Məhkəmə qərarları › İş №2-1(103)-3452/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3452/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3452/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6557/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək əmək fəaliyyətinə başladığı tarixdən 01 yanvar 2006-cı il tarixədək “Cəmilə” təsərrüfat hesablı kiçik müəssisəsində və “Afət” gözəllik salonunda işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmaqla ona 61 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…Yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun Cəmilə” təsərrüfat hesablı kiçik müəssisəsində və “Afət” gözəllik salonunda işlədiyi müddətin sığorta stajında nəzərə almamış və iş stajı 25 ildən az olduğundan, onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmadığını əsas gətirərk müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, imtina əsassızdır .Belə ki, onun “Cəmilə” təsərrüfat hesablı kiçik müəssisəsində və “Afət” gözəllik salonunda işlədiyi müddət əmək kitabçasında əks olunduğu nəzərə alınmaqla, həmin dövr sığorta stajına daxil edilərək ona pensiya təyin olunmalıdır...” Cavaabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının sığorta stajı, (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla 18 il 2 ay 15 gün təşkil edir. 01.01,2006-xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1994-xx.xx.1999 dövrünədək (işdən çıxma əmrinin nömrəsi qeyd olunmayıb) və 01.01,2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək (işə daxilolma əmrinin tarixi bayram gününə təsadüf edir) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sözügedən dövrünsığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6557/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən iddia tələbi təmin edilmiş, İddiaçı 61 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayətini cavabdeh aşağıdakılarla əsaslandırılmışdır: «…Birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol vermişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi baxımından xx.xx.2018-ci ii tarixdən xx.xx.2019-cu il tarixədək pensiya yaş həddi qadınlar üçün 61 yaş müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajının müddəti (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla) 18 il 2 av 15 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş: -“Cəmilə” təsərrüfat hesablı kiçik müəssisəsində işlədiyi xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrə münasibətdə: isdən çıxma əmrinin nömrəsi qeyd olunmadığından: -“Afət” gözəllik salonunda işlədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrə münasibətdə: isə daxilolma əmrinin tarixi bayram gününə təsadüf etdiyindən, həmin dövrlərin doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktuba əsasən, iddiaçının “Cəmilə” təsərrüfat hesablı kiçik müəssisəsində və “Afət” gözəllik salonunda qeyd olunan illər üzrə işləməsi barədə hər hansı məlumat aşkar edilməmiş; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, “Afət” gözəllik salonunun arxiv sənədləri mühafizə ücün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmiş; - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İdarədə olan reyestrdə “Cəmilə qadın salonu” və “Afət gözəllik salonu” adlı kommersiya qurumları aşkar edilməmiş; - Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sorğuya cavab məktubuna əsaasən, 1996cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Cəmilə” qadın salonuna və “Afət” gözəllik salonuna dair məlumat mövcud deyil. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajının müddəti qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə,birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə əhəmiyyətli olan hallarının tam, hərtərəfli və obyektiv araşdırmadığı görünür. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, is ücün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçı isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşıdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir . Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. İddiaçının xx.xx.1958-ci il təvəllüdlü olması baxımından, Qanunun qeyd olunan 7-ci maddəsi baxımından onun 61 yaşından yəni, xx.xx.2019-cu il tarixdən pensiya hüququ yaranmışdır. İşin cavabdeh tərəfindən mübahisələndirilən hallarından göründüyü kimi, onun həmin tarixə qədər onun əmək kitabçasının qeydləri üzrə xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla, onun sığorta stacı kimi 18 il 2 a1 15 gün qəzərə alınır. Qalan “Cəmilə” təsərrüfat hesablı kiçik müəssisəsində xx.xx.1994-xx.xx.1999-cu illərdə (4 il 10 ay 8 gün) işlədiyi müddət - isdən çıxma əmrinin nömrəsi qeyd olunmadığına görə, xx.xx.2000-xx.xx.2003-cü illərdə (3 il 1 ay 4 gün) isə “Afət” gözəllik salonunda işlədiyi müddət - isə daxilolma əmrinin tarixi bayram gününə təsadüf etdiyi üçün həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir (Qeyd olunan illər nəzərə alındıqa yalnız onun azı 25 il (25 il 13 ay 3 gün) sığorta stajı mövcud olur.) Məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh tərəfindən sözügedən dövrlər üzrə iddiaçının 7 il 11 ay 12 gün (4 il 10 ay 8 gün+4 il 10 ay 8 gün); əmək fəaliyyətinin onun sığorta stajı kimi nəzərə alınmaması pşağıdakılara görə əsassızdır. Birincisi, iddiaçı xx.xx.1994-xx.xx.1999-cu illərdə “Cəmilə” müəssisəsində usta, xx.xx.1994-xx.xx.1999-cu illərdə xx.xx.2000-xx.xx.2003-cü illərdə “Afət” gözəllik salonunda bərbər işləmişdir. Əmək kitabçasının qeydlərinə və Peşə-texniki məktəbinin attestatına əsasən müəyyən olunur ki, məhz bərbər işi üzrə peşə ixtisası almış və 1994-cü ildən əvvəlki əmək faliyytində də həmin ixtisasına uyğun işlərdə çalışmışdır. Bundan əlavə, iş materiallarından görünür ki, birinci instansiya məhkəəsində şahid qismində dindirilmiş X2, iddiaçı ilə birlikdə Afət” gözəllik salonunda işldiyini təsdiq etmiş və məhkəməyə təqdim olunmuş əmək kitabçasının surətində də sözügedən şahidin xx.xx.2000-xx.xx.2003-cü il illərdə “Afət” gözəllik salonunda qadın bərbəri kimi işlədiyi barədə qeydlər mövcuddur. Eyni zamanda, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 da iddaçı ilə birlikdə “Cəmilə” və Afət “ gözəllik salonlarında işldiyini təsdiqləmişdir. Bundan başqa, iddiaçının həmin məişət xidməti qürumlarında çalışdığı vaxt, yəni xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» 67-ci maddəsinin 8-ci abzası nəzərdə tuturdu ki, Qanunun əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-ci maddəsi isə nəzərədə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçasının mübahisələndirilən qeydləri tədqiq olunduqda müəyyən olunur ki, “Cəmilə” adında qürum təsərrüfat hesablı bir müəssisə olmuş, iddiaçının həmin müəssisəyə işə qəbul tarixi (gün, ay, il) 4 No-li 17/Vİİ-94-cü il tarixli əmrlə rəsmiləşdirilməsi, usta kimi işə qəbul ounduğu qeyd olunmuş, 25.06.199-cu il işdən çıxma tarixi və müqavilə şərtlərinə uyğun olaraq tutduğu vəifəsindən azad edilməsi, habelə, əmr qrafasında “müqavilə əsasında” ifadəsi göstərilməklə, qeydlər müəssisə diretorunun imzası və dairəvi möürlə (Kiril əlifbası əksi ilə) təsdiq olunmuşdur. Göründüyü kimi, iddiaçının işdən azad olunmasının əsası kimi “müqavilə” olduğu göstərilmişdir. Həmin qrafanın başlığına nəzərə saldıqda da məhz, “nəyin əsasında işdən azad olunma qeydinin aparılmasının göstərilməli olduğu təsbit olunmuşdur. İddiçının “Afət” gözəllik salonunda işləməsi ilə bağlı əmək kitabçasının qeydlərində gəldikdə, burada hər hansı qusurun olduğu müəyyən ounmur. Belə ki, işə daxil və azad olunma tarixləri, işdən azad olunmanın əsası və əmrlər, vəzifəsinin adı öz əksini tapmışdır. Burada cavabdehin mübahisələndirdiyi məsələ yalnız işə daxil olma tarixinin bayram gününə (xx.xx.2000) düşməsi şübhə altına alınır. Halbuki, birincisi, gözəllik salonları məişət xidməti ilə məşğul olan bir kommersiya sahəsidir. İkincisi, Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 107-ci maddəsinə əsasən fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Digər tərəfdən ən azından, İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının “Cəmilə” müəssisəsində və Afət” gözəllik salonunda əmək fəaliyyəti üzrə mübahisələndirilən dövrün (7 il 11 ay 12 gün) onun sığorta stajı kimi nəzərə alınmasını zəruri edən fktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda iddiaçıya 61 yaşından azı 25 il sığorta stajının mövcud olmaması əsası ilə imtina olunamı iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən, hüququn tətbiqində səhvə yol verildiyini, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırmaqla bütün faktiki halların aydınlaşdırılmadığını və mövcud sübutlara düzgün hüquqi qiymət verilmədiyini mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6557/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6557/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar