Məhkəmə qərarları › İş №2-1(103)-3442/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3442/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3442/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili, digər iddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi Vəkil, 3-cü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı və "xxxx" Kiçik Müəssisəsinin Cavabdehnə qarşı “cavabdehin 355 saylı 17 sentyabr 2009-cu il tarixli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4994/2022 saylı 18 aprel 2022-ci il tarixli qərardadından iddiaçılar və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 14 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və "xxxx" Kiçik Müəssisəsi Cavabdehnə qarşı “cavabdehin 17 sentyabr 2009-cu il tarixli, 355 nömrəli sərəncamının ləğv edilməsi” barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3705/2016 saylı 30 noyabr 2016-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Lakin sonradan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti **********31 saylı xx.xx.2021-ci il tarixli vəsatət ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(85)-3705/2016 nömrəli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3705/2016 saylı 02 dekabr 2021-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3705/2016 saylı 30 noyabr 2016-ci il tarixli qərardadının ləğv edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-37052016 saylı işi üzrə icraatın təzələnməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2016-cı il tarixli barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4994/2022 saylı 18 aprel 2022-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli barışıq sazişinin təsdiq olunmasından imtina edilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və barışıq sazişinin təsdiq edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Həmçinin həmin qərardaddan narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və yeni qərardad qəbul edilməsi xahiş etmişdir. Cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı qanunla müəyyən edilmiş qaydada əsaslandırılmamışdır. Hesab edilir ki, qərardad qanunsuz və əsassızdır. Məhkəmə işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxdığı səbəbindən də qərardad ləğv edilməlidir. Hər iki apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclası barədə Cavabdeh məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə Cavabdeh nümayəndəsinin iştiakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili, digər iddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi Vəkil iddia ərizəsini və hər iki apellyasiya şikayətini müdafiə edərək onların məzmununa uyğun izahat verərək şikayətlərin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi X4 hər iki apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçılar ilə cavabdeh arasında bağlanılmış 30 noyabr 2016-ci il tarixli barışıq sazişinin inzibati iş üzrə 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqlarına və maraqlarına toxunduğu üçün barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadında qeyd olunanlarla razılaşaraq aşağıdakıların da diqqətə çəkilməsini zəruri hesab edir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunmuş barışıq sazişinin məzmununa görə Cavabdeh hazırki iddia tələbinin predmeti olan hündürmərtəbəli binaların tikintisi məqsədilə nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhhəllə ünvanında yerləşən R.A.N. kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha olan torpaq sahəsinin müqabilində Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347- 2348 məhəllərində yerləşən 3,8 ha boş torpaq sahəsini hündürmərtəbəli binaların tikintisi məqsədilə hazırki saziş qanuni qüvvəsini aldıqdan sonra 1 ay ərzində və yerdə qalan 6,433 ha boş torpaq sahəsini hündürmərtəbəli binaların tikintisi məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında 6 ay ərzində İddiaçı və ya onun razılığı əsasında üçüncü şəxslərin istifadəsində olan qanunvericiliklə müəyyən olunmuş qaydada sərəncam verməyi öz üzərinə götürür. İddiaçı hazırki iddia tələbinin predmeti olan hündürmərtəbəli binaların tikintisi məqsədilə nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən R.A.N. kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha olan torpaq sahəsinin müqabilində Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllələrində yerləşən 3,8 ha boş torpaq sahəsini hündürmərtəbəli binaların tikintisi məqsədilə hazırki saziş qanuni qüvvəsini aldıqdan sonra 1 ay ərzində və yerdə qalan 6,433 ha boş torpaq sahəsini hündürmərtəbəli binaların tikintisi məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında üçüncü şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada sərəncam veriləcəyini qəbul edir və Cavabdeh Başçısının xx.xx.2009-cu il tarixli 355 nömrəli sərəncamının mübahisələndirilməsindən imtina edir. R.A.N. kiçik müəssisəsi hazırki iddia tələbinin predmeti olan hündürmərtəbəli binaların tikintisi məqsədilə nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən R.A.N. kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha olan torpaq sahəsinin müqabilində Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllələrində yerləşən 3,8 ha olan boş torpaq sahəsini hündürmərtəbəli binaların tikintisi məqsədilə hazırki saziş qanuni qüvvəsini aldıqdan sonra 1 ay ərzində və yerdə qalan 6,433 ha boş torpaq sahəsini hündürmərtəbəli binaların tikintisi məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında 6 ay ərzində İddiaçı və ya onun yazılı razılığı əsasında üçüncü şəxslərin istifadəsində qanunvericiliklə müəyyən olunmuş qaydada sərəncam veriləcəyini qəbul edir. R.A.N. kiçik müəssisəsi Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən R.A.N. kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha olan torpaq sahəsinin İddiaçı müəssisəsinin 100 % payçısı olduğu müddətdə ona məxsus olduğunu nəzərə alaraq həmin torpaq sahəsi ilə bağlı İddiaçı və Cavabdehnə qarşı iddiadan imtina edir. Bu barışıq sazişi eyni zamanda tərəflərin işin barışıq sazişi bağlanması yolu ilə tamamlanması haqqında məhkəməyə ərizələrini, o cümlədən barışıq sazişinin bütün şərtlərini ifadə edir. İşə birinci instansiya qaydasında baxılarkən 3-cü şəxs qeyd olunan barışıq sazişinin təsdiq olunmasına etiraz edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh iddianın predmeti olan hündürmərtəbəli binaların tikintisi məqsədilə nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən R.A.N. kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8,0433 ha olan torpaq sahəsinin müqabilində Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhədlərində, Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348-ci məhəllələrdə yerləşən 3,8 ha olan boş torpaq sahəsinin hündürmərtəbəli binaların tikintisi məqsədilə İddiaçı və ya onun yazılı razılığı əsasında 3-cü şəxslərin istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh barışıq sazişində qeyd edilmiş 3,8 ha torpaq sahəsini iddiaçının istifadəsinə vermək öbarədə öhdəliyi o halda üzərinə götürə bilərdi ki, cavabdehin həmin torpaq sahəsini iddiaçının istifadəsinə verməyə səlahiyyəti olardı. Halbuki sözügedən torpaq sahəsi həmin vaxt Müdafiə Nazirliyinin balansında olmuş “Qaraçuxur-1A” hərbi şəhərciyinə məxsus olmuşdur. Müdafiə Nazirliyi xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli məktublarla Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək bir sıra hərbi şəhərciklərin, o cümlədən ”Qaraçuxur-1A” hərbi şəhərciyinin gələcəkdə istifadəsinə ehtiyac olmadığından, onların təmiri və ya bərpası iqtisadi cəhətdən səmərəli olmadığından həmin şəhərciklərin Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına götürülməsi xahiş edilmişdir. Qeyd edilən “Qaraçuxur-1A” hərbi şəhərciyi xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən Komitənin tabeliyində olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə təhvil verilmişdir. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla hərbi şəhərciyin istifadəsində olmuşdur ki, hərbi şəhərciyin əmlakı da xx.xx.2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilmişdir. Odur ki, Cavabdeh hərbi şəhərciyə məxsus torpaq sahəsini hər hansı şəxsin istifadəsinə vermək səlahiyyəti olmamışdır. İşdən görünür ki, bundan əvvəl işə baxmış birinci instansiya məhkəməsinin “barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2016-cı il tarixli qərardadının Əmlak Məsələləri Dövlət Xidmətinin qanunla qorunan maraqlarına toxunubtoxunmamasının, xx.xx.2016-cı il tarixli qərardada əsasən "xxxx" MTK-ya yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün ayrılmış Suraxanı və Xətai rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylə məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd etdiyi Azərbaycan Respublikası Müdaifə Nazirliyinin balansında olan və həmin torpaq sahəsinin üzərində yerləşən və özəlləşdirilmiş qeyri-yaşayış sahəsinin (Qaraçuxur-1A şəhərciyi) üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikintitexniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqat üzrə verilmiş xx.xx.2021-ci il tarixli 10/5347 nömrəli ekspert rəyinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixli 112 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin icarəsinə verilmiş Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən ayrıc aktında (İİ cild 33-cü səhifə) göstərilmiş 2,3 ha torpaq sahəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilmiş və daha sonra xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə X1 (Baş planda (İİ cild 7-ci vərəq) göstərilmiş) “Qaraçuxur-1A” hərbi şəhərciyinin ərazisi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bununla bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3705/2-16 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəsatəti əsasında “barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2016-cı il tarixli qərardad ləğv edilərək, iş üzrə icraatın təzələnməsi və Əmlak Məsələləri Dövlət Xidmətinin hazırki iş üzrə üçüncü şəxs qismində işə cəlb olunması qərara alınmışdır. Beləliklə, məhkəmə kollegiyası xüsusi vurğulayır ki, məhkəməyə təsdiq olunması üçün təqdim edilmiş barışıq sazişində qeyd olunan, Cavabdeh iddiaçıya verəcəyini vəd etdiyi torpaq sahəsi “Qaraçuxur-1A” hərbi şəhərciyinə məxsus olmuş, sonradan xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən hərbi şəhərcik tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə təhvil verilmiş torpaq sahəsidir, hansı ki, həmin Mərkəzin balansında olan daşınmaz dövlət əmlakı kimi ona dair “Registrdən çıxarış” verilmişdir. Odur ki, hazırda sözügedən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olduğu üçün Cavabdeh həmin torpaq sahəsini hər hansı şəxsin istifadəsinə vermək səlahiyyəti olmamışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış və məhkəmə tərəfindən təsdiq olunması üçün təqdim olunmuş barışıq sazişinin müddəalarının Əmlak Məsələləri Dövlət Xidmətinə birbaşa aidiyyatı müəyyən edildiyi üçün məhkəmə kollegiyası həmin barışıq sazişinin təsdiq edilməsi ilə adı çəkilən Xidmətin maraqlarına toxunduğu qənaətindədir. Buna görə də Kollegiya hesab edir ki, təsdiq olunması üçün təqdim olunan barışıq sazişi yuxarıda göstərilənlərlə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqları və qanunla qorunan mənafeyini pozduğundan düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən onun təsdiqindən imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir. Həmi Məcəllənin 66.2-ci maddəsinə əsasən barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən məhkəmə, sədrlik edən və ya məruzəçi hakim barışıq sazişinin bağlanması barədə tərəflərə məhkəmə qərardadı formasında təklif verməyə haqlıdır. Bu halda barışıq sazişi tərəflərin məhkəmənin təklifinə yazılı formada razılığı əsasında bağlana bilər. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən protokollaşdırılan barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı və "xxxx" kiçik müəssisəsi ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2016-ci il tarixli barışıq sazişi 3cü şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu üçün, barışıq sazişinin təsdiq edilməsindən imtina etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər qərardadın ləğv edilməsi üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4994/2022 saylı 18 aprel 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hər iki apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4994/2022 saylı 18 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar