Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3440/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X21 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının prosesual hüquqi varisi X6, iddiaçının prosesual hüquqi varisinin vəkili X1, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X12, onun nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs X13 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X14 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X16, X22 və X23) “torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-145/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qərarından üçüncü şəxs X23 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı X24 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 adına tərtib edilmiş Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsinin xx.xx.2013cü il tarixli, AN seriyalı 466757 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin xx.xx.1992-ci il tarixli, 162 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4594b saylı bağ sahəsi X14 istifadəsinə verilmişdir. Sözügedən bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı olaraq cavabdehə müraciət edilmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, 4594v saylı bağ sahəsinin yerinə uyğun gəlir. Həmçinin göstərilən əraziyə digər şəxsin müraciəti mövcuddur. Bu səbəbdən onun müraciətindən qanunsuz imtina edilmişdir. Bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olaraq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş məhkəmə icraatına daxil olduqdan sonra məhkəmə qərardadı ilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyi ilə məlum olmuşdur ki, cavabdeh tərəfindən təsdiq edilmiş 153 nömrəli BTK nəzdində Ləhiş bağ massivində yerləşən bağ sahələrinin yerləşmə sxeminə əsasən 153 nömrəli BTK nəzdində 4594b saylı bağ sahəsinin mövcud olmadığı müəyyən olunur. Bu səbəbdən X8 05 nömrəli order ilə ayrılmış 153 nömrəli BTK nəzdində olan 4594b nömrəli 0,12 hektar torpaq sahəsinin naturada yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, X7 adına tərtib edilmiş Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarilxi AN seriyalı 466757 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar X17 7 nömrəli order ilə ayrılmış 241 nömrəli BTK nəzdində olan 4594b nömrəli 0,12 hektar torpaq sahəsinin naturada mövcud olan koordinatlarının üstünə düşür. Göstərilən xüsusat iddiaçının mülkiyyət hüquqlarının realizəsinə mane olduğundan X7 adına tərtib edilmiş Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli AN seriyalı 466757 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi zərurəti vardır. Bakı şəhər İK-nin xx.xx.1990-cı il tarilxi 1/23 saylı qərarına əsasən 05 saylı orderlə X7 istifadəsinə verilmiş bağ sahəsinə dair tərtib edilmiş plan və ölçü texniki sənəd hesab olunsa da, həmin sənəddə olan koordinatlar hazırda Bakı Şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyinin xx.xx.1992-ci il tarilxi, 162 saylı qərarı ilə Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4594b saylı bağ sahəsi X14 istifadəsinə verilmiş torpaq sahəsinin naturada yerləşmə mövqeyinə görə koodinatları ilə üst-üstə düşür. Bu səbəbdən həmin plan və ölçü ləğv edilməli və Kubra Əliyevaya məxsus torpaq sahəsinin mövcud əsaslarla naturada yerləşmə yerinə görə koordinatları yenidən işlənilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Şəlalə Həsənova) 2-1(112)-3656/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, üçüncü şəxs X7 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X27 kitabında aparılmış xx.xx.2013-cü il tarixli 35305 nömrəli A №466757 seriyalı qeydiyyat qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi ləğv edilmişdir. Həmin qərardan iş üzrə tərəf olmayan X22 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1064/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X14 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X16) qarşı «torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iş üzrə tərəf olmayan X22 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçilər X22 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma barədə vəsatətləri təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3656/2022 nömrəli iş üzrə 31 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, X22 və X23 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə xx.xx.2024-cü il tarixdə ölmüş X24, hüquq varisi X18 ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-145/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, üçüncü şəxs X7 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X27 kitabında aparılmış xx.xx.2013-cü il tarixli 35305 nömrəli A №466757 seriyalı qeydiyyat qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi ləğv edilmişdir. Həmin qərardan üçüncü şəxs X23 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X24 məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 4594B saylı bağ sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini tələb etmişdir. Sözügedən bağ sahəsi 01 iyul 2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında ona satılmış və həmin bağ sahəsi üzərində hüquqları 08 iyul 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin Bakı İnzibati Məhkəməsində baxılan işdən nə onun, nə də həmin bağ sahəsini ona satan X13 xəbəri olmuşdur. Mübahisələndirilən bağ sahəsi hal-hazırda onun mülkiyyətində və faktiki istifadəsindədir. Bakı İnzibati Məhkəməsinin qərarını əsassız, qanunsuz hesab edir və bu səbəbdən ləğv edilməlidir. X16 1990-cı ildən həmin torpaq sahəsini İlqar Əhmədova satan günə kimi onların istifadəsində olmuşdur. Bu, məsələnin mübahisələndirilməyən tərəfidir. Baş tutmuş məhkəmə iclaslarında iddiaçı və onun nümayəndəsinə torpağın iddiaçı tərəfindən istifadəsi ilə bağlı tərəflərindən verilmiş suallar cavabsız qalmışdır. Həmin torpaq sahəsi bu günə kimi də "İlqarın torpağı" kimi adlandırılır. Sözügedən torpaq sahəsini İlqar Əhmədovdan alarkən hasarın üzərində çoxdan yazılmış nömrəsi olmuş və həmin nömrə vasitəsilə İlqar Əhmədovla əlaqə saxlayaraq torpaq sahəsini ondan almışdır. Torpaq sahəsi köhnə mişar daşları ilə dörd tərəfdən hasarda olmuşdur. Torpaq sahəsini aldıqdan sonra onun üzərində tikinti həyata keçirmişdir. Alqı-satqıya və apardığı tikintiyə birlikdə 350.000 (üç yüz əlli min) manatdan yuxarı vəsait sərf etmişdir. Necə ola bilər ki, iddiaçı torpaq sahəsini istifadə edib və o, həmin torpaq sahəsi üzərində bu qədər işlər görmüşdür. İddiaçı X24 heç vaxt bu torpaq sahəsini istifadə etməmiş və həmin torpaq sahəsi ilə əlaqəsi olmamışdır. Kubra Əliyevaya 1990-cı il tarixdə verilmiş orderdə istifadə etmək üçün ona ayrılmış torpaq sahəsinin nömrəsinin 153 saylı BTK-da olmamasında onun heç bir əlaqəsi yoxdur. Kubra Əliyevanın bundan heç xəbəri də ola bilməzdi. Torpaq sahəsini icarəyə götürən şəxsə bağın nömrəsi, BTK nömrəsi və s. bu kimi rekvizitlər maraqlı deyil. Vətəndaşın istəyi torpaq sahəsinin sənəddə göstərilən sahədə və yerdə verilməsidir. Kubra Əliyevanın həmin torpaq sahəsini uzun müddət mübahisəsiz istifadə etməsi, daha sonra onu İlqar Əhmədova, İlqar Əhmədovun da öz növbəsində torpaq sahəsini Rəhim Aslanova satması iddiaçının həmin torpaq sahəsindən bir gün belə istifadə etməməsini təsdiq edir. X28 istifadəsində olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnu adına qeydiyyata alarkən, iki inzibati orqan tərəfindən onun istifadəsində olan torpaq sahəsinin koordinatları dəqiqliklə müəyyən edilmişdir. Buradan sual yaranır ki, iddiaçı bu zaman həmin torpaq sahəsini necə istifadə edə bilərdi? Kubra Əliyevanın hasara aldığı və istifadə etdiyi torpaq sahəsinin koordinatları aidiyyəti orqanlar tərəfindən təyin edilmişdir. Bu kimi hallara Bakı İnzibati Məhkəməsi tərəfindən səthi yanaşılmış və ümumiyyətlə onun və digər tərəflərin hüquqları pozulmaqla işə birtərəfli baxılıb, ədalətsiz və qanunsuz nəticə verilmişdir. İddia tələbinə ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərindən çıxış etməklə də qiymət verilməlidir. Mütənasiblik prinsipi tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qoyulmamalıdır. Bu mənada nəzərə alınmalıdır ki, Kubra Əliyevaya verilən order və order üzərində torpaq sahəsinin nömrəsinin düzgün yazılıb-yazılmaması onun iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən indiki iş üzrə üçüncü şəxsin məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması onu həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu işin araşdırılması əvvəldən istər Bakı İnzibati Məhkəməsi tərəfindən, istər də ekspertlər tərəfindən qərəzli şəkildə aparılmışdır. İş materiallarında olan əvvəlki ekspert rəyinin hansı qərar əsasında verilməsi və indiki iş üzrə yeni ekspert rəyinin əvvəlki rəylə eyniyyət təşkil etməsi onlarda çoxsaylı suallar yaradır. Məhkəmə tərəfindən iş araşdırılarkən sözügedən torpaq sahəsinin iki nəfərə alqı-satqı edildiyi bilindiyi halda bu kimi faktlara göz yumulması və işin birtərəfli araşdırılaraq iddiaçının xeyrinə qərar qəbul etməsi cavabı tapılmayan suallar yaradır. Burada bir hala diqqət çəkmək istərdi ki, alqı-satqı əsasında iki nəfər vicdanlı alıcı mövcuddur. Kubra Əliyeva ona dövlət orqanı tərəfindən verilmiş sənəddə hər hansı bir qüsurun olmasından xəbər tuta bilməzdi. O, ona ayrılmış torpaq sahəsini mübahisəsiz olaraq onu İlqar Əhmədova satana kimi istifadə etmişdir. Rəhim Aslanov torpaq sahəsini aldıqdan sonra orada tikinti işləri aparmışdır. Bu qədər uzun zaman kəsiyində torpaq sahəsinin istifadə edilməsi, torpaq sahəsinin iki dəfə ayrı-ayrı vaxtda alqı-satqı edilməsi mübahisəli torpaq sahəsinin iddiaçı tərəfindən istifadə edilmədiyini sübuta yetirir. Hətta məhkəmə iclaslarında bu barədə iddiaçının nümayəndəsinə sual verəndə dəqiq cavab almaq mümkün olmamışdır. İş materiallarından açıq görünür ki, iddiaçı X24 heç vaxt istifadəsində olmadığı torpaq sahəsinə dair çıxarış almaq istəyir. Bununla da onun konstitusion hüquqlarını kobud şəkildə pozmuş olur. Hətta iş o yerə gəlib çatmışdır ki, iddiaçı tərəfindən onun həyata keçirdiyi tikili söküntüyə məruz qalmışdır. İddiaçının qanunlara bu cür etinasız və hörmətsiz yanaşması onun məhkəmə iclaslarındakı cavabları və özünü aparması ilə də təsdiqini tapır. Həmçinin iddiaçı mübahisəli torpaq sahəsinin istifadə etməsi barədə heç bir sübutu ortaya qoya bilməmişdir. Bakı İnzibati Məhkəməsinin qərarında göstərilir ki, «Məhkəmə qeyd edir ki, iddiaçının ona torpaq ayrılan kimi deyil, uzun müddətdən sonra hüququnun realizəsi üçün məhkəməyə müraciət etməsi, onun hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz». Məhkəmənin bu yanaşmasından iddiaçının sözügedən bağ sahəsindən həqiqətən də istifadə etmədiyi sübuta yetir. Məhkəmənin bu yanaşması tamamilə hüquqa ziddir. Belə ki, hüquqdan ağlabatan müddətə istifadə edilməmə digər şəxslərin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Həmçinin etimadın qorunması hüququ vardır. Belə ki, həm Kubra Əliyevanın, həm İlqar Əhmədovun, həm də Rəhim Aslanovun bu hüquqa istinad etməyə haqqı vardır. Məhkəmə etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Buna görə də yuxarıda qeyd etdiyi halları yoxlamadan düzgün qərara gəlmək mümkün deyildir. İşin heç bir halı K.Əliyevanın, İ.Əhmədovun haqsız olduğunu sübut edə bilmir. Kubra Əliyeva ona ayrılmış torpaq sahəsini qanunvericiliyə uyğun öz adına qeydiyyata almış, daha sonra onu İlqar Əhmədova satmışdır. İlqar Əhmədov isə həmin torpaq sahəsini sonra Rəhim Aslanova satmışdır. Nə R.Aslanov, nə də İ.Əhmədov torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin olacağını ağıllarına belə gətirməmişlər. Belə olan halda İlqar Əhmədov torpaq sahəsini Kubra Əliyevadan almaz, onu 6 il ərzində istifadə etməz və daha sonra real bazar qiymətinə Rəhim Aslanova satmazdı. Rəhim Aslanov da öz növbəsində aldığı torpaq sahəsində tikinti həyata keçirməzdi. Hər üç şəxs bu münasibətlərdə dürüst davranmışdır. Belə ki, hər kəsin dürüst davranmaq öhdəliyi vardır. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləridir. Məhkəmə yekun qərar qəbul edərkən bu vaxta qədər olanları analiz etməli və iddianın təmin olunması halında nə kimi qeyri-müəyyənlik yaradacağına diqqət etməlidir. Hətta torpaq sahəsinə dair ölçü və planın ləğv olunması nə İ.Əhmədovun, nə də R.Aslanovun adına olan "ölçü və planların ləğvinə" səbəb olacaqdır. Həm R.Aslanov, həm də İ.Əhmədov mübahisəli torpaq sahəsini alqı-satqı yolu ilə pul ödəyib əldə etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X23 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının prosesual hüquqi varisi X18, iddiaçının prosesual hüquqi varisinin vəkili X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə üçüncü şəxs X23 tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4594b saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4594V saylı bağ sahəsinin yerinə uyğun gəlir. Həmçinin, göstərilən əraziyə digər şəxsin müraciəti mövcuddur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 544 nömrəli qərarından görünür ki, Ləhiş bağ sahəsi 241 nömrəli BTK üzvlərinin tərkibi təsdiq edilmişdir: 7. X24. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X20 bağlar sahəsindəki 241 nömrəli kooperativin 7 saylı orderinin surətindən görünür ki, X17 Bakı şəhər İK-nin 13 aprel 1992-ci il tarixli, 544 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 241 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 4594b nömrəli bağ ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş sənədlər (Arxivdə saxlanılan): - Bakı şəhər XDS İcraiyyə Komitəsinin 12 mart 1990-cı il tarixli, 1/23 nömrəli qərarından görünür ki, Ləhiş bağ sahəsi 153 nömrəli BTK üzvlərinin tərkibi təsdiq edilmişdir: 19. X16. - Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X20 bağlar sahəsindəki 153 nömrəli kooperativin 05 saylı orderindən görünür ki, X8 Bakı şəhər İK-nin 12 mart 1990-cı il tarixli, 1/23 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 153 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 4594b nömrəli bağ ayrılmışdır. - Torpaq sahəsinin planından görünür ki, X8 ayrılmış 153 nömrəli BTK nəzdində sahəsi 1200 kv.m olan 4594b saylı bağ sahəsinin xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin əməkdaşları tərəfindən planı tərtib və təsdiq edilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 466757 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhər İK-nin 12 mart 1990-cı il tarixli, 1/23 nömrəli qərarına, BTİ və İB-nin 05 saylı orderinə əsasən X8 ayrılmış 4594b saylı bağ evi tikintisi üçün 1200 kv.m torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir, X31 kitabında xx.xx.2013-cü ildə 35305 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş sənədlər (Arxivdə saxlanılan): - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan nə (sahəsi 0.12 ha) X13 xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı ildə qeydiyyata alınmışdır. - Hədiyyə verən X16 ilə Hədiyyə alan X22 arasında imzalanmış xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X16 mülkiyyətində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini X13 mülkiyyətinə vermişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan nə (sahəsi 0.12 ha) X7 xüsusi mülkiyyət hüququ xx.xx.2013cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan X2 ilə X5 arasında imzalanmış xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X22 mülkiyyətində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini X12 mülkiyyətinə vermişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan nə (sahəsi 0.12 ha) X12 xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 404021 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 26 saylı Notariat Ofisi tərəfindən iddiaçının prosesual hüquqi varisi X10 ünvanlanmış 17 may 2024-cü il tarixli məktubda bildirilmişdir ki, 22 mart 2024-cü ildə vəfat etmiş atanız X14 əmlakına dair mirasın qəbulu haqqında ərizənizə əsasən Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2023-cü tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0.12 ha təşkil edir. Faktiki olaraq göstərilən 0.12 ha torpaq sahəsinin koordinatları əlavə olunur. X-410718.296; 410708.566; 410753.911; 410763.056; Y-4491386.290; 4491409.291; 4491425.876; 4491402.646. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları təqdim olunmuş 0.12 ha sahə 4594b saylı bağ kimi qeydiyyata alınıb (hazırda X12 xüsusi mülkiyyətindədir). Sözügedən sahəyə dair döngə nöqtələrinin koordinatları plan-ölçüdə öz əksini tapıb. Vahid elektron kadastr baza məlumatlarına əsasən X14 iddia etdiyi sözügedən bağ sahəsi (0.12 ha torpaq sahəsinin koordinatları) qeydiyyatdan keçmiş X7 (hazırda X12 xüsusi mülkiyyətindədir) vaxtilə mülkiyyətində olmuş 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşür. 4594B saylı bağ sahəsinə aid digər yeri müəyyən etmək mümkün olmur. Cavabdeh X8 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixili, 1/23 saylı qərarına əsasən, 153 saylı BTK-nın nəzdində, 05 saylı orderlə 4594B saylı bağ sahəsi ayrılmış və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, A 466757 nömrəli “torpaq sahəsinin plan və ölçü” əsasında bağ sahəsi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1224 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X17 7 nömrəli order ilə ayrılmış 241 nömrəli BTK nəzdində olan 4594 “B” nömrəli 0,12 ha torpaq sahəsinin naturada yerləşmə yeri müəyyən edilmişdir. Həmin bağ sahəsi hazırda mübahisələndirilən sahə olmaqla 4594 “V” nömrəli bağ sahəsi ilə qonşuluqda yerləşir, koordinatları rəyin tədqiqat hissəsində göstərilmişdir. Ləhiş bağlar sahəsində 241 №-li BTK üzrə bağ sahələrinə dair siyahıda (i.v.225) X14 adının qeyd olunmasını və 241 №-li BTK üzrə bağ sahələrinin yerləşmə sxemində 4594 “B” №-li bağ sahəsinin mövcud olmasını nəzərə alaraq, X17 ayrılan 4594 “B” nömrəli torpaq sahəsi 241 nömrəli BTK üçün ayrılan torpaq sahəsinin hüdudlarında yerləşdiyi müəyyən edilmişdir. Ləhiş bağlar sahəsində 153 №-li BTK üzrə bağ sahələrinin yerləşmə sxemində 4594 B nömrəli bağ sahəsi mövcud olmadığından X8 05 nömrəli orderlə ayrılmış 153 nömrəli BTK nəzdində olan 4594 “B” nömrəli 0,12 ha torpaq sahəsinin naturada yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhər icraiyyə komitəsinin 12 mart 1990-ci il tarixli, 1/23 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində yaradılmış 153 №-li BTK üzvlərinin 22 nəfərdən ibarət siyahısında 19-cu sırada X7 adı qeyd edilmişdir (i.v.222-223), lakin 153 nömrəli BTK nəzdində Ləhiş bağ massivində yerləşən bağ sahələrinin yerləşmə sxeminin təsdiq edilmiş surətindən görünür ki, 153 nömrəli BKT-nin nəzdində 4594 B nömrəli bağ sahəsi mövcud olmamışdır (i.v.224). X17 7 nömrəli order ilə ayrılmış 241 nömrəli BTK nəzdində olan 4594 ‘B” nömrəli 0,12 ha torpaq sahəsi faktiki olaraq 241 nömrəli BTK nəzdində yerləşir və koordinatları rəyin tədqiqat hissəsində verilmişdir. Ləhiş bağlar sahəsində 153 №-li BTK üzrə bağ sahələrinin yerləşmə sxemində 4594 B nömrəli bağ sahəsi mövcud olmadığından X8 05 nömrəli orderlə ayrılmış 153 nömrəli BTK nəzdində olan 4594 “B” nömrəli 0,12 ha torpaq sahəsinin naturada yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. X7 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2013cü il tarixli, A 466757 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədində qeyd olunan koordinatlar 241 №-li BTK-nın ərazisinə, Bakı şəhər icraiyyə komitəsinin 13 aprel 1992-ci il tarixli, 544 saylı qərarına əsasən, Ləhiş bağlar sahəsində 241 №-li BTK nəzdində X17 ayrılmış 4594 “B” nömrəli 0,12 ha bağ sahəsinə uyğun gəlir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Topraq Məcəlləsinin: 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi - X27nda və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. 4-cü maddəsinin 2-ci hissəsinə əsasən torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. 4-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 65-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65-ci maddəsinin 2-ci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 5-ci hissəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 536 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 630 saylı Fərmanı ilə ləğv edilmişdir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün təsviri”nin 1-ci bəndinə görə bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir, 5-ci bəndinə görə isə plan və ölçü Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. İşin faktiki hallarından görünür ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 12 mart 1990cı il tarixli, 1/23 nömrəli qərarına və həmin qərara əsasən verilmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X20 bağlar sahəsindəki 153 nömrəli kooperativin 05 saylı orderinə əsasən X8 Ləhiş bağlar sahəsində 153 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 4594b nömrəli bağ ayrılmışdır. xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin əməkdaşları tərəfindən həmin torpaq sahəsinin planı tərtib və təsdiq edilmişdir. Habelə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı 466757 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X31 kitabında xx.xx.2013-cü ildə 35305 nömrə ilə uçota alınmışdır. Həmin bağ sahəsinə (sahəsi 0.12 ha) X7 xüsusi mülkiyyət hüququ xx.xx.2013cü ildə qeydiyyata alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra aralarında imzalanmış xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X16 mülkiyyətində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini X13 mülkiyyətinə vermiş, həmin bağ sahəsinə (sahəsi 0.12 ha) X13 xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı ildə qeydiyyata alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra isə aralarında imzalanmış xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X22 mülkiyyətində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini X12 mülkiyyətinə vermiş, bağ sahəsinə (sahəsi 0.12 ha) X12 xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci ildə qeydiyyata alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, hazırda həmin bağ sahəsi X12 mülkiyyətindədir. Göründüyü kimi, qeyd olunan torpaq sahəsi 1990-cı ildən üçüncü şəxs X7 istifadəsində olmuş, xx.xx.2013-cü ildə həmin torpaq sahəsinə K.Əliyevanın adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, xx.xx.2013-cü ildə həmin torpaq sahəsinə K.Əliyevanın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarış verilmiş, xx.xx.2016-cı il tarixdə Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən K.Əliyeva həmin torpaq sahəsini X13 mülkiyyətinə vermiş, xx.xx.2016-cı ildə həmin torpaq sahəsinə İ.Əhmədovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarış verilmiş, xx.xx.2022-ci il tarixdə Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İ.Əhmədov həmin torpaq sahəsini X12 mülkiyyətinə vermiş, xx.xx.2022-ci ildə həmin torpaq sahəsinə R.Aslanovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarış verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi 1990-cı ildə Kubra Əliyevaya ayrılarkən koordinatları müəyyən edilərək torpaq sahəsi ona təhvil verilmiş, xx.xx.2013-cü ildə səlahiyyətli dövlət orqanı tərəfindən həmin torpaq sahəsinin koordinatları müəyyən edilərək Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Səlahiyyətli dövlət orqanı tərəfindən Torpaq sahəsinin planı və ölçüsü tərtib edilərkən digər şəxsə (şəxslərə) məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmə halı müəyyən edilməmiş, bu barədə hər hansı etiraz və mübahisə mövcud olmamışdır. Bundan sonra K.Əliyeva yenə uzun müddət torpağa sahiblik etmiş, mülkiyyət hüquqlarını qeydiyyata aldırmış, torpaq sahəsini İ.Əhmədova bağışlamış, o da mülkiyyət hüquqlarını qeydiyyata aldıraraq çıxarış almış, daha sonra İ.Əhmədov həmin torpaq sahəsini R.Aslanova satmış, o da mülkiyyət hüquqlarını qeydiyyata aldıraraq çıxarış almışdır. Lakin keçən uzun müddət ərzində və çoxsaylı əməliyyatlar zamanı cavabdeh inzibati orqan həmin torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi halının mövcud olmasını bildirməmiş, bununla əlaqədar etirazını bildirməmişdir. Həmçinin 30 ildən çox vaxt keçməsinə baxmayaraq, bu müddət ərzində torpaqların koordinatlarının üst-üstə düşməsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrini aparan cavabdeh inzibati orqana, habelə üçüncü şəxslərə digər şəxslər tərəfindən etiraz daxil olmamışdır. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4594B saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4594V saylı bağ sahəsinin yerinə uyğun gəldiyi qeyd olunmuşdur. Lakin iş materiallarında mövcud olan mütəxəssis rəyində X14 iddia etdiyi 4594B saylı bağ sahəsinin qeydiyyatdan keçmiş X7 (hazırda X12 xüsusi mülkiyyətindədir) vaxtilə mülkiyyətində olmuş 4594B saylı bağ sahəsi ilə üst-üstə düşməsi qeyd olunmuşdur. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində isə X17 ayrılmış 4594 “B” nömrəli bağ sahəsinin 4594 “V” nömrəli bağ sahəsi ilə qonşuluqda yerləşməsi göstərilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəməyə qədər aparılmış inzibati icraat zamanı iddiaçının qeyd etdiyi 4594B saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4594V saylı bağ sahəsinin yerinə uyğun gəldiyi müəyyən edilsə də, ekspert rəyində iddiaçıya ayrılmış 4594 “B” nömrəli bağ sahəsinin 4594 “V” nömrəli bağ sahəsi ilə qonşuluqda yerləşməsi göstərilmişdir. Habelə məhkəmə araşdırması gedişində cavabdehin mütəxəssisləri imtinada qeyd edilənlərin əksinə olaraq iddiaçının iddia etdiyi 4594B saylı bağ sahəsinin X8 ayrılmış 4594B saylı bağ sahəsi ilə üst-üstə düşməsini qeyd etmişlər. Eyni zamanda həm mütəxəssis rəyində, həm də ekspert rəyində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 544 nömrəli qərarına və 7 saylı orderə əsasən X17 ayrılmış 4594b nömrəli bağ sahəsinin koordinatlarının necə müəyyən edildiyi göstərilməmiş, iddiaçının faktiki göstərdiyi sahənin (üçüncü şəxsin torpaq sahəsinin koordinatları) koordinatları qeyd edilməklə kifayətlənilmişdir. Belə ki, qeyd olunan sənədlərə əsasən iddiaçıya torpaq sahsinin ayrılması qeyd olunsa da, torpaq sahəsinin cizgisi (plan-sxemi) tərtib edilməmiş və iddiaçıya yerində təqdim edilməmişdir. Halbuki sadalanan qanunvericilik normalarından görünür ki, torpaq sahəsinin istifadəyə verilməsi barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən sonra yaranır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi xx.xx.2013-cü il tarixdə səlahiyyətli dövlət orqanı tərəfindən tərtib edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 67.6-cı və 65.1-ci maddələrində nəzərdə tutulmuş hallar mövcud olmadığından üçüncü şəxs etimadın qanunla qorunması hüququna malikdir. Belə ki, torpaq sahəsi Bakı şəhər XDS İcraiyyə Komitəsinin 12 mart 1990-cı il tarixli, 1/23 nömrəli qərarına və Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismar Birliyinin orderinə əsasən ayrılmışdır, Torpaq sahəsinin planı və ölçüsü də həmin sənədlərə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmişdir. Ayrılmış torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçüncü şəxsin səlahiyyətində deyil. Torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır, torpaq sahəsi naturada ayrılaraq üçüncü şəxsə verilmişdir, uzun müddətdir onun istifadəsindədir. Üçüncü şəxs ona münasibətdə əlverişli xarakter daşıyan sənədlərə etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmış, qeyd olunan ərazidə torpaq sahəsinin ayrılması və rəsmiləşdirilməsi ilə bağlı sənədlərdə nəzərdə tutulmuş, eləcə də torpaq sahəsinin ayrılması məqsədlərinə uyğun olan fəaliyyətlə məşğul olmaq üçün lazımi tədbirlər həyata keçirmişdir. Üçüncü şəxsin qeyd olunan koordinatların düzgün müəyyən edilib-edilməməsi məsələsini bilməsi imkanı olmamışdır. Bu zamanı onun tərəfindən hər hansı qanunsuzluğa yol verilməsi, aldatma yolu ilə, eləcə də səhv və təhrif olunmuş məlumatları özündə əks etdirən sənədlər təqdim edilməklə torpaq sahəsinin planı və ölüçüsünün tərtib edilməsinə nail olması halı mövcud olmamışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarından göründüyü kimi, üçüncü şəxs X23 qeyd olunan bağ sahəsini Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 almış, həmin bağ sahəsini X19 isə X16 bağışlamışdır. Özgəninkiləşdirmə ilə bağlı müqavilələr imzalanarkən, eləcə də torpaq sahəsinin üçüncü şəxsə ayrıldığı vaxtdan keçən 30 ildən artıq müddət ərzində qeyd olunan torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, o cümlədən torpaq sahəsinin koordinatları ilə bağlı hər hansı problem, mübahisə olmamış, bununla bağlı reyestrdə hər hansı etiraz qeydə alınmamışdır. Cavabdeh inzibati orqan da həm daşınmaz əmlaka mülkiyyət hüquqlarını qeydiyyata alarkən, həm də qeyd olunan hərkətlərlə bağlı daşınmaz əmlakın dövlət reyestrində dəyişikliklər edərkən hər hansı pozuntu, qeyri-dəqiqlik və digər şəxslərin hüquqlarının pozulması hallarının mövcud olması halları barədə etiraz (imtina) etməmiş, əməliyyatlara məhdudiyyət qoymamışdır. Göründüyü kimi, üçüncü şəxs K.Əliyeva torpaq sahəsi ona ayrıldığı tarixdən (xx.xx.1990-cı ildən) ona sahiblik etmiş, torpaq sahəsi onun istifadəsində olmuş, o, torpaq sahəsinin planı və ölçüsünü tərtib etdirərək daşınmaz əmlakın dövlət reyestrində hüquqlarını qeydiyyata aldırmış, digər üçüncü şəxslər isə qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsini almışlar, hazırda həmin torpaq sahəsi üçüncü şəxs R.Aslanovun mülkiyyətindədir və o, həmin torpaq sahəsində fərdi yaşayış evi də tikmişdir. Bu zaman üçüncü şəxslər tərəfindən hər hansı qanun pozuntusu hallarına yol verilməmişdir. Bundan başqa, üçüncü şəxslər uzun müddətdir ki, həmin bağ sahəsindən istifadə edirlər ki, burada ədalət, tarazlıq və hüquqi müəyyənlik prinsipləri nəzərə alınmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs X23 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-145/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3440/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3440/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver