Məhkəmə qərarları › İş №2-1(103)-3455/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3455/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3455/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X8 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, Ərizəçinin nümayəndəsi (əri) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2098/2017 saylı 31 oktyabr 2023-cü il tarixli qərardadından ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi təyinatı ilə mülkiyyət hüquqlarının torpağın mülkiyyətə verilməsinə dair JN- 30160H KOD 00101036 saylı 05 may 2006-cı il tarixli şəhadətnamə ilə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın verilməsi və həmin torpaq sahəsinin döngə nöqtələrinin naturada müəyyən etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi təyinatı ilə mülkiyyət hüquqların torpağın mülkiyyətə verilməsinə dair JN - 30160H KOD 00101036 saylı 05 may 2006-cı il tarixli şəhadətnamə ilə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2098/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayətinə baxaraq, apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2098/2017 saylı iş üzrə qəbul etdiyi 30 may 2017-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə 2-1(103)- 2011/2017 saylı 17 oktyabr 2017-ci il tarixli qərar qəbul etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2098/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı xx.xx.2017-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin məhkəmə qərarı icra olunması üçün ilk öncə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, daha sonra isə “məhkəmə qərarının icra edilməməsi barədə” iddiaçının müraciəti nəzərə alınaraq, 28 avqust 2018-ci il tarixli icra vərəqəsi icra olunması üçün Nərimanov rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə yeni açılmış hallarla bağlı ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2-1(81)-2098/2017 nömrəli qərarının ləğv edilməsi, Bakı şəhər İcra Hakimiyyətinin, Səbail rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə yenidən işə baxılması və iddiaçı X10 iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2098/2017 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizənin təmin olunmaması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2098/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından Maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3308/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2098/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılmaması və apellyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Bundan sonra Maraqlı şəxs hazırki iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 2- 1(81)-2098/2017 saylı 31 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair 2-1(81)-2098/2017 saylı inzibati iş üzrə Maraqlı şəxs üçüncü şəxs qismində cəlb olunmasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, qeyd olunan məhkəmə prosesinə nə o, nə də onun nümayəndəsi dəvət olunmamışdır. Ona məhkəmə tərəfindən nə bildiriş gəlib, nə də ki telefon zəngi olub, halbuki mobil telefon nömrəsi ərizədə göstərilmişdir. 2-1(81)-2098/2017 saylı inzibati iş üzrə açıq məhkəmə iclasının xx.xx.2023cü il tarixdə keçirilməsi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(81)- 2098/2017 saylı qərardadından yalnız 06 avqust 2024-cü il tarixdə onun nümayəndəsi Bakı İnzibati Məhkəməsinə ərizənin aqibəti, nəticələri barədə maraqlandıqdan sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(81)-2098/2017 saylı qərardadın qəbul edilməsindən xəbəri olmamışdır. 06 avqust 2024-cü il tarixdə onun nümayəndəsi tərəfindən rəsmi qaydada yazılı ərizə müraciəti əsasında qəbul edilməsi barədə sənədi 08 avqust 2024-cü il tarixdə imzaladıqdan sonra 08 avqust 2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli, 2-1(81)- 2098/2017 saylı qərardadı qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(81)- 2098/2017 saylı qərardadının “qərara aldım hissəsində” qeyd olunmuşdur ki, qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyası Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Onun torpaq sahəsinin sənədləşdirilməsi onunla paralel İddiaçı ilə birlikdə onun imkanları, əlaqələri vasitəsi ilə həyata keçirilmişdir. Qeyd olunan əraziyə o, İddiaçı çox əvvəl gəlmişdir. Bundan sonra o, sənədləşdirmə işlərinə 2005-ci ildə müvafiq xahiş və tapşırıqlar əsasında başladıqda, Binəqədi rayon Xocəsən Bələdiyyəsində onun şərti kimi qabağına qoyuldu ki, 1 nəfər İddiaçı da sənədləşdirilməsini onun imkanları və əlaqələri vasitəsi ilə həyata keçirtmişdir. Xocəsən Bələdiyyəsinin bir neçə nümayəndəsi, o cümlədən İddiaçı bacısı X2 həyat yoldaşı, həmçinin bu işdəki vəkili, o vaxtlar X1 vəzifəsində işləmiş X4 birbaşa iştirakı ilə 2004-cü ildən onun istifadəsində olan torpaq sahəsinə yerində tanış olmaq və baxış keçirərkən, qonşuluğunda boş qalan sahəni İddiaçı üçün seçmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2098/2017 saylı iş üzrə iddiaçı olan İddiaçı qaldırdığı iddiası ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-2098/2017 saylı qərarı ilə İddiaçı oğlıı tərəfindən əvvəlcədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin əməkdaşları ilə əlbir olaraq və onların vəzifə-xidməti imkanları vasitəsi ilə onun mülkiyyətində olan torpaq sahəsinə dair bilərəkdən qərəzli şəkildə əldə edilmiş plan-ölçü əsasında onun mülkiyyət hüquqları pozulmuş, onun mülkiyyət və maddi maraqlarına ciddi şəkildə toxunulmuşdur, böyük ziyan dəymişdir, konstitusiyon hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, 2-1(81)- 2098/2017 saylı iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı öhdəliyin icrası barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi təyinatı ilə mülkiyyət hüquqların torpağın mülkiyyətə verilməsinə dair JN - 30160H KOD 00101036 saylı 05 may 2006-cı il tarixli şəhadətnamə ilə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış 0,06 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)- 2098/2017 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi təyinatı ilə İddiaçı mülkiyyət hüquqların torpağın mülkiyyətə verilməsinə dair JN - 30160H KOD 00101036 saylı 05 may 2006-cı il tarixli şəhadətnamə ilə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış 0,06 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı üçün plan-ölçünün tərtibatı zamanı torpaq sahəsinin yerləşdiyi yerin müəyyən edilməsi keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış sahəsinin üzərində mülkiyyət hüquqlarına dair 05 may 2006-cı il tarixdə verilmiş şəhadətnamə əsasında torpaq sahəsinin konkret yerləşdiyi yerin müəyyən etmək mümkün olmur. Həmin ərəfələrdə konkret yerin dəqiq koordinatları vurulmadığından xəritəsi tərtib olunmurdu. Mütəxəssis gəlib əvvəlcədən bələdiyyə tərəfindən hazırlanmış sxem üzrə yerində göz baxışı ilə baxırdı, yerin ölçülərin götürüb, ona yerində göstərilən döngə nöqtələrini dəqiqləşdirib, yaxın ətraf əraziyə baxıb, torpaq sahəsinin yerlədiyi yeri göz baxışı ilə təxminən öyrənib və göz baxışı ilə ərazini öyrənib bunun əsasında şəhadətnamə üçün sxem hazırlayırdı. Şəhadənamədə ərazi üzrə yalnız torpaq sahəsinin təxmini şərti yeri şərti işarələrlə, ilkin baxış zamanı təqdim olunan, seçilmiş yer işarələrlə qeyd olunur, torpaq sahəsinin təxminən yerləşdiyi yer, dairə, ərazi və s. göstərilir. Dəqiq koordinatlar vurulmurdu. Əgər torpaq sahəsinin sahibi tərəfindən torpaq sahəsinin yerləşdiyi yer və həmin yerin künc dönmə nöqtələri göstərilməsə, şəhadənamədə torpaq sahəsinin konkret yerləşdiyi yerin, dəqiq yerləşdiyi yerini və künc dönmə nöqtələrin yerini müəyyən etməsi mümkün deyil, çünki şəhadənamədə təxmini şərti yeri qeyd olunur. Ona görədə, yerində baxış zamanı əgər torpaq sahəsinin yerləşdiyi yer şəhadətnamədəki sxem üzrə ərazidə təxmini uyğun gələrsə, koordinatlar torpaq sahibinin göstərdiyi yer üzrə onun iştirakı ilə yerində vurulur. Torpaq sahəsinin konkret yerləşdiyi ərazini gələcəkdə müəyyən etmək, əmlak bazasında daşınmaz əmlak kimi bazada isə yalnız yerində vətəndaş şəhadətnamə sahibi tərəfindən göstərilən hazır hasara və yaxud hansısa çəpərlə işarələnmiş hazır çərçivə daxilində olan yerə görə xüsusi avadanlıq olan CPS vasitəsi ilə koordinatlar vurulduqdan sonra qeydiyyata düşür. Konkret olaraq, torpaq sahəsinin konkret yerləşdiyi ərazinin koordinatları vurulmadıqda, şəhadətnamə ilə torpaq sahəsinin konkret yerləşdiyi yeri hər hansı bir müəyyənedici avadanlığın olmasına baxmayaraq, müəyyən etmək mümkün deyil. Çünki şəhadətnamədə torpaq sahəsinin yerləşdiyi yerin konkret koordinatları yoxdur. Bundan da irəli gələrək, şəhadətnamə ilə torpaq sahəsinin yerləşdiyi yerin sürüşdürülməsi çox rahat mümkündür. Qeyd etmək vacibdir ki, əraziyə baxış keçirilməmişdən əvvəl Xocəsən Bələdiyyəsi tərəfindən tərtib edilmiş sxem Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılıq verildikdən sonra Xocəsən Bələdiyyəsinin razılığı və Xocəsən Bələdiyyəsinin tövsiyyəsi ilə yerin tam dəqiq işarə etməsi məqsədi ilə ona verilməsi nəzərdə tutulan torpaq sahəsi ilk olaraq eni 20 metr, uzunluğu 30 metr, hündürlüyü 60-70 sm ölçülərdə olan mişar daşdan inşa edilmiş hasarla əhatə etdirmişdir. Azərbaycan Respublikası Ədilyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/4 87 nömrəli 25 iyun 2024-cü il tarixli ekspert rəyinin tədqiqat nəticəsindi konkret olaraq göstərilmişdir ki, “Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ərazisidir “Binəqədi Oil”). Dövlət Mülkiyyət Torpağıdır. Sahənin qeydiyyatı barədə nəlumat yoxdur.” Yəni, iddiaçı X3 adına, əvvəllər isə qardaşı İddiaçı adına olmuş torpaq sahəsinin qeydiyyatı barədə məlumat yoxdur. Bu o deməkdir ki, İddiaçı və onun əlbir olduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri yanında Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları torpaq sahəsinin Xocəsən Bələdiyyəsinin yox, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ərazisidir (“Binəqədi Oil”) Dövlət Mülkiyyət Torpağı olduğunu biliblər. Məhkəmə materillarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məcələləri yanında Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları bunu bilə-bilə İddiaçı torpaq sahəsinə aid çıxarış və plan-ölçü verilərkən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maraqları nəzirə alınmayıb, hüquqları pozulub, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən və “Binəqədi Oil” şirkətindən hər-hansı bir rəsmi razılaşma əldə edilməyib. Razılıq əldə etmək üçün vaxtı ilə ilk mərhələdə nə Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən, nə İddiaçı tərəfindən, nə Bakı Şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən, nə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən, ən əsasıda nədəki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri yanında Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafıq razılaşma alınmamaqla yanaşı, razılıq əldə edilməsi üçün hər hansı bir mlüraciətdə olmayıb. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən etiraz etməməsi barədə 18/03-8/1 801 saylı xx.xx.2006-cı il tarixli məktub verilsə də, X13 fərdi yaşayış evinin tikintisi üçün 600 kv m torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhəri İcra Hakimiyyətinin hər hansı bir sərəncamı yoxdur. Bu o deməkdir ki, Bakı şəhəri, Binəqədi rayon Xocəsən Bələdiyyəsi özbaşınalıq edərək, Bakı şəhəri, Binəqədi rayon Xocəsən Bələdiyyəsinə torpağın ayrılmasına dair bir sərəncam olmadan ərazinin, torpaq sahəsinin Xocəsən Bələdiyyəsinə heç bir aidiyyəti olmadığı halda, Xocəsən Bələdiyyəsinin rəhbərliyi səlahiyyətlərini aşaraq, şəxsi maddi əmlak maraqlarını rəhbər tutaraq, X13 fərdi yaşayış evinin tikintisi üçün 600 kv m torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında 17 aprel 2006-cı il tarixli 0854 saylı qərar verilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Ərizəçinin nümayəndəsi (əri) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və verilmiş vəsatəti nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin “3-cü şəxsin cəlbedilməsindən imtina” barədə qərardadı ləğv olunmalı, ərizəçi Maraqlı şəxs “onun iş üzrə 3-cü şəxs qismində işə cəlb olunması” barədə ərizəsinə yenidən baxılması üçün inzibati iş həmin məhkəməyə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş Notarial qaydada təsdiq edilmiş JN-30160H KOD 00101036 saylı 05 may 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Binqədi rayon Xocəsən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08/54 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. JN-30159H KOD 00101036 saylı 05 may 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Binqədi rayon Xocəsən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08/57 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Maraqlı şəxs mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********72 reyestr nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2098/2017 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikninti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri cəlb olunmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “ - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********72 reyestr nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin koordinatları ilə JN-30160H KOD 00101036 saylı 05 may 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Binəqədi rayon Xocəsən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08/54 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin koordinatları üst-üstə düşürmü? - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********72 reyestr nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin koordinatları ilə JN-30159H KOD 00101036 saylı 05 may 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Binqədi rayon Xocəsən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08/57 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Maraqlı şəxs mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin koordinatları üst-üstə düşürmü?” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elməddin Aslanlı 10/1997 №li xx.xx.2023-cü il tarixli vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək, mübahisəli torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin təqdim olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq, 2-1(81)-2098/2017 saylı iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadında qeyd olunan mübahisəli torpaq sahəsinə dair baza məlumatlarını, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən mütəxəssis rəyini məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elməddin Aslanlının məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə 10/1997 saylı xx.xx.2023-cü il tarixli “Məlumat”ı ilə məhkəmənin 2-1(81)- 2098/2017 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı işlə birlikdə icrasız geri qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2023-cü il tarixli məktubu ilə təkrar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq, 2-1(81)-2098/2017 saylı iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadında qeyd olunan mübahisəli torpaq sahəsinə dair baza məlumatlarını, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********48 №li məktubda göstərilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bakı İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli məktubu ilə təkrar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq (məktubun surəti iddiaçıya və ərizəçiyə ünvanlanmaqla və onların əlaqə (telefon) nömrələri qeyd olunmaqla), 2-1(81)-2098/2017 saylı iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadında qeyd olunan mübahisəli torpaq sahəsinə dair baza məlumatlarını, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********12 №li məktubda göstərilmişdir ki, telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadığından tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli məktubu ilə təkrar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq (məktubun surəti iddiaçıya və ərizəçiyə ünvanlanmaqla və onların əlaqə (telefon) nömrələri qeyd olunmaqla), 2-1(81)-2098/2017 saylı iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadında qeyd olunan mübahisəli torpaq sahəsinə dair baza məlumatlarını, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mbirinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********94 nömrəli məktubda göstərilmişdir ki, telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadığından tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********76 nömrəli məktubda göstərilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspertin qarşısında qoyulmuş yuxarıda qeyd edilən sualların cavablandırılmasına həm iddiaçı, həm də ərizəçi tərəfindən şərait yaradılmaması səbəbindən ekspert həmin suallara cavab verməmiş, ona görə də ərizə təmin edilməmişdir. Kollegiya hesab edir ki, qeyd olunan səbəbdən ərizənin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmamışdır. Belə ki, apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olundu ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair 2-1(81)-2098/2017 saylı inzibati iş üzrə məhkəmə qərarının Maraqlı şəxs hüquq və mənafeyinə toxunubtoxunmayacağı məsələsi üzrə zəruri araşdırmanı sonadək aparmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul ediləcək qərarın ərizəçinin hüquqlarına toxunacağı məsələsinin müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertiza üzrə təhqiqat aparılmamış və bunun nəticəsində ekspert rəyinin verilməsi təmin edilməmişdir. Belə olan halda məhkəmə ərizəçinin hüquqlarına toxunacağı ehtimal olunan məhkəmə qərarının ləğv edilib iş üzrə icraatın təzələnməsindən imtina etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ərizəçinin ərizəsinin təmin edilməməsi qənaətinə gələrkən onun işə cəlbedilmə məsələsini kifayət qədər müzakirə edib, hüquqi dəyərləndirmənin düzgün aparılmasını təmin etmək məqsədilə müvafiq ekspertizanın keçirilməsini təşkil edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. ... Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 2-1(81)-2098/2017 saylı 31 oktyabr 2023-cü il tarixli qərardad ləğv edilməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair 2- 1(81)-2098/2017 saylı inzibati iş Maraqlı şəxs üçüncü şəxs qismində işə cəlb olunması məsələsinə bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28, 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2098/2017 saylı 31 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş Maraqlı şəxs üçüncü şəxs qismində işə cəlb olunması məsələsinə bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova X14 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar