Məhkəmə qərarları › İş №2-1(103)-3461/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3461/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3461/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-327/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145001 nömrəli və Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli **********681700 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, iddia tələbinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********145001 nömrəli Qərarının əlavə dəyər vergisi üzrə əlavə hesablanmış 353397,45 manat və həmin məbləğə tətbiq edilmiş 176698,72 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aktın 17-ci səhifəsində də qeyd edildiyi kimi Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən malların Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən alınması, təqdim edilməsi və təsərrüfatdaxili yerdəyişməsinə nəzarət edilməsi məqsədilə Cəmiyyətdə xx.xx.2020-ci il tarixli, **********7748 nömrəli qərarla operativ vergi nəzarəti tədbirləri keçirilmiş və xx.xx.2020-ci il tarixdə yoxlamanın yekunları barədə müvafiq olaraq akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunan mallar yoxlama dövrünün (yoxlanılan dövr xx.xx.2017xx.xx.2020) sonuna mal qalığı olaraq nəzərə alınmış, yoxlama dövründə alınan, lakin qalıqda olmayan mallar satış kimi qiymətləndirilmiş və nəticədə 1559030,17 manat ƏDVyə cəlb edilən dövriyyə aşkar edilərək 280625,43 manat ƏDV hesablanmışdır. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərarda da qeyd edildiyi kimi Operativ vergi nəzarəti “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturası tərtib edilməsinə nəzarət edilməsi” məqsədilə siyahı tərtib etmişdir. Həmin siyahıda isə yalnız sənədi (qaimə fakturası, gömrük bəyannaməsi) olmayan mallar əks olunaraq cərimə tətbiq edilməsi nəzərdə tutulur. Yəni istintaq orqanının Cəmiyyətin mal materiallarının inventarizasiyasını aparmaq hüququ yoxdur və belə inventarizasiya da aparılmamışdır. Tərtib edilmiş siyahı səyyar vergi yoxlaması zamanı mal qalığını təsdiq edən sənəd sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli qərarı ilə “Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydaları”na əsasən yoxlamanı keçirdən vergi orqanı əməkdaşı səyyar vergi yoxlaması zamanı Cəmiyyətin aldığı malların sahibliyində olubolmamasını inventarizasiya aktı ilə müəyyən etməli və aşkar olunmayan mallarla bağlı qanunvericiliklə tədbirlər görməli idi. Səyyar vergi yoxlaması aktının 6-cı səhifəsində də qeyd edildiyi kimi xx.xx.2017-ci il tarixə və xx.xx.2017-ci il tarixə olan mal qalıqları Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmişdir. Əgər vergi orqanı həmin qalıqları şübhə altına alırsa, inventarizasiya aparmalı idi. Qeyd edilənlərdən əlavə İstintaq orqanının Operativ vergi nəzarətinin nəticəsi üzrə xx.xx.2020-ci il tarixli, **********8167 nömrəli qərarından Cəmiyyət tərəfindən məhkəməyə şikayət verilmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2275/2021 nömrəli qərarı ilə ləğv edilmişdir. Göründüyü kimi, hesablamaya əsas olan vergi orqanının qərarı Məhkəmə tərəfindən ləğv edilmişdir və həmin akt heç bir hüquqi nəticə yarada bilməz. Yoxlanılan dövrdə Cəmiyyət tərəfindən təqdim edilmiş e-qaimələr üzrə Tarif şurası tərəfindən təsdiq olunmuş qiymətlər tətbiq edilmiş, nəticədə 168382,67 manat əlavə dövriyyə müəyyən edilmişdir. Əlavə müəyyən edilmiş dövriyyə üzrə 30308,88 manat ƏDV hesablanmışdır. AR NK-nın 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na nəzər yetirdikdə qeyd edilən hal üzrə tarif qiymətlərinin tətbiq edilməsi qanunsuz və yolverilməzdir. Belə ki, MMC topdançı olaraq malı idxal edir və öz növbəsində digər topdansatış müəssisəsinə satır. Malı alan topdançı şirkət öz mənfəətini nəzərə alaraq pərakəndə satış həyata keçirən digər şirkətə topdansatış edir. Tarif qiyməti topdançıdan pərakəndə satana tətbiq edilməli idi. Cəmiyyətdə xx.xx.2016-cı il tarixli qərar əsasında keçirilən inventarizasiyanın nəticələri əsas götürülmüş xx.xx.2016-cı il tarixə olan mal qalığı ilə xx.xx.2017-ci il tarixə olan mal qalığı üzləşdirilmiş və xx.xx.2017-ci il tarixədək 210140,02 manat əlavə dövriyyə müəyyən edilmiş və 2020-ci ilin mart ayına 37825,20 manat ƏDV hesablanmışdır. Səyyar vergi yoxlaması ilə əhatə edilən yoxlama dövrü həm səyyar vergi yoxlaması qərarında, həm də səyyar vergi yoxlaması aktında qeyd edildiyi kimi 2017-ci ilin aprel ayından 2020-ci ilin mart ayı da daxil olmaqla 3 (üç) illik dövrü əhatə edir. Lakin vergi orqanı özünün qəbul etdiyi qərardan kənara çıxmaqla yoxlama ilə əhatə edilməyən, yəni 2017-ci ilin aprel ayına qədər olan dövrü yoxlamış, yoxlama ilə əhatə olunmayan dövr üzrə müəyyən etdiyi vergiləri 2020-ci ilin mart ayına hesablamışdır. Cavabdeh orqan xx.xx.2021-ci il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, yoxlanılan dövrdə (xx.xx.2017-xx.xx.2020) vergi ödəyicisi tərəfindən 1451303,09 manat (ƏDV-siz) dövriyyə göstərilmişdir. Vergi ödəyicisinin həm mənfəət üzrə, həm də ƏDV üzrə gəlirləri ilkin araşdırmaya əsasən yoxlanılan dövrdə (xx.xx.2017-xx.xx.2020) ƏDV-yə cəlb olunan dövriyyəsinin e-VHF və e-QF əsasında 2017-ci il üzrə 4907,16 manat, 2018-ci il üzrə 42.395,03 manat və 2019-cu il üzrə 894.667,78 manat malların təqdim edilməsi üzrə, 2019-cu il üzrə 711,87 manat (ƏDV-siz) obyektin icarəyə verilməsi üzrə olmuşdur. 2020-ci ilin 3 ayı (yanvar, fevral, mart) üzrə isə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində göstərilmiş 171665,82 manat (ƏDV-siz) olmaqla daxil olmuş məbləğlər əsasında formalaşdığı müəyyən olunmuşdur. Beləliklə, yoxlama ilə vergi ödəyicisinin dövriyyəsi ilkin məlumatlar əsasında 1114347,66 manat (ƏDV-siz) olmuşdur. Nəticədə, hər iki dövriyyənin müqayisəsi zamanı büdcəyə əlavə olaraq ******* manat ƏDV hesablandığı müəyyən olunmuşdur. Yoxlama zamanı vergi ödəyici tərəfindən əvəzləşməyə artıq salınan və ya salınmayan məbləğlər müqayisə olunmuş və müvafiq dövrlərə uyğun dürüstləşmə aparılmışdır. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********7748 nömrəli qərarına əsasən malların Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən alınması, təqdim edilməsi və təsərrüfatdaxili yerdəyişməsinə nəzarət edilməsi məqsədilə vergi ödəyicisində Operativ vergi nəzarəti tədbirləri keçirilmiş və xx.xx.2020-ci il tarixdə yekunları barədə müvafiq olaraq akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunan mallar yoxlama dövrünün (xx.xx.2017xx.xx.2020) sonuna mal qalığı olaraq nəzərə alınmış, onların miqdarı və digər məlumatlar keçirilən səyyar vergi yoxlaması zamanı araşdırılmışdır. Yoxlama dövrünün sonuna operativ vergi nəzarəti zamanı müəyyən edilmiş mal qalıqları miqdarı və malların adlarına uyğun çıxılmaqla, yerdə qalan fərqə (miqdara) ekspert tərəfindən təqdim olunmuş rəyə əsasən göstərilmiş qiymətlər (ƏDV-siz) və Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlər tətbiq edilməklə 1.559.030,17 manat dövriyyənin, 280625,43 manat ƏDV-nin azaldıldığı müəyyən edilmişdir. Tarif (Qiymət) Şurası tərəfindən təsdiq olunmuş qiymətlərin ancaq vergi ödəyicisi tərəfindən aylar üzrə təqdim edilmiş mallara (e-VFH və ya e-QF) tətbiq edilməklə müqayisəsi zamanı 2018-ci ildə 79,44 manat, 2019-cu ildə 20.193,46 manat, 2020-ci ildə isə 148.109,77 manat cəmi 168382,67 manat ƏDV-yə cəlb olunan dövriyyənin azaldılması müəyyən olunmuşdur. Bununla da, büdcəyə hesablanmalı ƏDV 30308,88 manat azaldılmışdır. Yoxlama dövrünün əvvəlinə inventarizasiya zamanı xx.xx.2016-cı il tarixə vergi ödəyicisinin 200.364,3 manat mal qalığı, xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək idxal olunmuş 16.805,72 manat (ƏDV-siz) mallarla həmin dövrdə bəyan edilmiş 7.030,0 manat (ƏDV-siz) dövriyyə müqayisəsi nəticəsində isə 210.140,02 manat (ƏDV-siz) ticarət əlavəsi olmadan dövriyyə kənarlaşmasının olduğu müəyyən edilmişdir. Beləliklə, büdcəyə 37825,20 manat ƏDV hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 498.566,79 manat (ƏDV-siz) elektrik vergi hesab fakturalar əsasında dərman və dərman vasitələri alınmış, həmçinin invoys dəyəri, digər vergi və rüsumlarda nəzərə alınmaqla 762.488,5 manat (ƏDV-siz) isə yük gömrük bəyannamələrinə əsasən isə dərman və dərman vasitələri idxal olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-327/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********145001 nömrəli qərarı ilə əlavə hesablanmış 353082,45 manat əlavə dəyər vergisi və həmin məbləğin yayındırılmasına görə tətbiq edilən 176541,23 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, iş üzrə 150 (bir yüz əlli) manat məhkəmə ekspertizası xərcinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-327/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya etirazla oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200062 nömrəli qərarı ilə hüquqi şəxs İddiaçı MMC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr xx.xx.2017 xx.xx.2020) təyin edilmiş, yoxlamaya xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə yoxlama başa çatdırılmışdır. Yoxlamanın yekunları barədə Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********145001 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliynin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmışdır. Yoxlama zamanı yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən yoxlamaya gəlirləri və xərcləri təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Yoxlamanın keçirilməsi üçün müvafiq şərait yaradılmadığından səyyar vergi yoxlaması AVİS və hesabat/axtarış proqram təminatından alınmış baza məlumatlarına, vergi ödəyicisi tərəfindən alınmış və təqdim edilmiş elektron vergi hesab fakturaları, elektron qaimələr, həmçinin idxalda malların alışını təsdiq edən yük gömrük bəyannamələri və invoyslar əsasında aparılmışdır. Vergi ödəyicisinin mənfəətini müəyyənləşdirərkən (2017, 2018 və 2019) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarına uyğun olaraq gəlirlərin malın dəyəri üzrə xərcləri sənədlərlə təsdiq olunmayan hissəsinə şərti rentabellik norması tətbiq edilməsi, sənədlərlə təsdiq olunan hissədə isə Vergi Məcəlləsinin 104 və 108-ci maddəsinin müddəaları da nəzərə alınmaqla faktiki gəlirlər və xərclər nəzərə alınmaqla mənfəət vergisi hesablanmış, lakin, hər üç il üzrə büdcəyə mənfəət vergisi hesablanması müəyyən edilməmişdir. Vergi ödəyicisinin təqdim etdiyi əlavə dəyər vergisi bəyannamələrində əks olunmuş vergiyə cəlb olunmuş dövriyyə elektron vergi hesab faktura və elektron qaimə fakturaları əsasında təsdiqlənərək, mənfəət bəyannamələrində ümumi gəlir kimi qəbul edilmişdir. İlkin sənədlər yoxlamaya təqdim edilmədiyi üçün mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması tətbiq edilməklə illər üzrə vergi ödəyicisinin mənfəəti müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə Cəmiyyət dərman, qida əlavələri və kosmetoloji kremlərin idxalı və satışı, eyni zamanda icarə fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, 2017-ci il üzrə Cəmiyyətin malların təqdim edilməsindən gəliri 11.937,16 manat olmaqla və şərti rentabellik norması tətbiq edilməklə mənfəəti 1.989,53 manat müəyyən edilmişdir. Cəmiyyətin keçmiş illərin zərərinin 199.029,13 manat nəzərə alınmaqla bu il 197.039,6 manat zərərlə başa vurduğu müəyyən olundu. Cəmiyyətin 2018-ci ilin yekunu üzrə mənfəət vergisi bəyannaməsi yoxlanılarkən məlum olmuşdur ki, kameral vergi yoxlaması ilə müəyyən edilmiş 352.950,58 manat ümumi gəlir səyyar vergi yoxlaması ilə təsdiqini tapmamışdır. Belə ki, sənədlər təqdim edilmədiyindən vergi orqanının real baza məlumatları əsasında elektron vergi hesab faktura və elektron qaimə fakturalar üzrə gəliri qəbul edilmişdir. 2018-ci ilin yekunu üzrə cəmiyyətin malların təqdim edilməsindən gəliri 42.474,47 manat müəyyən edilmiş və şərti rentabellik norması tətbiq edilməklə ili 24.687,07 manat məbləğində zərərlə başa vurduğu aşkar olundu. Keçmiş illərin zərəri 197.039,6 manat nəzərə alınmaqla 221.726,67 manat zərərlə başa vurulmuşdur. Cəmiyyətin 2019-cu ilin yekunu üzrə daşınmaz əmlakın icarəyə verilməsindən 711,86 manat, malların təqdim edilməsindən 894.667,78 manat olmuşdur. Şərti rentabellik norması tətbiq edilməklə mənfəəti 201.091,24 manat müəyyən edildi. Cəmiyyətin keçmiş illərin zərəri nəzərə alınmaqla ili mənfəətsiz başa vurmuş, növbəti ilə 20.635,43 manat məbləğində zərər keçirilmişdir. Yoxlanılan dövrdə (xx.xx.2027-xx.xx.2020) vergi ödəyicisi tərəfindən 1451303,09 manat (ƏDV-siz) dövriyyə göstərilmişdir. Vergi ödəyicisinin həm mənfəət üzrə həm də ƏDV üzrə gəlirləri ilkin araşdırmaya əsasən yoxlanılan dövrdə (xx.xx.2017-xx.xx.2020) ƏDV-yə cəlb olunan dövriyyəsinin e-VHF və e-QF əsasında 2017ci il üzrə 4907,16 manat, 2018-ci il üzrə 42.395,03 manat və 2019-cu il üzrə 894.667,78 manat malların təqdim edilməsi üzrə, 2019-cu il üzrə 711,87 manat (ƏDV-siz) obyektin icarəyə verilməsi üzrə olmuşdur. 2020-ci ilin 3 ayı (yanvar, fevral, mart) üzrə isə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində göstərilmiş 171665,82 manat (ƏDV-siz) olmaqla daxil olmuş məbləğlər əsasında formalşdığı müəyyən olundu. Beləliklə, yoxlama ilə vergi ödəyicisinin dövriyyəsi ilkin məlumatlar əsasında 1114347,66 manat (ƏDV-siz) olmuşdur. Nəticədə, hər iki dövriyyənin müqayisəsi zamanı büdcəyə əlavə olaraq 60651,97 manat ƏDV hesablandığı müəyyən olundu. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən əvəzləşməyə artıq salınan və ya salınmayan məbləğlər müqayisə olunmuş və müvafiq dövrlərə uyğun dürüstləşmə aparılmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş dərman və qida əlavələrinin bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinə əsasən yoxlamaya ekspert dəvət olunmuşdur. Yoxlama zamanı ekspert tərəfindən təqdim olunmuş qiymətlər, həmçinin qiymətləri Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənən dərmanlar və ya dərman vasitələri müqayisə olunmuş, nəticədə həmin qiymətlərə əsasən büdcəyə hesablanmalı vergilərin azaldıldığı müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********7748 nömrəli qərarına əsasən malların Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən alınması, təqdim edilməsi və təsərrüfatdaxili yerdəyişməsinə nəzarət edilməsi məqsədilə vergi ödəyicisində Operativ vergi nəzarəti tədbirləri keçirilmiş və xx.xx.2020-ci il tarixdə yekunları barədə müvafiq olaraq akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunan mallar yoxlama dövrünün (yoxlanılan dövr xx.xx.2017-xx.xx.2020) sonuna mal qalığı olaraq nəzərə alınmış, onların miqdarı və digər məlumatlar keçirilən səyyar vergi yoxlaması zamanı araşdırılmışdır. Yoxlama dövrünün sonuna operativ vergi nəzarəti zamanı müəyyən edilmiş mal qalıqları miqdarı və malların adlarına uyğun çıxılmaqla, yerdə qalan fərqə (miqdara) ekspert tərəfindən təqdim olunmuş rəyə əsasən göstərilmiş qiymətlər (ƏDV-siz) və Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlər tətbiq edilməklə 1.559.030,17 manat dövriyyənin, 280.625,43 manat ƏDV-nin azaldıldığı müəyyən edilmişdir. Tarif (Qiymət) şurası tərəfindən təsdiq olunmuş qiymətlərin ancaq vergi ödəyicisi tərəfindən aylar üzrə təqdim edilmiş mallara (e-VHF və ya e-QF) tətbiq edilməklə müqayisəsi zamanı 2018-ci ildə - 79,44 manat, 2019-cu ildə - 20.193,46 manat, 2020-ci ildə isə 148.109,77 manat, cəmi 168.382,67 manat ƏDV-yə cəlb olunan dövriyyənin azaldılması müəyyən olundu. Bununla da, büdcəyə hesablanmalı ƏDV 30.308,88 manat azaldılmışdır. Yoxlama dövrünün əvvəlinə inventarizasiya zamanı xx.xx.2016-cı il tarixə vergi ödəyicisinin 200.364,3 manat mal qalığı, xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək idxal olunmuş 16.805,72 manat (ƏDV-siz) mallarla həmin dövrdə bəyan edilmiş 7.030,0 manat (ƏDV-siz) dövriyyə müqayisəsi nəticəsində isə 210.140,02 manat (ƏDV-siz) ticarət əlavəsi olmadan dövriyyə kənarlaşmasının olduğu müəyyən edilmişdir. Beləliklə, büdcəyə 37.825,20 manat ƏDV hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 498.566,79 manat (ƏDV-siz) elektron vergi hesab fakturalar əsasında dərman və dərman vasitələri alınmış, həmçinin invoys dəyəri, digər vergi və rüsumlarda nəzərə alınmaqla 762.488,5 manat (ƏDV-siz) isə yük gömrük bəyannamələrinə əsasən isə dərman və dərman vasitələri idxal olunmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövrdə xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq icarə haqqı 350 manat (ƏDV-li) olmaqla fiziki şəxs X1 AZ1073, Bakı şəhəri Yasamal rayonu, Mətbuat pr. ev 35C, 3138-3141-ci məhəlləanbar icarəyə götürülmüşdür. Yoxlama zamanı xx.xx.2017-ci il tarixli **********048117 nömrəli Səyyar vergi yoxlaması aktında həmin obyektdə aparılmış cari təmir işlərindən sonra, yəni xx.xx.2016-cı ildən aylıq icarə haqqının 750 manat olduğu müəyyən edilmiş və vergi ödəyicisi tərəfindən növbəti dövrlərdə də (yoxlama ilə əhatə olunan dövrdə), həmin məbləğdən 14 % vergi hesablanmışdır. Lakin vergi ödəyicisi tərəfindən 2018-ci ilin 3-cü rübü üzrə bəyannamənin təqdim edilmədiyi, Vergi Məcəlləsinin 124-cü maddəsinin tələblərinin pozulduğu və həmin dövr üzrə büdcəyə hesablanmalı olan ÖMV-nin 315.0 manat (3 ay x 750 manat x 14%) azaldılması müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-1237/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2297/2021 nömrəli, 2 dekabr 2021-ci il tarixli qərarı ləğv edilərək, cavabdehin 1 oktyabr 2020-ci il tarixli, **********8167 nömrəli qərarı ləğv olunmuşdur. İddiaçının ƏDV-yə cəlb olunan dövriyyəsinin 1.559.030,17 manat təşkil etməsi barədə qənaətə gələrkən cavabdehin istinad etdiyi operativ vergi yoxlamasının nəticələri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmişdir. Buna dair ilk öncə qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı yalnız həmin işdə iştirak etmiş tərəflər üçün preyudisiallığa malikdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə məhkəmənin istinad etdiyi məhkəmə prosesində tərəf olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarına əsasən yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmənin qərarında istinad etdiyi Ali Məhkəmənin 2-1(112)-1237/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında isə yalnız prosessual pozuntulara, yəni məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edilərkən inzibati icraat qaydalarının (daha dəqiq desək, vergi ödəyicisini vergi yoxlaması materiallarına baxılma barədə məlumatlandırmamaq) pozulmasına istinad edilmişdir. Operativ vergi nəzarətinin nəticələrinə dair hər hansı münasibət bildirilməmişdir. Operativ vergi nəzarəti zamanı aşkar edilmiş malların miqdarı, faktiki mal qalığı və digər məsələlər araşdırma predmeti olmamış, Ali Məhkəmənin qərarının əsaslandırıcı hissəsində buna dair hər hansı münasibət bildirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Ali Məhkəmənin sözügedən qərarı hazırki iş üzrə hər hansı preyudisial əhəmiyyət daşımır. Bundan əlavə, vergi orqanı tərəfindən vergi hesablanması zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********7748 nömrəli qərarına əsasən keçirilmiş operativ vergi nəzarəti nəticəsində tərtib edilmiş və iddiaçının təsərrüfat subyektində olan mal qalığını əks etdirən akt istifadə edilmişdir. Operativ vergi nəzarəti nəticəsində qəbul edilmiş məsuliyyətə cəlb etmə qərarının ləğvi aktda qeyd edilən mal qalığının səhv olduğu anlamına gəlmir. Belə ki, iddiaçı “Az-İs" MMC-nin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi üzrə məhkəmə mübahisəsi vergi ödəyicisinin anbarında olan malların alışını təsdiq edən sənədlərin olub-olmaması ilə bağlı olmuşdur. Başqa sözlə, həmin mübahisə operativ vergi nəzarəti zamanı aşkar edilmiş mal qalığının həqiqi olub-olmamasına toxunmur. Həmin malların vergi ödəyicisinə məxsus olması heç iddiaçı tərəfindən də mübahisələndirilmir. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti zamanı ümumilikdə 408910 manat dəyərində mal aşkar edilmiş, onlardan 106254,42 manat dəyərində malın sənədsiz olması müəyyən edilmişdir. İnzibati şikayətin qismən təmin edilməsi haqqında qərarla aparılmış araşdırma ilə operativ vergi nəzarəti tədbiri zamanı anbarda aşkar edilmiş 106254,42 manat dəyərində mallardan 6213,72 manat dəyərində Foliton, 3319,88 manat dəyərində Nisit adlı, ümumilikdə 9533,6 manat dəyərində dərman vasitələrinin alışına dair yük gömrük bəyannamələrinin mövcud olduğu müəyyən edilmişdir. Həmçinin, hazırki səyyar vergi yoxlaması zamanı operativ vergi nəzarəti nəticəsində aşkar edilmiş yalnız alışı təsdiq edən sənədləri mövcud olan mallar, yəni, sənədlərlə vergi ödəyicisinə məxsus olduğu şübhəsiz olan mallar vergi hesablamasında vergi ödəyicisinin mal qalığı kimi qəbul edilmiş, operativ vergi nəzarəti zamanı müəyyən edilmiş və alışı təsdiq edən sənədləri mövcud olan mal qalıqları miqdar və malların adlarına uyğun çıxılaraq, yerdə qalan fərqə (miqdara) ekspert tərəfindən təqdim olunmuş rəyə əsasən göstərilmiş qiymətlər (ƏDV-siz) və Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər tətbiq olunmuşdur. Vergi ödəyicisinin operativ vergi nəzarəti zamanı verdiyi izahatı ilə bağlı məhkəmə bildirmişdir ki, Nümayəndə xx.xx.2020-ci il tarixli izahatında xx.xx.2020-ci il tarixə anbarda 408.910,0 manat dəyərində mal qalığı olduğunu, mal qalığından 106.254,42 manat dəyərində malların alışını təsdiq edən sənədləri (YGB, EQF və s.) olmadığına görə yoxlamaya təqdim edə bilmədiyini qeyd etsə də, sonradan inzibati şikayət üzrə araşdırma zamanı 9533,6 manat dəyərində malların alışına dair yük gömrük bəyannamələrini cavabdehə təqdim etmiş, malların sayılması mərhələsində iştirak etməyinə şərait yaradılmadığını bildirmiş, xx.xx.2020-ci il tarixdə səyyar vergi yoxlaması keçirilərkən isə MMC-nin xx.xx.2020-ci il tarixə 898.215,63 manat dəyərində mal qalığının olması barədə siyahını yoxlayıcılara təqdim etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********7748 nömrəli qərarına əsasən malların Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən alınması, təqdim edilməsi və təsərrüfatdaxili yerdəyişməsinə nəzarət edilməsi məqsədilə vergi ödəyicisində Operativ vergi nəzarəti tədbirləri keçirilmiş və xx.xx.2020-ci il tarixdə yekunları barədə müvafiq olaraq akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunan mallar yoxlama dövrünün (yoxlanılan dövr xx.xx.2017-xx.xx.2020) sonuna mal qalığı olaraq nəzərə alınmış, onların miqdarı və digər məlumatlar keçirilən səyyar vergi yoxlaması zamanı araşdırılmışdır. Həmin mal qalığının həqiqətə uyğun olması vergi ödəyicisi tərəfindən operativ vergi nəzarəti çərçivəsində verilmiş izahatında da təsdiq edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi mal qalığına dair məlumat isə mötəbər hesab edilə bilməz. Digər tərəfdən, vergi ödəyicisinin mal qalığı ilə bağlı səyyar vergi yoxlaması zamanı təqdim etdiyi sənədlər mühasibat uçotu sənədi hesab edilə bilməz. Belə ki, mühasibat uçotu subyektləri tərəfindən inventarizasiyanın aparılması qaydalarını tənzimləyən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları’’nın 2.13-cü bəndinə əsasən inventarizasiyanın aparılması üçün mühasibat uçotu subyekti rəhbərinin əmri ilə bu subyektin aparıcı bölmələrinin yüksək ixtisaslı mütəxəssislərindən ibarət daimi fəaliyyətdə olan inventarizasiya komissiyası yaradılır. Mühasibat uçotu subyektinin rəhbəri və ya onun müavinlərindən biri inventarizasiya komissiyasının sədri, mühasibat xidmətinin rəhbəri isə sədrin müavini olur. Böyük təsərrüfatlarda inventarizasiya komissiyasının tərkibində bir neçə işçi qrupları yaradılır. Həmin Qaydaların 2.14-cü bəndinə əsasən inventarizasiya komissiyasının və onun tərkibindəki işçi qrupun yaradılmasına dair əmrdə komissiyanın və işçi qruplarının hüquqları, vəzifələri, işin təşkili, inventarizasiyanın başlanma və qurtarma müddəti, işçi qruplarının təlimatlandırılması və onların gördükləri işlərin nəticələrinin müzakirə vaxtı, hər bir işçi qrupunun inventarizasiya aparacağı yerin və maddi-məsul şəxsin vəzifəsi və ünvanı öz əksini tapır. Həmin Qaydaların 2.22-ci bəndinə əsasən inventarizasiya aparılan zaman inventarizasiya komissiyasının, yaxud işçi qrupunun bütün üzvləri iştirak etməlidir. Həmin Qaydaların 2.23-cü bəndinə əsasən aktivlərin və öhdəliklərin faktiki mövcudluğunun müvafiq mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinə dair iki nüsxədən az olmamaqla inventarizasiya siyahısı tərtib edilir. Həmin Qaydaların 2.28-ci bəndinə əsasən aktivlərin faktiki qalığının inventarizasiyası maddi-məsul şəxslərin bilavasitə iştirakı ilə aparılır. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, vergi ödəyicisi mal qalığını müəyyən edərkən bir sıra prosedur qaydalara riayət etməli, inventarizasiyanı Maliyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş formada rəsmiləşdirməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər isə qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab vermir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********7748 tarixli qərarına əsasən vergi ödəyicisinin təsərrüfat subyektində keçirilmiş operativ vergi nəzarəti zamanı yoxlama dövrünün sonuna olan mal qalığı müəyyən edilmiş, həmin mal qalığının həqiqətə uyğun olması vergi ödəyicisi tərəfindən operativ vergi nəzarəti çərçivəsində verilmiş izahatında da təsdiq edilmişdir. Bu səbəbdən, operativ vergi nəzarəti zamanı aşkar edilmiş mal qalığı barədə rəsmi məlumatlar mötəbər hesab edilməlidir. Məhkəmə tərəfindən isə qeyd edilən tələb və normaları nəzərə alınmadan, işin halları tam və hərtərəfli araşdırılmadan əsassız qərar qəbul edilmişdir. Məhkəmənin digər dəlili ondan ibarət olmuşdur ki, sonradan təqdim edilmiş sənədlər MMC-nin nümayəndəsi Q.Əliyarbəyovun izahatında qeyd edilənləri təkzib etsə də, cavabdeh bu halları araşdırmamış, qanunvericiliklə ona verilmiş səlahiyyətləri yerinə yetirməyərək iddiaçının nümayəndəsinin xx.xx.2020-ci il tarixli izahatına istinad etməklə kifayətlənmiş, buna səlahiyyəti olduğu halda inventarizasiya həyata keçirməmişdir. Bununla bağlı bildirilir ki, Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq vergi orqanının hüquqlarına aid edilmişdir. Vergi orqanı tərəfindən ona verilmiş hər hansı hüquqdan istifadə etməməsi qanunsuz sayıla bilməz. Hazırki halda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********7748 tarixli qərarına əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinin təsərrüfat subyektində operativ vergi nəzarəti həyata keçirilmiş, yoxlama dövrünün sonuna mal qalığı müəyyən edilmiş, vergi ödəyicisi özü izahatda həmin mal qalığının düzgün olduğunu bildirmişdir. Qeyd edilən rəsmi məlumat da vergi yoxlaması zamanı istifadə edilmişdir. Digər tərəfdən, məhkəmə yalnız inventarizasiyanın keçirilməməsini əsas götürməklə vergi orqanının qərarının qanunsuz olması nəticəsinə gələ bilməz. Belə ki, İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hətta əgər məhkəmənin istinad etdiyi kimi, prosessual pozuntu, yəni inventarizasiyanın keçirilməməsi mövcud olarsa, bu pozuntu hələ qərarın ləğv edilməsinə əsas ola bilməz. İnzibati Prosessual Məcəllənin qeyd edilən normasına əsasən inzibati aktın ləğv edilməsi üçün məhkəmə tərəfindən həmçinin həmin icraat qaydalarının pozuntusunun qərarın qəbul edilməsinə hansı şəkildə təsir etməsini də əsaslandırmalı idi. Belə əsaslandırma isə qərarda mövcud deyil. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 44/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda (42-44-cü bəndlər) qeyd edilir: “Digər tərəfdən, əgər apellyasiya instansiyası məhkəməsi inzibati orqanın qərarının qanunsuzluğunu icraat qaydalarının inzibati orqan tərəfindən pozulması ilə (işin hallarının tam və hərtərəfli araşdırılmaması və s.) əlaqələndirirsə, bu halda, İPM-in 70.1-ci maddəsinin tələbini nəzərə almalı idi. Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Belə ki, inzibati akt formal-hüquqi baxımdan qüsurlu olsa da, bu, onun məhkəmə tərəfindən ləğv olunmasına o halda aparıb çıxara bilər ki, qüsur İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanının qərarına) təsir etmiş olsun. Məhkəmə həmçinin bildirmişdir ki, işdən görünür ki, cavabdeh bu imkanından istfadə etməmiş, yalnız iddiaçının nümayəndəsinin izahatına istinad edərək iddiaçının yoxlanılan dövrün sonuna mal qalığının 408.910,0 manat olması qənaətinə gəlmişdir, baxmayaraq ki, yuxarıda qeyd olunanlardan məlum olur ki, bu izahat ziddiyyətli olmuş, həqiqi vəziyyəti əks etdirməmişdir. Bir daha qeyd edilir ki, vergi ödəyicisinin mal qalığı izahatına əsasən deyil, hərtərəfli araşdırılmış və aparılmış operativ vergi nəzarətinə əsasən müəyyən edilmişdir. İzahat isə artıq sonradan, yəni operativ vergi nəzarəti həyata keçirildikdən sonra alınmışdır. Daha sonra məhkəmə “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarına istinad etmişdir. Həmin qərarla da məhkəmənin üzərinə araşdırma aparmaq vəzifəsi qoyulmuşdur ki, məhkəmə tərəfindən özünün də istinad etdiyi qərarda göstərilən vəzifələr yerinə yetirilməmişdir. Bundan əlavə, məhkəmənin istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun qərarında bildirilmişdir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qeyd etdiyi hər hansı şərt hazırki halda mövcud deyil. Vergi ödəyicisinin xx.xx.2020-ci il tarixli izahatı nə həqiqi halların gizlədilməsinə yönəlmiş, altdatma zor, hədə təsiri altında alınmamış, yanılma təsiri nəticəsində baş verməsinə dair hər hansı məlumat yoxdur. Mal qalığının düzgün müəyyən ediməməsi ilə bağlı məhkəmənin digər dəlili ondan ibarət olmuşdur ki, işdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “İcraçı” adlanacaq "xxxx" MMC bir tərəfdən və sonradan “Sifarişçi” adlanacaq İddiaçı MMC digər tərəfdən aktı tərtib etdilər ki, İcraçı” 24 fevral 2022-ci il tarixli 27/2022 saylı müqaviləyə uyğun olaraq 25 fevral 2022-ci il tarixində qəbul olunmuş 40 m3 (qırx kub metr) həcmində vaxtı keçmiş, satışa yararsız dərman preparatlarının və qida əlavələrinin utilizasiyası üzrə işləri tam həcmdə icra edərək “Sifarişçi”yə təhvil verilmişdir və “Sifarişçi” həmin icra edilmiş işləri qəbul etmişdir. Bu akt maliyyə-təsərrüfat sənədidir və “İcraçı”ya 5664 (beş min altı yüz altmış dörd manat ƏDV ilə birlikdə) AZN məbləğində ödənişin edilməsi üçün əsasdır. İstinad olunan hallar, eyni zamanda işdə olan həmin xx.xx.2022-ci il tarixli utilizasiya aktını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının yoxlama zamanı olan mal qalığını düzgün müəyyən etməmiş, bu da vergi ödəyicisinə əsassız əlavə vergi hesablanmasına səbəb olmuşdur. İlk öncə, məhkəmə İnzibati Prosessual Məcəllənin 11-ci və 12.1-ci maddəsində əks edilmiş işin hallarının araşdırılması və qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə zidd davranmışdır. Belə ki, cavabdehin təqdim etdiyi operativ vergi nəzarətinin nəticəsi barədə aktı mötəbər hesab etməyən məhkəmə, iddiaçının hər hansı dəlil, faktla təsdiq edilməyən “sənədi”-ni mötəbər hesab edir. Baxmayaraq ki, məhkəmənin istinad etdiyi utilizasiya aktı ilə bağlı cavabdehin dəlil və mülahizələri məhkəməyə təqdim edilmişdir, məhkəmə tərəfindən həmin dəlillərə münasibət bildirilməmişdir. Digər tərəfdən, həmin utilizasiya aktının hansı qaydada və hansı səbəbdən vergi orqanının müəyyən etdiyi mal qalığının düzgün olmadığını təsdiq etdiyi də aydın deyil və məhkəmə tərəfindən də əsaslandırılmamışdır. 2022-ci ildə tərtib edilmiş “sənəd”-in 2020-ci ilə aid olan mal qalığı ilə hansı əlaqədə olduğu, həmin “sənəd”in 2020-ci ilin sonuna olan və vergi orqanı tərəfindən müəyyən edilmiş mal qalığını necə təkzib etməsi məhkəmə tərəfindən əsaslandırılmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1460 saylı Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.4-cü bəndində əsasən topdansatış ticarət fəaliyyətində malların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir. Vergi ödəyicisinin təqdim etdiyi sənəd isə qeyd edilən tələblərə cavab vermir. Eyni zamanda, "xxxx" MMC tərəfindən iddiaçıya elektron qaimə-fakturanın təqdim edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığını sübut edir. Göründüyü kimi, iddiaçı tərəfindən qanunauyğun olmayan sənədlər təqdim edilsə də, məhkəmə tərəfindən hər hansı araşdırma aparılmadan onlar mötəbər hesab edilmişdir ki, bu da məhkəmə qərarının əsassız olmasını sübut edir. Məhkəmənin digər dəlili ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən yalnız aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiyməti təsdiq edilir. İşdən görünür ki, iddiaçı topdan satış formasında satdığı malları aptek təşkilatlarına deyil, aptek təşkilatlarına topdan satışı həyata keçirən şirkətlərə (məsələn, "xxxx" QSC-yə, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına, "xxxx" QSC-yə və sair) təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh ekspert rəyinə əsasən iddiaçının satdığı həmin mallara Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri tətbiq etməkdə haqlı olmamışdır. Məhkəmə tərəfindən xəstəxananı (Mingəçevir şəhər Mərkəzi Xəstəxanasını) topdan satış həyata keçirən şirkət kimi qəbul etməsi gülünc və absurddur. Xəstəxananı topdan satış fəaliyyəti ilə məşğul olan şirkət hesab edən məhkəmə, təbii ki, iş üzrə ədalətli və əsaslı qərar qəbul edə bilməz. Bundan əlavə, qanunvericiliyin müddəasını nəzərə almamışdır. Belə ki, Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Qeyd edilən norma məcburi xarakter daşıyır və həm vergi ödəyicisinin, həm də vergi orqanı üzərinə vəzifə qoyur. Vergi orqanı tərəfindən imperativ normanın tələblərinin icra etməsi isə, hazırki halda dərmanların təqdim edilməsi zamanı Tarif Şurasının müəyyən etdiyi qiymətləri əsas götürülməsi heç bir halda qanunsuz hesab edilə bilməz. Vergi ödəyicisinin əməliyyat apardığı müəssisələrə gəlincə, məhkəmə araşdırma aparmadan və səhvən belə nəticəyə gəlmişdir ki, həmin müəssisələr (İddiaçı MMC-dən mal alanlar) aptek təşkilatlarına topdan satış həyata keçirir. Bununla bağlı bildiririk ki, "xxxx" MMC-nin dərman satdığı müəssisələrin pərakəndə satış fəaliyyət növü ilə məşğul olur və onların pərakəndə satış həyata keçirən təsərrüfat subyektləri də mövcuddur. Məsələn, məhkəmənin istinad etdiyi "xxxx" QSC, o cümlədən ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışı fəaliyyəti ilə məşğuldur, müxtəlif şəhərlərdən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan təsərrüfat subyekti mövcuddur. "xxxx" MMC-nin əsas fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışıdır, müxtəlif ərazilərdə pərakəndə satışla məşğul olan təsərrüfat subyektlərinə malikdir. "xxxx" QSC ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışıdır, müxtəlif ərazilərdə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan təsərrüfat subyekti mövcuddur. İddiaçının əməliyyat apardığı digər müəssisə olan "xxxx" MMC həmçinin ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışı ilə məşğuldur, müxtəlif ərazilərdə pərakəndə satışla məşğul olan təsərrüfat subyektlərinə malikdir. İddiaçının əməliyyat apardığı digər müəssisə olan "xxxx" MMC həmçinin ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışı ilə məşğuldur, müxtəlif ərazilərdə pərakəndə satışla məşğul olan təsərrüfat subyektlərinə malikdir. Göründüyü kimi, məhkəmə bu istiqamətdə də hər hansı araşdırma aparmadan yalnız iddiaçının iddia ərizəsində qeyd etdiklərinə istinad edərək əsassız qərar qəbul etmişdir. Hesablanmış 37825,20 manat ƏDV məbləği ilə bağlı məhkəmənin digər dəlili ondan ibarət olmuşdur ki, cavabdeh isə xx.xx.2019-cu il tarixdə qüvvəyə minən normanı (Vergi Məcəlləsinin 67.15-ci maddəsini) 2017-ci il üzrə yaranmış kənarlaşmaya tətbiq etmiş, bununla da qanunvericiliyin tələbini pozmuşdur. Bununla bağlı bildirilir ki, həmin vergi məbləğinin hesablanmasına əsas Vergi Məcəlləsinin 159.5-ci maddəsi olmuşdur ki, məhkəmə qeyd edilən halı nəzərə almamışdır. Qeyd edilən hal səyyar vergi yoxlaması aktında da qeyd edilmişdir (aktın 16-cı səhifəsi). Vergi hesablanan dövrdə də qüvvədə olmuş həmin normaya əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Hesablanmış 37825,20 manat ƏDV məbləğinə dair məhkəmənin digər dəlili ondan ibarət olmuşdur ki, işdə olan xx.xx.2018-ci il tarixli **********9081800 nömrəli vergilərin hesablanması barədə qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2018-ci ilin may ayı ƏDV hesabat dövrü üzrə 55981,9 manat ƏDV hesablanmışdır. Həmin qərar bununla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı 2018-ci ilin əvvəlinə 239,1 min manat məbləğində mal qalığı olduğu, xx.xx.2018-xx.xx.2018-ci il ərzində tərəfindən 72,3 min manat məbləğində malların alındığı müəyyən edilmişdir. Eyni zamanda, satılmış mallara ticarət əlavəsi tətbiq edilməklə müvafiq dövr üzrə tərəfindən vergiyə cəlb edilən dövriyyənin 0,4 min manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Göründüyü kimi, cavabdeh artıq 2018-ci ilin may ayında iddiaçının 2018-ci ilin əvvəlinə mal qalığının 239100 manat olmasını müəyyən etmiş, bu mal qalığına həmçinin xx.xx.2016-cı il tarixə olan 200.364,3 manat mal qalığı da aid olmuş (vergi orqanının verdiyi məlumata əsasən iddiaçının 2017-ci il üzrə ƏDV-yə cəlb edilən dövriyyəsi 4907,16 manat təşkil etmişdir) və vergiyə cəlb edilən dövriyyənin az olmasına istinadən həmin mal qalığına görə iddiaçıya 55981,9 manat əlavə ƏDV hesablamışdır. Qeyd edilənlər də məhkəmə tərəfindən işin hallarının araşdırlmadığını göstərir. Məhkəmənin istinad etdiyi 2018-ci ilin may ayı üzrə hesablanmış ƏDV məbləği səyyar vergi yoxlaması isə azaldılmış, 55900 manat artıq hesablama kimi səyyar vergi yoxlaması aktında da öz əksini tapmışdır (aktın 15-ci səhifəsi). Məhkəmənin istinad etdiyi 2018-ci ilin may ayı üzrə kameral vergi yoxlaması ilə 55900 manat əlavə vergi hesablanmışdır. 81,9 manat isə vergi ödəyicisinin özü tərəfindən bəyan edilmişdir. Həmin məbləğ də səyyar vergi yoxlaması zamanı azaldılmışdır. Göründüyü kimi, məhkəmənin bu dəlili də əsassızdır. Bundan əlavə, inzibati işin icraatı zamanı cavabdeh tərəfindən vergi orqanının apardığı hesablamanın qanuni və əsaslı olması bildirilmiş, ekspertiza keçirilməsinə zərurət olmadığı əsaslandırılmış, lazımi sübut və sənədlər, o cümlədən hesablamaları müfəssəl şəkildə izah edən cədvəllər məhkəmə baxışı zamanı ətraflı araşdırılma aparılması üçün məhkəməyə təqdim edilmişdir, lakin məhkəmə tərəfindən cavabdehin mövqeyi və etirazı nəzərə alınmadan məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Bu səbəbdən hesab edirik ki, ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul vəsaitinin cavabdeh orqandan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi əsassızdır. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları tam araşdırmamışdır. Göstərilənlərə əsasən məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də barəsində şikayət olunan Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci 11 fevral tarixli Qərarları). Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə və ona əlavəyə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi, səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlanmışdır. Lakin səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarda qeyd olunan normanın tətbiqini zəruri edən hallar göstərilməmişdir. Belə ki, qeyd olunan növdə yoxlamaların keçirilməsi ilə bağlı kassasiya instansiyasının vahid mövqeyinə görə, “növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırki mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə ... qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.” Həmçinin bildirilir ki, iddiaçı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145001 nömrəli qərar əlavə dəyər vergisi üzrə hesablanmış 353082,45 manat və həmin məbləğə tətbiq edilmiş 176541,22 manat maliyyə sanksiyası hissəsində mübahisələndirilmişdir. İş materiallarına əsasən iddiaçıya hesablanmış ƏDV-nin aşağıdakı hissələrdən ibarət olduğu müəyyən olunur: Səyyar vergi yoxlaması aktının 17-ci səhifəsində qeyd olunanlara əsasən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən malların Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən alınması, təqdim edilməsi və təsərrüfatdaxili yerdəyişməsinə nəzarət edilməsi məqsədilə iddiaçıda xx.xx.2020-ci il tarixli **********7748 nömrəli qərarla operativ vergi nəzarəti tədbirləri keçirilmiş və xx.xx.2020-ci il tarixdə yoxlamanın yekunları barədə müvafiq olaraq akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunan mallar yoxlama dövrünün (yoxlanılan dövr xx.xx.2017-xx.xx.2020) sonuna mal qalığı olaraq nəzərə alınmış, yoxlama dövründə alınan, lakin qalıqda olmayan mallar satış kimi qiymətləndirilmiş və nəticədə 1559030,17 manat ƏDV-yə cəlb edilən dövriyyə müəyyən edilərək 280625,43 manat ƏDV hesablanmışdır. Bundan başqa, yoxlanılan dövrdə iddiaçı tərəfindən təqdim edilmiş e-qaimələrə Tarif (Qiymət) Şurası tərəfindən təsdiq olunmuş qiymətlər tətbiq edilmiş, nəticədə 168382,67 manat əlavə dövriyyə müəyyən edilmişdir. Əlavə müəyyən edilmiş dövriyyə üzrə 30308,88 manat ƏDV hesablanmışdır. Eyni zamanda, əvvəlki səyyar vergi yoxlaması zamanı xx.xx.2016-cı il tarixli qərar əsasında keçirilən inventarizasiyanın nəticələri əsas götürülmüş və xx.xx.2016-cı il tarixə olan mal qalığı ilə xx.xx.2017-ci il tarixə olan mal qalığı üzləşdirilmiş və xx.xx.2017-ci i tarixədək 210140,02 manat əlavə dövriyyə müəyyən edilmiş və 2020-ci ilin mart ayına 37825,20 manat ƏDV hesablanmışdır. Məhkəmə kollegiyası ilk olaraq operativ vergi nəzarəti tədbiri nəticəsində tərtib olunan siyahı əsas götürülməklə hesablanan ƏDV-yə münasibətdə bildirir ki, iş materialında iddiaçının yoxlama zamanı xx.xx.2020-ci il tarixinə olan vəziyyətə anbar qalığı barədə cədvəl mövcuddur. Həmin cədvəl üzrə əks olunan mal qalığı operativ vergi nəzarəti tədbiri zamanı əks olunan siyahıdan kəskin şəkildə fərqlənir. Belə ziddiyyətin olduğu halda, yoxlama zamanı cavabdeh tərəfindən inventarizasiya aparılmaqla hansı göstəricinin reallığı əks etdirdiyi, mövcud mal qalığının hansı həcmdə olması real olaraq müəyyən edilməli idi. Məhkəmə kollegiyası xüsusilə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 iyun tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydaları”nın 1.3-ci bəndinə əsasən, inventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsaslandırılmış qərarı ilə aparılır: vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə; vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış mallar aşkar edildikdə; vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda. Həmçinin, Qaydaların 1.5-ci bəndinə görə, inventarizasiyanın əsas məqsədi aşağıdakılardır: vergitutmadan gizlədilmiş (yayındırılmış) obyektlərin, mal-material qiymətlilərinin və əmlakın faktiki mövcudluğunun aşkar edilməsi; faktiki mövcud əmlakın və digər qiymətlilərin mühasibat uçotunun məlumatları ilə müqayisə edilməsi; öhdəliklərin uçotda tam əks etdirilməsinin yoxlanılması; sahibkarlıq fəaliyyətində gəlir (mənfəət) götürmək üçün istifadə edilən daşınan və daşınmaz əmlakın, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərinin vergitutma obyekti kimi vergi ucotundan yayındırılması hallarının aşkar edilməsi və aradan qaldırılması; vergitutmadan gizlədilmiş (yayındırılmış) mal-material qiymətlilərinin bazar qiymətləri nəzərə alınaraq ödənilməli olan vergi (o cümlədən Azərbaycan Respublikasına kənardan gətirilmiş mal-material qiymətliləri üzrə gömrük orqanlarında ödənilməli olan verginin) məbləğini müəyyən etmək. Qeyd olunan normaların tələblərindən göründüyü kimi, hazırki işin hallarına görə, cavabdeh tərəfindən inventarizasiyanın həyata keçirilməsi mütləq idi. Nəzərə alınmalıdır ki, vergilərin düzgün müəyyən edilməsi vergi orqanlarının vəzifəsidir. Hazırki işin hallarına görə isə, iddiaçının yoxlama dövründə hansı həcmdə vergiləri dövlət büdcəsinə ödəməli olması yalnız inventarizasiya aparmaqla həyata keçirilməli idi. Belə ki, iddiaçı özü də operativ vergi nəzarəti tədbiri nəticələrini mübahisələndirməklə həmin siyahı ilə razı olmadığını hələ səyyar vergi yoxlaması başlanan vaxtı bildirmişdir. Bundan başqa, iddiaçı tərəfindən iş materiallarına əlavə olunan elektron faylda əks olunan sənədlər, video görüntü operativ vergi nəzarəti tədbiri zamanı onun sahibliyində olan malların tam olaraq siyahıda əks etdirilmədiyini təsdiq edir. Belə ki, OVN tədbiri zamanı tərtib olunan siyahıda 70 çeşid dərman və qida əlavəsi əks olunsa da, iş materiallarında olan idxal sənədləri, alqı-satqı e-qaimələri ilə iddiaçının qeyd olunan siyahıdan xeyli artıq sayda mal çeşidinin olduğu müəyyən olunur. Nümunə olaraq Məhkəmə kollegiyası bildirir ki, “artiflex”, “migtrip”, “molsidomin”, “ekvapril”, “mariflora”, “travamax”, “ferofort” və s. dərman vasitələri iddiaçının yoxlamaya təqdim etdiyi mal qalığında əksini tapsa da, OVN tədbiri zamanı tərtib olunan siyahıda mövcud deyil. Belə ziddiyyətin olması isə cavabdehin yoxlamanı qanunvericiliyə uyğun şəkildə həyata keçirməməsindən irəli gəlir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, cavabdeh hər hansı malın əskik gəlməsini müəyyən etdiyi halda, əgər həmin mal əldə olunarkən əvəzləşdirmə aparılmışdırsa, həmin mala görə ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 159.5-ci maddəsinə uyğun şəkildə həyata keçirilməlidir. Belə ki, həmin normaya görə, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 161.3-cü maddəsinə görə, bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Cavabdeh isə əskikgəlmə kimi müəyyən etdiyi mal qalığının üzərinə Tarif (Qiymət) Şurası tərəfindən müəyyən olunan qiymətləri əlavə etməklə satış qiyməti müəyyən etmiş və ƏDV-ni həmin dəyərə tətbiq etməklə hesablamışdır. Halbuki, yuxarıda qeyd olunan normaların tələblərinə görə, şəxs əskik gələn malları əldə edərkən əvəzləşmə aldığı halda sonradan həmin mallara ƏDV-nin belə qaydada tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Yəni, cavabdeh əskik gəldiyini hesab etdiyi mallara Vergi Məcəlləsinin 159.5-ci maddəsini tətbiq edirsə, malın maya dəyərinin üzərinə ekspert tərəfindən müəyyən olunan və ya Tarif (Qiymət) Şurasının müəyyən etdiyi qiyməti əlavə etməklə vergi tutulan dövriyyəni müəyyən etməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası həmçinin bildirir ki, cavabdehin səyyar vergi yoxlaması zamanı istinad etdiyi siyahı üzrə operativ vergi nəzarəti tədbirinin nəticəsi olaraq qəbul olunan inzibati akt (qərar) məhkəmə qaydasında ləğv olunmuşdur. Digər əsasla aparılan hesablamaya münasibətdə Məhkəmə kollegiyası bildirir ki, Tarif (Qiymət) Şurası tərəfindən müəyyən olunan qiymətlər topdansatış əczaçılıq müəssisəsinə (TƏM) satış qiymətlərini tənzimləmir. İddiaçı da dərman və qida əlavələrini topdansatış əczaçılıq müəssisələrinə (“Avromed Company QSC”, “Zeytun Pharmaceuticals MMC” və s.) təqdim etmişdir. Hər hansı topdansatış əczaçılıq müəssisəsinin balansında əlavə olaraq pərakəndə satış obyektinin olması həmin vergi ödəyicisinin iddiaçı ilə topdansatış fəaliyyətini həyata keçirməsi mahiyyətini dəyişmir və bu hal iddiaçının ziyanına təfsir oluna bilməz. Hesablamanın digər əsasına görə, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixə olan mal qalığı ilə xx.xx.2017-ci il tarixə olan mal qalığı üzləşdirilmiş və xx.xx.2017-ci il tarixədək 210140,02 manat əlavə dövriyyə müəyyən edilmiş və 2020-ci ilin mart ayına 37825,20 manat ƏDV hesablanmışdır. Bununla bağlı Məhkəmə kollegiyası bildirir ki, səyyar vergi yoxlaması ilə əhatə edilən yoxlama dövrü aprel/2017-mart/2020-ci il dövrünü əhatə edir. Lakin cavabdeh yoxlama ilə əhatə edilməyən, yəni 2017-ci ilin aprel ayına qədər olan dövrü əhatə edən göstəriciləri hazırki yoxlamanın əhatə etdiyi dövrə tətbiq etməklə əsassız yanaşmaya yol vermişdir. Həmçinin, bildirilir ki, cavabdeh Vergi Məcəlləsinin 67.15-ci maddəsinə istinad edərək yoxlamanın son dövrünə hesablama aparmış, həmin norma isə xx.xx.2019-cu il tarixdən Vergi Məcəlləsinə əlavə olunmuşdur. Göründüyü kimi, cavabdeh yoxlama dövrünün əksər hissəsində mövcud olmayan normanı əvvəlki münasibətlərə şamil etməklə əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iddiaçının yoxlama dövrü üzrə ƏDV öhdəliyinin nə qədər təşkil etməsi, həmçinin aparılmış ƏDV hesablamasının düzgünlüyünün müəyyən olunub-olunmaması sualları ekspert qarşısında qoyulmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli rəyin nəticə hissəsinə əsasən İddiaçı MMC tərəfindən dövlət büdcəsinə hesablanmalı olan ƏDV məbləğinin 2543,1 manat təşkil etdiyi, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı əsasında ƏDV hesablamasının düzgünlüyünün müəyyən olunmaması əks olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən həmin rəyə nəzər yetirilərkən ekspert tərəfindən işə əlavə olunan sənədlər əsasında ətraflı araşdırma aparıldığı, yoxlama dövrünün hər bir ayı üzrə vergiyə cəlb edilən dövriyyənin, əvəzləşdirilən məbləğin və yekun ƏDV öhdəliyinin əks etdirildiyi müəyyən olunur. Beləliklə, Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********145001 nömrəli Qərarının əlavə dəyər vergisi üzrə əlavə hesablanmış 353397,45 manat və həmin məbləğə tətbiq edilmiş 176698,72 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-327/2023 saylı, 10 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar