Məhkəmə qərarları › İş №2-1(103)-3465/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3465/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3465/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, ərizəçinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(81)-844/2019 saylı qərardadından ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş apellyasiya şikayətinə 02 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbini irəli sürərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-844/2019 saylı iş üzrə 4 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş və ünvan 1 ünvanında yerləşən təsdiq olunmuş layihəyə uyğun ümumi sahəsi 140,2 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-844/2019 saylı iş üzrə 4 fevral 2019-cu il tarixli qərarından qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən, həmin qərar qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sözügedən iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Ərizədə bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2- 1(81)-844/2019 saylı iş üzrə İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə iddia qaldırılmışdır. Məhkəmənin həmin iş üzrə 4 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qəbul edilən qərar qanunla qorunan maraqlarına toxunduğu halda, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti işdə iştirak etməyə cəlb olunmamışdır. Belə ki, Universitetin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən 2-ci tədris korpusunun yerləşdiyi ərazi və tikililər onun balansındadır və dövlət mülkiyyəti hesab olunur. Sözügedən çıxarış və texniki pasport məhz Universitetə aid olan ərazidə yerləşən qeyri-yaşayış sahəsinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 27 dekabr 2018-ci il tarixli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə Nəsimi rayonu, 719-cu məhəllədə, Azadlıq prospekti və D.Əliyeva küçələrinin kəsişməsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun mövcud istifadə vəziyyətində ayrılması üçün torpaq sahəsinin ölçülərinə dair çizgi (qırmızı xətt) sənədinə birmərtəbəli tikilinin yerləşdiyi ərazi birmənalı olaraq Universitetə aiddir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nizamnaməsinin 7.1-ci bəndinin 2-ci abzasına əsasən Universitet mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir. İPM-in 28.1ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Göstərilənlərə əsaslanaraq, məhkəmədən 2-1(81)-844/2019 saylı iş üzrə inzibati məhkəmə icraatına Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxs qismində cəlb olunması barədə qərardad çıxarılması xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “üçüncü şəxs qismində cəlb olunması barədə” ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2288/2021 saylı 26 avqust 2021-ci il tarixli qərardadı ilə ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli qərarına istinadən vurğulamışdır ki, Plenumun sözügedən qərarı baxımından birinci instansiya məhkəməsi tərəfindən qanuni qüvvəsini almış məhkəmə qərarına münasibətdə ərizəçinin hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının müəyyənləşdirilməsi istiqamətində hərtərəfli araşdırma aparılmamış, mütəxəssis (ekspert) rəyi alınmamış, dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsinin balans saxlayıcısı müəyyən edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(81)-844/2019 saylı qərardadı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “üçüncü şəxsin cəlb edilməsi barədə” ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra məhkəmənin 18 noyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmaqla və ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir: (1-ci sual) ünvan 2 ünvanındakı mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi; (2-ci sual) ünvan 2 ünvanındakı mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin hansı növ mülkiyyətdə (dövlət, bələdiyyə, xüsusi) olmasının müəyyən edilməsi; (3-cü sual) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən 2-ci tədris korpusunun yerləşdiyi torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi; (4-cü sual) Mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci tədris korpusunun yerləşdiyi torpaq sahəsinin üst-üstə düşməsinin müəyyən edilməsi; (5-ci sual) Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətindən ilkin torpaq ayırma və digər zəruri sənədlər tələb edilməklə torpaq sahəsinin bələdiyyələrə ayrılmış torpaq sahəsi hüdüdları daxilində olub-olmaması, belə olmadığı halda həmin torpaq sahəsinin 17 may 1961-ci il tarixdən hal-hazıradək olan dövrlər üzrə hansı dövlət qurumunun istifadəsində olmasının müəyyən edilməsi; (6-cı sual) “Azdövlətlayihə” tərəfındən verilmiş 25 avqust 1962-ci il tarixli layihə planının Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən halhazırkı tikililərlə uyğunluq təşkil etməsinin müəyyən edilməsi; (7-ci sual) ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarəyə verilmiş torpaq sahəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin balansında olan torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi; (8-ci sual) ünvan 2 ünvanında yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin korpusunun balansında olan torpaq sahəsinin hansı ölçüdə və sərhədlərdə olmasının müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 29 iyun 2022-ci il tarixli məktubu ilə qurumun ekspertinin hazırkı iş üzrə həmin tarixli 10/403 nömrəli ekspert rəyində aşağıdakılar bildirilir: (1-ci sual üzrə) ünvan 3 ünvanındakı mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin koordinatları 1) x - 402082.21, y - 4470321.75; 2) x - 402073.95, y - 4470319.10; 3) x - 402074.26, y - 4470317.94; 4) x - 402062.27, y - 4470313,75; 5) x - 402059.54, y - 4470322.37; 6) x - 402066.28, y - 4470324,68; 7) x - 402066.35, y - 4470324.35; 8) x - 402079.84, y - 4470328.87 müəyyən edildi; (2-ci sual üzrə) ünvan 3 ünvanındakı Oqtay Əliyevin mülkiyyətində olan tikilinin yerləşdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən 14 may 2019-cu il tarixli çıxarışına və Əmlak Məsələləri Dövlət Xidmətinin 5 noyabr 2021-ci il tarixli **********81 saylı məktubuna əsasən dövlət mülkiyyətindədir; (3-cü sual) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ünvan 4 ünvanında yerləşən 2-ci tədris korpusunun yerləşdiyi torpaq sahəsinin koorinatları 1) X=402063.1823, Y=4470312.9651; 2) X=402075.1565, Y=4470317.1970; 3) X=402074.7730, Y=4470318.2812; 4) X=402082.7870, Y=4470321.1136; 5) X=402080.4710, Y=4470327.6664; 6) X=402090.2520, Y=4470331.2000; 7) X=402092.8400, Y=4470332.0510; 8) X=402094.0310, Y=4470327.8038; 9) X=402139.6310, Y=4470365.9630; 10) X=402143.6159, Y=4470362.1404; 11) X=402146.0444, Y=4470354.2037; 12) X=402165.2904, Y=4470360.2262; 13) X=402166.2580, Y=4470357.0930; 14) X=402180.9912, Y=4470362.5721; 15) X=402181.3872, Y=4470361.4960; 16) X=402198.9420, Y=4470367.9394; 17) X=402210.1747, Y=4470337.3363; 18) X=402208.4849, Y=4470336.7160; 19) X=402208.7261, Y=4470336.0589; 20) X=402197.8366, Y=4470332.0617; 21) X=402197.5953, Y=4470332.7191; 22) X=402192.6198, Y=4470330.8929; 23) X=402152.3398, Y=4470313.6872; 25) X=402151.8989, Y=4470309.2060; 26) X=402148.3654, Y=4470309.0079; 27) X=402145.7327, Y=4470308.4871; 28) X=402143.9370, Y=4470307.9367; 29) X=402141.6119, Y=4470306.9650; 30) X=402139.4265, Y=4470305.7476; 31) X=402137.5795, Y=4470304.4432; 32) X=402136.5420, Y=4470303.5769; 33) X=402135.6470, Y=4470302.7374; 34) X=402131.7821, Y=4470306.0940; 35) X=402073.6594, Y=4470284.6257; 36) X=402064.7202, Y=4470308.8276 müəyyən edildi; (4-cü, 6-cı və 7-ci suallar üzrə) Bakı Şəhər XDS İK-nin (indiki Bakı ŞİH) arxiv fondu üzrə 17 may 1961-ci il tarixli 4 saylı protokoluna əsasən Əzizbəyov adına Neft və Kimiya İnstitutuna tikinti işlərinin aparılması üçün ayrılmış 0,35 ha torpaq sahəsi dair “Azdövlətlayihə” tərəfindən 25 avqust 1962-ci il tarixdə verilmiş layihə planına əsasən İddiaçı mülkiyyətində olan tikilinin altında yerləşdiyi torpaq sahəsi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci tədris korpusunun yerləşdiyi torpaq sahəsi üst-üstə düşmür. Eyni zamanda, İddiaçı istifadəsində olan torpaq sahəsi “Azdövlətlayihə” tərəfindən verilmiş 25 avqust 1962-ci il tarixli layihə planında göstərilən Əzizbəyov adına Neft və Kimya İnstitutuna tikinti işlərinin aparılması üçün ayrılmış 0,35 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir; (5-ci sual üzrə) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qərardadın bu sualı üzrə tədqiqat aparılmadı; (8-ci sual üzrə) XDS İK (indiki Bakı ŞİH) arxiv fondu üzrə 17 may 1961-ci il tarixli 4 saylı protokoluna əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci tədris korpusunun balansında olan torpaq sahəsi 0,35 ha təşkil etməklə, sərhədləri Lenin prospekti 23, 1 May 229, 331 nömrəli küçəsi və Stalin rayonunun 719 kv.m-nin kəsişməsində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ünvanlanmış 5 noyabr 2021ci il tarixli **********81 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ünvan 5 ünvanında yerləşən 2-ci tədris binasının həyətyanı ərazisində birmərtəbəli tikiliyə aid olan müqavilə və digər sənədlərin təqdim edilməsi barədə Universitetin müraciətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Qeyd edilən ünvanda yerləşən və vətəndaş İddiaçı tərəfindən inşa edilmiş 140,2 kv.m tikiliyə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-844/2019 saylı iş üzrə 4 fevral 2019-cu il tarixli qərarına əsasən sözügedən tikili üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq 14 may 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göstərilənlər əsasında İddiaçı ilə mülkiyyətində olan tikilinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinə dair icarə müqavləsi bağlanılmışdır. Eyni zamanda, 29 dekabr 2016cı il tarixli 02-278 nömrəli məktubda həmin tikiliyə dair qaldırılan məsələ ilə bağlı keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmış araşdırmanın nəticəsi barədə 26 yanvar 2017-ci il tarixli məktuba uyğun olaraq müvafiq sənədləri aidiyyəti üzrə təqdim edilir. Məktuba “tikinti işlərinin aparılması barədə” 5 yanvar 1996-cı il tarixdə Azərbaycan Dövlət Neft Akademiyası ilə “Məşəl-25” KM arasında bağlanmış müqavilə, “tikiləcək yardımçı anbar və inzibati binanın smetası”, plan əlavə edilmişdir. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qüvvəyə minənə qədər və ya yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. - Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 29 iyun 2022-ci il tarixli 10/403 nömrəli ekspertiza rəyində daşınmaz əmlakın dövlət reyestrində 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-844/2019 saylı iş üzrə 4 fevral 2019-cu il tarixli qərarı əsasında İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış qeyri-yaşayış obyektinin 1962-ci ildə səlahiyyətli qurum Bakı Şəhər XDS İK tərəfindən Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə) ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməməsi təsdiqini tapır. Nəzərə alınmalıdır ki, 29 iyun 2022-ci il tarixli ekspertiza rəyinin əsassızlığı ilə bağlı hər hansı xüsusat müəyyən edilməmişdir. Həmçinin qeyd edilmişdir ki, ərizəçinin istinad etdiyi Azərbaycan Dövlət Neft Akademiyası ilə İddiaçı rəhbəri olduğu “Məşəl-25” KM arasında bağlanmış 5 yanvar 1996cı il tarixli müqaviləyə gəldikdə isə, məhkəmə vurğulayır ki, hətta sözügedən müqavilənin əsli təqdim edilmiş olsaydı belə (kserosurəti rus dilində təqdim edilmişdir), mətnində əks olunmuş predmetinə münasibətdə onu bağlamaqda həmin dövrdə Azərbaycan Dövlət Neft Akademiyasının səlahiyyətli olub-olmamasından asılı olmayaraq, tərəflərin iradə ifadəsini bildirən bu müqavilə müvafiq qeyri-yaşayış obyektinin altındakı torpaq sahəsinin adıçəkilən Universitetin (əvvəlki ADN Akademiyasının) istifadəsində olan ərazi hüdudları daxilində yerləşməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(81)-844/2019 saylı iş üzrə 4 fevral 2019-cu il tarixli qərarı əsasında İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması müəyyən edilmir. Apellyasiya baxışı zamanı ərizəçinin nümayəndəsinin yenidən ekspertizanın təyin edilməsi barədə vəsatətinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Elm və X1 layihə əsasında ekspertiza keçirilmiş, ekspertiza əsasında “Azdövlətlayihə” tərəfindən 25 avqust 1962-ci il tarixdə verilmiş layihə planına əsasən İddiaçı mülkiyyətində olan tikilinin altında yerləşən torpaq sahəsi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci tədris korpusunun yerləşdiyi torpaq sahəsinin üst-üstə düşmədiyi, eyni zamanda, İddiaçı istifadəsində olan torpaq sahəsinin “Azdövlətlayihə” tərəfindən verilmiş 25 avqust 1962-ci il tarixli layihə planında göstərilən Əzizbəyov adına Neft və Kimiya İnstitutuna tikinti işlərinin aparılması üçün ayrılmış 0,35 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Odur ki, apellyasiya baxışı zamanı təqdim edilmiş 1961-ci il tarixli Bakı Şəhər Soveti Tikinti və X3 tərəfindən tərtib edilmiş plan-sxem (təsdiq edilməmişdir) əsasında yenidən ekspertizanın keçirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28, 80, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(81)-844/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar