Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-345/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi X1 iştirakları, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2349/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 sayl orderə əsasən ünvan 7, mənzil 3 (2 otaqlı, 35,0 kvadrat metr) ünvanında istifadəsində olan yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 7, mənzil 3, xx.xx.1988-ci il tarixli 7 saylı Protokol və 14 saylı orderə əsasən istifadəsinə verilmişdir. Qeyd edilən mənzil paylı mülkiyyət olduğundan eyni ünvanda mənzilin bir hissəsinə X3 adına özəlləşərək çıxarış verilmişdir. İddiaçının qaldığı hissəyə dair cavabdeh tərəfindən aidiyyəti olmayan cavablar verilməklə özəlləşməsindən imtina edilir. İddiaçının adına order olduğu halda sərəncam və kirayə Müqaviləsi tələb olunur. Eyni ünvanda olan paylı mülkiyyətin bir hissəsinə X3 adına çıxarış verildiyi halda eyni statuslu iddiaçının istifadəsində olan hissəyə dair sənəd verilməsindən imtina edilir və subyektiv münasibət göstərilərək hüququ pozulmaqdadır. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda qeyd olunanlara istinad etmiş və göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə dair təqdim edilmiş order “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Məlumat üçün bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, mənzil 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşməklə, ümumi sahəsi 42.4 kv.m təşkil edir. Həmçinin, mənzilə bitişik 30.2 kv.m əlavə tikililər inşa edilmişdir və onlara dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2349/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 7, mənzil 3, xx.xx.1988-ci il tarixli 7 saylı Protokol və 14 saylı orderə əsasən istifadəsinə verilmişdir. Qeyd edilən mənzil paylı mülkiyyət olduğundan eyni ünvanda mənzilin bir hissəsinə X3 adına özəlləşərək çıxarış verilmişdir. İddiaçının qaldığı hissəyə dair cavabdeh tərəfindən aidiyyəti olmayan cavablar verilməklə özəlləşməsindən imtina edilir. İddiaçının adına order olduğu halda sərəncam və kirayə müqaviləsi tələb olunur. Eyni ünvanda olan paylı mülkiyyətin bir hissəsinə X3 adına çıxarış verildiyi halda eyni statuslu iddiaçının istifadəsində olan hissəyə dair sənəd verilməsindən imtina edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Qeyd edilən sənədlər təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən mövcud sənədlər əsasında qeydiyyatın aparılmasını təmin etməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. -71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarnın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraçiət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -8.0.11-ci maddəsinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. -146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. -146.2-ci maddəsinə görə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. -146.3-cü maddəsinə görə bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında xx.xx.2006-cı il təvəllüdlü X22 xx.xx.2014-cü il tarixdən, xx.xx.2001-ci il təvəllüdlü X6 xx.xx.2013-cü il tarixdən, xx.xx.1984-cü il təvəllüdlü Nümayəndə2 xx.xx.2006-cı il tarixdən, xx.xx.1978-ci il təvəllüdlü X15 xx.xx.2010-cu il tarixdən, xx.xx.1977-ci il təvəllüdlü Nümayəndə1 xx.xx.1994-cü il tarixdən, xx.xx.1982-ci il təvəllüdlü X10 xx.xx.2000-ci il tarixdən, xx.xx.1980-ci il təvəllüdlü X2 xx.xx.2005- ci il tarixdən, xx.xx.1998-ci il təvəllüdlü X11 xx.xx.2013-cü il tarixdən, xx.xx.2005-ci il təvəllüdlü X9 xx.xx.2015-ci il tarixdən, xx.xx.2015-ci il təvəllüdlü X16 xx.xx.2016- cı il tarixdən, xx.xx.1977-ci il təvəllüdlü X4 xx.xx.2005-ci il tarixdən, xx.xx.2006-cı il təvəllüdlü X7 xx.xx.2015-ci il tarixdən, xx.xx.2007ci il təvəllüdlü Əliyeva Nərgiz Hicran qızı xx.xx.2014-cü il tarixdən, xx.xx.2008-ci il təvəllüdlü Əliyeva Rüqəyya Hicran qızı xx.xx.2014-cü il tarixdən, xx.xx.1979-cu il təvəllüdlü X5 xx.xx.1996-cı il tarixdən, xx.xx.2005-ci il təvəllüdlü Əliyeva Fatimə Hicran qızı xx.xx.2014-cü il tarixdən, xx.xx.1964-cü il təvəllüdlü X12 isə xx.xx.1982-ci il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. 71 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sabunçu rayonu Maştağa qəsəbəsi İSMD-32 ünvanında yerləşən 4 saylı evin 3 saylı mənzili Sabunçu rayon MKTB-nin 71-saylı MKİS-nin balansındadır və dövlət fonduna aiddir. İş materiallarında olan 32 nömrəli X19 rəhbərliyi ilə Həmkarlar İttifaqının üzvlərinin birgə iclasının xx.xx.1988-ci il tarixli 7 nömrəli protokolundan görünür ki, qəsəbədə boşalmış ev 4, mənzil 3, sahəsi 35 kv.metr olan mənzilin İdarənin işçisi olan İddiaçı verilməsi qərara alınmışdır (tərkibi 8 nəfərdən ibarətdir). İddiaçı hazırda bu protokola istinad edərək 3 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Cavabdeh imtina əsası kimi o hala istinad etmişdir ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdehin imtinasını və birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı xx.xx.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən xx.xx.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci yarımbəndinə əsasən Qanunun 8.0.9.1.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda) və 8.0.11ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, qanunverici Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş sərəncam və ya order, yaxud bağlanmış kirayə müqaviləsinin təqdim edilməsini zəruri şərt kimi müəyyən etmişdir. İşdən müəyyən olunur ki, iddiaçı bu sənədlərdən hər hansı birini cavabdehə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi 32 nömrəli X19 rəhbərliyi ilə Həmkarlar İttifaqının üzvlərinin birgə iclasının xx.xx.1988-ci il tarixli 7 nömrəli protokoluna gəldikdə, qanunvericilik normalarına əsasən rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilməlidir. Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında əlavə olunan Nümunəvi qaydalar”ın 32-ci bəndinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. Bundan əlavə iş materiallarına əlavə edilmiş 32 nömrəli SMD-nin Həmkarlar Komitəsinin 82 nömrəli protokolunda əsasən verilmiş orderə münasibətdə də məhkəmə kollegiyası diqqətə çatdırır ki, həmin order də hüquqmüəyyənedici sənəd ismində çıxış etmir. Həmin orderə əsasən mənzil iddiaçıya idarədə işlədiyi müddət ərzində yaşayış sahəsi kimi istifadə məqsədilə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda müəyyən edilən tələblərə uyğun olan sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD- 32, ev 4 ünvanında yerləşən 3 saylı mənzilin qeydiyyata alınıb-alınmaması barədə məlumatın, əgər qeydiyyatdan keçmişdirsə buna əsas olan hüquqmüəyyənedici sənədlərin, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 4 ünvanında qeydiyyatdan keçən mənzillərin olub-olmaması barədə məlumatın, əgər qeydiyyatdan keçən mənzillər varsa, buna əsas olan hüquqmüəyyənedici sənədlərin, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 4 ünvanında yerləşən sözügedən 3 saylı mənzilə tərəflərin iştirakı ilə yerli baxış keçirilərək müayinə aktının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinə sorğu ünvanlanaraq ünvan 6nsında olması, binanın yataqxana tipli bina olub-olmaması, bina ilə bağlı orderlərin verilib-verilməməsi, həmçinin binanın Bakı şəhər İcra Hakimiyyətinin balansına verilib-verilməməsi, əgər verilmişdirsə hansı tarixdən verilməsi barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin sorğuya 28 oktyabr 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 113 nömrəli Qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 709 saylı Sərəncamı ilə özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ləğv edilmiş «Azərsutikinti» SC-nin 32 №-li SMD-nin balansında olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən yaşayış sahələri Sabunçu rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və hazırda həmin Birliyin balansındadır. Əvvəllər «Azərsutikinti» SC-nin 32 №-li SMD-nin balansında olmuş qeyd edilən binalarda (idarə mənzil fondu) təşkilatla əmək münasibətlərində olan işçilərə yaşayış sahəsi verilməsi barədə müəssisə müdiriyyəti ilə həmkarlar komitəsinin birgə qərarı əsasında mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən orderlər verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya 21 noyabr 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 4, 3 saylı mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Sorğuya cavab məktubuna həmin binada qeydiyyatdan keçmiş mənzillərə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Həmin sənədlərə əsasən müəyyən olunur ki, həmin binada qeydiyyatdan keçmiş mənzillərin qeydiyyatı üçün əsas qismində fərqli hüquq müəyyənedici sənədlər çıxış etmişdir. (mənzilin özəlləşdirilməsi haqqında qərarlar, mülkiyyətə verilmə haqqında müqavilə, mənzilin qiymətləndirilməsi haqqında akt, alqı-satqı müqaviləsi) Həmçinin məhkəmənin sorğusu əsasında X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 4 ünvanında yerləşən 3 saylı mənzilə və iddiaçının iddia etdiyi ünvan 7 ünvanında 3 saylı mənzilə tərəflərin iştirakı ilə yerli baxış keçirilərək həmin mənzillərin bir-birinə münasibətdə yerləşmə mövqeyi ilə bağlı müayinə aktı tərtib edilmişdir. 28 yanvar 2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, mənzil iki mərtəbəli yaşayış binasının birinci mərtəbəsində sol tərəfdən düz qapıda yerləşir. Binanın yerləşmə koordinatları və mənzilin eskizi müayinə aktına əlavə olunur. Mənzilin eyvan sahəsi də daxil olmaqla mənzilə bitişik şəkildə 4.3x7.9m ölçülərdə əlavə köməkçi otaqlar inşa edilmişdir. İddaçının iddia etdiyi X8 məxsus mənzil iddaçının mənzili ilə eyni girişdə eyni mərtəbədə olmaqla divar qonşusudur. Yaşayış binası yataqxana tipli olmuşdur, sonra daxilində yenidən qurma işləri aparılmışdır. Buna görə də iddia olunan mənzilin giriş çıxış qapısı hal hazırda binanın digər tərəfindəndir. Beləliklə, müayinə aktı ilə müəyyən edilmişdir ki, iddiaçının hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi mənzillə X3 adına qeydiyyatdan keçmiş eyni nömrəli mənzillər faktiki olaraq fərqli mənzillər olmaqla divar qonşularıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Belə ki, məhkəmə kollegiyası izah edir ki, iddiaçı öncə onda olan mövcud sənədlər əsasında binanın balansında olduğu Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinə müraciət edərək mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsini tələb etməli, daha sonra həmin kirayə müqaviləsi əsasında mənzilin xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsi ilə bağlı müraciət etməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin iddiaçının mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı müraciətinə 26 yanvar 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, 4 ünvanında yerləşən evin, yaşayış sahəsi 35,0 kv.metr olan 2 otaqdan ibarət 3 saylı mənzili xx.xx.1988-ci il tarixli, 7 nömrəli protokol və 14 saylı orderlə istifadənizə verilmişdir. Aparılan araşdırma zamanı və əldə edilən sənədlərdən məlum olmuşdur ki, qeyd edilən 4 saylı evin 3 saylı mənzili üzərində X3 xüsusi mülkiyyət hüququ xx.xx.1995-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ******* nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin Asan 4 Xidmət Mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən eyni ünvan üzrə X12 və sizin ailə üzvləriniz qeydiyyatdadır. Yuxarıda göstərlənləri nəzərə alaraq ünvan 7in 3 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanılması barədə xahişinizi təmin etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışı zamanı əldə edilən müayinə aktı ilə iddiaçının hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi mənzillə X3 adına qeydiyyatdan keçmiş eyni nömrəli mənzillərin faktiki olaraq fərqli mənzillər olduğu müəyyən edildiyindən iddiaçı həmin müayinə aktını da əlavə etməklə yenidən kirayə müqaviləsinin bağlanması ilə bağlı müraciət edə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2349/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-345/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-345/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver