Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3458/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2-1(112)-10831/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilərək onun yetkinlik yaşma çatmamış qardaşları xx.xx.2008-ci ildə anadan olmuş X9 himayəçi və xx.xx.2012-ci ildə anadan olmuş X10 qəyyum təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 18 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur, Memarlıq və İnşaat Universitetinin 3-cü kursunda təhsil alır, ünvan 1 ünvanda yaşayır. Onunla birlikdə 2 azyaşlı qardaşı - xx.xx.2008-ci ildə anadan olmuş X13 və xx.xx.2012- ci ildə anadan olmuş X14 yaşayır, anası X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir, atası sağdır, onlar atasından ayrı yaşayırlar. Atasından ayrı yaşamalarının səbəbi odur ki, birlikdə yaşadıqları zaman atası anasına və azyaşlı övladlarına qarşı amansız rəftar edərək fiziki və mənəvi zorakılıq hərəkətləri etmişdir. 2015-ci ildə atası iddiaçını və ailəsini tərk etmişdir, iddiaçı və qardaşları anası ilə birlikdə yaşamışlar, lakin atası onlardan əl çəkməyərək əzab verməyi davam etdirmişdir. Anası bu işgəncələrə dözməyərək təqribən 5 il bundan əvvəl çoxlu dərman içərək özünü öldürmək istəmişdir, lakin Toskologiya xəstəxanasında həyatı xilas edilmişdir. Eyni zamanda atası Bakı şəhəri, Xətai rayonu ərazisində anasının adına olan mənzili iddiaçının əlindən alaraq çölə atmışdır. İddiaçının anası atasının verdiyi işgəncələrə dözməyərək 2021-ci ildə vəfat etmişdir. Bundan sonra iddiaçı yetkinlik yaşma çatana kimi iki azyaşlı qardaşı ilə birlikdə ünvan 1 ünvanda ana babası X1 yanında yaşamış və maddi təminatını dayısı X6 təmin etmişdir. Anası vəfat etdikdən sonra da iddiaçının atası ona və iki azyaşlı qardaşına işgəncə verməyə davam edir və öldürəcəyi ilə hədələyir. Bildirilir ki, iddiaçı 2022-ci ilin yay aylarında 11 yaşında olan kiçik qardaşı X11 atasının yanında yaşaması üçün Cəlilabad rayonunun Göytəpə qəsəbəsinə apararaq atasına vermiş, lakin atası onları uşaqla görüşməyə qoymur, uşağa daima fiziki və psixoloji əzab veririrdi və qardaşı telefonda yalvararaq onu aparmalarını istəyirdi. İddiaçı 14 yaşında olan qardaşı Elvini qardaşına dəyməsi üçün 29 sentyabr 2022-ci ildə Cəlilabad rayonunun Göytəpə qəsəbəsinə göndərmiş və Əyyub atasının verdiyi işgəncələrə dözə bilmədiyi üçün Elvin onu babası ilə birlikdə yaşadıqları ünvan 1 ünvanına gətirmişdir. Eyni zamanda atası iddiaçıya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimenti ödəməmişdir, yüksək maddi imkanları olmasına baxmayaraq onlara heç bir maddi yardım etməmişdir və valideyn vəzifələrini icra etməmişdir. Bunun əksinə olaraq valideyn hüquqlarından övladlarına zərər vurmaq üçün sui-istifadə edərək iki azyaşlı qardaşını Bakı şəhərində orta təhsil aldıqları məktəbdən çıxartmışdır, bu səbəbdən onlar təhsillərini davam etdirə bilməmişlər, iddiaçının müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətindən və qəbullarda olduqdan sonra onların orta məktəbə bərpası mümkün olmuşdur. Bundan əlavə atası anasının ölümü ilə bağlı qanunvericiliyə əsasən dövlət tərəfindən onlara hər ay ödənilməli olan yetim pulunu iddiaçının və qardaşlarının yetkinlik yaşına çatmadığı üçün ala bilməməsindən sui-istifadə edərək ödənilməli olan həmin yetim pulunu alaraq özü üçün xərcləmişdir. İddiaçı 18 yaşına çaldıqdan sonra bank kartını özü alaraq ona ödənilən yetim pulunu alır, lakin qardaşlarının hər birinə hər ay ödənilən yetim pulunu atası alaraq özünə xərcləyir və yetkinlik yaşına çatmamış uşaqlarına verməyir. Bununla da atası X15 nəinki valideynlik vəzifələrini yerinə yetirməyərək yetkinlik yaşına çatmamış övladlarını saxlamamışdır, maddi tələbatını təmin etməmişdir, eyni zamanda valideyn hüquqlarından övladlarına zərər vurmaq üçün sui-istifadə etmişdir. Mövcud vəziyyətdə iki azyaşlı qardaşının atası ilə birlikdə yaşaması mümkün deyildir və onların saxlanması, tərbiyə olunması, təhsil alması, hüquqlarını müdafiə etmək və həyata keçirmək üçün himayəçi və qəyyum təyin edilməsi zəruridir. Bildirilir ki, iddiaçının yetkinlik yaşına çatmamış qardaşları xx.xx.2008-ci ildə anadan olmuş X9 himayəçi və xx.xx.2012-ci ildə anadan olmuş X10 qəyyum təyin edilməsi barədə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir, lakin ona heç bir cavab verilməmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Komitəsinə müraciət etmişdir, həmin qurum işə qarışdıqdan sonra onun qardaşlarının qəyyumu və himayəçisi təyin edilməsindən xx.xx.2024-cü il tarixli məktula imtina edilmişdir və imtinanın əsası kimi atası X7 notariat qaydada təsdiq edilmiş razılıq ərizəsi olduqdan sonra iddiaçının ərizəsinə müvafiq qaydada baxıla biləcəyi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, atası X15 övladlarına baxmır, valideynlik vəzifələrini icra etməyir, hətta valideynlik hüquqlarından uşaqlarına zərər vurmaq üçün sui-istifadə edir və bu vəziyyətdə uşaqlara qəyyum və himayəçi təyin edilməsi üçün atası X7 notariat qaydada təsdiq edilmiş razılıq ərizəsinin tələb edilməsi qanunsuzdur və bu səbəbdən uşaqların saxlanması, tərbiyə olunması, təhsil alması, hüquqlarını müdafiə etmək və həyata keçirmək üçün onun yetkinlik yaşına çatmamış qardaşları xx.xx.2008-ci ildə anadan olmuş X12 himayəçi və xx.xx.2012-ci ildə anadan olmuş X10 qəyyum təyin edilməsi vəzifəsi məhkəmə qərarı əsasında cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Bildirilir ki, onun yetkinlik yaşına çatmamış qardaşlarına himayəçi və qəyyum təyin edilmə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə bu işin İnzibati Məhkəməyə aid olduğu göstərilərək iddia ərizəsi geri qaytarılmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2-1(112)-10831/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2-1(112)-10831/2024 saylı qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən, inzibati akt– inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.1-ci maddəsinə əsasən, Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini... yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). Qeyd olunan Plenum qərarının 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12.). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.4-cü maddəsinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.6-cı maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 136.1. Qəyyumluq və himayə bu Məcəllənin 114.1-ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. 136.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. 136.3. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-411 nömrəli icmal məktubunda göstərilmişdir ki, şəxsin qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də mübahisə şəxsin mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. İddia ərizəsinin məzmunundan və iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, iddiaçının hüquqi marağı yetkinlik yaşına çatmamış qardaşlarına himayəçi və qəyyum olaraq təyin edilməsinə yönəlmişdir. İddiaçı bu məqsədlə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən məsələ ilə bağlı atası X7 notarial qaydada təsdiq olunmuş razılıq ərizəsinin təqdim ediləcəyi təqdirdə işə baxılacağı bildirilərək, məsələnin həllindən imtina edilmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir Kollegiya hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsində cavabdeh qismində inzibati orqan kimi Xətai Rayon İcra Hakimiyyətini göstərsə də, iddiaçının irəli sürdüyü tələb mülki xarakterlidir. Xətai Rayon İcra Hakimiyyəti əlbəttə ki, inzibati orqandır, lakin hazırkı tələb cavabdeh qurumun publik fəaliyyətindən irəli gələn mübahisə ilə bağlı olmadığından inzibati mübahisə deyildir. Belə ki, yuxarıda istinad olunan mülki və ailə qanunvericliyində qəyyumluq və himayəçilik təyin edilməsi ilə bağlı xüsusi qaydalar mövcuddur və bu münasibətlərdə yerli icra hakimiyyəti xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Bu mənada iddiaçı hazırkı tələbi irəli sürərkən hüquqi marağına nail olmaq üçün əlverişli iddia növündən istifadə etməmişdir. İddiaçı məqsədinə nail olmaq üçün cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə həll etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, oxşar mübahisələr üzrə qəbul edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-47/2019, 2-1(102)-416/2020, 2-1(102)- 1232/2021, 2-1(102)-1635/2021, 2-1(102)-1041/2022 və 2-1(102)-2889/2019 saylı qərarlarında da eyni hüquqi mövqe nümayiş etdirilmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından və həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğundan işə inzibati qaydada baxılması inzibati prosessual qanunvericilik baxımından mümkün sayılmır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2-1(112)-10831/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3458/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3458/2024
27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver