Məhkəmə qərarları › İş №2-1(103)-3439/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3439/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3439/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotunun Təşkili Baş İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «borca görə siyahıya alınmış əmlakın satılması») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5405/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli qəradan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh əmlakının siyahıya alınması qərara alınmışdır.

2. Əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, vergi ödəyicisi Cavabdeh əmlakı siyahıya alınmışdır.

3. Vergi orqanı tərəfindən tərtib olunmuş siyahıdan görünür ki, Cavabdeh əmlakı kimi “BMW X5 minik” markalı avtonəqliyyat vasitəsi siyahıya alınmışdır.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 3-13-16/2-1 17408/2024 saylı məktubunda qeyd olunmuşdur ki, həmin qurumun Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “BMW X5” markalı 10-ОХ-014 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən Cavabdeh adına qeydiyyatdadır (kompüter çıxarışı əlavə olunur).

5. Eyni zamanda həmin məktuba qoşma olaraq “BMW X 5” markalı 10-ОХ-014 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə Cavabdeh adına rəsmiləşdirilməsirıə əsas olmuş alqı-satqı müqaviləsinin, əlavə olaraq digər sənədlərin surəti, qeydiyyat hərəkətləri və etibarnamə verilmiş şəxslər barədə məlumatların 1 (bir) vərəqdən ibarət kompüter çıxarışı məhkəməyə təqdim edilmişdir. Həmin sənədə əsasən aydın olur ki, “BMW X5” markalı 10-ОХ-014 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh etibarnamə əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X4 qeyd olunan nəqliyyat vasitəsindən istifadə hüququ vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi Cavabdeh qarşı “siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 515,54 manat, Dövlət Sosial Müdafiə Fonduna 1.956,56 manat və İcbari Tibbi Sığorta Fonduna 296,5 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 70.000 manat məbləğində 2017-ci il buraxılış olan “BMW X5 minik” markalı (boz metallik rəngli, 5UXKR2C30H0W43314 kuzov nömrəli) **-OX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Eyni zamanda həmin qərardad ilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotunun Təşkili Baş İdarəsi kimi tanınmışdır.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yeriİnə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə Qərar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın qanunamüvafıq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir.

9. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5405/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən siyahıya alınmış əmlak ilkin olaraq cavabdehə məxsus olsa da, alqı-satqı müqaviləsi əsasında həmin avtonəqliyyat vasitəsi başqa şəxsin istifadəsinə verilmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5405/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Baş İdarə birinci instansiya məhkəməsinin mübahisəli qərarı ilə razılaşmır:Belə ki, məhkəmə 2-1(112)-5405/2024 nömrəli qərarında Baş İdarənin iddia tələbinin təmin edilməməsini DİN-nin Baş X8 İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubuna istinad etməklə “BMW X5 minik” markalı 10-ОХ-014 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən hazırda X3 istifadəsində olması ilə əsaslandırmağa çalışmışdır. Məhkəmənin əsas gətirdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 3-13- 16/2-1 17408/2024 saylı məktubunda açıq aydın qeyd olunmuşdur ki, həmin qurumun Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “BMW X5” markalı 10-ОХ-014 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən Cavabdeh adına qeydiyyatdadır (kompüter çıxarışı əlavə olunur).Eyni zamanda həmin məktuba qoşma olaraq “BMW X 5” markalı 10-ОХ-014 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə Cavabdeh adına rəsmiləşdirilməsirıə əsas olmuş alqı-satqı müqaviləsinin müqaviləsinin, əlavə olaraq digər sənədlərin surəti, qeydiyyat hərəkətləri və etibarnamə verilmiş şəxslər barədə məlumatların 1 (bir) vərəqdən ibarət kompüter çıxarışı məhkəməyə təqdim edilmişdir. Həmin sənədə əsasən aydın olur ki, “BMW X5” markalı 10-ОХ-014 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh etibarnamə əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X4 qeyd olunan nəqliyyat vasitəsindən istifadə hüququ vermişdir. Göründüyü kimi həmin nəqliyyat vasitəsi X1 deyil, istifadəsindədir. Bundan başqa, iddia tələbi üzrə borc məbləğinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən cavabdehin aktiv bank hesabına - dövlət büdcəsinə 515,94 manat. Dövlət Sosial Müdafiə Fonduna 1956,60 manat və icbari Tibbi Sığorta Fonduna 296,50 manat borcunun alınmasına dair xx.xx.2023-cü il tarixli Sərəncamlar göndərilmişdir.Lakin qeyd olunan hesablaşma hesablarında pul vəsaitinin olmaması ilə əlaqədar alınmalı sərəncamın icrası təmin edilmədiyi üçün həmin sərəncam hələ də öz qüvvəsini saxlamaqdadır (Qeyd olunan Sərəncam şikayətə əlavə edilir). Diqqət уеtirilməli məqаm ondan ibarətdir ki, vergi оrqапının uçot-baza məlumаtlаrlпdа cavabdeh Hüseynov Мəпsim Ayaz оğluпuп hazırkı qərаr üzrе siyahlya alınmış əmlаkındап başqa sahibkarlıq fəaliyyətində istifadə еdilən digər əmlаk, tasarrüfat subyekti və уа avadanlıqlarln olmasr аşkаr edilmamişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

d) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: (23.1.8) qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; (23.1.15-1) hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. 24.1.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanının vəzifəsidir. 89.2-ci maddəsinə görə əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.4-cü maddəsinə görə vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri, bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair), hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər, istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər, inventarizasiya aparılmaqla digər əmlak. 89.10-cu maddəsinə görə siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 90.3-cü maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

17. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətində qərar bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam olaraq yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur.

22. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tətbiq edilən normaların təhlilindən görünür ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergilər, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqının ödənilməsi öhdəliyini Vergi Məcəlləsi ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar borc üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər.

23. İşin hallarından müəyyən olunur ki, Əmlakın siyahıya alınması haqqında xx.xx.2023cü il tarixli qəradan, xx.xx.2023-cü il tarixli protokoldan və Vergi orqanı tərəfindən tərtib olunmuş siyahıdan görünür ki, Cavabdeh vergi borcunun təmin olunması üçün əmlakı kimi “BMW X5 minik” markalı avtonəqliyyat vasitəsi siyahıya alınmışdır.

24. İddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 515,54 manat, Dövlət Sosial Müdafiə Fonduna 1.956,56 manat və İcbari Tibbi Sığorta Fonduna 296,5 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 70.000 manat məbləğində 2017-ci il buraxılış olan “BMW X5 minik” markalı (boz metallik rəngli, 5UXKR2C30H0W43314 kuzov nömrəli) **-OX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd olunması ilə bağlı qərarını DİN-nin Baş X8 İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubuna istinad etməklə əsaslandırarkən mövqeyi ondan ibarət olmuşdur ki, “BMW X5 minik” markalı 10-ОХ- 014 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi alqı-satqı müqaviləsinə əsasən hazırda X3 istifadəsindədir.

26. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq diqqətə çəkir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 3- 13-16/2-1 17408/2024 saylı məktubunda qeyd olunmuşdur ki, həmin qurumun Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “BMW X5” markalı 10-ОХ-014 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən Cavabdeh adına qeydiyyatdadır (kompüter çıxarışı əlavə olunur).

27. Eyni zamanda həmin məktuba qoşma olaraq “BMW X 5” markalı 10-ОХ-014 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə Cavabdeh adına rəsmiləşdirilməsirıə əsas olmuş alqı-satqı müqaviləsinin, əlavə olaraq digər sənədlərin surəti, qeydiyyat hərəkətləri və etibarnamə verilmiş şəxslər barədə məlumatların 1 (bir) vərəqdən ibarət kompüter çıxarışı məhkəməyə təqdim edilmişdir.

28. Həmin sənədə əsasən aydın olur ki, “BMW X5” markalı 10-ОХ-014 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh etibarnamə əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X4 qeyd olunan nəqliyyat vasitəsindən istifadə hüququ vermişdir.

29. Göründüyü kimi həmin nəqliyyat vasitəsi X1 deyil, istifadəsindədir.

30. Beləliklə, Cavabdeh vergi borcunun ödənilməsinin təmin olunması məqsədilə siyahıya alınmış “BMW X5” markalı 10-ОХ-014 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdən Cavabdeh adına qeydiyyatda olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.

31. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri kimi istinad olunan halları əsaslı hesab edir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5405/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli qərarı ləğv olunmalı, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5405/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli qərarı ləğv olunsun. İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 515,54 manat, Dövlət Sosial Müdafiə Fonduna 1.956,56 manat və İcbari Tibbi Sığorta Fonduna 296,5 manat məbləğində borcuna görə fərqləndirici əlaməti- qiyməti 70.000 manat məbləğində, 2017-ci il buraxılış olan “BMW X5 minik” markalı (boz metallik rəngli, 5UXKR2C30H0W43314 kuzov nömrəli) **-OX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar