Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3447/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, apellyasiya şikayəti vermiş şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(112)-1627/2022 nömrəli qərarından X5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 13 fevral 1998-ci il tarixli 123 nömrəli qərarına əsasən İddiaçı Bakı şəhəri Mərdəkan bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “ B ” nömrəli ayrılmış bağ sahəsinin (Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin 26 nömrəli Orderi) İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.(iş.v.75-76) xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “Bakı Şəhər İcra Hakimiyyətinin 13 fevral 1998-ci il tarixli 123 nömrəli qərarına əsasən İddiaçı Bakı şəhəri Mərdəkan bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “B” nömrəli ayrılmış bağ sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” kimi oxunması qərara alınmışdır. Həmçinin, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(112)-1627/2022 saylı qərardadı ilə X1 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir.(iş.v.115- 116) Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(112)-1627/2022 saylı qərarı ilə iddia təmin edilərək, Bakı Şəhər İcra Hakimiyyətinin 13 fevral 1998-ci il tarixli 123 nömrəli qərarına əsasən İddiaçı Bakı şəhəri Mərdəkan bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “B” nömrəli ayrılmış bağ sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.(hakim: E.Əliyev) xx.xx.2022-ci il tarixli, 2-1(112)-1627/2022 saylı qərardan X5 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edərək məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş şikayətin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin mümkün sayılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin mümkün hesab edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışında X1 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, X3 apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd olunan normaların tələbinə əsasən məhkəmə qərarlarından yalnız iştirak edən tərəflər və məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər şikayət vermək hüququna malik olmaqla onu mübahisələndirə bilərlər. İş materiallarından göründüyü kimi hazırki iş üzrə şikayət vermiş şəxs iş üzrə tərəf olmamış və məhkəmə tərəfindən üçüncü şəxs qismində onun iştirakına xitam verilmişdir. İnzibati Prosessual Məcəllədə qanuni qüvvəyə minmiş məhkəmə qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra qəbul edilmiş qərarın onun maraqlarına toxunduğunu güman edən şəxsin icraata qoşulması birinci instansiya məhkəməsinə ərizə verməklə üçüncü şəxs qismində icraata cəlb edilmə qaydasında həll olunmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının iştirakçısı olmayan və icraata cəlb olunmayan şəxs tərəfindən şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından verilmiş şikayət mümkün sayılmamalı və bununla da apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinin tələbinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2- 1(112)-1627/2022 saylı saylı qərarından X5 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3447/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3447/2022
18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver