Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3447/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya təyin edilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsi, yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3195/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, onun 65 yaşı xx.xx.2023cu il tarixdə tamam olmuşdur.
2. НЗ № ******* nömrəli hərbi biletə əsasən iddiaçı 29 aprel 1977-ci il tarixdən 19 aprel 1978-ci il tarixədək orduda xidmət etmişdir.
3. ЛВ № 021810 nömrəli diploma əsasən iddiaçı 1980-ci ildən 19 iyun 1984-cü ilədək X4 İnstitutunda təhsil almışdır.
4. Əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1974-cü il tarixdə “Xəzərbalıq” Təmir-tikinti sahəsinə ştat üzrə birinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-cü il tarixdə ikinci dərəcə verilmiş, xx.xx.1975-ci il tarixdə üçüncü dərəcə verilmiş və xx.xx.1976-cı il tarixdə işdən azad edilmişdir; xx.xx.1979-cu il tarixdə Lampa yığım sexinə 2 (ikinci) dərəcəli daşıyıcı vəzifəsinə qəbul edilmiş və xx.xx.1980-ci il tarixdə hazırlıq şöbəsinə qəbul olunduğu üçün öz xahişi ilə işdən azad edilmişdir; xx.xx.1979-cu il tarixdə hazırlıq şöbəsinə tələbə kimi daxil edilmiş, xx.xx.1980-ci il tarixdə pedaqoji fakültəsinin birinci kursuna daxil edilmiş və xx.xx.1984-cü il tarixdə ali təhsil müəssisəsinin bitirməsi ilə əlaqədar tələbə sıralarından çıxarılmışdır. xx.xx.1984-cü il tarixdən Uşaq və gənclər olimpiya idman məktəbi müəssisəsinə müəllim trener vəzifəsinə qəbul edilmiş və xx.xx.1989-cu il tarixdə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə “Avtomobilçi” idman klubu Klassik döyüş üzrə trener-müəllim vəzifəsinə qəbul olunmuş və xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 67 №-li TİM-nin “Avtomobilçi” idman klubu üzrə 9 №-li 27 oktyabr 1992-ci il tarixli əmri ilə İddiaçı “Yunan-Roma” güləş üzrə məşqçi müəllim rəhbərliyi ilə “Avtomobilçi” idman klubunun yığma komandası 14 nəfərdən ibarət olan 12 iştirakçı, 1 hakim, 1 nümayəndə ilə birlikdə noyabrın 1-dən 6-na kimi Respublika birinciliyində iştirak etmək üçün Gəncə şəhərinə ezamiyyətə göndərilmişlər. İddiaçı xx.xx.2021-ci il tarixdə və xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh müraciət əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...təqdim etdiyiniz əmək kitabçanıza və digər sənədlərin surətlərinə, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemındə olan məlumatlara əsasən sığorta stajınız (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarıxınədək hərbi xidmətdə olduğunuz müddət, o cümlədən xx.xx.1980-cı il tarixindən: xx.xx.1984-cü il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla) 13 il, 5 ay, 15 gün təşkil edir. Eyni zamanda ferdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 12 il, 10 ay, 15 gun sığorta sfaliniza uyğun olaraq 11924,31 manat, 01 03.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 19.46 manat olmaqla. ümumilikdə 12063,77 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manaf) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Aərbaycan Respublikası Nazirlər Kabinetinin 26 12 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.1979-cu il tarixindən 15.01 1980-ci il larxinədək olan dövrün (qaralama olduğuna görə), həmçinin xx.xx.1989-cu İl tarixindən 20 09.1989-cu il tarixinədək Avtomobilçi idman klubunda olan dövrlərin doldurulma qaydası pozulduğu uçun (işə daxilolma əmri qeyd olunmayıb) sözügedən dövrlərin sığorta stajınıza daxıl edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq. ümumi sığorla stalınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və adınızda aktiv VÖEN hesabı (**********) olduğu üçün məşğul şəxs hesab edildiyinizdən yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb”. “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2024-ci il tarixli qərar ilə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İmtina səbəbi kimi isə vətəndaşın xx.xx.2006-cı ilədək 13 il 6 ay sığorta stajı, xx.xx.2006-cı il tarixdən sonra 3 il 01 ay sığorta stajı olduğuna, eyni zamanda xx.xx.1989-xx.xx.2005-ci illər ilə bağlı əmək kitabçasının doldurulma qaydasına riayət olunmadığına və həmin dövrün araşdırılmasının mümkün olmadığına istinad etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ona 01 iyul 2023-cü il tarixdə, yəni 65 yaşı tamam olduğu vaxtdan əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 oktyabr 1974-cü il tarixdən 05 may 1976- cı il tarixə kimi “Xəzərbalıq" Təmir Tikinti sahəsində fəhlə və betonçu (1 il 06 ay 25), 04 iyul 1979-cu il tarixdən 14 yanvar 1980-cı il tarixə kimi “Azərelektrosovet" BİB-də lampa yığım sexinə daşıyıcı (11 ay 10 gün), 17 dekabr 1979-cu il tarixdən 25 iyun 1984-cü il tarixə kimi S.M.Kirov adına Universitetdə Ali təhsil almış, (04 il 06 ay 08 gün), 11 sentyabr 1984-cü il tarixdən 15 sentyabr 1989 cu il tarixə kimi “Əmək Resursları" Azərbaycan Şürası Uşaq X9 və Gənc ər olimpiya idman məktəbinə müəllim trener (05 il 05 gün), 16 oktyabr 1989-cu il tarixdən 20 sentyabr 2005-ci il tarixə kimi “Avtomobilçi" İdman Klubunda trener-müəllim (15 il, 11 ay, 04 gün) vəzifələrində işləmişdir. O, 10 oktyabr 1974- cü il tarixdən 20 sentyabr 2005-ci il tarixədək işləmiş və əmək stajı vardır. 2001-ci il tarixədək 27 il 10 ay 22 gün əmək stajı vardır. 13 oktyabr 2008-ci il tarixdən rəsmi qaydada sahibkarlıqla məşğul olaraq işləmişdir. İddiaçıya əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət olunmuşdur. Müraciətə cavab olaraq bildirildi ki, əmək stajı 25 ildən az olduğudan əmək pensiyası təyin edilməsindən imtina verilmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək məhkəmədən cavabdehin 16 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
8. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsinə etirazın dəlilləri cavabdehin imtina məktubunun dəlilləri ilə oxşarlıq təşkil edir.
10. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında aşkar olunan müdaxilə (qaralama) və işə daxil olma barədə əmrin nömrəsinin qeyd edilməməsi iddiaçının məsuliyyət sferasına aid olmadığından, bu hal üzrə məsuliyyətli şəxs qismində məhz onun işlədiyi müəssisələrin məsul şəxsləri olduğundan, cavabdehin mübahisələndirdiyi dövrlər iddiaçının sığorta stajına daxil edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd etmişdir ki, iddiaçının “Avtomobilçi” idman klubunda işləməsi əmək kitabçasından savayi həmçinin müvafiq sənədlər ilə də təsdiq olunmuşdur. Məhkəmə icraatı zamanı təqdim olunmuş arayışların və əmrlərin surətindən göründü ki, “Avtomobilçi” idman klubu iddiaçının işlədiyi dövrlərdə fəaliyyətdə olmuş, iddiaçı həmin klubun trenermüəllimi olmuş və bu istiqamətdə əmək funksiyasalarını icra etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə təqdim edilmiş sənədlərə əsaslanaraq iddiaçının əmək kitabçasının surətində qeyd edilən xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1989-cu il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi dövrlərini onun ümumi iş stajına hesablanmasını, bununla da ona yaşa görə əmək pensiyasını təyin etmişdir.
12. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, İddiaçının təqdim etdiyi əmək kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına uyğun deyildir. Bələ ki, Qaydaların 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1989-cu il tarixdən xx.xx.2005-ci il tarixədək “Avtomobilçi” idman klubunda işlədiyi dövrlərlə bağlı qeydlərdə işə daxilolma əmri qeyd olunmamışdır. Sözügedən klubla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Milli Arxiv İdarəsinə və Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğular yazılmışdır. Dövlət Vergi Xidmətinin 13 noyabr 2023-cü il tarixli **********050800 nömrəli cavab məktubunda bildirilmişdir ki, dövlət reyestrində “Avtomobilçi” idman klubu adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcüd deyildir. Milli Arxiv İdarəsinin 16 noyabr 2023-cü il tarixli 3-48-4/2-2374/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Avtomobilçi” idman klubunun arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-63/2-301/2024 nömrəli məktubunda isə bildirilmişdir ki, “Avtomobilçi” idman klubuna aid arxiv sənədləri 9 saylı Peşə Liseyinsə aşkar edilməmişdir. İddiaçı tərəfindən məhkəmə iclası zamanı təqdim etdiyi arayışların və əmrlərin surətlərinə münasibətdə isə birdiririk ki, Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 86.2-ci maddəsinə əsasən müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında” Əsasnamənin 2.10-cu bəndinə əsasən idarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Göründüyü kimi yuxarıda qeyd olunan sənədlər iddiaçıda yox, dövlət arxivində saxlanılmalıdır. Həmçinin nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan Qaydaların 3.5-ci bəndinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. Əlavə olaraq Qaydaların 3.7-ci bəndinə əsasən əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. İddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunmuş xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək olan dövr qaralama olduğuna görə sığorta stajına daxil edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almayaraq və işi hərtərəfli araşdırmadan, qanunvericiliyin tələblərinə riayyət etmədən iddiaçının iddia tələbini təmin edilməsi ilə bağlı qərar qəbul etmişdir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasında əks olunan xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1989-cu il tarixdən xx.xx.2005-ci il tarixədək dövrləri onun ümumi is stajına daxil olunması və “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:
4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
4. əyani təhsil dövrünü tələb edən sənədlərə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5.2-ci bəndinə əsasən, 1 iyul 2018 - 30 iyun 2019-ci illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edilmişdir
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:
67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:
3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır.
24. “İnzibati icraat haqqında” Qanunun:
15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsidir.
35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşdan yaşa görə pensiya hüququnun yaranması üçün göstərilən iki şərtdən biri mövcud olmalıdır:
1. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq;
2. Azı 25 il sığorta stajı olduqda;
36. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması və fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığı işin mübahisələndirilməyən halıdır.
37. İşin mübahisəli halı və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh iddiaçıya 13 il, 05 ay, 15 gün əmək stajı hesablamaqla onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1979-cü il tarixdən xx.xx.1980-cı il tarixədək və xx.xx.1989-cu il tarixindən xx.xx.2005-ci il tarixədək ( 16 il, 11 ay, 16 gün) olan müddəti sığorta stajına daxil etməmişdir. İmtinanın əsası kimi xx.xx.1979-xx.xx.1980 dövrlər ilə bağlı əmək kitabçasında qaralama aşkar olunduğu, xx.xx.1989-xx.xx.2005 dövrlər ilə bağlı isə əmək kitabçasının doldurulma qaydası pozularaq iddiaçının həmin müəssisəyə işə qəbul olunma barədə əmrin nömrəsinin göstərilməməsi qeyd olunmuşdur. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir.
38. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Dövlət Vergi Xidmətinin 13 noyabr 2023-cü il tarixli **********050800 nömrəli cavab məktubunda bildirilmişdir ki, dövlət reyestrində “Avtomobilçi” idman klubu adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcüd deyildir.
39. Milli Arxiv İdarəsinin 16 noyabr 2023-cü il tarixli 3-48-4/2-2374/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Avtomobilçi” idman klubunun arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.
40. Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-63/2-301/2024 nömrəli məktubunda isə bildirilmişdir ki, “Avtomobilçi” idman klubuna aid arxiv sənədləri 9 saylı Peşə Liseyində aşkar edilməmişdir.
41. Belə ki, iddiaçının “Avtomobilçi” idman klubunda trener-müəllim vəzifəsində işlədiyi dövrdəki arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bu hal iddiaçının məsuliyyət sferasına aid edilə bilməz və sənədlərin arxivdə olmaması onun təqsirinə yozaraq hüquqlarını məhdudlaşdıra bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
42. Bununla bağlı kollegiya qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
43. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
44. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
45. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır.
46. Bu əsasla iddiaçının xx.xx.1979-cü il tarixdən xx.xx.1980-cı il tarixədək “Azerelektrosovet BİB-dəki 06 ay 11 gün əmək fəaliyyəti və xx.xx.1989-cu il tarixindən xx.xx.2005-ci il tarixədək “Avtomobilçi” idman klubundakı 15 il 11 ay 05 gün əmək faliyyəti onun iş stajına daxil edilməlidir. Belə ki, iddiaçının qeyd olunan dövrlərdə “Azerelektrosovet BİB və “Avtomobilçi” idman klubunda əmək fəaliyyəti göstərməsi barədə müvafiq qeyd əmək kitabçasında öz əksini tapmışdır.
47. Həmçinin, kollegiya apellyasiya şikayətinin əmək kitabçasının doldurulma qaydasının pozulması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, əmək kitabçasının doldurulma qaydasına riayət olunmamasının iş stajına daxil edilməsinin yolverilməzliyini müəyyən edən müddəa qanunvericilikdə təsbit edilməmişdir.
48. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədər (arayış, əmr və s.) nəzərə alınır.
49. İş materiallarından görünür ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir.
50. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh inzibati orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
51. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
52. Belə olan halda da, iddiaçının əmək kitabçasında qeydiyyat aparılmış xx.xx.1979-xx.xx.1980-ci il və xx.xx.1989-xx.xx.2005-ci illər üzrə nəzərə alınmayan 16 il 11 ay 05 gün ümumi iş stajına daxil edildikdə və cavabdeh tərəfindən mübahisələndirilməyən 13 il 05 ay 15 gün sosial sığorta stajı ilə toplandıqda iddiaçıya qanunla tələb olunan 25 ildən artıq ümumi sosial sığorta stajı yığmağa kifayət edir (16 il 11 ay 05 gün + 13 il 05 ay 15 gün = 30 il 04 ay 20 gün).
53. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
54. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.