Məhkəmə qərarları › İş №2-1(103)-3441/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3441/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3441/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X4 üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-563/2014 nömrəli, 06 mart 2014-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə və apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə ərizəyə 07 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 78, 50 saylı mənzilin 1 otağına kirayə müqaviləsinin özünün adına bağlanılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-563/2014 nömrəli, 06 mart 2014cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-900/2014 nömrəli, 30 iyul 2014-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-563/2014 nömrəli, 06 mart 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra X3 məhkəməyə yenidən apellyasiya şikayəti verərək, xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizə ilə müraciət edərək iş üzrə qəbul edilmiş 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-563/2014 nömrəli, 06 mart 2014-cü il tarixli qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizə ünvanlayaraq, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsinin mümkün hesab olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-563/2014 nömrəli, 06 mart 2014-cü il tarixli qərarından iddiaçı tərəfindən 29 aprel 2014-cü il tarixdə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmış, 30 iyul 2014-cü ildə yekun məhkəmə aktı çıxarılmış, məhkəmə aktı iddiaçının ünvanına göndərilmiş və qərar iddiaçı tərəfindən 25 avqust 2014-cü il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi yekun məhkəmə aktından verilmiş apellyasiya şikayətinə baxıldıqdan və yekun məhkəmə aktı qəbul edildikdən sonra yenidən, təkrarən apellyasiya şikayətinin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 90-cı maddəsinin tələblərinə əsasən, Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan müddətin bərpası barədə ərizəyə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayətinə bir dəfə baxıldığını, hazırda müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini, apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-563/2014 nömrəli, 06 mart 2014-cü il tarixli qərarından iddiaçı tərəfindən 29 aprel 2014-cü il tarixdə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmış, 30 iyul 2014-cü ildə yekun məhkəmə aktı çıxarılmış, məhkəmə aktı iddiaçının ünvanına göndərilmiş və qərar 25 avqust 2014-cü il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İddiaçı tərəfindən 30 iyul 2014-cü il tarixli məhkəmə qərarından verilmiş şikayət isə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə (9 il) xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Odur ki, Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçı X1 apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-563/2014 nömrəli, 06 mart 2014-cü il tarixli qərarından verdiyi apellyasiya mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARAALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçı X1 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-563/2014 nömrəli, 06 mart 2014-cü il tarixli qərarından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar