Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3458/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Həşim Rəşad Əlisahib oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3605/N3 saylı, 08 iyun N3-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 2-ci Qarabağ müharibəsi zamanı iştirakının mülki şəxs kimi deyil, hərbi şəxs kimi qeydiyyata alınması, bununla bağlı onun adına həmin N saylı hərbi hissənin adından müvafiq arayış verilməsi və bunun üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Nəqliyyat İdarəsinin balansında olan avtobus tipli “Kamaz” ilə N saylı hərbi hissənin təminat bölümünə sürücü kimi yollanmışdır. xx.xx.N0-ci ildən xx.xx.N1- ci il tarixinə qədər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Qubadlı, Şuşa və Laçın istiqamətində gedən döyüş əməliyyatları zamanı təminat bölmələrində mülki sürücü kimi xidmət etmiş və göstərilən tarix ərzində hərbi ezamiyyətdə olmuşdur. Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşa istiqamətində gedən ağır döyüşlər zamanı mülki sürücü kimi verilən bütün tapşırıqları layiqincə yerinə yetirmişdir. N0-ci il noyabr ayının 3-dən 4-nə keçən gecə Daşaltı istiqamətində hərbi heyəti döyüş zonasına çatdırmış, geri qayıdan zaman yaxın kəndlərin birində idarə etdiyi avtobus tipli “Kamaz” ilə yaralıları və şəhid olmuş əsgərləri həmin zonadan çıxarmaq üçün yardım göstərmişdir. Bu zaman düşmən tərəfindən həmin kəndə minatan silahlardan atəş açılmış, zərbənin təsirindən dərəyə yıxılmış, başının sağ gicgah tərəfindən bərk zədə almışdır. Bu çətin vəziyyətə baxmayaraq, 17 yaralı və 9 şəhid əsgəri həmin zonadan çıxarıb idarə etdiyi “Kamaz”la Xocavənd istiqamətində təcilli tibbi maşınlarına çatdırmışdır. Başından aldığı zərbə səbəbilə bir müddət Mərkəzi Hərbi Klinik Hospitalında müalicə almışdır. xx.xx.N1-ci il tarixində N saylı hərbi hissədən təxris olunmuş, sonuncu olduğu yer Laçın rayonu olmuşdur. İdarə etdiyi avtobus tipli “Kamaz” heç bir kitaba qeydiyyata alınmamış, hərbi ezamiyyətdə olduğu müddət ərzində onun xidməti hərbi biletdə qeyd olunmamışdır. Halbuki, ağır döyüşlər gedən zonalarda iştirak etmiş, cəbhə xəttinə qədər hərbi heyət aparmışdır. Onun müharibə dövründə iştirakı N saylı hərbi hissənin komandiri polkovnikleytenant Faiq Əliyev tərəfindən hərbi şəxs kimi deyil mülki şəxs kimi qeydiyyata alınmışdır. Halbuki, sürücü kimi atışma gedən yerlərə qədər gedib çıxmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3605/N3 saylı, 08 iyun N3-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddianın təmin edilməsi, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3605/N3 saylı, 08 iyun N3-cü il tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X5 iddia ərizəsindən görünür ki, o, “Kamaz-43114” markalı 99-J0-648 dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə xx.xx.2000-ci il tarixdən xx.xx.N0-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsinin sərəncamına verilmiş və xüsusi döyüş əməliyyatlarında iştirak etmək üçün adamların daşınması məqsədilə ezam olunmuşdur. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 01 noyabr N0-ci il tarixli 274 nömrəli əmrilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəqliyyat idarəsinin Texnoloji Departamentinin sürücüsü İddiaçı 01 noyabr N0-ci il tarixdən hərbi hissəyə gəlmiş hesab olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, 01 noyabr N0-ci il tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə Füzuli, Cəbrayıl, Xocəvənd, Hadrut, Qubadlı, Şuşa və Laçın istiqamətində gedən döyüş əməliyyatları zamanı təminat bölmələrində mülki sürücü kimi xidmət etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” üçün adının daxil edildiyi siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi tələbini irəli sürmüşdür. N nömrəli hərbi hissə tərəfindən verilmiş N sentyabr N1-ci il tarixli 1589 nömrəli arayışına əsasən R.A.X6 zamanı Füzuli, Cəbrayıl və Xocəvənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqları sürücü kimi yerinə yetirmişdir. İddiaçı ezam olunması səbəbi- 4 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən ona təhkim olunmuş mülki avtomobillərin idarə edilməsi ilə bağlı olmuşdur (ezamiyyət vərəqəsi). İddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı Füzuli, Cəbrayıl, Şuşa və Xocəvənd istiqamətində gedən döyüş əməliyyatları zamanı arxa cəbhə təminat bölmələrində mülki sürücü kimi fəaliyyət göstərmişdir. Təqdim edilmiş N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrindən görünür ki, iddiaçı döyüş əməliyyatlarına cəlb edilməmiş, o, yalnız hərbi hissənin tərkibinə arxa cəbhə təminat bölməsində mülki sürücü kimi vəzifəyə təyin edilmişdir. Bundan əlavə, N nömrəli hərbi hissə tərəfindən Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərdiyi arayış-məlumatdan müəyyən edilir ki, Vətən müharibəsi zaman İddiaçı döyüş əməliyyatlarına cəlb edilməmiş arxa cəbhə təminat bölməsində fəaliyyət göstərmişdir. N nömrəli hərbi hissə tərəfindən N yanvar N1-ci il tarixdə İddiaçı Vətən müharibəsində döyüş əməliyyatları zamanı arxa cəbhə təminatı bölmələrində maddi-texniki təminatın təşkilində göstərdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunmuşdur. Fəxri Fərmandan da görünür ki, iddiaçıya döyüş əməliyyatlarında iştirak edilməsi ilə deyil, arxa cəbhə təminatı bölmələrində maddi-texniki təminatın təşkilində göstərdəyi nailiyyətlərə görə təltif edilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı döyüş əməliyyatları aparılan ərazilərdə döyüş tapşırıqlarını yerinə yetirilməsi deyil, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocəvənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqları sürücü kimi yerinə yetirmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab olunur ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumlar tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Lakin, Bakı İnzibati Məhkəməsi qeyd edilən halları araşdırmadan yalnız iş materiallarına əlavə edilmiş arayışlara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq düzgün nəticəyə gəlməmişdir. Bu isə qüvvədə olan veteranlar haqqında qanunvericiliyinin tələbinə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi birbaşa istisna edir. Məhkəmə düzgün nəticəyə gəlməməklə İnzibati Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, iddiaçı “Kamaz-43114” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə xx.xx.N0-ci il tarixindən xx.xx.N1-ci il tarixinədək Sabunçu rayon hərbi komissarlığının sərəncamına verilmiş, N nömrəli hərbi hissə onun xx.xx.N0xx.xx.N1-ci il tarixlərdə həmin hərbi hissəyə ezam olunmasını rəsmiləşdirmiş, iddiaçı Füzuli, Cəbrayıl, Xocavənd rayonlarına ezam edilməklə döyüş əməliyyatlarında mülki sürücü kimi avtomobilin idarə edilməsi ilə məşğul olmuş, nailiyyətlərinə görə N nömrəli hərbi hissə tərəfindən mükafatlandırılmışdır. İddiaçı hazırda döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların maddi texniki təminatı üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.N0-ci il tarixli 423-e saylı əmrindən görünür ki, Nəqliyyat İdarəsinin xx.xx.N0-ci il tarixli SOCAR**********30290068XQ0004 nömrəli məktubuna əsasən “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0-ci il tarixli və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” xx.xx.N0-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə, 4 saylı Texnoloji Nəqliyyat Departamenti üzrə aşağıda qeyd olunan nəqliyyat vasitələrinə təhkim olunmuş işçilər aşağıda göstərilən tarixlərdə (Suraxanı RHK, Sabunçu RHK, Nizami RHK və Xəzər RHK-na cəlb olunmaqla) hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olunmuşlar. İddiaçı –KAMAZ 43114-1014 – 01-xx.xx.N0 - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.N0-ci il tarixli 493-e saylı əmrindən görünür ki, Nəqliyyat İdarəsinin xx.xx.N0-ci il tarixli SOCAR**********30290068XQ0004 nömrəli məktubuna əsasən “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0-ci il tarixli və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” xx.xx.N0-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə, 4 saylı Texnoloji Nəqliyyat Departamenti üzrə aşağıda qeyd olunan nəqliyyat vasitələrinə təhkim olunmuş işçilər aşağıda göstərilən tarixlərdə (Suraxanı RHK, Sabunçu RHK, Nizami RHK və Xəzər RHK-na cəlb olunmaqla) hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olunmuşlar. İddiaçı –KAMAZ 43114-1014-15 – 01-xx.xx.N0 - 4 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.N3-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən “Kamaz-43114” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə xx.xx.N0-ci il tarixindən xx.xx.N0-ci il tarixinədək, xx.xx.N0-ci il tarixindən xx.xx.N0-ci il tarixinədək, xx.xx.N0-ci il tarixindən xx.xx.N0-ci il tarixinədək və xx.xx.N1-ci il tarixindən xx.xx.N1-ci il tarixinədək Sabunçu rayon hərbi komissarlığının sərəncamına verilmişdir. - xx.xx.N0-ci il tarixli, 2298 nömrəli, xx.xx.N0-ci il tarixli 2475 nömrəli, xx.xx.N0-ci il tarixli 2530 nömrəli və xx.xx.N1-ci il tarixli 78 nömrəli ezamiyyət vəsiqələrindən görünür ki, iddiaçı xüsusi döyüş əməliyyatlarında iştirak etmək, adamların daşınması məqsədilə xx.xx.N0-ci il tarixindən xx.xx.N1-ci il tarixinədək Sabunçu rayon hərbi komissarlığına ezam edilmiş, vəsiqədə iddiaçının gəliş və gedişi 4 saylı Texnoloji Nəqliyyat Departamenti və N nömrəli hərbi hissə tərəfindən təsdiq edilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli 274 saylı əmrindən çıxarışdan görünür ki, “Azərbaycan Respublikası Dövlət neft şirkəti Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin” aşağıda adları qeyd olunan sürücü işçiləri Bakı şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli İdarə Şöbə və Bölmələri tərəfindən Xüsusi döyüş əməliyyatlarında iştirak etmək məqsədi ilə xx.xx.N0- ci il tarixdən N nömrəli hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilmişlər: Mülki işçi İddiaçı Əbdül oğlu - N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli saylı əmrindən çıxarışdan görünür ki, “Azərbaycan Respublikası Dövlət neft şirkəti nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin” aşağıda adları qeyd olunan sürücü işçiləri N nömrəli hərbi hissədən ezamiyyətdən getmiş hesab edilmişlər: Mülki işçi İddiaçı Əbdül oğlu. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli 8 nömrəli arayışından görünür ki, Rəfiağayev X8, Cəbrayıl, Şuşa, Xocavənd istiqamətində gedən döyüş əməliyyatları zamanı arxa cəbhə təminat bölmələrində (mülki) sürücü kimi iştirak etmişdir. -N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 1589 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissəyə “Azərbaycan Respublikası Dövlət neft şirkəti nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamenti" tərəfindən səfərbərliklə çağırılmış mülki işçi İddiaçı Əbülfət oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqları sürücü kimi yerinə yetirmişdir. - xx.xx.N1-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı Vətən müharibəsində döyüş əməliyyatları zamanı arxa cəbhə təminatı bölmələrində maddi-texniki təminatın təşkilində göstərdiyi nailiyyətlərə görə N nömrəli hərbi hissə tərəfindən təltif olunmuşdur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, mülki şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:
1. o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı;
2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İş materiallarından görünür ki, iddiaçı mülki sürücü kimi N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Füzuli, Cəbrayıl, Şuşa, Xocavənd istiqamətində gedən döyüş əməliyyatları zamanı maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş, bu hal iş materiallarında olan hərbi hissənin arayışı, əmrlərdən çıxarış, ezamiyyət vəsiqələri və hərbi biletində aparılan qeydlə öz təsdiqini tapmışdır. Belə olan halda aydındır ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının tələbini təmin etməmiş, bu zaman Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N1-ci il 30 dekabr tarxli 420 nömrəli Qərarının 1.1- ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə istinad etsə də, bu uyğunsuzluğun nədən ibarət olmasını əsaslandırmamışdır. Cavabdeh tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlili iddiaçının döyüş əməliyyatları zamanı təminat bölmələrində mülki sürücü kimi xidmət etməsindən, bu səbəbdən də ona müharibə veteranı adının verilməməli olmasından ibarətdir. Halbulki, iddiaçı tərəfindən təqdim olunan və məhkəmə baxışı zamanı araşdırılan sübutlar iddiaçının məhz döyüş əməliyyatları keçirilən ərazilərdə xidmət etdiyini sübut edir. Bundan başqa, apelyator şikayətində ümumi sözlərdən istifadə etməklə şikayəti əsaslandırmağa çalışmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi üçün tutarlı səbəblər bildirməmiş, sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3605/N3 saylı, 08 iyun N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3605/N3 saylı, 08 iyun N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə