Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3436/2025 10.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi) "məhdudiyyətin götürülməsi" tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı anası X1 ##.##.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri Yasamal rayonu Inşaatçılar prospekti ** nömrəli evin ** nömrəli mənzilini satın almışdır. Həmin mənzilə X1 mülkiyyət hüququ ##.##.2005-ci ildə dövlət qeydiyyatına alınmış və ona qeydiyyat vəsiqəsi verilmişdir. X1 ##.##.2015-ci ildə vəfat etmişdir. Üçüncü şəxs ##.##.2015-ci il tarixli məktubuna əsasən göstərilən mənzilin üzərinə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhdudiyyət qoyulmuşdur. Həmin mənzillə bağlı ##.##.2020-ci ildə iddiaçı İddiaçı adına qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. İddiaçı göstərilən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə müraciət etmiş, lakin Ərazi Idarəsi bundan imtina etdiyinə görə İddiaçı müvafiq iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin *-*(***)-*****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir. Bundan sonra ##.##.2024-cü ildə göstərilən Bakı şəhəri Yasamal rayonu Inşaatçılar prospekti ** nömrəli evin ** nömrəli mənzilinə (yeni qaydalarla: AZ1073, Bakı şəhəri Yasamal rayonu Inşaatçılar prospekti 14, M12, m1) İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır. Daha sonra iddiaçı İddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə ərizə ilə müraciət edərək mənzilin üzərinə qoyumuş məhdudiyyətin götürülməsini xahiş etmiş, Ərazi Idarəsi isə ##.##.2025-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, mənzilin üzərinə Üçüncü şəxs məktubu əsasında məhdudiyyət qoyulmuş, lakin məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı müraciət Ərazi Idarəsinə daxil olmamışdır. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Inşaatçılar prospekti ** nömrəli evin ** nömrəli mənzilinin (yeni qaydalarla: AZ1073, Bakı şəhəri Yasamal rayonu Inşaatçılar prospekti 14, M12, m1) üzərindəki məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Iddiaçı öz tələbini belə əsaslandırmışdır ki, mənzil anasının mülkiyyətində olmuş, vərəsəlik yolu ilə ona keçmiş, çıxarış verilmişdir. Mənzili satmaq istəmiş, lakin məhdudiyyətin olduğu aşkar edilmişdir. Hesab edir ki, məhdudiyyət götürülməlidir. Cavabdeh iddianı qəbul etməmiş və etirazında imtina məktubunun dəlillərini təkrarlamışdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, hazırkı inzibati mübahisə əmlak üzərinə məhdudiyyətin qoyulması barədə Daxili Işlər Nazirliyinin, daha doğrusu, aidiyyəti istintaq orqanının məktubu əsasında əmlak üzərində qoyulmuş məhdudiyyətin cavabdeh inzibati orqan tərəfindən götürülməli olubolmaması ilə əlaqədardır. Iş materiallarından da göründüyü kimi Daxili Işlər Nazirliyi cavabdehə məktubla müraciət edərək Azərbaycan Beynəlxalq Bankının külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə əlaqədar istintaq edilən cinayət işi üzrə əmlak üzərində məhdudiyyətin qoyulmasını xahiş etmiş, həmin məhdudiyyət də cavabdeh inzibati orqan tərəfindən qoyulmuşdur. Əmlak üzərində məhdudiyyətin qoyulmasının qanuniliyinin qiymətləndirilməsi baxımından, həmin qanuniliyin cavabdeh inzibati orqan tərəfindən qoyulmasının və istintaq orqanı tərəfindən qoyulmasının qanuniliyinin ayrıca qiymətləndirilməsi zəruridir. Belə ki, istintaq orqanı tərəfindən əmlak üzərində məhdudiyyətin müəyyən edilməsinin qanuniliyi aidiyyəti məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qiymətləndirilir. Cinayət prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, istintaq orqanı tərəfindən məhkəmə qərarı olmadan da əmlak üzərində məhdudiyyətin qoyulması mümkündür ki, bu məhdudiyyət nəinki təqsirləndirilən şəxsin əmlakı, eləcə də digər şəxsə məxsus əmlak üzərində də qoyula bilər. Həmin həbsin qanuni olub-olmaması isə məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qiymətləndirilməlidir. Hazırkı işin faktiki hallarından isə görünür ki, iddiaçı cinayət işi üzrə qoyulmuş əmlak üzərində məhdudiyyətlə əlaqədar istintaq orqanının nəzərə alınmamasını, məhdudiyyətin məhz cavabdeh tərəfindən götürülməli olması qənaətindədir. Halbuki həmin halların yəni istintaq orqanı tərəfindən məhdudiyyətin düzgün qoyulub-qoyulmaması, cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş tələblərin gözlənilib-gözələnilməməsinin müəyyən edilməsinin inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması, eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Hazırkı iş üzrə isə məhkəmə yuxarıda qeyd olunan ümumi yurisdiksiyalı məhkəmələr üzrə xarakterik olan halların inzibati orqan tərəfindən araşdırılmamasının qanunsuz hesab etməsi inzibati orqanın səlahiyyətindən kənar hallara qiymət verməsinin gözlənilməsi ilə eynilik təşkil edir. Bu səbəbdəndir ki, əmlak üzərində məhdudiyyətin götürülməsi barədə məhkəmə və istintaq orqanının qəarının mövcudluğu inzibati icraatın düzgün aparılıb-aparılmamasına qiymət verilməsi əsası qismində çıxış edir. Təbii haldır ki, həmin qərarın mövcud olmasına baxmayaraq inzibati orqanın həmin qərarı nəzərə almaması inzibatı və ya inzibati məhkəmə mübahisəsinin yaranması əsası qismində çıxış etməklə cavabdehin qanunvericiliyin tələblərini pozması kimi dəyərləndirilə bilər. Həmin qərar yoxdursa, inzibati orqanın hər hansı qanunsuzluğundan söhbət gedə bilməz. Bu zaman, nəzərə alınmalıdır ki, istintaq orqanının həbslə bağlı qərar və ya məktubla cavabdehə müraciət etməsi də hər hansı əhəmiyyət daşımır. Belə ki, məhdudiyyətin məktub və ya qərar formasında olması, cinayət prosessual qanunvericilik baxımından qərarın müvafiq rekvizitlərdə olması və s kimi hallar istintaq orqanının istintaq olunan cinayət işi üzrə əmlak üzərində məhdudiyyətin qoyulmasına dair yazılı sənədinin ayrıca legitimliyinin cavabdeh tərəfindən yoxlanılması səlahiyyətini vermir. Həmin səlahiyyət məhkəmə nəzarətini həyata keçirən məhkəməyə məxsusdur ki, həmin səlahiyyət, həmçinin inzibati məhkəmə üçün də müəyyən edilmir. Belə ki, cinayət prosessual fəaliyyət üzrə inzibati orqanın hərəkət və hərəkətsizliyinin, eləcə də qərarlarının, məktublarının legitimliyini inzibati məhkəmə yoxlamalı deyil. Nə qədər ki məhkəmə məktubun qanuniliyinə qiymət verə bilmir, həmin məktubun nəzərə alınmamasının inzibati orqandan gözlənilməsi də istisna edilməlidir. Digər tərəfdən inzibati icraat üçün xarakterik olan məktubun qərar kimi qəbul edilə bilənliyi baxımından məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, qərarın rekvizitləri barədə konkret müddəalar inzibati icraat haqqında qanunda göstərilsə də, məktubun da inzibati akt xüsusiyyəti daşımalı olmasına münasibətdə müvafiq inzibati məhkəmə təcrübəsi mövcuddur. Belə ki, inzibati akt hər bir halda fərdi xarakter daşıyır və konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən şəxslərə ünvanlanır. Bu mənada doktrinada inzibati akt həm də fərdi hüquq tətbiqetmə aktı kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, inzibati akt dedikdə aktın təkcə qərar, sərəncam formasında olması imperativ qaydada nəzərdə tutulmamışdır. Sənədin inzibati akt hesab olunması üçün onun təkcə formasına deyil, ümumiyyətlə məzmununa nəzər yetirilməlidir. Inzibati akt məktub formasında da ola bilər. Bu səbəbdən istintaq orqanı tərəfindən məktub formasında qərarın qəbul edilməsi hazırkı halda istisna təşkil etmir. Hər bir halda, qərarın məktub formasında olması, qərarın olmaması və s. kimi hallar inzibati orqan və ya inzibati məhkəmə tərəfindən cinayət prosessual fəaliyyət üzrə qiymətləndirilə bilməz. Inzibati xətalara dair icraat üzrə də inzibati orqanların qəbul etdiyi qərar inzibati aktdır. Bunun oxşar mövqeyi kimi ictimai təhlükəlilik baxımından inzibati xətadan fərqlənən cinayət işləri üzrə cinayət prosessual qanunvericiliklə cinayət təqibini həyata keçirən orqan tərəfindən qəbul edilən qərarlar da inzibati akt hesab edilir. Lakin burada həmin inzibati akt inzibati icraat haqqında qanunvericiliklə yox, cinayət prosessual qanunvericiliklə qəbul edilir. Nə qədər ki cinayət prosessual qanunvericiliklə tənzimlənən qəbul edilən qərar, yəni inzibati akt üçün məktub formasında olmanı qadağan edən norma və ya Konstitusiya Məhkəməsinin mövqeyi yoxdur, həmin qadağanın nə inzibati orqan, nə də inzibati məhkəmə icraatı qaydasında baxan məhkəmə üçün müəyyən edilməli olması da istisna təşkil edir. Nəzərə alınmalıdır ki, həmin qadağanın olub-olmaması, ümumiyyətlə qəbul edilmiş qərarın və ya məktubun qanuniliyi məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən yoxlanılmalıdır ki, iddiaçı da həmin tələblə aidiyyəti orqana müraciət edə bilər. Lakin həmin tələblər gözlənilmədən verilmiş hazırkı iddianın təmini istisna edilir. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, sözügedən mənzil iddiaçının anası X1 ona miras qalmış, Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı əsasında mənzilə iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Iddiaçı 2024-cü ildə mənzili satmaq istədikdə notariat ofisində ona bildirilmişdir ki, həmin mənzil üzərində məhdudiyyət var. Cavabdeh sözügedən əmlak üzərində məhdudiyyətin saxlanmasını Daxili Işlər Nazirliyinin ## ###### 2015-ci il tarixli */***m nömrəli məktubu ilə əlaqələndirir. Həmin məktub cavabdehə ##.##.2015-ci ildə göndərilmiş, inzibati orqanın məktubu əsasında əmlak üzərində hər-hansı məhdudiyyətin qoyulması qanunda, CPM-nin 249-cu maddəsində nəzərdə tutulmamışdır. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Daxili Işlər Nazirliyinin ##.##.2015-ci il tarixli məktubunda göstərilir ki, Azərbaycan Beynəlxalq Bankının külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə əlaqədar istintaq edilən cinayət işi üzrə zərurət yarandığından təqdim edilmiş siyahıda adları qeyd olunan şəxslərə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlak barədə məlumatların təqdim olunması, eləcə də onların özgəninkiləşdirilməsinin dayandırılması üçün göstəriş verilməsini xahiş edir. Daxili Işlər Nazirliyinin cavabdehə ##.##.2015-ci il tarixli ünvanladığı məktuba əlavə etdiyi siyahıda X1 və İddiaçı da yazılmışdır. Göründüyü kimi, məktub Beynəlxalq Bankın istintaq işi ilə bağlı yazılmışdır. Istintaq işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş Idarəsində 2016-ci ildə başa çatmış və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi həmin cinayət işinə baxmış, ## ####### 2016-cı ildə hökm çıxarmışdır. Hökmdə İddiaçı, X1 barədə və eləcə də onların əmlakları barədə hər hansı bir qərar yoxdur. Məhkəmənin hökmü qanuni qüvvəyə minmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2016-ci il tarixli *****-***/** nömrəli hökmünün surəti məhkəməyə təqdim edilmişdir. Beləliklə, 2015-ci ildə DIN-nin məktubu əsasında sözügedən mənzil barəsindəki məhdudiyyət formal qalır və məhdudiyyətin hüquqi əsası yoxdur. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi hüquq varisi olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzrlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda, üçüncü şəxs Üçüncü şəxs hazırkı iş üzrə təyin edilmiş bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs apellyasiya şikayətinə yazılı münasibət bildirməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. IŞIN HALLARI: Iddiaçının hüquqi marağı və iddia tələbi ona məxsus olan mənzilin üzərinə cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətin götürülməsindən ibarətdir. Cavabdeh bildirir ki, o, həmin məhdudiyyəti Üçüncü şəxs ##.##.2015-ci il tarixli məktubu əsasında qoymuşdur. Işdə olan Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonu Inşaatçılar prospekti ev 14 mənzil 21 (yeni qaydalarla Inşaatçılar prospekti 14, M12, m1) ünvanda yerləşən yaşayış sahəsi üzərində məhdudiyyət inzibati işlə əlaqədar olaraq qoyulmamışdır. Işdə olan cavabdeh orqanın ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, göstərilən mənzilin üzərinə məhdudiyyət Daxili Işlər Nazirliyinin məktubu əsasında qoyulmuşdur. Işdə olan Üçüncü şəxs tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış ##.##.2015-ci il tarixli */***m nömrəli məktubundan görünür ki, Azərbaycan Beynəlxalq Bankının külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə əlaqədar istintaq edilən cinayət işi üzrə zərurət yarandığından təqdim edilmiş siyahıda adları qeyd olunan şəxslərə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlak barədə məlumatların təqdim olunması, eləcə də onların özgəninkiləşdirilməsinin dayandırılması xahiş edilmişdir. Həmin məktuba əlavə olunmuş siyahıda göstərilən şəxslərin arasında iddiaçı İddiaçı və onun mərhum anası X1 da adları vardır. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair Protokol (* saylı protokol): Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. ... "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.0.3. Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması ... 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ... Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ##.##.2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdehn Nizamnaməsi": DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi ... 157.4. Iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. ... Maddə 158. Müvəqqəti təminat tədbirlərinin növləri və həmin tədbirlərə riayət edilməməsinin nəticələri 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehəvə ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; ... Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 249. Əmlak üzərinə həbs qoyulmasının əsasları 249.1. Əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər. 249.2. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: 249.2.1. məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; 249.2.2. məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. ... 249.5. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2-177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. 249.6. Bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir. "Icra haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması 50.1. Icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddia tələbi əsaslıdır və birinci instansiya məhkəməsi iddianı rədd etməklə səhvə yol vermişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının əmlakı üzərinə məhdudiyyət DIN-in məktubuna əsasən qoyulmuşdur. Halbuki cinayət prosessual qanunvericiliyin tələblərindən görünür ki, cinayət işi ilə əlaqədar əmlak üzərinə həbs yalnız məhkəmənin qərarına əsasən, qanunvericilikdə nəzərdə tutulan təxirəsalınmaz hallarda isə müstəntiqin qərarına əsasən, həmçinin "Icra haqqında" Qanununa əsasən təxirəsalınmaz hallarda icra məmuru tərəfindən qoyula bilər. Eləcə də, Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilən 157.4-cü maddəsinə əsasən, qanunvericilikdə əmlak üzərinə həbs qoyulması da daxil olmaqla müvəqqəti təminat tədbirləri nəzərdə tutulmuşdur ki, bu tədbirlər də məhz məhkəmə aktı əsasında rəsmiləşdirilir. Iddiaçıya məxsus mənzil üzərinə həbs qoyulması barədə nə qanuni qüvvəyə minmiş məhkəmə qərarının, nə müstəntiqin, nə də icra məmurunun əsaslandırılmış qərarının mövcud olması müəyyən edilməmişdir. Digər tərəfdən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Iddiaçıya məxsus olan sözügedən mənzilə dair digər məhkəmə mübahisəsinin olması və həmin mübahisə əsasında dövlət reyestrində müvafiq qeydlərin aparılması öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin Daxili Işlər Nazirliyinin ##.##.2015-ci il tarixli məktubuna istinad etməklə, iddiaçının mülkiyyətində olan mənzilin üzərinə məhdudiyyət qoyması əsassız olmuşdur. Bundan başqa, "Cavabdehn Nizamnaməsi"nin yuxarıda sadalanan normalarının tələblərinə əsasən, cavabdehin daşınmaz əmlak üzərinə nəzarət və ya müvəqqəti nəzarət qoymaq kimi səlahiyyəti təsbit edilməmişdir. Kollegiya bunu da qeyd etməyi vacib sayır ki, eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2022-ci il tarixli və *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarlarında da ifadə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qərara gəldi ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilərək iddia təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul olunsun. Iddia təmin edilsin. Iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Inşaatçılar prospekti ** nömrəli evin ** nömrəli mənzilinin (yeni qaydalarla: AZ1073, Bakı şəhəri Yasamal rayonu Inşaatçılar prospekti 14, M12, m1) üzərində olan məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3436/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3436/2025
10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver