Məhkəmə qərarları › İş №2-1(103)-346/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-346/2022

17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-346/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müddətsiz müəyyən olunması və dayandırılmış pensiyanın verilməsinin dayandırıldığı gündən bərpa edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7308/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ona təyin edilmiş ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunması və dayandırılmış pensiyanın verilməsinin dayandırıldığı gündən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN 1 saylı zona TSEK-nin SER TSE-01 078854 saylı arayışına əsasən, İddiaçı 07.01.2009-ci ildə “ümumi xəstəlik” səbəbi ilə İİ qrup əlillik verilmişdir. Bundan sonra İddiaçı müxtəlif vaxtlarda müayinələrdən keçmiş, sonuncu müayinə tarixi 05.01.2016-cı il tarixdə olmaqla ona 5 il müddətinə yəni, 05.01.2021-ci il tarixədək İİ dərəcə əlillik təyin edilmişdir. Lakin 2021-ci ilin yanvar ayından etibarən İddiaçı əlillik dərəcəsinə uyğun olaraq təyin olunmuş pensiyanın verilməsi dayandırılmışdır. İddiaçı bununla bağlı dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, heç bir nəticə verməmişdir. Belə ki, ƏƏSMN tərəfindən ona yenidən müayinə olunmaq və yenidən əlillik dərəcəsinin qiymətləndirilməsinin lazım olduğu bildirilmişdir. Bu isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair “Təlimat”ın 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Sonuncu dəfə 15.04.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 1 saylı Tibbi Sosial Ekspert Komissiyasına və 13.04.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə müraciət edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 1 saylı X9 Komissiyası yalnız 25.05.2021-ci il tarixdə müraciətimizə imtina cavabı vermiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi rütbəli şəxslərlə iş idarəsi isə 02.06.2021-ci il olmasına baxmayaraq hələ də müraciətə yazılı cavab verməmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. Qeyd olunanlara əsasən idddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavabdeh qismində qəbul edilməsi, İddiaçı təyin edilmiş İİ dərəcəli əlilliyin müddətsiz müəyyən olunması və dayandırılmış pensiyanın verilməsinin dayandırıldığı gündən bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının əlillik vəziyyəti 19 saylı Şəhər Poliklinikasının 07.01 2009-cu il tarixli 0266003AAKT9 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİV Sinif - Sidik- cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: Xroniki pielonefri.tez tez kəskinləşmələrlə.Hipertoniya xəstəliyi İİ mər, böyrək mənşəli. XBÇ İİ dır.ş Sağ böyrək daşı xəstəliyi.Xroniki hepatit.Xroniki xolesistit.Anemiya.Somatogen nevroz; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xroniki pielonefri,tez tez kəskinləşmələrlə" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra həmin poliklinikanın 07.01.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: Xroniki pielonefrit,tez tez kəskinləşmələrlə.Simptomatik hipertoniya .Xorniki xolesistopankreatit.Asteno-nevrotik sindrom. XBÇ İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xroniki pielonefrit” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Poliklinikanın 05.01.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: Xr.pielonefrit, tez-tez kəskinləşməklə. Sağ böyrəyin daşı. Simptomatik hipertoniya.OU-hipertonik angiopatiya. Nevroz. XBÇ lı dərəcə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xr.pielonefrit,tez-tez kəskinləşməklə. Sağ böyrəyin daşı.Simptomatik hipertoniya.OU-hipertonik angiopatiya. Nevroz. XBÇ lı dərəcə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 14.01.2016cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: Xr.pielonefrit,tez-tez kəskinləşməklə. Sağ böyrəyin daşı. Simptomatik hipertoniya.OU hipertonikangiopatiya. Nevroz. XBÇ lı dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik =>DİGƏR:Xr.pielonefrit,tez-tezkəskinləşməklə. Sağ böyrəyin daşı.Simptomatik hipertoniya.OU-hipertonik angiopatiya.Nevroz. XBÇ lı dərəcə" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7308/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müddətsiz müəyyən olunması və dayandırılmış pensiyanın verilməsinin dayandırıldığı gündən bərpa edilməsi tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Yasamal rayon Məhkəməsinin 2(004)-4645/2010 saylı 01 oktyabr 2010-cu il tarixli Qətnaməsində müəyyən edilən hallardan görünür ki, Azərbaycan Respublikası ƏƏSMN 1 saylı zona TSEK-nin SER TSE-01 078854 saylı arayışına əsasən, İddiaçı 07.01.2009-ci ildə “ümumi xəstəlik” səbəbi ilə İİ qrup əlillik verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 05.01.2016-cı il tarixdə Xr.pielonefrit,tez-tez kəskinləşməklə. Sağ böyrəyin daşı. Simptomatik hipertoniya.OU hipertonikangiopatiya. Nevroz. XBÇ lı dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik =>DİGƏR:Xr.pielonefrit,tez-tezkəskinləşməklə.Sağ böyrəyin daşı.Simptomatik hipertoniya.OU-hipertonik angiopatiya.Nevroz. XBÇ lı dərəcə" diaqnozu ilə 05.01.2021-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə Forma 88 arayışı əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. - “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin 1 №li Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı, 21 aprel 2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə müraciətinə baxılmış və müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin elektron sənəd formasında daxil əsasında qiymətləndirildiyi, iddiaçının əlilik dərəcəsinin qiymətləndirilməsinin növbəti müayinə tarixi çatdığı üçün qeydiyyatda olduğu ərazi üzrə aidiyyəti səhiyyə müəssisəsinə müraciət etməli olması bildirilmişdir. Həmçinin səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə olunub, ixtisaslaşmış müalicə aldıqdan və sağlamlıq vəziyyəti tam və ətraflı şəkildə əks rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi bildirilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddiaçının əlillik vəziyyəti barədə 19 saylı Şəhər Poliklinikasının 07.01.2009-cu il tarixli 0266003AAKT9 saylı göndərişindən görünür ki, iddiaçının Ümumi xəstəlik; X2: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: Xroniki pielonefri.tez tez kəskinləşmələrlə.Hipertoniya xəstəliyi İİ mər, böyrək mənşəli. XBÇ İİ dır.ş Sağ böyrək daşı xəstəliyi.Xroniki hepatit.Xroniki xolesistit.Anemiya.Somatogen nevroz; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xroniki pielonefri,tez tez kəskinləşmələrlə" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.- Binəqədi rayonu 25 saylı şəhər poliklinikasının 23.12.2020-ci il tarixli ambulator kartadan çıxarışdan görünür ki, X5 «ÜİX, stabil gərkinlik stenokardiyası f.s.lll, Aterosklerotik-kardioskleroz. Hipertoniya xəstəliyi, ÜÇ İİİ» diaqnozu ilə 25 saylı poliklinikada dispanser qeydiyyatdadır, vaxtaşırı ambulator və stasionar müalicə alır. - 19 saylı Şəhər Poliklinikasının 07.01.2014-cü il tarixli müayinə aktında “Səbəbi: Ümumi xəstəlik; X2: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: Xroniki pielonefrit,tez tez kəskinləşmələrlə.Simptomatik hipertoniya .Xorniki xolesistopankreatit.Asteno-nevrotik sindrom. XBÇ İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xroniki pielonefrit” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Poliklinikanın 05.01.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: Xr.pielonefrit, tez-tez kəskinləşməklə. Sağ böyrəyin daşı. Simptomatik hipertoniya.OU-hipertonik angiopatiya. Nevroz. XBÇ lı dərəcə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xr.pielonefrit,tez-tez kəskinləşməklə. Sağ böyrəyin daşı.Simptomatik hipertoniya.OUhipertonik angiopatiya. Nevroz. XBÇ lı dərəcə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. - Elektron təyinatla 14.01.2016-cı il tarixli, xxxxxxx0004 saylı müayinə aktından görünür ki, Ümumi xəstəlik; X2: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17- N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: Xr.pielonefrit,tez-tez kəskinləşməklə. Sağ böyrəyin daşı. Simptomatik hipertoniya.OU hipertonikangiopatiya. Nevroz. XBÇ lı dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik =>DİGƏR:Xr.pielonefrit,teztezkəskinləşməklə. Sağ böyrəyin daşı.Simptomatik hipertoniya.OU-hipertonik angiopatiya.Nevroz. XBÇ lı dərəcə" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və hesab etmişdir ki, iddiaçının əlilik dərəcəsinin qiymətləndirilməsinin növbəti müayinə tarixi çatdığı üçün qeydiyyatda olduğu ərazi üzrə aidiyyəti səhiyyə müəssisəsinə müraciət edərək həmin səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə olunmadığından və sağlamlıq vəziyyəti tam və ətraflı şəkildə rəsmiləşdirilmədiyindən cavabdeh tərəfindən əsaslı olaraq imtina olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı əlillik vəziyyəti Azərbaycan Respublikası ƏƏSMN 1 saylı zona TSEK-nin SER TSE-01 078854 saylı arayışına əsasən, İddiaçı 07.01.2009-ci ildə “ümumi xəstəlik” səbəbi ilə İİ qrup əlillik verilmişdir. İddiaçıya əlilliyin təyin olunduğu dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkimməsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; Həmin Əsasnamənin 4.6-cı bəndinə əsasən göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X6 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmin Əsasnamənin 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə). Həmin Əsasnamənin 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. İş materiallarından görünür ki, həmin dövr qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün SER TSE-01 078854 saylı Forma 88 göndərişi müayinə olunması üçün TSERAS-a daxil edilmiş və həmin göndəriş əsasında iddiaçıya TSEK tərəfindən ümumi xəstəliklə əlaqədar 07.01.2009-cu il tarixdən müddətsiz İİ qrup əlillik təyin edilmişdir. İşin hallarından göründüyü kimi iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün SER TSE-01 078854 saylı Forma 88 göndərişi müayinə olunması üçün TSERAS-a daxil edilmiş və həmin göndəriş əsasında iddiaçıya TSEK tərəfindən ümumi xəstəliklə əlaqədar 07.01.2009-cu il tarixdən müddətsiz İİ qrup əlillik təyini barədə qərar verilmişdir. Lakin sonradan iddiaçının növbəti müayinə üçün aidiyyəti tibb müəssisəsində 05 yanvar 2021-ci il tarixə vaxt təyin edilməsinə baxmayaraq, onun sözügedən tibb müəssisəsində əlavə bərpa müalicə olunması, tam reabilitasiya olunmadığı təqdirdə əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair “Təlimat”ın 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilik dərəcəsinin qiymətləndirilməsinin növbəti müayinə tarixi çatdığı üçün qeydiyyatda olduğu ərazi üzrə aidiyyəti səhiyyə müəssisəsinə müraciət edərək həmin səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə olunmamış və sağlamlıq vəziyyəti tam və ətraflı şəkildə rəsmiləşdirilmədiyindən cavabdeh tərəfindən əsaslı olaraq imtina olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu qeyd etsə də, buna dair məhkəməyə hər hansı sənəd və ya sübut təqdim etməmiş, qərarın qanunsuz olduğunu əsaslandırmamışdır. Ona görə də iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7308/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar