Məhkəmə qərarları › İş №2-1(103)-3455/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3455/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3455/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs: Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) “təqaüd təyin edilməsi və yazılı cavab verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3114/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından apellyasiya şikayətini geri götürməsi barədə iddiaçı tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüd təyin edilməsi və yazılı cavab verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh birinci instansya məhkəməsi tərəfindən işə baxılarkən məhkəməyə təqdim etdiyi xidməti məktubda bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcə müharibə əlillərinə təqaüdü xx.xx.2022-ci il tarixdən 350 manat məbləğində bərpa edilmişdir. Bununla yanaşı, xx.xx.2021-ci il tarixdən ödənilməmiş təqaüdün məbləği növbəti aylarda iddiaçıya ödəniləcəkdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3114/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı nəzərə alınaraq iş üzrə icraata xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaqla, Bakı İnzibati məhkəməsində baxılması üçün göndərilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı xx.xx.2022-ci il tarixində ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmiş, 3 gün sonra isə xx.xx.2022-ci il tarixində hüquqlarının bərpa edilməsi üçün ona köməklik göstərilməsi barədə digər bir ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırkı iclası barədə məlumatlandırılmış İddiaçı məhkəməyə gəlməmiş, onunla telefon əlaqəsi saxlanıldıqda bildirmişdir ki, apellyasiya şikayətini və ona əlavə edilmiş sənədlərin geri getürməsi barədə ərizəsini müdafiə edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndələri iddiaçı tərəfindən apellyasiya şikayətinin geri götürülməsinə etirazları olmadığını bildirmişlər. Məhkəmə kollegiyası, işin qeyd edilən hallarını və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi təmin olunmalı, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnibati Prosessual Məcəlləsinin (“ İPM”) 88.1-ci maddəsinin tələbinə görə şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbi baxımından, apellyasiya şikayətini geri götürmək iddiaçının qanunla müəyyən edilən hüququdur və bu geri götürmə digər şəxslərin hüquqlarnı pozmur, əksinə tərəflərin qarşılıqlı mənafeyinə uyğundur. Eyni zamanda, məhkəmə iddiaçıya izah edir ki, həmin Məcəllənin 88.3-cü maddəsinin tələbinə görə şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İPM-in 86.4-cü maddəsinin məzmunundan görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayətini geri götürməsi barədə ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3114/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar