Məhkəmə qərarları › İş №2-1(103)-3453/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3453/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3453/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının X6rşı iş üzrə QƏRARİ (Açar sözlər: “sertifikatın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Əhəd oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X6rşı “test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahan mərhələsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının X14 (bundan sonra – cavabdeh) apellyasiya ərizəsi vermişdir.

2. Dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahanı mərhələsi ilə bağlı iddiaçının cavabdeh X14 ünvanladığı apellyasiya ərizəsinə cavab olaraq bildirilmişdir ki, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Müraciətinə əsasən səhv cavablandırdığı 51 və 63 saylı tapşırıqlar (A variantı üzrə) və onların doğru cavabları ilə bağlı Sizə ekspertlər tərəfindən müvafiq izahat verilmişdir. İmtahan nəticəsinin dəyişdirilməsinə səbəb ola biləcək bir hal aşkar olunmadığından müraciəti təmin olunmamışdır.

3. Qanunvericiliklə bağlı sualara dair cavabdeh tərəfindən rəyçi hüquq üzrə fəldəfə doktoru, rəyçi Maraqlı şəxs tərəfindən təqdim edilmiş rəydə qeyd edilir ki, 12 noyabr 1995ci il tarixli Azərbaycan Respublikası Konstitusiyasının yerlərdə icra hakimiyyətinin təşkili və fəaliyyətinin əsaslarını tənzimləyən 124-cü maddənin İİ hissəsinə əsasən unitar ərazi quruluşu formasına uyğun olaraq yerli icra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının əsaslarına dair müəyyən fərqlər nəzərə alınmaqla eyni əsaslar qüvvədədir. X1 Muxtar Respublikasında yerli icra hakimiyyəti adlanan 141-ci maddəsinə görə Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. Göründüyü kimi ali iradənin ifadə forması olan X19 Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının vəzifəyə təyin edilməsi üçün fərqli qayda nəzərdə tutulmuşdur. Bu fərqlilik yalnız onların təyin edilməsi qaydasına aid edilir. NMR-da yerli icra hakimiyyətinin başçılarının vəzifəyə təyin edilməsi qaydası fərqli olsa da, həmin vəzifəli şəxsin vəzifədən azad edilmə qaydası fərqli norma təsbit etmədiyi üçün burada ümumi qayda qüvvədə olur. Yəni NMR-da yerli icra başçılarının vəzifədən azad edilməsi onun vəzifəyə təyin edilməsi qaydası ilə eyni deyildir, Əsas Qanunun 124-cü maddəsinin İİ hissəsindəki kimi tənzimlənir. Belə bir hüquqi tənzimləmə mexanizmi Azərbaycan dövlətinin unitar idarəetmə quruluşuna da uyğundur. Belə ki, yerli icra hakimiyyətini səlahiyyətli Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən icra hakimiyyəti başçıları həyata keçirdiyi üçün onları vəzifədən azad edilməsi barədə qərar qəbul etməsi üçün NMR-nin Ali Məclisinin sədrinin bu barədə təqdimatı olması tələbinin imperativ formada nəzərdə tutulması məntiqsizlik olardı. Eyni zamanda göstərmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən NMRnin Ali Məclisinin sədrinin NMR-da yerli icra hakimiyyəti başçılarının vəzifədən azad edilməsi barədə dövlət başçısına təqdimat vermək səlahiyyəti təsbit edilmişdir. İlkin baxışdan bu normaların bir-birinin məntiqi ardı olduğu qənaəti yaranmış olsa da, bu normalar ayrı-ayrılıqda eyni sistemin tərkib hissəsi kimi nəzərdən keçirilə bilməz. Bunun təsdiqi kimi göstərmək olar ki, belə bir təqdimatın verilməsi barədə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı cinayət təqibi orqanı da qəbul edə bilər. Heç şübhəsiz ki, bu əsasda dövlət başçısı həmin vəzifəli şəxsi vəzifədən azad edə bilər, etməyə də bilər. Belə bir müddəa Konstitusiyanın əsas və ya əlavə mətnində təsbit edilmədiyi üçün onu Əsas Qanunun məzmunu kimi nəzərdən keçirilməsi düzgün olmazdı. Göstərilənlər əsasında yekun olaraq hesab edilmişdir ki, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad edilməsi üçün NMRnin Ali Məclisinin sədrinin təqdimatı zəruri şərt deyildir, ölkə başçısı belə təqdimat olmadan həmin vəzifəli şəxsi vəzifədən azad etmək səlahiyyətinə malikdir. Məhz bu səbəbdən də göstərilən test tapşırığında qanunvericilik baxımından səhv yoxdur və qüvvədə olan qanunvericiliyin tələbləri baxımından düzgündür.

4. İnformatika fənnindən olan test tapşırığına dair cavabdeh rəyçi Azərbaycan Republikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, r.e.d, dos. A.B.Rəhimov tərəfindən təqdim edilmiş rəyə əsasən iyerarxik modelli verilənlər bazasında birin-birə (1:1), birin-çoca (1:M) və çoxun birə (M:1) əlaqələri mümkündür, çoxun-çoxa (M:N) əlaqəsi isə mümkün deyil. Ona görə 63-cü testin doğru cavabı çoxun çoxa (M:N) əlaqəsidir. Verilənlər bazasına aid müxtəlif ədəbiyyatlardan (1, s.325; 2, s. 223; 3, s. 134) məlumdur. Ədəbiyyat: 1. Kərimov S.Q., Həbibullayev S.B., İbrahimzadə T.İ, İnformatika. Ali məktəblər üçün dərslik. Bakı: ADNA, 2011. 2. Xəlilov M.S., Həsənova N.Ə. İnformatika. Bakı: BDU, 2015, 3. Kərimov S.Q. İnformatika sistemləri. Bakı: Elm, 2008, 676.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edərək 12 fevral 2023-cü il tarixində dövlət qulluğunun BA kateqoriyası üzrə X16 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında A variantı üzrə 51-ci və 63-cü test tapşırıqlarının cavablarının düzgün cavab kimi qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 fevral 2023-cü il tarixində dövlət qulluğunun В kateqoriyası üzrə X16 (bundan sonra DİM) tərəfindən keçirilən imtahanda iştirak etmişəm. İmtahanda təqdim olunmuş suallar arasında A variantı üzrə 51-ci və 63-cü sualların cavabı DİM tərəfindən səhv yoxlanılmışdır. Bu hal isə mənim və digər tələbələrin imtahan nəticəsinə əsaslı təsir göstərmişdir. Belə ki, suallar düzgün tərtib ediləcəyi və düzgün qiymətləndiriləcəyi təqdirdə imtahanda məqbul balı toplayacaq namizədlər, məhz DİM-in səhvi nəticəsində yetərli balı toplaya bilməmişlər. Bu barədə tərəfimdən DİM-ə rəsmi qaydada müraciət edilmiş və mənə xx.xx.2023-cü il tarixli cavab məktubu göndərilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi metodiki qüsurlar aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Belə ki, Qanunvericilik üzrə imtahanda istifadə olunmuş açıq tipli test tapşırığında 51-ci sualda Azərbaycan Respublikası Konstitusiyasına əsasən yerli icra hakimiyyətləri ilə bağlı yanlış olanları seçmək tələb olunmuş, cavab variantları arasında Naxçıvan MR- da yerli icra hakimiyyətinin başçılarını NMR Ali Məclisinin sədrinin təqdimatı əsasında AR Prezidenti vəzifədən azad etməsi qeyd olunmuş və DİM bu variantı yanlış variant kimi qəbul etmişdir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının təsdiq edilməsi haqqında Konstitusiya qanununun 5-ci maddəsində qeyd olunub: NMR Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir. Konstitusiya qanunları Konstitusiyanın ayrılmaz tərkib hissəsidir Doğrudur, imtahanda istifadə olunmuş tapşırıqlarda heç bir qüsur yoxdur, lakin DİM tərəfindən doğru cavab kimi götürülən cavablarda yanlışlıq var. İmtahana salınmış ifadə isə “Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti azad edir” formasında olub və bu cavab variantını səhv hesab ediblər, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiya Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır, Naxçıvan Muxtar Respublikasının X2 Respublikasının Ali Məclisi tərəfindən qəbul edilir və Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmamalıdır habelə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiya qanunu ilə təsdiq edilir, eyni zamanda Konstitusiyanın 151-ci maddəsinə əsasən Konstitusiya qanunları Konstitusiyanın ayrılmaz hissəsidir, Konstitusiya qanunlarında qeyd olunan normalar Konstitusiyanın müvafiq normalarını tamamlayır. Qeyd olunan Konstitusiya qanununda Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Prezident təyin edir ifadəsi əks olunub və bu Konstitusiyanın əsas mətninə hər hansı bir formada ziddiyyət yaratmır və imtahanda qeyd olunduğu kimi yanlış ifadə hesab oluna bilməz. Hər iki halda yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair NMR Ali Məclisinin sədri Prezidentə təqdimat verir və X10 Respublikasında icra başçılarını vəzifədən azad edərkən Konstitusiyanın 141-ci maddəsinə istinad edir. Prezidentin sərəncamından sitat: “Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram: X7 Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”. (Qeyd olunan sərəncamların və imtahana düşmüş sualın surətləri ərizəyə əlavə olunur). Bundan başqa İnformatika üzrə imtahanda istifadə olunmuş açıq tipli test 63-cü sualda iyerarxik model verilənlər bazasında əlaqələr çoxluğuna aid əlaqə cütü olmayan variantı tapmaq tələb olunmuş, DİM tərəfindən yalnız 4 (“çoxun-çoxa”) düzgün cavab kimi götürülmüşdür. Cavab variantları arasında yalnız 3 (“çoxun-birə”) cavabı da var. Belə ki, DİM-in sonuncu buraxılışı - 2022-ci il buraxılışı olan, V.B.Müslümov, Vəkil, S.B.Həbibullayev və Y.B.Sərdarovun həmmüəllifliyi ilə hazırlanmış kitabda iyerarxik model verilənlər bazasında əlaqələr çoxluğuna aid olan əlaqə cütü kimi “birinbirə”, “birin-çoxa” və “çoxun-çoxa” qeyd edilmişdir. Göründüyü kimi, DİM öz buraxılışı olan kitabda da qeyd olunmuş formada düzgün cavab kimi “çoxun-birə” götürmək əvəzinə, digər mənbələrə istinad etmişdir. Qeyd olunan kitab DİM tərəfindən dövlət qulluğunun В kateqoriyası üzrə hazırlaşmaq üçün mənbə kimi 1-ci sırada qeyd edilmişdir. Hesab edir ki, qeyd olunan suallarda namizədlərin düzgün götürdüyü cavab variantları əsassız olaraq DİM tərəfindən səhv cavab kimi hesablanmışdır. Bundan əlavə, ümumilikdə imtahana salınmış suallar "söz oyunu" vasitəsilə süni olaraq çətinləşdirilmişdir ki, bunun da nəticəsində sualların anlaşılmaması imtahan üçün ayrılmış vaxtın sualların cavablanması üçün kifayət etməməsinə səbəb olmuşdur. Təəssüflə qeyd etməliyəm ki, yaranmış vəziyyət uzun illər ərzində ölkədə ali məktəbə qəbul kimi əhəmiyyətli bir məsələdə hər zaman şəffaflığı təmin edən DİM-in nüfuzuna xələl gətirir. Bu səbəbdən də hazırda Bakı İnzibati Məhkəməsinə müraciət edilir.

7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, Mərkəz tərəfindən xx.xx.2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin В növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün kağız daşıyıcılar vasitəsilə test imtahanı keçirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində BA vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.2-ci bəndinə əsasən dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən müəyyən edilir. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. Hazırlanan qapalı tipli test tapşırığının cavab verməli olduğu tələblər qeyd edilən Qaydaların 2.6-cı bəndində müəyyən edilmişdir. Açıq və esse tipli test tapşırıqları isə Mərkəz tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir. Ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Bildirilir ki, qanunvericiliyin tələbinə uyğun olaraq yalnız təsdiq edilmiş və test bankına daxil olunmuş test tapşırıqları imtahanda istifadə edilir. Belə ki, test tapşırıqları ekspertizadan keçirilərkən qapalı tipli test tapşırıqları adıçəkilən Qaydada nəzərdə tutulmuş, açıq tipli test tapşırıqları isə Mərkəz tərəfindən müəyyən edilən tələblərə cavab vermədikdə onlar Mərkəz tərəfindən təsdiqlənmir və test imtahanlarında istifadə edilmir. Yuxarıda adıçəkilən Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə müəyyən olunur. İddiaçı sözügedən test imtahanında BA2 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (80%) çox nəticə - 84.16% (101 bal) nəticə göstərdiyi üçün BA2 sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə BA1 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən-85% (102 bal) aşağı olduğu üçün BA1 sertifikatını əldə etməmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair qəbul edilmiş qərardan namizəd məhkəməyə şikayət verə bilər. İddiaçı xx.xx.2023-cü il tarixində BA vəzifə qrupu A variantı üzrə müsabiqənin test imtahanı mərhələsində istifadə edilən 51 və 63 saylı test tapşırıqlarının nəticəsi ilə razılaşmamış və bununla əlaqədar olaraq, xx.xx.2023-cü il tarixində apellyasiya komissiyasına şikayət vermişdir. İddiaçının apellyasiya şikayəti komissiya tərəfindən araşdırılmış və araşdırmanın nəticəsi barədə iddiaçıya xx.xx.2023-cü il tarixində saat 11:50-də telefon vasitəsilə məlumat verilmişdir. Eyni zamanda iddiaçı xx.xx.2023-cü il tarixində Mərkəzə eyniməzmunlu ərizə ilə müraciət etmişdir. Mərkəzin 01 03.2023-cü il tarixli 9-3/2-M-79-42-151/2023 nömrəli məktubu ilə iddiaçıya izah edilmişdir ki, apellyasiya şikayəti ilə əlaqədar olaraq test imtahanının nəticəsinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, o cümlədən onun ərizəsində qeyd etdiyi BA vəzifə qrupu A variantı üzrə test imtahanında istifadə olunan 51 və 63 saylı test tapşırıqları ekspertlər tərəfindən yenidən ekspertizadan keçirilmişdir. Ekspert qrupunun rəyinə əsasən, qanunvericilik proqramına aid olan 51 saylı test tapşırığında, informatika proqramına aid olan 63 saylı test tapşırığında elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Buna görə də iddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, 51 saylı test tapşırığının şərtinin dəqiq, aydın və birmənalı olmaması, test tapşırıqlarının cavablarının Mərkəz tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir. Apellyasiya Komissiyasının qərarına əsasən namizədin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək hal aşkar olunmadığından apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə BA kateqoriyası üzrə X16 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında A variantı üzrə qanunvericilik proqramına aid olan 51 saylı test tapşırığı və informatika proqramına aid olan 63 saylı test tapşırığı ilə bağlıdır.

11. BA növü üzrə A variantının 51-ci sualı: Azərbaycan Respublikası Konstitusiyasına əsasən yerli icra hakimiyyəti ilə bağlı yanlış olanları müəyyən edin.

1. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.

2. Yerlərdə icra hakimiyyətini həyata keçirən yerli icra hakimiyyətinin başçılarını Azərbaycan Respublikası Prezidenti vəzifədən azad edir.

3. Naxçıvan MR-da yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikası Prezidenti vəzifədən azad edir.

4. Yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən,öz səlahiyyətlərindən kənara çıxmayan normativ hüquqi aktlar qəbul edə bilərlər.

5. Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası dövlət büdcəsində icra hakimiyyəti üçün nəzədə tutulmuş xərclər çərçivəsində yaradılır.

12. BA növü üzrə A variantının 63-cü sualı: İyerarxik modelli verilənlər bazasında əlaqələr çoxluğuna aid əlaqə cütü deyil: (Access2019) 1.Birin-birə 2.Birin-çoxa 3.Çoxun-birə 4.Çoxun-çoxa A) 1,2 B) yalnız 3 C) yalnız 4 D) 2,3 C) 1,4

13. Qanunvericiliklə bağlı 51-ci test tapşırığına dair məhkəmə aşağıdakıları qeyd edir:

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 141. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası V. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.

15. Naxçıvan Muxtar Respublikasının X2 Respublikasının Konstitusiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edilmişdir.

16. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası: Maddə 5. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi İ. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. İİ. Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri həyata keçirir: 11) Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir.

17. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad edilməsi üçün NMR-nin Ali Məclisinin sədrinin təqdimatı zəruri şərt deyildir, ölkə başçısı belə təqdimat olmadan həmin vəzifəli şəxsi vəzifədən azad etmək səlahiyyətinə malikdir. NMR-nin Ali Məclisinin sədrinin təqdimatı zəruri şərt olmasa da, NMR-nin Ali Məclisinin sədrinin müvafiq təqdimatı əsasında ölkə başçısı Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad edə bilər və NMR-nin Ali Məclisinin sədrinin müvafiq təqdimatı vermək səlahiyyəti Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında nəzərdə tutulmuşdur. Yəni həmin şərt imperativ deyildir, lakin NMR-nin Ali Məclisinin sədrinin müvafiq təqdimatı əsasında ölkə başçısının Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad etməsi yanlış hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası (Konstitusiya Qanunu oluğu üçün) Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir, sualın şərti isə həmin şərtin imperativliyi ilə bağlı deyildir, yanlış olması ilə bağlıdır. Təsadüfi deyildir ki, iddiaçı tərəfindən də bildirildiyi kimi, ölkə başçısı tərəfindən Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad etməsinə dair bir sıra sərəncamlarında Konstitusiyasının 141ci maddəsinə istinad edilmişdir (yəni NMR-nin Ali Məclisinin sədrinin təqdimatına).

18. Odur ki, sualın şərti qeyd edilən şəkildə qoyulduğu təqdirdə həmin cavabın yanlış qiymətləndirilməsi yuxarıda qeyd edilən qaydaların 2.6.5-ci bəndinə əsasən test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olması tələbinə uyğun deyildir.

19. İnformatika fənnindən olan 63-cü test tapşırığı ilə bağlı cavabın mahiyyətinə toxunmadan (doğru və yanlış) məhkəmə aşağıdakıları qeyd edir:

20. İddiaçı tərəfindən məhkəməyə informatika fənnindən dövlət qulluğunun test imtahanı mərhələsinə hazırlaşanlar üçün tövsiyə olunan ədəbiyyat sıyahısı təqdim edilmiş və qeyd edilən fənn üzrə həmin siyahıda ilk sırada olan “Müslümov V.B., Vəkil, Həbibullayev S.B., Sərdarov Y.B., “İnformatika” vəsaiti. Yenilənmiş nəşr. Bakı: DİM, 2022” ədəbiyyatı üzrə hazırlaşdığını bildirmişdir. Həmin ədəbiyyatın 594-cü səhifəsində 6-cı abzasda qeyd edilir: “Verilənlər bazasının modelindən asılı olaraq verilənlər arasında funksional əlaqələr də müxtəlif olur. Belə ki, iyerarxik və reylasiya modelli VB-də verilənlər arasında 3 (üç) əlaqə forması – “one to one” (birin-birə)”; “one to many (birin-çoxa); “many to many” (çoxun-çoxa) olduğu halda, şəbəkə modelində həm də “many to one” (çoxunbirə) forması əlavə olunur.

21. Göründüyü ki, iddiaçı test tapşırığını X16 tərəfindən tövsiyə olunmuş ədəbiyyat üzrə cavablandırmış, lakin ekspert tərəfindən digər ədəbiyyata istinad olunmaqla həmin cavabın yanlışlığı əsaslandırılmışdır.

22. Odur ki, test tapşırığına verilən cavab tövsiyə olunan ədəbiyyata uyğun qiymətləndiriməyibsə və ya tövsiyə olunan digər ədəbiyyatlarda fərqli cavablar əsaslandırılmışdırsa, həmin tapşırıq yuxarıda qeyd edilən Qaydaların 2.6.3-cü və 2.6.5-ci bəndlərinə uyğun hesab edilə bilməz.

23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hər iki test tapşırığı üzrə cavablarını əsaslandırdığından iddia tələbinin təmini üçün zəruri faktiki şərtləri sübut etmişdir.

24. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

25. Ərizəçi Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə 2-1(112)-8414/2023 nömrəli inzibati iş üzrə icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

26. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir.

27. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İPM-in 28.1-ci maddəsinə əsasən üçüncü şəxsin məhkəmə icraatına cəlb edilməklə qərarın ləğvi üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, yəni zəruri cəlbetmə zamanı yolverilən hesab edilməlidir.

28. İddiaçı cavabdeh Azərbaycan Respublikasının X6rşı “test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair icraat ərizəçi Maraqlı şəxs qanuni maraqlarına toxunmadığından onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasından imtina edilməsi məqsədəuyğundur. Belə ki, ərizəçi cavabdeh inzibati orqanla aralarında bağlanmış müqavilə əsasında məhz mütəxəssis qismində inzibati icraat zamanı inzibati orqan tərəfindən cəlb edilmişdir (İnzibati icraat haqqında Qanunun 41-ci maddəsinə əsasən). Odur ki, inzibati icraat zamanı rəy vermiş mütəxəssis və ya ekspert məhkəmə icraatının iştirakçısı hesab edilməməlidir. Həmin rəy həm də məhkəmə araşdırması zamanı nəzərdən keçirilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin hazırkı məhkəmə icraatında iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və ərizəçi barəsində vahid qərarın qəbul olunmasını şərtləndirmir. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə icraatın nəticəsi üzrə ərizəçinin prosessual marağının olduğu qənaətinə gəlmək üçün hər hansı əsas yoxdur.

29. Məhkəmə iddia tələbinin predmetini təşkil edən Azərbaycan Respublikası X16 tərəfindən hazırlanmış sualların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda qeyd edilən tələblərə uyğunluğunu nəzərdən keçirmiş, test tapşırıqlarının mahiyyətinə toxunmamışdır, yəni ərizəçi tərəfindən sualın doğru və ya yanlış hazırlanmasına qiymət verməmişdir.

30. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, qəbul edilən yekun məhkəmə qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş, (apellyasiya şikayəti mümkün hesab olunduğu təqdirdə) həmin qərarın qanuniliyi və əsaslılığı apellyasiya qaydasında araşdırmanın predmeti hesab olunacaq, ərizəçi mütəxəssis qismində dəlillərini cavabdehin vasitəsilə məhkəməyə təqdim edə bilər.

31. Odur ki, məhkəmə Maraqlı şəxs İnzibati Məhkəməsinin 2-1(112)- 8414/2023 saylı xx.xx.2023-cü il tarixli iş üzrə üçüncü şəxs qismində cəlb edilmə, məhkəmə qərarının ləğv edilməsi və icraatın təzələnməsinə dair vəsatətini (ərizəsini) əsaslı saymamış və hesab etmişdir ki, həmin vəsatət (ərizə) təmin edilməməlidir.

32. Ərizəçi Maraqlı şəxs apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

33. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3702/2023 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X12 və X5 ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

34. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmış ki, iddiaçı X8 xx.xx.2023-cü il tarixdə keçirilən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 101 bal toplamış və ona BA2 sertifikatının verilməsinə razılıq verilmişdir. Belə ki, iddiaçı hazırkı iddia ilə çatmaq istədiyi məqsədə çatmış, yəni ona BA2 sertifikatının verilməsinə nail olmuşdur.

35. Ərizəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 3702/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Maraqlı şəxs üçüncü şəxs qismində icraata cəlb edilməsi və icraatın təzələnməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində birinci icraat

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər Quliyev Zakir Müslüm oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X15) kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

37. Kassasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçiyə münasibətdə 10 günlük müddət axımı apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim edildiyi tarixdən hesablandıqda, kassasiya şikayətinin təqdim olunması üçün son müddət 20 dekabr 2023-cü ildir. Lakin buna baxmayaraq şikayət 21 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “elektron kabinet”i vasitəsilə təqdim edilmişdir.

38. Yuxarıda adı çəkilən məlumat və izahda qeyd edilmişdir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.

39. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.

d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

40. 2-1(103)-2728/2024 nömrəli inzibati iş 20 iyun 2023-cü il tarixli, 2-1(112)- 8414/2023 nömrəli qərardan verilmiş apellyasiya şikayətinə baxılması üçün elektron bölgüyə verilmiş və hakim Elvin Əliyevin sədrliyinə qəbul edilmişdir.

41. Sonradan məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2-1(103)-3702/2023 nömrəli qərardadından ərizəçi tərəfindən kassasiya şikayəti daxil olmuşdur.

42. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2728/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (X17 Əhəd oğlunun sədrliyi və məruzəsi ilə, Cəmilova Xəyalə Adil qızı və X5 ibarət tərkibdə) İddiaçı cavabdeh Azərbaycan Respublikasının X6rşı “test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş apellyasiya baxışından çıxarılmışdır.

43. Ərizəçi yenidən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)3702/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardanın ləğv edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməklə Maraqlı şəxs üçüncü şəxs qismində icraata cəlb edilməsi və icraatın təzələnməsi barədə kassasiya şikayəti vermişdir. Həmçinin buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edilmişdir.

e) Kassasiya instansiya məhkəməsində ikinci icraat

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə (hakim Quliyev Zakir Müslüm oğlu) Ərizəçi Maraqlı şəxs bildirilmişdir ki, İnzibati Prosessual Məcəllənin 96.3-cü maddəsində təsbit edilmişdir ki, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

45. Qeyd edilən müddəaya əsasən Ali Məhkəmənin 2-1(102)-1026/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmayaraq onun Sənədin elektron imzalanma tarixi: xx.xx.2024 qəbulundan imtina edildiyi üçün iş üzrə çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3702/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı artıq qanuni qüvvəyə minmişdir. Bu isə apellyasiya instansiyası məhkəməsinin qərardadının hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun olaraq yenidən mübahisələndirilməsini və kassasiya şikayətinizə baxılmasını mümkünsüz edir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

f) Apellyasiya şikayətinin dəlilləri

46. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, işin tam və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə mübahisələndirilən test tapşırıqları ilə bağlı ekspert rəyləri Mərkəz tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən ekspert rəylərini qiymətləndirməmiş, məhkəmə qərarında həmin ekspert rəylərinə sadəcə olaraq istinad etməklə kifayətlənmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Qeyd edilən bütün hallar məhkəmənin işin nəticəsində qərəzli olduğunu aşkar şəkildə göstərir. Məhkəməyə təqdim edilmiş BA vəzifə qrupu A variantı üzrə qanunvericiliklə bağlı 51 saylı test tapşırığına dair ekspert, hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti Maraqlı şəxs tərəfindən təqdim edilmiş rəydə qeyd edilir ki, “12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyasının yerlərdə icra hakimiyyətinin təşkili və fəaliyyətinin əsaslarını tənzimləyən 124-cü maddəsinin İİ hissəsinə əsasən unitar ərazi quruluşu formasına uyğun olaraq yerli icra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının əsaslarına dair müəyyən fərqlər nəzərə alınmaqla eyni əsaslar qüvvədədir. X1 Muxtar Respublikasında yerli icra hakimiyyəti adlanan 141-ci maddəsinə görə Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. Göründüyü kimi ali iradənin ifadə forması olan X19 Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının vəzifəyə təyin edilməsi üçün fərqli qayda nəzərdə tutulmuşdur. Bu fərqlilik yalnız onların təyin edilməsi qaydasına aid edilir. NMR-da yerli icra hakimiyyətinin başçılarının vəzifəyə təyin edilməsi qaydası fərqli olsa da, həmin vəzifəli şəxsin vəzifədən azad edilmə qaydası fərqli norma təsbit edilmədiyi üçün burada ümumi qayda qüvvədə olur. Yəni NMR-da yerli icra hakimiyyəti başçılarının vəzifədən azad edilməsi onun vəzifəyə təyin edilməsi qaydası ilə eyni deyildir, Əsas Qanunun 124-cü maddəsinin İİ hissəsindəki kimi tənzimlənir. Belə bir hüquqi tənzimləmə mexanizmi Azərbaycan dövlətinin unitar idarəetmə quruluşuna da uyğundur. Belə ki, yerli icra hakimiyyətini səlahiyyətli Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən icra hakimiyyəti başçıları həyata keçirdiyi üçün onları vəzifədən azad edilməsi barədə qərar qəbul etməsi üçün NMR-nin Ali Məclisinin sədrinin bu barədə təqdimatı olması tələbinin imperativ formada nəzərdə tutulması məntiqsizlik olardı. Eyni zamanda göstərmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən NMRnin Ali Məclisinin sədrinin NMR-da yerli icra hakimiyyəti başçılarının vəzifədən azad edilməsi barədə dövlət başçısına təqdimat vermək səlahiyyəti təsbit edilmişdir. İlkin baxışdan bu normaların bir-birinin məntiqi ardı olduğu qənaəti yaranmış olsa da, bu normalar ayrıayrılıqda eyni sistemin tərkib hissəsi kimi nəzərdən keçirilə bilməz. Bunun təsdiqi kimi göstərmək olar ki, belə bir təqdimatın verilməsi barədə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı cinayət təqibi orqanı da qəbul edə bilər. Heç şübhəsiz ki, bu əsasda dövlət başçısı həmin vəzifəli şəxsi vəzifədən azad edə bilər, etməyə də bilər. Belə bir müddəa Konstitusiyanın əsas və ya əlavə mətnində təsbit edilmədiyi üçün onu Əsas Qanunun məzmunu kimi nəzərdən keçirilməsi düzgün olmazdı. Göstərilənlər əsasında yekun olaraq hesab edilmişdir ki, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad edilməsi üçün NMR-nin Ali Məclisinin sədrinin təqdimatı zəruri şərt deyildir, ölkə başçısı belə təqdimat olmadan həmin vəzifəli şəxsi vəzifədən azad etmək səlahiyyətinə malikdir. Məhz bu səbəbdən də göstərilən test tapşırığında qanunvericilik baxımından səhv yoxdur və qüvvədə olan qanunvericiliyin tələbləri baxımından düzgündür. Məhkəmə tərəfindən qəbul edilmiş qərarda yuxarıda qeyd edilən test tapşırığı ilə bağlı Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına istinad edilsə də, məhkəmə test tapşırığının şərtinə diqqət yetirməmiş, həmin test tapşırığında Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yerli icra hakimiyyətləri ilə bağlı yanlış olanların müəyyən edilməli olduğunu nəzərə almamışdır. Belə ki, sözügedən test tapşırığı Azərbaycan Respublikası Konstitusiyası ilə bağlı mənimsənilən biliklərin ölçülməsinə yönəlmişdir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası isə qanunvericilik üzrə test imtahanı proqramında nəzərdə tutulmadığı üçün test imtahanlarında həmin akt üzrə biliklər yoxlanılmır. Nəzərə alsaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir və qanunvericilik sisteminin əsasını təşkil edir, belə olan halda test tapşırıqlarının məhz Azərbaycan Respublikası Konstitusiyası üzrə tərtib edilməsi və biliklərin həmin normativ hüquqi akt üzrə ölçülməsi daha məqsədəuyğundur. Bu nöqteyi nəzərdən məhkəmənin qərarını əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasına deyil, qeyri-normativ hüquqi aktlara istinad etməsi məhkəmə tərəfindən yol verilmiş kobud pozuntudur. İnformatika proqramı üzrə mübahisələndirilən test tapşırığına dair eskpert Azərbaycan Republikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, riyaziyyat elmləri doktoru, dosent X9 tərəfindən təqdim edilmiş rəyə əsasən “iyerarxik modeli verilənlər bazasında birin-birə (1:1), birin-çoxa (1:M) və çoxun birə (M:1) əlaqələri mümkündür, çoxun-çoxa (M:N) əlaqəsi isə mümkün deyil. Ona görə 63-cü testin doğru cavabı çoxun çoxa (M:N) əlaqəsidir. Verilənlər bazasına aid müxtəlif ədəbiyyatlardan (1, s.325; 2, s. 223; 3, s. 134) məlumdur. Ədəbiyyat: 1. Kərimov S.Q., Həbibullayev S.B., İbrahimzadə T.l, İnformatika. Ali məktəblər üçün dərslik. Bakı: ADNA, 2011. 2. Xəlilov M.S., Həsənova N.Ə. İnformatika. Bakı: BDU, 2015, 3. Kərimov S.Q. İnformatika sistemləri. Bakı: Elm, 2008, 676’’ Verilmiş ekspert rəyindən və istinad olunan mənbələrdən də göründüyü kimi, sualın və cavabların məzmunu ilə bağlı hər hansı elmi metodiki qüsur yoxdur. Məhkəmə tərəfindən qəbul edilmiş qərarın 17-ci hissəsində məhkəmənin vəzifəsinin test tapşırıqlarının qanunvericilikdə qeyd edilən tələblərə uyğunluğunun yoxlanmasından ibarət olduğu göstərilmişdir. Buna baxmayaraq, məhkəmə informatika proqramı üzrə ədəbiyyat siyahısında ilk sıradakı vəsaitdə olan texniki qüsura diqqət çəkmiş, həmin ədəbiyyat siyahısında müxtəlif vəsaitlərin nəzərdə tutulduğunu gözardı etmişdir. Beləliklə, məhkəmə tərəfindən informatika proqramına aid olan 63 saylı test tapşırığının mahiyyətinə toxunulmadan tövsiyə olunan ədəbiyyatda olan texniki qüsur qiymətləndirilmişdir. Adıçəkilən müvafiq ədəbiyyatın 574-575-ci səhifələrində iyerarxik modelin düzgün formada cədvəllərlə geniş izahı verilməsinə və qrafik təsvirlərlə oxucuya çatdırılmasına baxmayaraq, məhkəmə 594-cü səhifədə yol verilən texniki qüsura əsaslanmışdır (dərsliyin müvafiq səhifələri əlavə olunur). Heç bir elmi metodiki qüsur olmayan test tapşırığının yox, test imtahanı proqramında nəzərdə tutulan müxtəlif ədəbiyyatlardan yalnız birində yol verilmiş texniki qüsurun qabardılaraq qiymətləndirilməsi məhkəmə tərəfindən yol verilmiş kobud prosessual pozuntu hesab olunmalıdır. Bundan əlavə, məhkəmə qərarını əsaslandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydasının 2.6.3-cü və 2.6.5-ci bəndlərinə istinad etsə də, sözügedən Qaydanın müvafiq bəndlərində qeyd edilmişdir ki, test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalı, həmçinin test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. İnformatika proqramına aid olan 63 saylı test tapşırığı göstərilən proqram və ədəbiyyat siyahısında öz əksini tapmaqla yanaşı, test tapşırığının şərti, o cümlədən cavabları dəqiq, aydın və birmənalıdır. Ekspert qrupunun rəylərinə əsasən, qanunvericilik proqramına aid olan 51 saylı test tapşırığında, informatika proqramına aid olan 63 saylı test tapşırığında elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Buna görə də iddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, 51 saylı test tapşırığının şərtinin dəqiq, aydın və birmənalı olmaması, test tapşırıqlarının cavablarının Mərkəz tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən məhkəmə qərarı ləğv olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 11 aprel tarixli, 860 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının X16 publik hüquqi şəxsin Nizamnaməsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirmək və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin etmək, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının məzmununu və proqramlarını təsdiq etmək Mərkəzin vəzifələrindən biridir. Dövlət qulluğuna qəbul üçün müsabiqənin test imtahanı mərhələsi keçirildikdən sonra test imtahanından müvəffəqiyyətlə keçən şəxslərə müvafiq vəzifə altqrupu üzrə sertifikatın verilməsi məqsədilə Azərbaycan Respublikası X16 tərəfindən müvafiq qərar qəbul olunur. Məhkəmə qərarında iddianın növünü öhdəliyin icrasına dair iddia olaraq qiymətləndirmiş və iddianı mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Lakin məhkəmə qərarının icrası üçün Mərkəz tərəfindən müvafiq vəzifə altqrupu üzrə əvvəlki sertifikatın verilməsi barədə inzibati aktın ləğv edilərək yeni inzibati akt qəbul edilməsi zərurəti yaranır. Bu isə öhdəliyin icrasına dair iddiaya uyğun deyil.

g) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

h) Prosses iştirakçılarının izahatları

48. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

49. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

50. “Dövlət qulluğu haqqında” Qanun:

Maddə 1.1.27. Müsabiqə – inzibati vəzifələrin tutulması məqsədilə namizədlərin vakant vəzifələrə uyğunluğunu qiymətləndirmək üçün keçirilən test imtahanından və müsahibədən ibarət prosesdir. Maddə 28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Maddə 28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.

51. X16 publik hüquqi şəxsin Nizamnaməsi:

Azərbaycan Respublikasının X16 dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 2.1.Mərkəzin əsas vəzifələri aşağıdakılardır: 2.1.1-1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”:

2.2. Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X3 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. 2.3. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. 2.4. Test tapşırıqlarının aşağıdakı növləri var: 2.4.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; 2.4.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; 2.4.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. 2.5. Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir. 2.6. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: - 2.6.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 2.6.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 2.6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 2.6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.

53. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: Maddə 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; Maddə 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); Maddə 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

54. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

55. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

56. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

57. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarına riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçının hüquqi marağı daha yuxarı təsnifat vəzifələrdə müsahibədə iştirak etmək üçün ona müvafiq sertifikatın verilməsindən ibarətdir. Cavabdeh inzibati orqan müvafiq qərar qəbul etməklə nazmizədlərə sertifikatın verilməsini təmin edir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya BA2 sertifikatın verilməsi ilə bağlı müvafiq qərar qəbul edilmiş və ona həmin sertifikatın verilməsi ilə bağlı hüquqi imkanlar yaradılmışdır. Lakin hazırkı halda isə BA2 sertifikatının verilməsi ilə bağlı qərar dəyişdirilmədiyi halda cavabdeh inzibati orqan tərəfindən iddiaçıya BA1 sertifikatın verilməsi hüquqi cəhətdən mümkün deyildir. Odur ki, iddiaçının nail olmaq istədiyi hüquqi marağın təmin olunması cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akta dəyişiklik edilməklə müvafiq sertifikatın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoymaqla mümkün olduğundan birinci instansiya məhkəməsinin qərarı da ona uyğun dəyişdirilməlidir.

59. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

60. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

61. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

62. Əvvəla qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş, İddiaçı BA1 sertifikatının verilməsi öhdəliyinin X11 üzərinə qoyulması xahiş edilmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona xx.xx.2023-cü il tarixdə keçirilmiş imtahanın nəticələrinə uyğun BA1 sertifikatının verilməsi ilə bağlıdır.

64. Qanunvericiliyə görə test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikat imtahanın nəticəsindən asılı olaraq altqruplara daxil olan inzibati vəzifələrə uyğun olaraq təqdim olunur. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

65. Hazırkı işdən də görünür ki, məhz xx.xx.2023-cü il tarixdə keçirilmiş test tapşırıqları ilə bağlı imtahanın nəticələrinə görə cavabdehin mövqeyini iddiaçı qəbul etməyərək ona BA1 sertifikatının verilməsini arzu etmişdir. Yəni, iddiaçının marağı xx.xx.2023-cü il tarixdə keçirilmiş imtahan üzrə nəticənin qiymətləndirilməsi ilə bağlıdır.

66. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı sözügedən test imtahanında sertifikatı əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (85%) az nəticə - 84.16% (101 bal) nəticə göstərdiyi üçün BA2 sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə BA1 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (85% - 102 bal) aşağı olduğu üçün BA1 sertifikatını əldə etməmişdir.

67. Odur ki, hazırki iddia uğurlu olduğu təqdirdə iddiaçı BA1 sertifikatını əldə edə bilər. Bu isə onun daha yüksək təsnifat vəzifələr üzrə müsahibədə iştirak imkanını təmin edəcəkdir.

68. Kollegiya qeyd edir ki, hazırki iş üzrə mübahisənin əsası BA kateqoriyası üzrə X16 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında A variantı üzrə qanunvericilik proqramına aid olan 51 saylı test tapşırığı və informatika proqramına aid olan 63 saylı test tapşırığı ilə bağlıdır.

69. BA növü üzrə A variantının 51-ci sualı üzrə:

70. Azərbaycan Respublikası Konstitusiyasına əsasən yerli icra hakimiyyəti ilə bağlı yanlış olanları müəyyən edin.

1. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.

2. Yerlərdə icra hakimiyyətini həyata keçirən yerli icra hakimiyyətinin başçılarını Azərbaycan Respublikası Prezidenti vəzifədən azad edir.

3. Naxçıvan MR-da yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikası Prezidenti vəzifədən azad edir.

4. Yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən,öz səlahiyyətlərindən kənara çıxmayan normativ hüquqi aktlar qəbul edə bilərlər.

5. Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası dövlət büdcəsində icra hakimiyyəti üçün nəzədə tutulmuş xərclər çərçivəsində yaradılır.

71. Məhkəmə kollegiyası qanunvericiliklə bağlı yuxarıda göstərilən test tapşırığına dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.

72. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən müəyyən olunmuş ədəbiyyat siyahısında Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddəsində yalnız Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilməsi göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin 11-ci hissəsinə əsasən Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir.

73. Beləliklə də, Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanunvericiliklə bağlı olan 51-ci sualda göstərilən məsələlər Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə də tənzimləndiyindən və sualın qoyuluşu “Azərbaycan Respublikasının Konstitusiyasına əsasən” kimi müəyyən edildiyindən və Naxçıvan Muxtar Respublikasının Konstitusiyası da Azərbaycan Respublikası Konstitusiyasının tərkib hissəsi olduğundan Naxçıvan MR-da yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikası Prezident tərəfindən vəzifədən azad edilməsi yalnış cavab kimi qiymətləndirilə bilməz.

74. Qeyd edilən sual düzgün hesab edilsə belə, iddiaçının müvafiq sertifikatın əldə edilməsi üçün yalnız 1 sualda belə yaranmış ziddiyyət onun həmin sertifikatın əldə etməsinə əsas vermişdir. Belə ki, BA növü üzrə A variantının 63-cü sualı üzrə: İyerarxik modelli verilənlər bazasında əlaqələr çoxluğuna aid əlaqə cütü deyil: (Access2019)

1. Birin-birə

2. Birin-çoxa

3. Çoxun-birə

4. Çoxun-çoxa A) 1,2 B) yalnız 3 C) yalnız 4 D) 2,3 C) 1,4

75. Həmçinin, kollegiya 63-cü sualla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə informatika fənnindən dövlət qulluğunun test imtahanı mərhələsinə hazırlaşanlar üçün tövsiyə olunan ədəbiyyat siyahısı təqdim edilmiş və qeyd edilən fənn üzrə həmin siyahıda ilk sırada olan “Müslümov V.B., Vəkil, Həbibullayev S.B., Sərdarov Y.B., “İnformatika” vəsaiti. Yenilənmiş nəşr. Bakı: DİM, 2022” ədəbiyyatı üzrə hazırlaşdığını bildirmişdir. Həmin ədəbiyyatın 594-cü səhifəsində 6-cı abzasda qeyd edilir: “Verilənlər bazasının modelindən asılı olaraq verilənlər arasında funksional əlaqələr də müxtəlif olur. Belə ki, iyerarxik və reylasiya modelli VB-də verilənlər arasında 3 (üç) əlaqə forması – “one to one” (birin-birə)”; “one to many (birin-çoxa); “many to many” (çoxun-çoxa) olduğu halda, şəbəkə modelində həm də “many to one” (çoxun-birə) forması əlavə olunur.

76. Göründüyü kimi, iddiaçı test tapşırığını X16 tərəfindən tövsiyə olunmuş ədəbiyyat üzrə cavablandırmış, lakin ekspert tərəfindən digər ədəbiyyata istinad olunmaqla həmin cavabın yanlışlığı əsaslandırılmışdır.

77. Beləliklə, kollegiya qeyd edir ki, cavabdeh inzibati orqanın mütəxəssis-ekspertləri müvafiq sualları tərtib və ekspertiza edərkən ölkə qanunvericiliyini hərtərəfli olaraq nəzərə almamış və ədəbiyyat siyahısında göstərilən mənbələrə diqqət yetirməmişdir.

78. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.5-ci bəndində qeyd olunmuşdur ki, Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir.

79. Həmin Qaydanın 2.6.3-cü bəndində qeyd olunmuşdur ki, test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır.

80. Həmçinin, həmin Qaydanın 2.6.5-ci bəndinə əsasən, test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.

81. Odur ki, test tapşırığına verilən cavab tövsiyə olunan ədəbiyyata uyğun qiymətləndirilməyibsə və ya tövsiyə olunan digər ədəbiyyatlarda fərqli cavablar əsaslandırılmışdırsa, həmin tapşırıqlar yuxarıda qeyd edilən Qaydaların 2.6.3-cü və 2.6.5ci bəndlərinə uyğun hesab edilə bilməz.

82. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilərək, Q-2023-9 nömrəli, xx.xx.2024 tarixli qərarda müvafiq dəyişikliklər edilərək BA1 sertifikatının verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilsin. Q-2023-9 nömrəli, xx.xx.2024 tarixli qərarda müvafiq dəyişikliklər edilərək, İddiaçı BA1 sertifikatının verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının X14 həvalə edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar