiş və diplomunun müvafiq olaraq nostrifikasiya (kvalifıkasiya) olunaraq təqdim etməsi təklif olunmuşdur. Lakin bu günə qədər iddiaçı müvafiq sənədləri Nazirliyə təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4071/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi **********3 nömrəli 19 avqust 2022-ci il tarixli əmrin qəbulu üzrə inzibati icraatı marağına toxunulan şəxs kimi məlumatlandırılmamış və onu icraata cəlb etməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, 19 avqust 2022-ci il tarixli əmr yalnız onun barəsindədir, eləcə də bir neçə il əvvəl verilmişdir və tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş 13 iyun 2019-cu il tarixli əmrə əlavədir. Bununla da, cavabdeh inzibati orqan «İnzibati icraat haqqında» Qanunun 21.1, 21.2, 25.1-ci maddələrinin tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, həmin Qanunun 21.3-cü maddəsində göstərilənlər hazırkı işin halları ilə uzlaşmır. Cavabdeh inzibati orqanin **********3 nömrəli 19 avqust 2022-ci il tarixli əmrinin qəbulu məhkəmə qaydasında mübahisələndirilmiş və bu əmr ona aid hissədə ləğv olunmuş 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmrin hüquqi nəticələrinin aradan qaldırılmasına maneə yaratmışdır. Belə ki, inzibati orqan 19 avqust 2022-ci il tarixli əmrlə özünün 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə ona münasibətdə əlverişsiz vəziyyət yaradan müvafiq əlavəni etməklə, onu bir müddət əvvəl məhkəmə aktı ilə işə bərpa olunması nəticəsində “məcburi işburaxmaya görə” almalı olduğu pul vəsaitindən (əmək haqqı) də məhrum etmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanununun 67.3-cü maddəsində Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması ilə həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması təsbit olunmuşdur. Yuxarıda sadalanan xüsusatlarla yanaşı onu da xüsusilə qeyd etməyi zəruri hesab edir ki, onun hazırkı iddia tələbi ilə eyni əsaslarla Bakı İnzibati Məhkəməsinə müraciət etmiş X7 barəsində yuxarıda sözügedən məhkəmə (sədrlik edən hakim R.L.Kərimli) qəbul etdiyi xx.xx.2023-cü il tarixli, e-2-1(112)-4433/2023 nömrəli qərarı ilə Z.V.Hüseynovun iddia tələbini hazırkı apellyasiya şikayəti üzrə istinad etdiyi dəlillərə əsasən təmin etmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı əmrin ona aid hissədə ləğvi tələbi barədə iddia qaldırmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 160/2020 saylı 12 fevral 2020-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1181/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-85/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1263/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Nazirliyin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(101)- 247/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Nazirliyin kassasiya şikayəti təmin edilməmişdir. Qərarın icrasını təmin etmək məqsədilə Nazirliyin 17 avqust 2022-ci il tarixli **********4 nömrəli əmri ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 4 saylı region üzrə X3 işçilərinin tutduqları vəzifədən azad edilmələri haqqında” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3 nömrəli əmri ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə aşağıdakı yarımbəndlər əlavə edilmişdir: “3.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 4 saylı region üzrə X2 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə 17 dekabr 2019-cu il tarixdən xitam verilsin. 4.1. Əmək müqaviləsinə xitam verilmiş İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətində ehtiyat kadr kimi saxlanılsın və bu barədə məlumat Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilsin. 5.1 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş İddiaçı orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi təmin edilsin.” “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1. Dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: 21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”:
2. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (bundan sonra – Mərkəz) məlumat verməlidir.
3. Ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər.
6. Dövlət orqanı və ya onun bölmələri ləğv edilərək digər dövlət orqanlarının tərkibində yenidən təşkil qaydasında yaradıldıqda, əvvəllər həmin orqanda və ya onun bölmələrində qulluq keçmiş şəxslər müvafiq dövlət orqanlarında ayrılmış yeni ştat sayı həddində analoji vakant vəzifəyə təyin edilməlidirlər. Dövlət orqanının və ya onun bölmələrinin digər dövlət orqanlarının tərkibində yenidən təşkili ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin analoji vakant vəzifəyə təyinatı bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq aparılır və bu barədə Mərkəzə məlumat verilir.
8. Dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və bu barədə Mərkəzə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, vəzifəyə təyin edilməlidirlər və bu barədə Mərkəzə məlumat verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli 545 nömrəli qərarı ilə təsdiq edilmiş, “1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinciyeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”:
2. 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə vəzifə təlimatları (bundan sonra - vəzifə təlimatları) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi Ümumi Şərtlərə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) ilə razılaşdırmaqla, müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən qəbul edilir.
3. Ümumi Şərtlər “Təhsilə dair tələblər”, “İş stajına dair tələblər” və “Bilməlidir” hissələrindən ibarətdir.
4. “Təhsilə dair tələblər” hissəsində vəzifənin tutulması üçün zəruri olan ali təhsil müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının işdən azad edilməsinə dair xx.xx.2019-cu il tarixli əmrin məhkəmə qaydasında ləğv olunması, onun həmin tarixdən sonra digər əsasla işdən azad edilməsinin qarşısını almır. Çünki məhkəmə aktı məhz həmin əmrin qanuniliyinə hüquqi qiymət vermişdir. Ona görə də, iddiaçının 17 dekabr 2019-cu il tarixdən işdən azad edilməsnin qanuniliyi yoxlanılarkən, əgər xx.xx.2019-cu il tarixli əmr olmadığı halda, başqa sözlə iddiaçı vəzifəsində işin davam etdirmiş olduğu halda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsi ilə (dövlət orqanı ləğv edildikdə dövlət qulluğuna xitam verilməsi) vəzifəsindən azad edilməsinin qanuni olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi haqqında” 17 dekabr 2019-cu il tarixli **********7 nömrəli əmri ilə Xidmətin 1, 2, 3, 4, 5, 6 və 23 saylı regionlar üzrə X4 ləğv edilərək Xidmətin Bakı şəhər İdarəsi yaradılmışdır. İşin mübahisəsiz hallarındandır ki, İddiaçı 1985-1993-cü illərdə “mühəndis-fizik tədqiqatçı” ixtisası üzrə X1 Universitetində təhsil almışdır. Lakin onun diplomu qanunvericiliyə uyğun olaraq müvafiq qaydada təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2019-cu il tarixli əmrə dəyişiklik etməklə iddiaçını əvvəlki tarixdən vəzifəsindən azad etməsini formal-hüquqi baxımdan qanunidir. Belə ki, xx.xx.2019-cu il tarixli əmr qəbul edilərkən iddiaçının adı həmin qərarda ola da bilməzdi, çünki həmin vaxt xx.xx.2019-cu il tarixli əmr qüvvəsində idi. Məhkəmə tərəfindən həmin əmrin 2022-ci ildə ləğv edilməsi, retrospektiv (geri qüvvəli) aktın qəbulunu zəruri etmişdir. Bundan başqa, Azərbaycan Respublikası qanunvericiliyində inzibati icraat çərçivəsində mübahisə başlandığı əvvəlki dövrdən yaranmış münasibətləri özündə ehtiva edən retrospektiv (geri qüvvəli) həllini qadağan edən hər hansı norma mövcud deyil. Mübahisələndirilən əmrin qəbul edilməsi, cavabdeh inzibati orqan tərəfindən məhkəmə aktının icra edilməməsi kimi də başa düşülməməlidir. Çünki cavabdeh tərəfindən məhkəmə aktı icra edilmiş və nəticədə iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2019cu il tarixədək əvvəlki vəzifəsinə bərpa olunmuşdur. Hazırkı halda mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2017-ci il tarixli 545 nömrəli Qərarının tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, əmrin ləğv edilməsinə dair tələb əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iddia ərizəsində göstərilənlərlə tamamilə üst-üstə düşür. Bu səbəbdən də, kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır və qəbul edilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75, 81 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4071/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə