Məhkəmə qərarları › İş №2-1(103)-3460/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3460/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3460/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Cavabdeh1nə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5017/2023 saylı, 05 may 2023-cü il tarixli qərarından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əmrin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş və dəqiqləşmə icraata qəbul edilmiş, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş, Nazirlik digər cavabdeh qismində tanınmışdır. Sonradan iddia tələbinə dəqiqləşmə verilərək İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh1 169 nömrəli 11 noyabr 2022-ci il tarixli sərəncamın ləğv edilməsi, oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ödənilməsinin cavabdeh Gənclər və İdman Nazirliyinə həvalə edilməsi, 15.000 manat maddi zərər və 5.000 manat mənəvi zərərin ödənilməsinin Cavabdeh1nə həvalə edilməsini xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş, 14 mart 2022-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə əmək funskiyalarının icrasını yerinə yetirə bilməmişdir. Başqa mübahisə üzrə Cavabdeh1nə müraciət etdikdə məlum olmuşdur ki, onun əmək müqaviləsinə heç bir əsaslı səbəb olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən, yəni əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddət tam itirilməsi ilə əlaqədar xitam verilmişdir. Halbuki, iddiaçı tibbi sənədlərdən də göründüyü kimi əmək qabiliyyətini 6 aydan çox itirməmişdir Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının məzuniyyətə çıxma, xəstəliyi barədə ərizəsi onlara daxil olmamışdır. Həmçinin, onun xəstə olması, 18 aprel 2022-ci il tarixdən əlilliyin təyini barədə məlumat verilməmişdir. İddiaçı 14 mart 2022-ci il tarixdən faktiki olaraq işdə olmamış və bu səbəbdən də ona əmək məzuniyyəti verilməmişdir. İddiaçının uzun müddətdir ki, işdə olmadığı, xəstəliyi nəzərə alınmaqla Məcəllənin 74-cü maddəsinin “c” bəndinə əsasən işdən azad edilməsi barədə Nazirliyə müraciət edilmiş, etirazın olmadığı barədə məlumat daxil olmuş və nəticədə işçi qanunvericiliyin tələblərinə uyğun olaraq işdən azad edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5017/2023 saylı, 05 may 2023-cü il tarixli qərarı (hakim O.Həsənov) ilə iddia tələbi qismən təmin edilərək İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh1 169 nömrəli 11 noyabr 2022-ci il tarixli sərəncamının ləğv edilməsi, İddiaçı oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan Cavabdeh1 qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstə olmasını, ölkənin hüdudlarından kənarda cərrahi əməliyyat olunmasını, şüa terapiyası alması və sair müalicəsini, eləcə də bütün bu müddət ərzində Bakı şəhərində olmamasına baxmayaraq, bu halları araşdırmamışdır. Məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan hallar nəzərə alınmamış, işin faktiki halları aydınlaşdırılmamış və sübut edilməmişdir. Cavabdeh1 tərəfindən verilmiş etirazlar, vəsatət, eləcə də məhkəmə iclası zamanı təqdim olunan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-19/2-2658/2023 saylı məktubu nəzərə alınmamış, iş üçün əhəmiyyəti olan sənədlərə istinad edilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən İİ dərəcəli əlillik (2.2.14. lokalizasiyasından asılı olmayaraq, lll-İV mərhələ bədxassəli şişlər- (C00-C97); Sol yanağın selikli qişasının xərçəngi pT2N2bMO mərhələ İV, “törəmənin kəsilib çıxarılması və soltərəfli boyun limfadisseksıyası” cərrahi əməliyyatı icra olunub. Bloxin adına ROEM-də şüa terapiyası aparılıb, Limfa düyünlərinin çox lokalizasiyalı bədxassəli, 2 limfa düyününə metastaz, NSD qarışıq tipli, ÜİX: Gərginlik stenokardiyası, Hipertoniya xəstəliyi İİ dərəcə) təyin edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Bakı Baş Səhiyyə Mərkəzi” X9 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 21 iyul 2022-ci il tarixli, 207 saylı məktubunda ünvan 1 ünvanında yaşayan 1972-ci il təvəllüdlü İddiaçı 18 nömrəli BŞX-nın Poliklinika şöbəsində “Sol yanağın selikli qişasının xərçəngi, pT2N2bM0 mərhələ İV” diaqnozu ilə dispanser qeydiyyatındadır. Anamnezində xəstə 2 (iki) ilə yaxındır xəstədir. xx.xx.2020-ci il tarixdə Milli Onkologiya Mərkəzində xəstəyə “Sol yanağın selikli qişasının xərçəngi” diaqnozu təyin edilib. Xəstəliyin gedişi ağırlaşdığına görə Rusiya Federasiyasına müraciət edib. xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində törəmənin kəsilib çıxarılması və sol tərəfli boyun limfadeksiyası” cərrahi əməliyyatı icra edilib. 30 gün Bloxin adına ROEM-də şüa terapiyası qəbul edib. xx.xx.2022-ci il tarixdən isə müalicənin davamı üçün poliklinikaya müraciət edib xəstəyə 00695987 nömrəli xəstəlik vərəqəsi açılıb. X3 xəstə olduğu müddət ərzində idarə tərəfindən verilmiş Hesablama-Ödəmə Cədvəllərinə əsasən əmək haqqı və mükafatlar almışdır. Məhkəmə qərarında da qeyd edildiyi kimi iddiaçıya dövlət məvacibinin ödənilməsi RİH tərəfindən deyil, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan idarə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı verilmiş ********** nömrəli Əlillik haqqında arayışa əsasən onun xəstə olması və ona xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi ilə əlaqədar nə İddiaçı, nə də onun vəkili tərəfindən Cavabdeh1nə əvvəlcədən heç bir məlumat verilməmişdir. “Ədalət” Vəkil Bürosunun (vəkil Nümayəndə1) xx.xx.2022-ci il ixli, 1077/1 saylı məktubu ilə İddiaçı əlilliyi barədə arayışın kserosurəti Cavabdeh1nə xx.xx.2022-ci il tarixdə 1368 qeydiyyatla daxil olmuşdur. Cavabdeh1 tərəfindən 17 yanvar 2023-cü il tarixli və 2 fevral 2023-cü il tarixli, 5-19/2-4/6-50/2023 və 5- 19/2-2/6-187/2023 saylı məktublarla iddiaya qarşı etiraz bildirilmişdir. Eləcə də, xx.xx.2023-cü il tarixdə saat 14:10-da Bakı İnzibati Məhkəməsinin binasında keçirilən məhkəmə iclasında təkrar olaraq iddiaya qarşı etiraz bildirilməklə, şifahi surətdə vəsatət (İddiaçı əlillik təyin edilənədək nə qədər müddət müalicə alması barədə, onun Azərbaycan Respublikasının hüdudlarından kənarda müalicə alması ilə bağlı Azərbaycan Respublikasından kənara çıxması barədə, əlilliyin təyininə əsas olmuş sənədlərin, əmək qabiliyyətinin qismən (61-100%) itirilməsi nə qədər müddət keçdikdən sonra əlilliyin təyin edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyinin və eləcə də əlillik təyin edilənədək onun əmək haqqı alması barədə məhkəmə tərəfindən aidiyyəti orqanlara (ƏƏSMN-ə, GİN-ə, DSX-ə, 18 nömrəli BŞX-a və məhkəmə ekspertizasının rəyinin alınması üçün) sorğu göndərilməsi barədə vəsatət xx.xx.2023-cü il tarixdə, saat 09:50-də keçirilən məhkəmə iclası zamanı rəsmi surətdə verilmişdir. Lakin məhkəmə bu halları araşdırmamışdır. Bakı şəhəri Cavabdeh1 20 fevral 2023-cü il tarixli, 5-19/2-2/3-187/2023 saylı etiraz məktubu ilə məhkəməyə Səbail Rayon Gənclər və İdman idarəsinin rəisi İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh1nə nə məzuniyyətə çıxması ilə, nə xəstəliyi ilə bağlı, nə də hər hansı bir məsələ ilə bağlı heç bir ərizə-müraciət, şikayət daxil olmadığının bildirilməsinə baxmayaraq, bu nəzərə alınmamışdır. “Ədalət” Vəkil bürosunun vəkili Nümayəndə1 Cavabdeh1nə xx.xx.2022-ci il tarixdə 1175 saylı qeydiyyatla və xx.xx.2022-ci il tmixdə 1766 saylı qeydiyyatla daxil olmuş 10 avqust 2022-ci il tarixli. 1045 saylı və xx.xx.2022-ci ıl tarixli, 1137 saylı məktublarında İddiaçı xx.xx.2022-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə əmək funksiyalarını yerinə yetirə bilmədiyi, məzuniyyət hüququndan istifadə edilməsinə razılıq verilməməsi ilə yanaşı, ona bu müddət ərzində əmək haqqının ödənilmədiyini (hansı ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstə olduğu müddət ərzində idarə tərəfindən verilmiş Hesablama-Ödəmə Cədvəllərinə əsasən əmək haqqı və mükafatlar almışdır. Həmçinin, İddiaçı İİ dərəcə əlil olan şəxs olduğunu və həssas qrupa daxil olduğunu, Azərbaycan Respublikasının qanunvericiliyinə görə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla, onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənildiyini qeyd etmişdir. Vəkil Nümayəndə1 Cavabdeh1nə ünvanladığı sözügedən məktubu, araşdırmalar nəticəsində 3 ilədək müddət ərzində İddiaçı xəstəliyi səbəbindən işə gəlmədiyi, özünün əmək funksiyasını, üzərinə düşən öhdəlikləri və vəzifələri yerinə yetirmədiyi nəzərə alınaraq, (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.9-cu maddəsinə əsasən qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə) işdən azad edilməsi məsələsinə baxılması məqsədilə münasibət bildirməsi barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə məktub göndərilmişdir. Alınmış xx.xx.2022-ci il tarixli, G 1655-R-04-2022 saylı cavab məktubunda İddiaçı Səbail Rayon Gənclər və İdman idarəsinin rəisi vəzifəsindən azad olunmasına etiraz edilməmişdir. Qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin Qeyd hissəsinə əsasən əmək qabiliyyətini bir ildən çox olmayan müddətə (İddiaçı xx.xx.2020-ci il tarixdə Milli Onkologiya Mərkəzində xəstəyə “Sol yanağın selikli qişasının xərçəngi” diaqnozu təyin edilib. Xəstəliyin gedişi ağırlaşdığına görə Rusiya Federasiyasına müraciət edib. xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində “Törəmənin kəsilib çıxarılması və sol tərəfli boyun limfadeksiyası” cərrahi əməliyyatı icra edilib. 30 gün Bloxin adına ROEM- də şüa terapiyası qəbul edib. xx.xx.2022-ci il tarixdən isə müalicənin davamı üçün poliklinikaya müraciət edib) qismən itirmiş (işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınır. Nəzərə alınmalıdır ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.9-cu (qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə) maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin c) bəndinin tələbinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə (İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2022-cı ilədək) tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilə bilər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin c) bəndinə uyğun olaraq Bakı şəhəri Cavabdeh1 başçısının xx.xx.2022-ci il tarixli, 169 saylı Sərəncamı əsasında Səbail Rayon Gənclər və İdman idarəsinin rəisi İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.9-cu maddəsinə əsasən 11 noyabr 2022-ci il tarixdən xitam verilmişdir. Sərəncamın icrası ilə bağlı bütün məsələlərin həlli Səbail Rayon Gənclər və İdman İdarəsinə həvalə edilmişdir. “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 10 dekabr 2022-ci il tarixli Fərmanına əsasən “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında müvafiq dəyişikliklər edilənədək: şəhər (rayon) gənclər və idman idarəsi (baş idarəsi) haqqında Əsasnaməyə əsasən idarə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qurumu kimi müstəqil balansa, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətinə, müvafiq bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malik olmuş, eləcə də idarənin fəaliyyətinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqdimatı ilə şəhər (rayon) Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir, idarəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün idarə rəisi şəxsən məsuliyyət daşımaq; Həmin Əsasnamənin 4.4-cü və 4.5-ci bəndlərinə müvafiq olaraq idarənin rəisi idarənin fəaliyyəti haqqında hesabatı ildə dörd dəfədən az olmayaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və şəhər (rayon) Rayor İcra Hakimiyyətinə təqdim etmək; idarə rəisi idarənin adından etibarnaməsiz fəaliyyət göstərir, onun mənafelərini bütün müəssisə idarə və təşkilatlarda təmsil edir, müqavilələr, o cümlədən əmək, əmlak müqavilələri bağlayır, etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, vəsaitləri təyinatı üzrə xərcləmək hüququndan istifadə edir, idarənin strukturu təsdiq edilərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 mart 1995-ci il tarixli, 62 saylı Qərarında müəyyən edilmiş ştat vahidlərinin sayını əsas götürür və şəhər (rayon) Rayon İcra Hakimiyyətinin başçısı ilə razılaşdırılır, idarənin bütün işçilərinə şamil edilən əmr və göstərişlər vermək səlahiyyətləri olmuşdur. Lakin İddiaçı idarəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün idarə rəisi kimi həvalə edilmiş vəzifələri xəstəliyi səbəbindən layiqincə yerinə yetirməmişdir. İddiaçı idarə rəisi kimi xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək müqaviləsi bildirişinin informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilib-edilməməsindən məlumatı olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən elektron informasiya sistemindən özü ilə bağlı qeydiyyata alınmış əmək müqaviləsi bidirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri olduğunu məktubda qeyd etsə də, bu rejimə vaxtında əməl etməmişdir. Belə ki, mövcud qanunvericiliyə əsasən əmək qabiliyyətini itirdiyinə görə qalan günlər üçün məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ƏƏSMN tərəfindən verilməli olduğundan, bununla əlaqədar “esosial”-a elektron müraciət edilmişdir. Lakın gələn cavaba əsasən müavinətin verilməsindən imtina edilmişdir. Məlum olmuşdur ki, “işlədiyi müddət ərzində” İddiaçı aid sistemdə əmək müqaviləsinin aşkarlanmadığı səbəb kimi göstərilmişdir. Azərbaycan Respublikasının ƏƏSMN yanında X5 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********7 saylı məktubunda Cavabdeh1 müraciətinə baxılaraq, “Əmək və Məşğulluq” altsisteminə İddiaçı əmək müqaviləsi bildirişinin daxil edilməsinə səlahiyyət verildiyi göstərilmişdir. Nəticə olaraq belə hesab olunur ki, “Əmək və Məşğulluq” altsisteminə İddiaçı əmək müqaviləsi bildirişinin daxil edilməsinə səlahiyyət verildiyi” sözügedən tarixdən İddiaçı ilə əmək müqaviləsi bağlanılıb. İddiaçı xx.xx.2022-ci il tarixdə müraciət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133-cü maddəsini rəhbər tutaraq xx.xx.2022-ci il tarixdə əmək məzuniyyətinə çıxmasına icazə verilməsini xahiş etmişdir. Həmçinin, vəkili tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdən əmək haqqı verilmədiyini və hər gecikdirilmiş gün üçün (Azərbaycan Respublikasının ƏM-nin 172-ci maddəsi) əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2022-ci il tarixli, G-11xx-xx-2022 saylı məktubunda qeyd edildiyi kimi: “İddiaçı əmək qabiliyyətini 14 mart 2022-ci il tarixdən itirməsi ilə bağlı faktiki olaraq işdə olmamışdır. Faktiki olaraq işdə olmadığı üçün ona əmək məzuniyyəti verilmir”. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-cı il tarixədək xəstə olduğu üçün əmək qabiliyyətini itirdiyinə görə faktiki olaraq işdə olmamışdır, lakın müəyyən olunmuşdur ki, o, əmək haqqı almışdır. Nazirliyin məktubunda qeyd edildiyi kimi, faktiki olaraq işdə olmadığı üçün ona əmək məzuniyyəti verilmir. Əsasnaməyə əsasən idarə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qurumu kimi müstəqil balansa, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətinə, müvafiq bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. İdarə rəisi idarənin adından etibarnaməsiz fəaliyyət göstərir, müqavilələr, o cümlədən əmək, əmlak müqavilələri bağlayır, etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, vəsaitləri təyinatı üzrə xərcləmək hüququndan istifadə edir. İdarənin bütün işçilərinə şamil edilən əmr və göstərişlər vermək səlahiyyətləri vardır. Məhkəmə cavabdeh Bakı şəhəri Cavabdeh1 tərəfindən rəsmi qaydada məhkəməyə etiraz məktublarının və vəsatətin göndərilməsinə baxmayaraq, qeyd edilənlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi, işin bütün halları tam və obyektiv araşdırılmadan, bütün xüsusatlar və sübutlara düzgün qiymət verilmədən, ədalətli hüquqi nəticəyə gəlinmədən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5017/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi X4 onlar tərəfindən apelyasiya şikayəti verilməsə də, digər Cavabdeh1 tərəfindən verilən apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə digər Cavabdeh1nə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 20 fevral 2018-ci il tarixli əmrdən görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən 2018-ci ilin fevral ayından Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Cavabdeh1 sorğusuna əsasən Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, həmin vəzifəyə münasibətdə işəgötürən qismində Nazirlik yox, yerli icra hakimiyyəti çıxış etdiyi qeyd edilmişdir. Əmək qabiliyyətinin olmaması barədə tibbi vərəqələrdən görünür ki, iddiaçı 14 mart 2022-ci il tarixdən 6 aydan az müddətə, yəni 29 avqust 2022-ci il tarixə qədər əmək qabiliyyətinin olmaması səbəbindən işdən azad edilmişdir. Gənclər və İdman Nazirliyinin 14 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya əmək haqqları dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına birbaşa Baş İdarə tərəfindən ödənilir. İddiaçının cavabdehlərə 22 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı xarici ölkədə sağlamlığının bərpası ilə əlaqədar 29 avqust 2022-ci il tarixdən növbəti məzuniyyətə çıxarılmasını xahiş etmişdir. Nazirliyin 03 oktyabr 2022-ci il tarixli məzuniyyətin verilməsinə dair müraciətə cavabından görünür ki, onun 29 avqust 2022-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxması barədə müracəti onun faktiki işlərin icrasını xəstəliyi səbəbi ilə yerinə yetirilməməsi ilə əlaqədar təmin edilməmişdir. 11 noyabr 2022-ci il tarixli sərəncamdan görünür ki, iddiaçı Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə uyğun olaraq işdən azad edilmişdir. 24 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, yerli icra hakimiyyəti orqanının məktubuna əsasən Nazirlik onun işdən azad edilməsinə etiraz etmədiyini bildirmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 13 fevral 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya 18 aprel 2022-ci il tarixdən 5 il müddətinə əlillik təyinatı aparılmışdır. Əlilliyin qiymətləndirmə məlumatlarından görünür ki, iddiaçı 18 aprel 2022-ci il tarixdən ikinci qrup əlillidir, əmək qabiliyyətinin itirilmə faizi 0, əmək zəmanəti ağır fiziki iş əks göstərişidir. İddiaçı tərəfindən mübahisələndirilən 169 nömrəli 11 noyabr 2022-ci il tarixli sərəncamdan görünür ki, iddiaçı Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə və analoji müddəa nəzərdə tutan “Dövlət qulluğu haqqında” Qanunun 33.1.9-cu maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun: -33.1-ci maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; -34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Qanunvericiliyin tələbindən də göründüyü kimi dövlət qulluqçusu əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmirsə onun dövlət qulluğundan azad edilməsinə yol verilir. Lakin yuxarıda adıçəkilən Qanunda adıçəkilən müddəanın tətbiqi ilə bağlı məsələ tənzimlənmədiyindən 34-cü maddənin tələbləri də nəzərə alınmaqla Əmək Məcəlləsinin müddəalarının tətbiqinə zərurət yaranır. Əmək Məcəlləsinin: -74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə. Qeyd: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli 15 aprel 1999-cu il tarixli Fərmanına əsasən həmin Məcəllənin 74-cü maddəsinin “Qeyd” hissəsinin birinci, ikinci və beşinci cümlələrində, 98-ci maddəsinin 2-ci hissəsində və 232-ci maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”nin: 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydalara əlavəyə uyğun olaraq da Agentlik tərəfindən əlilliyi müəyyən edilmiş şəxs barədə məlumatlar, həmçinin də əlilliyin müddəti, əmək zəmanəti, orqanizmin funksiyalarının pozulması faizinə dair göstəricilər də qeyd edilməklə qərar qəbul edilir. Göründüyü kimi analoji müddəa Əmək Məcəlləsində də öz təsbitini tapmışdır. Yuxarıda adıçəkilən maddənin qeyd hissəsində isə müəyyən edilmişdir ki, əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyinin mövcud olması mütləqdir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə isə icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Həmçinin, həmin qeyd hissəsində göstərilmişdir ki, əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Bundan əlavə, yuxarıda adıçəkilən müddəaların tələbindən də aydın olur ki, əmək qabiliyyətinin tam itirilməsi barədə rəy Agentlik tərəfindən verilməli, bununla əlaqədar azı 1 il müddətinə şəxsə əlillik təyin edilməli, şəxs həmin qərarla əmək qabiliyyətsiz hesab edilməlidir. Lakin, cavabdeh tərəfindən sərəncam qəbul edilərkən həmin hallar nəzərə alınmamış, digər cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsi barədə müraciət zamanı da həmin rəyin mövcud olmadığı halda Cavabdeh1 sərəncam qəbul etməsinə Nazirlik tərəfindən etiraz edilməmişdir. İşin faktiki hallarından isə müəyyən edilir ki, cavabdeh sərəncam qəbul edərkən iddiaçını işdən azad etdiyi vaxt şəxsin əlil olubolmadığını, əlil olsa belə əmək qabiliyyətinin tam itirilib-itirilməməsini yoxlamamış, işçinin işə 6 aydan uzun müddət gəlməməyinə istinad etməklə qərar qəbul etmişdir ki, həmin hal maddi hüquqi əsasa müraciət edilmədən belə prosessual baxımından cavabdehin qəbul etdiyi sərəncamı qanunsuz və əsassız edir. “İnzibati icraat haqqında” Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Göründüyü kimi cavabdeh sərəncam formasında inzibati akt qəbul edərkən tərəfin iştirakını təmin etməyə, işin tam və obyektiv həlli üçün əhəmiyyət daşıya biləcək sübutları toplamağa, bütün faktiki və hüquqi hallara qiymət verməklə inzibati akt qəbul etməyə borcludur ki, yuxarıda adıçəkilən müddəaların tələblərinə əməl edilməməsi, yəni inzibati icraat haqqında təkcə prosessual hüquq normalarının belə pozulması qəbul edilmiş inzibati aktın ləğvi üçün əsasdır. Birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi hazırkı iş üzrə cavabdeh iddiaçının iştirakını təmin etmədən, əmək qabiliyyətinin tam itirilməsi barədə Agentliyin rəyini, əlilliyin əmək qabiliyyətsiz hesab edilmə barədə qərarı almadan, iddiaçının işə gəlməmə səbəblərinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı ilə bağlılığını təsdiq edən sənədləri, eləcə də işə gəlməmənin 5-ci ayından sonra məzuniyyətlə bağlı iddiaçının müraciətini nəzərə almadan iddiaçının əmək qabiliyyətini tam itirilməsi barədə inzibati akt qəbul etmişdir ki, həmin sənəd və sübutlara qiymət verilməməsi nəticəsində qəbul edilmiş əlverişsiz inzibati aktın qanuniliyindən söhbət gedə bilməz. Qəbul edilmiş sərəncam təkcə prosessual baxımından yox, həmçinin maddi hüquqi baxımından da qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan əlilliyin təyini barədə məlumat vərəqəsindən görünür ki, iddiaçının ikinci qrup əlilliyi müəyyən edilsə də, iddiaçı əmək qabiliyyətini tam itirməmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin əlilliyin qiymətləndirmə məlumatlarından da göründüyü kimi iddiaçıya bir ildən artıq müddətə-5 il əlillik təyin edilmiş, əlilliklə bağlı məlumatlarda əmək qabiliyyətinin itirilmə faizi 0, əmək zəmanəti isə ağır fiziki iş əks göstərişidir kimi qeyd edilmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının sərəncam qəbul edilənə kimi vəzifəsi Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi olmuşdur ki, rayon (şəhər) Gənclər və İdman İdarələri (Baş idarələri) haqqında birtipli Əsasnamə”nin məzmunundan aydın olduğu kimi İdarənin rəisi vəzifəsi, X6 tərəfindən daxil olmuş məktub da nəzərə alınmaqla inzibati xarakterli dövlət qulluğu vəzifəsidir və onun ağır fiziki işlə hər hansı əlaqəsi yoxdur. Əlilliklə bağlı məlumat vərəqəsində isə iddiaçının əmək zəmanəti bölməsində məhz ağır fiziki işlərdə işləyə bilməməsi barədə göstəriş müəyyən edilmişdir. Yəni, iddiaçının inzibati vəzifə tutması və əmək fəaliyyətini həyata keçirilməsinə hər hansı maneə mövcud deyil. Cavabdeh isə həmin halları araşdırmamış, iddiaçının əlilliyi olsa belə, tutduğu vəzifəyə münasibətdə əmək qabiliyyətini itirməməsi halını nəzərə almadan sərəncam qəbul edərək iddiaçını dövlət qulluğu vəzifəsindən azad etmiş, digər cavabdeh Nazirlik isə vəzifədən azad edilmə halına məktub yazaraq etiraz etmədiyini bildirmişdir. Halbuki, iddiaçının əlilliyinin xüsusiyyəti onun ağır fiziki işlərdə işləməsinə münasibətdə əmək qabiliyyətinin itirilməsi üçün əsas yaradır, iddiaçının inzibati vəzifə tutmasına münasibətdə də hər hansı əmək qabiliyyətinin itirilməsi halı mövcud olmamış, əlilliklə bağlı məlumat vərəqindən də görünür ki, ağır fiziki iş əks göstərişi ilə yanaşı, əmək qabiliyyətini itirmə faizi 0 kimi göstərilmişdir ki, həmin hal onu deməyə əsas verir ki, iddiaçı barəsində işdən azad edilmə barədə sərəncam nəinki prosessual, həmçinin maddi hüquqi baxımından da qanunsuz və əsassız olmaqla Əmək Məcəlləsinin 74-cü maddəsinin, həmçinin də həmin normanın qeyd hissəsində göstərilmiş tələblər nəzərə alınmadan, əmək qabiliyyətini tam itirilmə halı mövcud olmadan qəbul edilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun: 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə. Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi. Göründüyü kimi heç bir üzrlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməmə digər əsasla əmək müqaviləsinin ləğvinə dair nəticə yaradır. Cavabdeh həmin hala istinad etsə də nəzərə alınmamışdır ki, iddiaçının əmək müqaviləsinin ləğvi əsası başqadır və Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi heç bir üzrlü səbəb olmadan işə gəlməmə istər dövlət qulluqçusu, istər dövlət qulluqçusu statusunda olmayan şəxslərin əmək müqaviləsinə xitam əsasıdır və cavabdeh də iddiaçının işə gəlməməsinə istinad etməklə həmin şəxsin dövlət qulluğundan azad edilməsi barədə əmr qəbul edə bilərdi. Lakin, həmin əmrin qəbul edilib-edilməməsi hazırda mübahisə predmeti olan əmrin qanuniliyinin yoxlanılmasına mane olmur. Mübahisə predmeti olan əmrin isə mahiyyəti 6 aydan çox işə gəlməmə və tam əmək qabiliyyətsiz olma ilə bağlıdır ki, iş materiallarından da göründüyü kimi iddiaçı əlilliyi müəyyən edilmiş şəxs olsa da, tutmuş olduğu inzibati vəzifəyə münasibətdə tam əmək qabiliyyətli şəxs olmuşdur. Altı aydan artıq işə gəlməməni isə iddiaçı onunla izah edir ki, həmin vaxtın 5 ayı müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə bağlı olmuş və tibbi sənədlər də məhkəməyə təqdim edilmişdir, digər dövrlər isə onun məzuniyyətə çıxması barədə müraciəti ilə əlaqədar olmuş, lakin əsassız olaraq ona məzuniyyət verilmədiyindən iddiaçı başqa sözlə desək özü heç bir sənədləşmə olmadan məzuniyyətə çıxma hüququnu realizə etmiş, hətta bununla bağlı məhkəməyə də müraciət etmişdir. Məzuniyyətə istənilən zaman çıxma əsası isə odur ki, Əmək Məcəlləsinin 133-cu maddəsinə əsasən əlilliyi olan şəxslərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər. Göründüyü kimi iddiaçı əlilliyi olan şəxs kimi növbədənkənar əmək məzuniyyəti hüququndan istifadə etmək istəmiş, bununla bağlı işəgötürənə müraciət etmiş, həmçinin sonradan məhkəməyə də müraciət etmişdir. Lakin cavabdeh həmin halın fərdi əmək mübahisəsi olub-olmamasına münasibət bildirmədən digər əsasla əmək müqaviləsinə xitam halının mövcud olub-olmadığına qiymət vermədən iddiaçının işə gəlməmə halını 74-cü maddənin “c” bəndinə, eləcə də analoji məzmunlu “Dövlət qulluğu haqqında” Qanunun 33.1.9-cu maddəsinə uyğun hesab edərək qanunsuz və əlverişsiz inzibati akt qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 tərəfindən qəbul edilmiş sərəncam ləğv edilməlidir. Belə ki, hazırkı əmr yuxarıda qeyd olunanlardan da müəyyən edilir ki, qanunsuz və əsassızdır. Sərəncam formasında inzibati akt ləğv edildiyindən onun hüquqi nəticəsi kimi iddiaçının vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ödənilməsi cavabdeh Gənclər və İdman Nazirliyinə həvalə edilməlidir. O cümlədən mübahisələndirilən inzibati akt ləğv olunduğundan, inzibati aktın icrasının nəticəsi kimi, məcburi işburaxma üçün ödənilməmiş əmək haqqının, dövlət qulluqçularına münasibətdə isə əmək haqqının alternativi kimi dövlət məvacibinin ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Əmək Məcəlləsinin 300-cü maddəsinə görə işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verərsə, əmək mübahisəsini həll edən məhkəmə işçinin iddia tələbi üzrə bütün faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə aktı çıxarır. İddiaçının tutmuş olduğu vəzifə hal-hazırda 01 dekabr 2022-ci il tarixli sərəncamla digər bir şəxs tərəfindən icra edilməkdədir. Belə ki, həmin sərəncamla qeyd olunan vəzifəyə 01 dekabr 2022-ci il tarixdən başqa bir şəxs təyin edilmişdir ki, iddiaçı da həmin halı nəzərə almaqla həmin vəzifəyə bərpa yox, oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsini xahiş etmişdir ki, iddianın qeyd olunan formada təmini işdən azad edildiyi vəzifəyə bərpa edilməsinin təmini formasında iddiaya münasibətdə məqsədəuyğun və prosessual baxımından mümkündür. Hazırda əmək hüququ pozulmuş şəxsin hüququnun digər vasitə ilə, yəni oxşar rəhbər vəzifəyə təyini imkanı mövcud olduğu halda həmin vasitədən istifadə etmədən formal yanaşılmaqla məhz işdən azad edildiyi vəzifəyə bərpası inzibati orqanın onun barəsində qəbul etdiyi inzibati akta etimad göstərmiş digər bir şəxsin, yəni vəzifəyə yeni təyin olunan şəxsin əmək hüququnun pozulması ilə nəticələnməklə hazırda aparılan icraatın mahiyyət və məqsədini heçə endirər. Halbuki, inzibati orqan və ya orqanlara münasibətdə etimad hüququnun qorunması prosessual qanunvericiliyin tələbidir və məhkəmə kollegiyası ən uyğun vasitənin tətbiqinə, yəni oxşar-rəhbər vəzifəyə iddiaçının bərpası ilə sərəncamın nəticələrinin aradan qaldırılmasının mümkün olduğu qənaətindədir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh1 iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5017/2023 saylı, 05 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar