Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3449/2022 23.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur. xx.xx.1977-xx.xx.1980-ci il ərzində Bakı şəhəri 54 saylı orta texniki peşə məktəbində avtomobil çilingəri ixtisası üzrə təhsil almışdır. xx.xx.1980-ci il tarixdə “QLAVBAKSTROY”un Avtobaza-2-yə avtomobil təmiri üzrə çilingər kimi işə qəbul olunmuşdur. xx.xx.1980-xx.xx.1982-ci illərdə Sovet ordu sıralarında müddətli xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdə “QLAVBAKSTROY”un Avtobaza-2-yə avtomobil təmiri üzrə çilingər kimi işə qəbul olunmuşdur. xx.xx.1983-cü il “QLAVBAKSTROY”un 2 №-li avtobazasından köçürmə yolu ilə “QLAVBAKSTROY”un “BQCM” trestinin 13 №-li tikinti idarəsinə 2-ci kateqoriyalı asfaltçı kimi işə qəbul olunmuşdur. xx.xx.1980-ci il -asfaltçı 4-cü kateqoriyaya layiq görülmüşdür. xx.xx.1991 -ci il - BAK1BAŞTİK.İNTİ İDARƏSİ”nin 13 №li Tikinti İdarəsinin Siyəzən sahəsində 4-cü dərəcəli asfaltçı işinə köçürülmüşdür. xx.xx.1993-cü il iş icraçısı vəzifəsinə keçirilmiş və həmin vəzifədə xx.xx.1995-ci il tarixinədək çalışmışdır. xx.xx.1995-ci-xx.xx.2001 -ci il tarixə qədər “Azərneftyoltikintitəmir” Trestinin 3 №-li Yol Tikintisinin 4 №-li sahəsində iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixdə 239 saylı Sərəncamına əsasən ARDNŞ QNQÇ İB-nin “Azərneftyoltikintəmir” Trestinin müəssisələrinin bazasında "xxxx" ASC-nin 3 №-li Yol-Tikinti İdarəsinin bazasında 4 saylı Yol-Tikinti Filialı) yaradılmışdır. xx.xx.2001 -ci il tarixdən xx.xx.2007-ci il tarixədək 4 saylı Yol-Tikinti Filialında iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2007-xx.xx.2017-ci il - Səhmdar Cəmiyyətində iş icraçısı vəzifəsində çalışmışdır. xx.xx.2017- xx.xx.2018-ci il- Cəmiyyətdə sahə rəisi vəzifəsində işləmişdir. Cavabbdehin güzəştli şərtlərlə pensiyanın təyin olunmasına xx.xx.2022-ci il tarixi, **********2 №-li və 10 fevral 2022-ci il tarixli **********2№li imtinası tamailə əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Dövlət Arxivinin Bakı filialının 07 sentyabr 2021-ci il tarixli BA- 04114-2021 nömrəli məktubundan məlum olur ki, Bakı Baş Tikinti İdarəsinin Mexanizasiya trestinin 13 saylı Yoltikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 12 avqust 2021-ci il tarixli 18 nömrəli arayışında iddiaçı B.İddiaçı "Azərneftyoltikintitəmir” Trestinin 3 nömrəli Yol Tikinti İdarəsinin 4 nömrəli sahəsində iş icraçısı vəzifəsinə 12 aprel 1995-ci il tarixdə 23k nömrəli əmrlə işə qəbul edildiyi, 03 sentyabr 2007-ci il tarixədək həmin vəzifədə çalışdığı bildirilmişdir. İş materiallarında olan Dövlət Arxivinin Bakı filialının 15 sentyabr 2021 -ci il tarixli BA-04259- 2021 nömrəli məktubunda BBTİ 2 saylı Avtobazasının əmrlər kitabına əsasən, iddiaçı B.İddiaçı 18 avqust 1980-ci il tarixli 55k nömrəli əmrlə 4-cü dərəcəli çilingir vəzifəsinə qəbul edildiyi, BBTİ 2 saylı Avtobazasının 1980-1983-cü illərə dair əməkhaqqı cədvəllərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. İş materiallarında olan iddiaçı B.İddiaçı məxsus 25 avqust 1980-ci il tarixli İT ******* nömrəli əmək kitabçasının surətindən məlum olur ki,o, xx.xx.1980-xx.xx.1980-ci il tarixlərdə, xx.xx.1982xx.xx.1983-cü il tarixlərdə BBTİ 2 saylı Avtobazasında, xx.xx.1983-xx.xx.1990- cı il tarixlərdə “СУ-13” Trestində, xx.xx.1991-xx.xx.1995-ci il tarixlərdə “Bakıyoltikinti” Trestinin 29 nömrəli tikinti idarəsində, xx.xx.1995-xx.xx.2001-ci il tarixlərdə Yol Tikinti İdarəsində, xx.xx.2001-xx.xx.2017-ci il tarixlərdə 4 saylı Yol Tikinti İdarəsində, xx.xx.2017- xx.xx.2017ci il tarixlərdə "xxxx" MMC-də, xx.xx.2017-01,08.2018-ci il tarixlərdə "xxxx" ASC-də, xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə M-TND” MMC-də, xx.xx.2019-xx.xx.2020-ci il tarixlərdə "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, iddiaçı B.İddiaçı mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC-nin 12 avqust 2021-ci il tarixli 18 nömrəli arayışında onun xx.xx.2001-xx.xx.2007-ci il tarixlərdə adıçəkilən müəssisənin 4 nömrəli Yol Tikinti Filialında iş icraçısı vəzifəsində işlədiyi qeyd edilsə də, xx.xx.2006-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin dövrlərin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan əlavə iddiaçı B.İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçı B.İddiaçı münasibətdə 55680,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36502,74 manat təşkil edir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından da görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə müraciətin təmin edilməsindən imtina edilərək, iddiaçı B.İddiaçı güzəştli şərtlərlə pensiya təyinatının aparılması onun ümumi iş stajının 23 il 08 ay 18 günü, güzəştli iş stajının 08 il 02 ay 28 günü təşkil etməsi səbəbindən mümkün olmaması bildirilmişdir. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2 əsas şərt: 1) 57 yaşının tamam olması; 2) xx.xx.2006-cı il tarixə 25 illik ümumi və 12,6 illik xüsusi iş stajının toplanması. İddiaçıya məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci il il tarixdə doğulmuşdur. İddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Göründüyü kimi, yaşla bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələb ödənilmişdir. İddiaçıya məxsus əmək kitabçasına əsasən (hərbi xidmət və təhsil illəri nəzərə alınmaqla) iddiaçının ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 28 il 1 ay 15 gündür (1980.xx.xx-1977.09.01 = 2 il 10 ay 24 gün) + (1980.xx.xx-1980.08.18 = 2 ay 22 gün) + (1982.xx.xx-1980.11.18 = 1 il 11 ay 29 gün) + (1983.05.27 – 1982.12.21 = 5 ay 6 gün) + (1995.04.10 – 1983.05.30 = 11 il 10 ay 10 gün ) + (2001.07.31 – 1995.04.12 = 6 il 3 ay 19 gün) + (2006.01.01 – 2001.07.31 = 4 il 5 ay) = 28 il 1 ay 15 gün . Cavabdeh imtina məktubunda və apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən də adıçəkilən müəssisədəki iş stajına dair əsaslı şübhələr yarandığından xx.xx.2001- xx.xx.2007-ci il tarixləri arasındakı dövrü onun ümumi və güzəştli əmək stajına daxil etmək mümkün deyil. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının mübahisələndirilən dövrlərdə işləməsi əmək kitabçası və iş yerindən verilən arayışla öz təsdiqini tapır. İş materiallarında olan əmək "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 066 №-li Arayışından görünür ki, iddiaçı "Azərnefyolttikintitəmir" Trestinin 3 №-li Yol Tikinti idarəsinin 4 №-li sahəsinə xx.xx.1995-ci il tarixli 23/k saylı əmrə əsasən iş icraçısı vəzifəsinə qəbul edilmiş və xx.xx.2001-ci il tarixə qədər həmin vəzifədə işləmişdir. 4 saylı Yol Tikinti Filialında xx.xx.2001-ci il tarixli 11/k saylı əmrə əsasən iş icraçısı vəzifəsinə qəbul edilmiş və xx.xx.2007-ci il tarixinə qədər iş icraçısı vəzifəsində işləmişdir. Səhmdar Cəmiyyətin xx.xx.2007-ci il tarixli 21/k saylı əmrinə əsasən Cəmiyyətə iş icraçısı vəzifəsinə təyin edilmiş və xx.xx.2017-ci il tarixli 24/k saylı əmrinə əsasən işdən azad edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı olmuşdur və həmin dövrdə qüvvədə olan «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndində iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğu qeyd edilmişdir. Həmçinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun iddiaçının işlədiyi müddətə aid olan dövrdə qüvvədə olmuş: -2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir; -12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar; -14-cü maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əməyin ödənişi fonduna (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğləri sığortaedənlərin bank təşkilatlarında olan hesabından tutulur. - 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu) həyata keçirir və məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericili də müəyyən olunmuş qaydada dayandırır və s. Göründüyü kimi, məcburi sosial sığorta ödənişlərini həyata keçirməli olan müəssisə tərəfindən müvafiq ödənişlər aparılmadığı təqdirdə dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığortası qaydalarını pozan sığorta edənlərə qarşı müvafiq tədbirləri görməlidir. Həmin qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli, müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır. Daha sonra həmin sərəncamın qoyulmasındandan 90 gün ərzində də borc ödənilmədikdə, onun məhkəmə qaydasında alınması üçün həmin qurum ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququna malik olmuşdur. Beləliklə yuxarda qeyd edilənlərə nəzərə alan Kollegiya bildirir ki, cavabdehin mübahisələndirdiyi dövrlərdə iddiaçının işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmaması, iddiaçının əmək haqqı almasının aşkar edilməməsi iddiaçının iradəsindən asılı olan hall deyildir və bu əsaslada qeyd edilən dövrlərin iddiaçının iş stajına hesablanmaması və pensiya təyinindən imtina edilməsi iddiaçının hüquqlarını pozur. Bundan başqa cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçı B.İddiaçı münasibətdə 55680,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36502,74 manat təşkil edir. Cavabdehin pensiya kapitalı ilə bağlı olan dəlilinə münasibətdə qeyd edilməlidir ki, pensiya kapitalının mövcud olması ilə bağlı şərtlər xx.xx.2017-ci il tarixdən qüvvədədir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçının pensiya hüququ xx.xx.2006-cı il tarixəndək yaranmışdır. Əlavə olaraq iddiaçının xüsusi stajı ilə bağlı məsələyə münasibətdə Kollegiya qeyd edir : İş materiallarından görünür ki, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 066 №-li Arayışda göstırilmişdir: “Verilir İddiaçı ondan ötəri ki, O həqiqətən "Azərnefyoltikintitəmir" Trestinin 3 №-li Yol Tikinti idarəsinin 4 №-li sahəsinə xx.xx.1995-ci il tarixli 23/k saylı əmrə əsasən iş icraçısı vəzifəsinə qəbul edilmiş və xx.xx.2001-ci il tarixə qədər həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 30.04. 2001-ci il tarixli 239 saylı Sərəncamına əsasən ARDNŞ QNQÇ İB-nin "Azərneftyoltikintitəmir" Trestinin müəssisələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti (3 №-li Yol Tikinti İdarəsinin bazasında 4 saylı Yol Tikinti Filialı) yaradılmışdır. 4 saylı Yol Tikinti Filialında xx.xx.2001-ci il tarixli 11/k saylı əmrə əsasən iş icraçısı vəzifəsinə qəbul edilmiş və xx.xx.2007-ci il tarixinə qədər iş icraçısı vəzifəsində işləmişdir. Səhmdar Cəmiyyətin xx.xx.2007-ci il tarixli 21/k saylı əmrinə əsasən Cəmiyyətə iş icraçısı vəzifəsinə təyin edilmiş və xx.xx.2017-ci il tarixli 24/k saylı əmrinə əsasən işdən azad edilmişdir. Qeyd: Cəmiyyətdə əvvəlki dövrlərə dair heç bir sənəd olmadığı üçün, xx.xx.1995-ci il tarixli 23/k saylı işə qəbul əmri və xx.xx.2001-ci il tarixli 11/k saylı qəbul əmrlər aşkar edilmədi və bu arayış da əmək kitabçasındakı qeydə əsasən yazıldı. İddiaçı icra etdiyi vəzifə AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 N-li qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı"nın XXVİİ bölməsində 2290000b-24441 (iş icraçıları) 57 yaşdan pensiyaya çıxmaq hüququnu verən peşə hesab edilir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “iş icraçıları” (2290000b—24441) peşəs nəzərdə tutulmuşdur. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçının xüsusi iş stajıda tamamlanmışdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtina üçün əsas yoxdur. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6656/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-3449/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3449/2022
23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver