Məhkəmə qərarları › İş №2-1(103)-3463/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3463/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3463/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçının 1973-1977-ci illərdə Cənubi Yəməndə işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-9786/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1973-1977-ci illərdə Cənubi Yəmən, 1985-1988-ci illərdə İraqda işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cənubi Yəməndə aylıq 360 ABŞ dolları, İraqda 750 ABŞ dolları maaş alırdı. Onu göndərən təşkilatda kəşfiyyat və ona bənzər fəaliyyətlə məşğul olurdu. Münaqişə qutaran kimi təşkilatların adları dəyişmişdir. Şura hökumətinin vaxtında daxili əmək fəaliyyəti sayılırdı. O vaxtlarda Şura hökuməti banklar arasında “invalyuta rublu” istifadə edirdi. 1 “invalyuta rublu” 2-3 ABŞ dollara bərabər idi. Bakı İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2-1(112)-9786/2025 saylı qərardadı ilə iddia tələbi iddiaçının 1985-1988-ci illərdə İraqda işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi hissədə icraata xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2-1(112)-9786/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia tələbi İddiaçı 1973-1977-ci illərdə Cənubi Yəməndə işlədiyi dövlərdə aldığı əmək haqqı nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması hissəsində rədd edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, Dövlət Təhlükəsizlik Xidmətinin göndərişi ilə 1970-ci illərdə Cənubi Yəməndə işləmişəm. Orada xüsusi hissələrin birində xidmət edirdim. Daha sonra universitetin ərəb dili üzrə şərqşünaslıq fakültəsini bitirdim. Bu səbəblə də xidmət üçün Cənubi Yəmənə göndərildim. 1970-ci illərdə aldığım əmək haqqı barədə sənədləri toplaya bilməzdim. İraqda işlədiyim vaxt rəsmi olaraq 150 rubl ödəniş alırdım. Həmin sənədlərin hamısı məxfi olmuş və əldə edilməsi mümkün deyil. Eyni zamanda o, ona verilmiş suallara cavab olaraq bildirdi ki, 70-ci illərdə Cənubi Yəməndə işlədiyi dövrlərə münasibətdə aldığım əmək haqqını təsdiq edən sənədləri toplamaq qeyri-mümkün idi. İşlədiyi təşkilat fəaliyyətini dayandırmışdı. ... Hissə-hissə olmaqla təxmini 500 dollara qədər əmək haqqı alırdı. ... Həmin vaxt heç bir müəssisədə işləmirdi. Universitetin ərəb dili üzrə şərqşünaslıq fakültəsini bitirdikdən sonra Cənubi Yəmənə göndərildi. Əmək kitançasında Cənubi Yəmənə göndərilməyi ilə bağlı qeyd vardır. Ordadan qayıtdıqdan sonra Elmlər Akademiyasının iqtisadiyyat şöbəsində işləmişdir. Daha sonra 1980-ci illərdə İraqa göndərildi. ... Təxmini 600 manat məbləğində əmək pensiyası alır. ... Cənubi Yəməndə işlədiyim dövrlərə münasibətdə əməkhaqqı nağd formada (əlbəəl) ödənilirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Eyni zamanda o, ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçının İraqda işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyası məbləği yenidən hesablanaraq 200 manat məbləğdən çox artırılmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçıya xx.xx.2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hazırkı iddia tələbini irəli sürməkdə hüquqi marağı, 1973-1977-ci illərdə Cənubi Yəmən, 1985-1988-ci illərdə İraqda işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasına yönəlmişdir. İddiaçının 1985-1988-ci illərdə İraqda işlədiyi dövrlər üzrə əmək haqqına dair arayış təqdim etdiyindən həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş 7-ci maddəsinə əsasən 62 yaşına çatdığı xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçının əmək pensiyasının məbləği Qanunun pensiya təyin olunduğu dövrdə qüvvədə olmuş 27.1-ci maddəsinə əsasən hesablanmışdır. Birinci instansiyası məhkəməsi qərarında ona istinad etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Sözügedən Qanunun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. İddiaçının xx.xx.1965-ci il tarixdən xx.xx.1967-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1968-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil illəri, xx.xx.1962-ci il tarixdən xx.xx.1963-cü il tarixədək, xx.xx.1968-ci il tarixdən xx.xx.1968-ci il tarixədək, xx.xx.1968- ci il tarixdən xx.xx.1968-ci il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977- ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən 01,12.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək sığorta stajı cəmi 26 il 11 ay 19 gün təşkil edir. İddiaçının əmək pensiyasının hesablanması zamanı ona xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988- ci il tarixdən xx.xx.1989-cu il tarixədək ödənilmiş əmək haqqı üzrə orta aylıq əmək haqqı hesablanmışdır. Beləliklə iddiaçının sözügedən dövrlər üzrə 44052241,74 manat ümumi gəlirini 60- (ay)a bölməklə 734204 AZN (yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulduğu üçün 734204:5000=146,84 AZN), yəni 146,84 AZN manat orta aylıq əmək haqqı müəyyən edilmişdir. Buradan orta aylıq əmək haqqının 25 il üçün 60 faizi və tələb olunan iş stajından artıq 4 ili üçün 4 faizi, beləliklə cəmi 64%-i nəzərə alınarsa, “yaşa görə pensiyanın əsas məbləği” 146,84x64%=93,97 manat təşkil edir. Daha sonra, xx.xx.2006-cı il tarixində orta aylıq əmək haqqının ümumi məbləği dəyişdirilmədən Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq 25 manat baza hissəsi (BH) və 68,98 manat sığorta hissəsi (SH) (93,97 manat - 25 manat = 68,98 manat) müəyyənləşdirilmişdir. Sığorta hissəsinin 01.01,2007-ci il tarixə indeksləşdirilmiş məbləği 68,98+8,3%= 74,71 manat təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 76,56 manat pensiya kapitalına əsasən formalaşmış sığorta hissəsi (71,33:144= 0,50 manat) 0,50 manat təşkil edir. Beləliklə, adıçəkilən şəxsin əmək pensiyasının məbləği xx.xx.2007-ci il tarixdən BH+SH=50+74,71+0,50=125,21 manat təşkil edir. İddiaçının əmək pensiyasının məbləği cavabdeh tərəfindən illər üzrə indeksiəşərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2008- (BH) 60 +(SH) (75,21 + 16,7%)=147,77 xx.xx.2008-(BH) 75+(SH) 87,77=162,77 xx.xx.2009-(BH) 75 +(SH) (87,77+20,8%)=181,02 xx.xx.2010-(BH) 75 +(SH) (106,02+1,5%)=182,59 xx.xx.2010-(BH) 85+(SH) 107,62=192,62 xx.xx.2011-(BH) 85+(SH) (107,62+5,7%)=198,75 xx.xx.2012-(BH) 85+(SH) (113,75+7,9%)=207,74 xx.xx.2013-(BH) 85+ (SH) (122,73+1,1 %)=209,12 xx.xx.2013-(BH)100+(SH) 124,08 = 224,08 xx.xx.2014-(BH)100+(SH)(124,08+2,4%)=127,05. Cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının xx.xx.2014-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq onun xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 1554,40 manat pensiya sığorta kapitalı 72-yə bölünməklə (1554,4:72=21,58 manat) əmək pensiyasının sığorta hissəsinə əlavə edilmişdir. xx.xx.2014 - (BH) 100 + (SH) 127,05+(SH) 21,58 = 248,63 xx.xx.2015 - (BH) 100 + (SH) (148,63 + 1,4%) = 250,71 xx.xx.2016 - (BH) 100 + (SH) (150,71 + 4%) = 256,74 xx.xx.2016 - (BH) 110 + (SH) (156,74) = 266,74 xx.xx.2017 - (BH) 110 + (SH) (156,74+12,4%) = 286,18 Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Sözügedən maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının baza və sığorta hissələrinin cəmi məbləği. xx.xx.2017-ci il tarixdən 286,23 manat olmaqla sığorta hissəsinə çevrilmişdir: xx.xx.2018-(SH) 286,22+ 5,7% = 302,49 xx.xx.2019-(SH) 302,53+ 3% = 311,57 xx.xx.2020-(SH) 311,61 +16,6% = 363,29 xx.xx.2021-(SH) 363,33 +11,4% = 404,71 xx.xx.2022-(SH) 404,71 +3,4% = 418,47 Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə uyğun olaraq 2022ci il üzrə əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Beləliklə, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 16,66 manat maddi yardım əlavə edilərək və 14,7% indeksləşdirilməklə 499,09 manata, 01.01,2024-cü il tarixindən isə 11,2 % indeksləşdirilməklə 554,99 manata çatdırılmışdır. Birinci instansiyası məhkəməsi haqlı olaraq qərarında belə qənaətə gəlmişdir ki, iddiaçı 1973-1977-ci illərdə Cənubi Yəməndə işlədiyi dövlərdə aldığı əmək haqqı barədə hər hansı sənəd təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-9786/2025 saylı qərardadında aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1973-1977-ci illərdə Cənubi Yəmən, 1985-1988-ci illərdə İraqda işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi verdiyi izahatında iddiaçının 1985-1988-ci illərdə İraqda işlədiyi dövlərdə aldığı əmək haqqı nəzərə alınaraq pensiya məbləğinin yenidən hesablandığından iddia tələbinin həmin hissədə icraata xitam verilməsini, 1973-1977-ci lərdə Cənubi Yəmən işlədiyi dövrlər bağlı hər hansı sənəd təqdim edilmədiyindən həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi iddiaçının 1985-1988-ci illərdə İraqda işlədiyi dövlərdə aldığı əmək haqqı nəzərə alınaraq yenidən hesablanması hissəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyəyn edilir ki, cavabdeh iddiaçının qeyd edilən dövr üzrə təqdim edilən arayışa əsasən əmək haqqını nəzərə alaraq pensiya məbləğini yenidən hesablamışdır. Məhkəmənin qənaətinə görə hazırkı halda inzibati iş üzrə cavabdeh idiaçının müraciətini 1985-1988-ci illərdə İraqda işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesabladığından cavabdeh inzibati orqanla iddiaçı arasında artıq həmin hissədə inzibati mübahisə mövcud deyildir, bu əsasdan iş üzrə həmin hissədə icraata xitam verilməlidir”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2-1(112)-9786/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Mirzəli Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar