Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3454/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Əlia-Ağa qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi haqqında” inzibati mübahisə üzrə cavabdehin «qərarın icrasına möhlət verilməsi barədə ərizəsinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9281/2021 saylı xx.xx.2024-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1702/2016 saylı xx.xx.2026-cı il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilədək «Zəmanət» şirkətinin ünvan 1 ünvanda yerləşən avtoservisində aşbaz peşəsində işlədiyi müddətin ümumi sosial sığorta stajına daxiledilərək, sağlamlıq imkanı məhduduşağa baxması ilə əlaqədar İddiaçı 55 yaşdan əmək pensiyasının təyin edilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmişdir. Həmin qərar DSMF-nin Xətai rayln şöbəsinin əmək pensiyasını təyin edən komissiyasının 2093 №-li xx.xx.2016-cı il tarixli qərarı ilə icra olunraq İddiaçı xx.xx.2015-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin həmin qərar əsasında iddiaçıya ödənilən pensiya ödənişi cavabdehin prosessual hüquq varisi DSMF-inin (PHŞ) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixdən dayandırılmış və iddiaçı həmin Filiala qarşı pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9281/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş İddiaçı xx.xx.2015-ci il tarixdən təyin edilmiş ömürlük yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və bu müddət ərzində ödənilməyən pensiya ödənişinin ödənilməsi vəzifəsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1518/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, həmin qərar da həmçinin, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1513/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9281/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra, məhkəmə tərəfindən 03 aprel 2923-cü il tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmiş və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra işi başlanaraq qərarın icrası üçün cavabdehə 10 gün müddət təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə qərarın icrası üçün müəyyən olunmuş müddət ərzində icra edilmədiyindən borclunun cərimələnməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və İcra şöbəsi tərəfindən borcluya xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Lakin borclu, hüquqlarını təmsil edən Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filalı vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9281/2021 saylı iş üzrə qərarının icrasına, ********* saylı cinayət işi üzrə yekun qərar qanuni qüvvəyə minənədək möhlət verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9281/2021 saylı xx.xx.2024-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür). Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə hüququn tətbiqində səhvə yol vermiş, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 02/2-249 mat-22/4508 nömrəli məktubuna əsasən iddiaçının qanunsuz olaraq pensiya hüququ əldə etməsi ilə bağlı materiallar araşdırılması üçün ********* nömrəli cinayət işinə əlavə edilmişdir.Həmin cinayət iş üzrə yekun nəticənin nədən ibarət olması müəyyən edilmədən, hazırkı iş üzrə məhkəmə qərarının icrasına möhlət verilməsi tələbkarın hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb belə hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 1.2-ci maddəsi baxımından MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, birinci növbədə tərəflərin əmlak vəziyyətinə, daha sonra, digər hallar mövcud olduqda işdə iştirak edən şəxsin ərizəsi əsasında məhkəmə aktının icrasına möhlət verilə bilər. Konkret halda, isə işin qeyd olunan faktiki hallarından aydın olur ki, iddiaçıya 2015-ci ildə məhkəmənin qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən təyin edilən əmək pensiyası, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən dayandırılmış və cavabdeh tərəfindən bu dayandırmanın qanunsuz hesab edilməsi və dayandırıldığı tarixdən bərpa edilməsi barədə qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9281/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı olsa da bu günə qədər icra olunmur. Yəni, iddiaçıya, onun bu ahıl yaş dövründə 4 ildən də çox ötən müddət ərzində pensiya ödəmir, ona bu barədə xəbərdarlıq ünvanlansa da, özündə cürət taparaq, yenə də İPM-in 78-ci, MPM-in 15.2-ci maddələrinin və ən əsası Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsini icra etməməklə, həmin maddənin 2-ci hissəsində nəzərə tutulan məsluyyətindən çəkinmir. Ərizəsində və apellyasiya şikayətində məhkəmənin qanuni qüvvəsini almış həmin qərarından narazılığını ifadə edən ərizəçinin apellyasiya şikayətinin - iddiaçının qanunsuz olaraq pensiya hüququ əldə etməsi ilə bağlı materialların araşdırılması üçün ********* nömrəli cinayət işinə əlavə edildiyini və həmin cinayət iş üzrə yekun nəticənin nədən ibarət olması müəyyən edilmədinə istinad olunan dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası onu qeyd edir ki, birinci, Azərbaycan Respublikası Konkstitusiyaısına əsasən: İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İkincisi, 4 ilə yaxın davam edən həmin cinayət işi üzrə iddiaçıya qarşı təqsirləndirilən şəxs qismində hər hansı bir ittiham irəli sürülməsinə dair ərizəçi tərəfindən sənəd-sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçının hüquqa zidd hərəkətləri və ona qarşı ittiham irəli sürülmədyi və cinayət məsuliyyətin cəlb edilmədiyi halda isə, onun əmək pensiyasını bərpa edən məhkəmə qərarının icrasına möhlət verilməsindən söhbət gedə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizəçinin 2-1(112)-9281/2021 saylı işin icrasna möhlət verilməsi barədə ərizəsinin təmin olunmasından imtana olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası ərizçinin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyini, düzgün olmayan nəticəyə gəldiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9281/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9281/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3454/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3454/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver