Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3455/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (X10 üçüncü şəxs qismində cəlb edilməklə) üçüncü şəxsin Bakı şəhəri, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-9407/2025 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (X10 üçüncü şəxs qismində cəlb edilməklə) üçüncü şəxsin Bakı şəhəri, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 iddiaçının xüsusi mülkiyyətidir və onun adına qeydiyyatdan keçmişdir. İddiaçı dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh imtina etmişdir. Cavabdehin imtinası əsassızdır, üçüncü şəxs ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalıdır. Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, e-2-1(112)-9407/2025 saylı qərardadı ilə X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, e-2-1(112)-9407/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia tələbi təmin edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı üçüncü şəxs tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzil iddiaçıya bağışlama müqaviləsi əsasında keçib və tərəflər arasında nikah pozulub. Belə ki, iddiaçı üçüncü şəxslə nikahda olduğu müddətdə ünvan 2 ünvanda yerləşən 178 saylı mənzili almış, mənzili almaq üçün üçüncü şəxsin anasından əlavə olaraq 20000 manat borc almış, mənzilin behini özü vermiş, beh müqaviləsini özü imzalayıb, lakin formal olaraq əmlak bölgüsündən yayınmaq məqsədilə xalasının adına keçirmiş, ondan 1 ay keçməmiş isə bağışlama müqaviləsi ilə öz adına sənədləşdirmişdir. Hazırda həmin mübahisəyə Bakı Apellyasiya Məhkəməsində baxılır və məhkəmə araşdırması gedir. Eləcə də, üçüncü şəxsin cehiz əmlakının bir hissəsi hazırda həmin ünvandadır. Məhkəmə üçüncü şəxsin həmin mənzilə istifadə hüququnun olub-olmaması, həmin mənzildə yaşayıb-yaşamadığımı və digər halları araşdırmadan, hazırkı mübahisənin mülki məhkəmə icraatında araşdırmalı olmasını nəzərə almadan qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirlmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2748/2024 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin olunmuş, İddiaçı ilə X11 arasında 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1727 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X12 nikah pozulduqdan sonra anası - X5 yanında saxlanılması qət edilmişdir. X5 iddiası qismən təmin edilmiş, xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdə hesablanmaqla İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X8 verilməsi və xx.xx.2021-ci il təvəllüdlü X6 üç yaşına çatanadək xx.xx.2024-cü il tarixdən hesablanmaqla İddiaçı hər ay 100 manat aliment tutularaq X8 verilməsi X5 iddiası qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Birinci instansiyası məhkəməsinin sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-21667/2025 saylı məktubundan görünür ki, sözügedən mübahisəli mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - xx.xx.2023-cü il tarixli, AN-İ №1157029 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, X2 mənzili X1. Daha sonra xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən həmin mənzil X4 tərəfindən iddiaçıya bağışlanmışdır. - Bakı şəhəri, ünvan 1 (Yeni qaydalarla: AZ 1102, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. - "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli, KM29/25 saylı arayışından müəyyən edilir ki, iddiaçı həmin ünvanda qeydiyyatsız olaraq yaşayır. Üçüncü şəxs sözügedən mənzildə qeydiyyatda olsa belə, yaşamır. Beləliklə, işin mübahisələndirilməyən hallarına görə Bakı şəhəri, ünvan 1 (Yeni qaydalarla: AZ 1102, ünvan 4 iddiaçının mülkiyyətindədir, mənzil ona xalası tərəfindən bağışlanmışdır. Üçüncü şəxs iddiaçının keçmiş arvadıdır və tərəflər arasında olan nikah pozulmuşdur. Üçüncü şəxs iddiaçıya məxsus mənzildə pasport qeydiyyatındadır. İddiaçının hazırkı iddia qaldırmaqda hüquqi marağı üçüncü şəxsin həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxs faktiki yaşamadığı və istifadə hüququ olmadığı iddiaçıya məxsus mənzildə qeydiyyatdadır. İş materiallarından göründüyü kimi, iddiaçı ilə üçüncü şəxs arasında olan nikaha xitam verilmiş və onlar artıq ailə üzvləri deyillər. Həmçinin iddiaçının mülkiyyətində olan mənzil ona X4 tərəfindən əvəzsiz qaydada bağışlama müqaviləsinə əsasən hədiyyə verildiyindən üçüncü şəxsin həmin mənzilə hər hansı əmlak hüququnun olması da müəyyən edilmir. Üçüncü şəxsin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatının formal olması, onun həmin mənzildə faktiki olaraq yaşamaması, həmçinin tərəflər arasında Nəsimi Rayon Məhkəməsində olan nikahın pozulmasına dair mülki işdən də müəyyən edilir. Belə ki, həmin işdə hazırkı iş üzrə üçüncü şəxs aliment tələbinə dair iddia ərizəsi verərkən iddia tələbində İddiaçılə ailə münasibətlərinin pozulduğunu faktiki olaraq ayrı yaşadırlarını bildirmişdir. Birinci instansiyası məhkəməsi həmçinin qərarında haqlı olaraq göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması həmin qanunvericilik tənzimləməsinin hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyinə dəlalət edir. Bu halda, “qanunun keyfiyyəti” ilə bağlı həmin qüsur məhkəmə təcrübəsində formalaşdırılan təfsir vasitəsilə aradan qaldırılmalıdır. Bu mənada, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Həmin şəxslərin qeydiyyatdan çıxarılmaları onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər. Yaşayış sahəsinə münasibətdə hər hansı mülki hüquqi mənada əmlak hüquqlarının sahibi olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılması məsələsinə, həmçinin mütənasiblik prinsipinin tələbləri baxımından da yanaşılmalıdır. Hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yol verilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Bu mənada, mülkiyyətçinin bunu istəmədiyinə baxmayaraq ona məxsus yaşayış sahəsinə münasibətdə hər hansı mülki hüquqi mənada əmlak hüquqlarının sahibi olmayan şəxsləri bu sahədə müvafiq təkmil qanunvericilik tənzimləməsi olmadığına görə qeydiyyatdan çıxara bilməməsi onun mülkiyyət hüququna edilən müdaxilənin ağlabatan və ədalətli tarazlıq həddini keçməsinə səbəb olur. Artıq yuxarıda şərh olunduğu kimi məhkəmə belə qənaətə gəlmişdir ki, bu məsələdə qüvvədə olan qanunvericilik “qanunun keyfiyyəti” ilə bağlı hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermir. Odur ki, yetərsiz qanunvericilik tənzimləmələrindən irəli gələn problemin yükünün mülkiyyətçinin üzərinə qoyulması onun hüquqlarına qeyri-mütənasib müdaxilə təşkil etmiş olardı. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, qeydiyyatdan çıxarılan şəxslərin bu halda, qeydiyyatda qalmağa dair hər hansı əsaslı mənafeləri də müəyyən olunmur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla razılaşır, eyni zamanda apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 2847/2025 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı Rəsul-Zadə Nəcabət Eldar qızı cavabdeh İddiaçı qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 20000 (iyirmi min) manat kredit borcu və ona hesablanmış 7700 manat faiz borcunun, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə bank kartına köçürülmüş 6612,45 manat pul vəsaitinin, vəkil xidmət haqqı üçün ödənilmiş 520 manat pulun və evin təmir adı altında aldığı 1300 ABŞ dollarının ödənildiyi zaman Azərbaycan Respubliaksı manata olan məzənnəsi ilə olmaqla, cəmi 37.042,45 manat pul vəsaitinin və 202 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq Rəsul-Zadə Nəcabət Eldar qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Rəsul-Zadə Nəcabət Eldar qızı cavabdeh İddiaçı mülkiyyətində olan mənzilin (Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi,3006-cı məhəllə, ev 10, mənzil 178, yeni qaydalarla Bakı şəhəri R.Cəfərov küçəsi, 19, M16, m2 ) alınması üçün "xxxx" ASC-dən kredit məbləği götürmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli EE001217145 saylı kredit müqaviləsinə əsasən 20000 (iyirmi min) manat olmaqla 14,9 faiz dərəcəsi və 48 ay müddətinə qaytarılmaq şərti ilə götürdüyü krediti qızı ilə nikahda olan cavabdeh İddiaçı vermişdir. Bank tərəfindən iddiaçıya 7700 manat faiz hesablanmışdır. İş üzrə cavabdeh bankın iddiaçıya verdiyi kreditdən faydalansa da, əsas borcu və ona hesablanmış faizləri də qaytarmamışdır. Bundan əlavə, cavabdeh İddiaçı yaşadığı mənzilin təmiri üçün iddiaçı Nəcabət Rəsulzadədən 1300 ABŞ dolları borc almış, eyni zamanda xx.xx.2022-xx.xx.2024-cü il tarixinədək ümumilikdə 6612 manat cavabdehə məxsus bank kartına köçürülmüşdür. İddiaçı Nəcabət Rəsul-Zadə dəfələrlə verilmiş borcun geri qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh qeyd olunan borcun ödənilməsindən imtina etmiş, əsas kimi, iddiaçının qızı Ülkər xanımın cavabdehin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmalı olması ilə əlaqələndirmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehə sonuncu xəbərdarlıqla pretenziya məktubunun göndərilməsinə baxmayaraq şəxs yenidən hərəkətszilik göstərmiş, borcun ödənilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən borc vaxtında qaytarılmadığına görə iddiaçı hüquqlarının məhkəmədə müdafiəsi üçün “Arbitrium” Vəkil bürosu ilə xx.xx.2024cü ildə 291 saylı müqavilə bağlamış, bununla əlaqədar 520 manat xidmət haqqı ödəmişdir. Eləcə də, iddiaçı məhkəməyə iddia ərizəsi verilməsi üçün 202 manat dövlət rüsumu ödəmişdir ki, bu məbləğlər cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. ... Məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə tədqiq olunan, iddiaçı və cavabdeh tərfindən onlara aid olması və onlar tərəfindən aparılması etiraf olunan səs yazısında olan danışıqlardan müəyyən olunmuşdur ki, iddiaçı Rəsul-Zadə Nəcabət Eldar qızı kredit müqaviləsinə əsasən bankdan götürdüyü 20.000 manatı borc olaraq cavabdehə verməsini, həmin borcun faizi ilə birlikdə geri qaytarılmasını tələb etməsini, bu tələblə məhkəməyə müraciət etməsini cavabdehə bildirmiş, cavabdeh İddiaçı isə həmin vəsaiti almasını, ilk gündən həmin vəsaitin geri qaytaracağına etiraz etmədiyini, mülkiyyətində olan mənzili satdıqdan sonra iddiaçının banka olan borcunu tam bağlayacağını bildirməklə iddiaçıya olan borcunu etiraf edir”. Nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2847/2025 saylı qətnaməsi ilə iddiaçı Rəsul-Zadə Nəcabət Eldar qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-524/2025 saylı qətnaməsi iddiaçı Rəsul-Zadə Nəcabət Eldar qızının cavabdeh İddiaçı qarşı 20.000 manat borcun, 7.700 manat faizin, məhkəmə xərclərinə görə 722 manatın tulmasına dair təmin edilməyən tələbi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş; cavabdeh İddiaçı Rəsul-Zadə Nəcabət Eldar qızının xeyrinə borca görə 20.000 manat, faizə görə 3487,83 manat, göstərilmiş hüquqi xidmətə görə 520 manat, dövlət rüsumuna görə 160,46 manat olmaqla cəmi 24.168,29 manat tutulması qət edilmişdir. Qətnamənin hal-hazırda qanuni qüvvəsini alıb-almaması barədə iş materiallarında hər hansı sübut mövcud deyil, lakin hazırkı iş çərçivəsində üçüncü şəxs tərəfindən kontrarqument olaraq istinad olunan məbləğə münasibətdə artıq məhkəmə araşdırılmasının getməsi aşkardır və həmin məbləğin verilib-verilməməsi istifadə hüququnun mövcud olmasına dəlalət edən və mübahisəni mülki icraata yönəldə biləcək faktor olaraq qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, e-2-1(112)-9407/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Mirzəli Abbasov
Məhkəmə qərarları › İş №2-1(103)-3455/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3455/2025
15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver