Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3473/2023 01.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X14 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli, 2022 №-li qərarına əsasən Ləhiş Bağlar sahəsində 113 nömrəli BTK nəzdində ona ayrılmış 0,12 ha torpaq sahəsinin üzərində hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li Sərəncamı əsasında Ləhiş bağ massivi 113 №-li BTK nəzdində ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha ibarət olan 5887 saylı bağ-torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli, 2022 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 113 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5887 nömrəli bağ ona ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 03 iyun 2022-ci il tarixli cavabından da görünür ki, Ləhiş bağlar sahəsində ona bağ sahəsi ayrılmışdır. Ona məxsus bağın 0,12 ha torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin 28 iyul 2022-ci il tarixli imtina cavabı ilə ona qeyd olunan torpaq sahəsinin faktiki yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahəsinin ərazisinə uyğun gəldiyi və torpaq sahəsinə dair digər fiziki şəxsin idarəyə müraciəti daxil olduğu və idarənin arxiv qovluğunda saxlanılan xx.xx.2004-cü il tarixli akta əsasən təqdim edilmiş orderin ləğv olunaraq qeyd olunan torpaq sahəsinin X3 boş bağlar balansına keçirilməsinin məqsədəuyğun hesab edildiyi bildirilmişdir. Ləhiş bağlar sahəsində 1993-cü il tarixdə ona ayrılmış 0,12 ha torpaq sahəsi olan 5887 nömrəli bağ həmin vaxtdan hazırki vaxta qədər onun istifadəsindədir. Həmin torpaq sahəsinin X3 boş bağlar balansına keçirilməsi barədə bu vaxta qədər nə şifahi, nə də ki, yazılı məlumat verilməyib. Ona görə də cavabdehin verdiyi imtinasını əsassız sayır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li Sərəncamı əsasında Ləhiş bağ massivi 113 №-li BTK nəzdində İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 5887 saylı bağ-torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, daşınmaz əmlaka texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsinin faktiki yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən torpaq sahəsinin bir hissəsi 5888 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Həmçinin torpaq sahəsinə digər fiziki şəxsin (X11) idarəyə müraciəti daxil olmuşdur. Bundan əlavə, idarənin arxiv qovluğunda saxlanılan xx.xx.2004-cü il tarixli akta əsasən təqdim edilmiş order ləğv olunaraq qeyd olunan torpaq sahəsinin X3 boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bu barədə iddiaçıya **********17 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Həmçinin bildirilmişdir ki, təqdim edilən orderin arxiv nüsxəsi idarədə aşkar olunmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apellyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li sərəncamından çıxarışa əsasən, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən İddiaçı Nizaməddin qızına (Ləhic BTK 113 ) bağ tikinti kooperativinin tərkibində bağ sahəsinin ayrılması qərara alınmış, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi Ləhiş bağlar sahəsindəki 113 №-li Bağ Tikinti kooperativi tərəfindən verilmiş 5 №-li orderi ilə İddiaçı Nizaməddin qızına Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarili 2022 №-li qərarına əsasən Ləhiş bağlar sahəsində 113 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5887 №-li bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsinə dair xüsusi mülkiyyət hüqunun qeydiyyata alınması barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə nəticələnmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbini təmin edilməsi ilə yekunlaşan qərarının qanuni və əsaslı olmasını hesab edərək, məhkəmənin mövqeyilə razılaşır və öz mövqeyini aşağıda qeyd edilənlərlə əsaslandırır : İş materiallarında olan sənədlər: - Bakı şəhər İcra Hakimiyyətinin Z-39-11 №li 03 iyun 2022-ci il tarixli arxiv arayışının surətindən müəyyən olunur ki, “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li sərəncamından çıxarışa əsasən, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən İddiaçı Nizaməddin qızına (Ləhic BTK 113 ) bağ tikinti kooperativinin tərkibində bağ sahəsinin ayrılması qərara alınmışdır. -Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi Ləhiş bağlar sahəsindəki 113 №-li Bağ Tikinti kooperativi tərəfindən verilmiş 5 №-li orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Nizaməddin qızına Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarili 2022 №-li qərarına əsasən Ləhiş bağlar sahəsində 113 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5887 №-li bağ sahəsi ayrılmışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin 7-3966/17 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 2022 nömrəli qərarına əsasən İddiaçı Nizamədin qızına verilmiş orderin ləğv olunaraq, sözügedən torpaq sahəsinin X5 balansına keçirilibkeçirilməməsi barədə məlumat Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. -Bakı Şəhər İcra Hakimiyyətinin 7-6186/17 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilən orderlər və həmin orderlərin ləğv olunmasına dair qərar və sərəncamlar Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. - DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********13 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana vizual baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 0,12 ha, faktiki sahəsi isə 0,1278 ha təşkil edir (tikili yoxdur). Faktiki sahənin perimetrik ölçüləri və konfiqurasiyası sxematik xəritəyə uyğun deyil. Qonşu bağ sahələrinin nömrələrində ardıcıllıq yoxdur. Şimal qonşu 5886 saylı bağdır. Bağ sahəsinin ümumi sərhədli tam deyil. - **********13 saylı xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə olunmuş; xx.xx.2004-cü il tarixli aktın surətindən müəyyən olunur ki, aktı tərtib edənlər Bakı şəhər X3 Ləhic ərazisi üzrə böyük mühəndis M.Ə.Ağakişiyev, sahə mühəndisi T.Ə.Ələkbərov, sahə mühəndis F.Y.Rzayevin iştirakı ilə tərtib edirlər həmin aktı ondan ötrü ki, Ləhic ərazisində aparılan növbəti yoxlama - reyd zamanı 1989-1992-ci illər ərzində BTK-lar tərkibində vətəndaşlara paylanmış bir çox bağ sahələrinin istifadəsiz qalmasının, zibilxnalara çevrilərək antisanitariya yaranmasının şahidi olmuşdurlar. Həmin bağ sahələri sırasında 113 saylı BTK tərkibində 1-ci Alatava ev 28-də yaşayan X4 verilmiş 5868 saylı, Şirvani küçəsi, 1 mənzil 150-də yaşayan İddiaçı Nizaməddin qızına verilmiş 5887 saylı bağ sahəsi də qeyd olunmuşdur. - X7 ünvanlanmış Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********84 saylı 04 may 2016-cı il və 21 iyul 2016-cı il tarixli bildirişdə qeyd olunmuşdur ki, Sabunçu rayon Ləhiş bağ massivi ünvanında yerləşən 5886 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2016- cı il tarixli ərizəsinə baxılmışdır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq var. Belə ki, göstərilən bağ sahəsi öz həqiqi yerindən 20 m. aralı məsafədə yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. - X12 ünvanlanmış **********66 saylı xx.xx.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 5886 saylı bağ sahəsinin koordinatlarının müəyyən edilməsi barədə ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizəyə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, sözügedən bağ sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, tərəflərindən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. - DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********23 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 ha torpaq sahəsi olan 5886 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə X13 arasında xx.xx.2005-ci il tarixli, 36618 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilə və bağ sahəsinin 752.6 kv.m. ölçüdə qeydiyyata alınmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Ləhiş bağ sahəsi, 5886 saylı bağ sahəsi ünvanında yerləşən 0.0752 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X6 adına qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisində təsdiq edilmiş 4Ə- 494 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 708 nömrəli sərəncamın idarənin arxivində saxlanılan nüsxəsində X17 (siyahıda olduğu kimi) oğlunun adına Ləhiş bağ nömrə 5888 göstərilmişdir. Mövcud məlumat bazasına əsasən qeyd edilən sərəncam əsasında X9 ayrılması nəzərdə tutulmuş 5888 saylı bağ sahəsinə dair sənəd (müqavilə) arxiv qovluğunda aşkar olunmamışdır. (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar, bağ sahəsinin istifadəyə verilməsinə dair müqavilə, alqı-satqı müqaviləsi və ərizə məktuba əlavə olunmuşdur). - xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında qeyd olunmuşdur ki, Bakı şəhəri, Ləhiş bağ massivində 5887 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha, faktiki sahəsi 0,1278 ha, 78 kv. m. artıqdır. Bağ sahəsinin sərhədləri iki tərəfdən qonşu hasarla ayrılıb, bir tərəfdən mişar daşı ilə hasarlanıb, yol tərəfdən isə bir hissəsi mişar daşı ilə hasarlanıb qalan qismi isə şərtidir. Tikili yoxdur. - İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” **********17 saylı xx.xx.2022-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5887 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Qeyd olunan torpaq sahəsinin faktiki yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahəsinin ərazisinə uyğun gəlir. Həmçinin torpaq sahəsinə dair digər fiziki şəxsin idarəyə müraciəti daxil olmuşdur. Bundan əlavə, idarənin arxiv qovluğunda saxlanılan xx.xx.2004-cü il tarixli akta əsasən təqdim edilmiş order ləğv olunaraq, qeyd olunan torpaq sahəsinin X3 boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Tətbiq edilən hüquq normaları : Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan orpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.... Qeyd olunan hüquq normalarına nəzərən və iş materiallarına əsasən Kollegiya hesab edir ki, iddiaçı öz tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi tərəfindən tələbin təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyularaq düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin “qeyd olunan torpaq sahəsinin faktiki yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən torpaq sahəsinin bir hissəsi 5888 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir, həmçinin torpaq sahəsinə digər fiziki şəxsin (X11) idarəyə müraciəti daxil olmuşdur.” dəlili ilə bağlı Kollegiya ilk növbədə qeyd edir ki, sözügedən torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin (sərəncam,order) mötəbərliyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Həmin sərəncam və order hər hansı qaydada mübahisələndirilməmiş, hal-hazırda qüvvədədir. Eyni zamanda sxematik xəritədə hər hansı bir uyğunsuzluğun olması iddiaçının təqsiri deyil və həmin uyğunsuzluğun aradan qaldırılması cavabdehin vəzifələrinə aiddir. Bu hal iddiaçının hüquqlarının pozulmasına səbəb olmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. Həmçinin torpaq sahəsinə dair X6 müraciətinin olması bağlı cavabdehin gətirdiyi dəlil tamamilə əsassızdır və birinci instansiya məhkəməsi araşdırması zamanı qeyd edilən halla əlaqəli kifayət qədər araşdırma aparılmış və X6 məhkəmə icraatında üçüncü şəxs kimi iştirakına xitam verilmişdir. Belə ki, X6 birinci instansiya məhkəməsi araşdırması zamanı verdiyi izahatından görünür ki, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha ibarət olan 5887 saylı bağ-torpaq sahəsinə onun əvvəllər müraciəti olmuş, lakin əvvəllər Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha ibarət olan 5886 saylı bağ torpaq sahəsinin onun xüsusi mülkiyyətində olduğu daha sonra başqa fiziki şəxsə satdığını bildirərək, hal-hazırda mübahisə predmenti olan bağ torpaq sahəsilə bağlı heç bir iddiasının olmadığını bildirmişdir. İş materiallarında olan Məhkəmənin müvafiq sorğusuna əsasən, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********23 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 ha torpaq sahəsi olan 5886 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə X13 arasında xx.xx.2005-ci il tarixli, 36618 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilə və bağ sahəsinin 752.6 kv.m ölçüdə qeydiyyata alınmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Ləhiş bağ sahəsi, 5886 saylı bağ sahəsi ünvanında yerləşən 0.0752 ha torpaq sahəsi xx.xx.2019cu il tarixdə X6 adına qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-494 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli 708 nömrəli sərəncamın idarənin arxivində saxlanılan nüsxəsində X17 (siyahıda olduğu kimi) oğlunun adına Ləhiş bağ nömrə 5888 göstərilmişdir. Mövcud məlumat bazasına əsasən qeyd edilən sərəncam əsasında X9 ayrılması nəzərdə tutulmuş 5888 saylı bağ sahəsinə dair sənəd (müqavilə) arxiv qovluğunda aşkar olunmamışdır. Göründüyü kimi, hal-hazırda mübahisəli torpaq sahəsinə dair hər hansı digər şəxsin tələbi yoxdur və həmin torpaq sahəsinin faktiki olaraq digər torpaq sahəsi ilə üst-üstə düşmə halı müəyyən edilmir. Cavabdehin apellyasiya şikayətinin digər dəlilləri “idarənin arxiv qovluğunda saxlanılan xx.xx.2004-cü il tarixli akta əsasən təqdim edilmiş order ləğv olunaraq qeyd olunan torpaq sahəsinin X3 boş bağlar balansına keçirilməsinin məqsədəuyğun hesab edilməsi və təqdim edilən orderin arxiv nüsxəsinin idarədə aşkar olunmaması” ilə bağlıdır. Kollegiya bildirir ki, cavabdehin qeyd etdiyi aktda “orderin ləğv olunması məqsədəuyğun” hesab edilsədə, bununla bağlı sonradan hər hansı səlahiyyətli orqan tərəfindən qərar qəbul edilməmişdir. Hazırda torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər qüvvədədir. Orderin arxiv nüsxəsinin idarədə aşkar olunmamasına gəldikdə isə, iddiaçı həmin orderin arxivdə saxlanılmasına cavabdehlik daşımır. Bu səbəbdən də digər imtina əsasları və apellyasiya şikayətinin dəlilləri kimi, qeyd edilən dəlil də əsassızdır. İnzibati İcraat Haqqında Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların hər hansı biri müəyyən edilmədiyindən, əksinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən olunduğundan Kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3473/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3473/2023
01.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver