Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3457/2022 23.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı (üçüncü şəxs X4) «nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 377/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə və X3 qarşı «nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən əsassız olaraq təmin edilməmişdir. İddiaçının cavabdehə ünvanlanmış 18 mart 2020-ci il tarixli 231 nömrəli müraciətində qeyd olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(007)-3589/2019 saylı iş üzrə 24 oktyabr 2019-cu il tarixli qərardadı ilə **-ZB-***, **-ZX-***, **-ZB-***, **-ZX- ***, 10- ZX-815, **-ZB-***, **-ZX-***, **-ZB-***, **-ZB-***, **-ZB-***, H006012, 9227 AU, **- ZB-***, **-ZB-***, H005839, H010798, H010067, **-ZB-***, H012140, **-ZB-***, H006019, H010797, H008968, **-ZB-***, H009050, H008894, **-ZB-***, H008792, 10- ZB-463, H005245, **-ZB-*** və H008791 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin (yarımqoşquların) üzərinə həbs qoyulması, onların X1 tərəfindən istifadəsinin qadağan edilməsi və nəqliyyat vasitələrinin (yarımqoşquların) Baş X7 İdarəsinin xüsusi dayanacağına yerləşdirilməsi qərara alınmışdır. Hazırda həmin qərardad icra olunmuş və sözügedən nəqliyyat vasitələri Baş X7 İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən xüsusi dayanacağına yerləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1458/2020 saylı 14 yanvar 2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3589/2019 saylı iş üzrə 24 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilsə də, mübahisə davam edir və mülki iş həmin məhkəmənin icraatındadır. 11 mart 2020-ci il tarixdə həmin məhkəməyə ünvanlanmış ərizənin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli qərardadı əsasında həbs qoyularaq götürülmüş nəqliyyat vasitələrinin beşi X2 mülkiyyətindədir və ona bu barədə 29 fevral 2020-ci il tarixli qeydiyyat şəhadətnamələri verilmişdir. Qeyd olunan xüsusatlar onu təsdiq edir ki, sözügedən nəqliyyat vasitələri Baş X7 İdarəsinin Qaradağ rayonu ərazisindəki xüsusi dayanacağında yerləşdirilsə də, həbsdə olan beş nəqliyyat vasitəsinə qanuna zidd olaraq baxış keçirilmiş və 29 fevral 2020-ci il tarixdə həmin nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnamələri verilmişdir. Bununla bağlı DİN Baş X7 İdarəsi tərəfindən X3 verilmiş AD 769252, AD 769253, AD 769254, AD 769255, AD 769256 saylı nəqliyyat vasitələrinin şəhadətnamələrinin ləğv edilməsi xahiş edilsə də, müraciətə qeyri-müəyyən cavab verilmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə və İPM-in 2.1, 2.2.3, 4.1, 14.3, 45, 46, 73-cü maddələrinə əsaslanaraq, X3 verilmiş AD 769252, AD 769253, AD 769254, AD 769255, AD 769256 saylı nəqliyyat vasitələrinin şəhadətnamələrinin ləğv edilməsi öhdəliyinin cavabdeh DİN Baş X7 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 10 dekabr 2021-ci il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına onun cavabdeh kimi prosessual iştirakına xitam verilməklə üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-377/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin şəhadətnamələrin verilməsi üçün əsas olmuş sənədlərin deyil, həbsdə olan nəqliyyat vasitələri üzərində polisin etdiyi hərəkətlərin qanunsuz olmasına istinad etdiklərini nəzərə almamışdır. X4 tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqova ünvanlanmış ərizənin mətnindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3589/2019 saylı iş üzrə 24 oktyabr 2019-cu il tarixli qərardadı əsasında həbs qoyularaq götürülmüş nəqliyyat vasitələrinin 5 ədədi X2 mülkiyyətindədir və ona bu barədə xx.xx.2020-ci il tarixli qeydiyyat şəhadətnamələri verilmişdir. Qeyd edilən xüsusatlar onu təsdiq edir ki, sözügedən nəqliyyat vasitələri Baş X7 İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən xüsusi dayanacağına yerləşdirilsədə, həbsdə olan 5 ədəd nəqliyyat vasitəsinə qanunsuz olaraq baxış keçirilmiş və 29 fevral 2020-ci il tarixində həmin nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnamələri verilmişdir. Bu fakt özlüyündə həmin nəqliyyat vasitələrinin həbsdə olduğunu təsdiq edir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili apelyasiya şikayətinin əsassız olduğunu və qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı DİN Baş X7 İdarəsinə müraciət edərək, cavabdeh tərəfindən X3 verilmiş AD 769252, AD 769253, AD 769254, AD 769255, AD 769256 saylı nəqliyyat vasitələrinin şəhadətnamələrinin ləğv edilməsi xahiş etmiş, lakin cavabdh tərəfindən imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməməsi ilə düzgün nəticəyə gəlinmişdir. İş materiallarında olan DİN Baş X7 İdarəsinin hazırkı iddiaçının vəkilinə ünvanlanmış 8 aprel 2020-ci il tarixli məktubunda bildirilir ki, normativ hüquqi sənədlərin tələblərinə görə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999- cu il tarixli 39 nömrəli qərarı) nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin (alqısatqı müqaviləsi və s.) surətini almağa yalnız təhqiqat, istintaq, məhkəmə orqanlarının hüququ vardır. Odur ki, sözügedən nəqliyyat vasitələri barədə məlumatların kompyuter çıxarışı təqdim edilir. Məktuba əlavə edilmiş çıxarışda qeyd olunur ki, aşağıdakı nəqliyyat vasitələri müvafiq qeydiyyat şəhadətnamələri ilə X2 adına rəsmiləşdirilmişdir: 1) buraxılış ili 1987-ci il olan “CRANE FRUEHAUF” markalı, boz rəngli, 305002 şassi nömrəli yarımqoşqu, 683046 AGBİ qeydiyyat vəsiqəsi əsasında AD 769255 nömrəli 29 fevral 2020-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə, **-ZE-*** nömrə nişanlı; 2) buraxılış ili 1989-cu il olan “KİNG GTL60 3H95” markalı, boz rəngli, K89/5647 şassi nömrəli yarımqoşqu, 683931 AGBİ qeydiyyat vəsiqəsi əsasında AD 769252 nömrəli 29 fevral 2020-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə, **-ZE-*** nömrə nişanlı; 3) buraxılış ili 1983-cü il olan “KİNG TL76” markalı, qırmızı rəngli, K034150 şassi nömrəli yarımqoşqu, 683109 AGBİ qeydiyyat vəsiqəsi əsasında AD 769253 nömrəli 29 fevral 2020-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə, **-ZE-*** nömrə nişanlı; 4) buraxılış ili 1986-cı il olan “CRAVER TASKER F450” markalı, boz rəngli, H**********1 şassi nömrəli yarımqoşqu, 683995 AGBİ qeydiyyat vəsiqəsi əsasında, AD 769254 nömrəli 29 fevral 2020-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə, **-ZD-*** nömrə nişanlı; 5) buraxılış ili 1975-ci il olan “CRANE LOWLOADER” markalı, boz rəngli, SGQ 4941-01 şassi nömrəli yarımqoşqu, 684851 AGBİ qeydiyyat vəsiqəsi əsasında AD 769256 nömrəli 29 fevral 2020-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə, **-ZE- *** nömrə nişanlı. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada Nazirlik aşağıdakı vəzifələri yerinə yetirir: - (3.1.18) avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışının və qeydiyyatının keçirilməsini, onlara dövlət nömrə nişanlarının verilməsini, habelə yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanlar qəbul edilməsini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsini təşkil edir, yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə qeydiyyatın, təhqiqatın və istintaqın aparılmasını təmin edir, yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotunu müəyyən edir və hesabatını aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə»nin 1.2-ci bəndinə görə mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə»nin 2.8-ci bəndinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Göründüyü kimi, mövcud qanunvericilik normaları hüquqi və fiziki şəxslər tərəfindən xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə gətirilmiş nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün gömrük orqanlarının verdiyi icazə (vəsiqə) sənədinin qeydiyyat orqanına təqdim olunmasını nəzərdə tutur. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin məhkəməyə ünvanlanmış 18 sentyabr 2021-ci il tarixli cavab məktubunda aşağıdakılar bildirilir: - 50350903 şassi nömrəli nəqliyyat vasitəsi 27 fevral 2020-ci il tarixli **********3440 sorğu nömrəli gömrük bəyannaməsi, K034150 şassi nömrəli nəqliyyat vasitəsi 26 fevral 2020-ci il tarixli **********2092 sorğu nömrəli gömrük bəyannaməsi, K89/5647 şassi nömrəli nəqliyyat vasitəsi 26 fevral 2020-ci il tarixli **********2087 sorğu nömrəli gömrük bəyannaməsi, 305002 şassi nömrəli nəqliyyat vasitəsi 27 fevral 2020-ci il tarixli **********3449 sorğu nömrəli gömrük bəyannaməsi, SGQ4941-01 şassi nömrəli nəqliyyat vasitəsi 27 fevral 2020-ci il tarixli **********3464 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2009-025/1 nömrəli sənəd əsasında gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq X2 adına rəsmiləşdirilmişdir. Kollegiya qeyd edir ki, qeyd edilən icazə sənədləri (gömrük bəyannamələri) ləğv edilmədiyindən, geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən habelə onların qüvvədə olma müddəti qurtarmadığından, hüquqi qüvvəsini saxlayır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı tərəfin qeyd etdiyi nəqliyyat vasitələrinə şəhadətnamələr Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin “qadağa ilə bağlı” müvafiq qərardadının qüvvədə olmadığı dövrdə (Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3589/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə ləğv edilmişdir.), yəni 29 fevral 2020-ci ildə verilmişdir. Belə olduğu təqdirdə Kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi üçün əsas mövcud olmadığından iddianın təmin edilməməsi ilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-377/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3457/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3457/2022
23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver