Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3474/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 3-cü şəxs qismində cəlb edilməklə "torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7880/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona icarə müqaviləsi əsasında 49 il müddətə istifadəsinə verilmiş Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava, M.Xiyabanı küç, 14 saylı binanın yaxınlığında yerləşən, 342 kv.m torpaq sahəsi üzərində olan mövcud icarə hüququnun qeydiyyata alınması vəzifəsinin və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 iyul 2015-ci il tarixdə icarəyə götürən kimi iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyətinin adından icarəyəverən qismində çıxış edən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1085 saylı icarə müqaviləsinə müvafiq olaraq Bakı şəhərində yerləşən 342 kv.m torpaq sahəsi, hər il 512 (beş yüz on iki) manat 18 qəpik icarə haqqı ödəmək şərti ilə 49 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 317 saylı sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2015-ci il tarixli, 18/03-8/3274 saylı, həmin idarənin xx.xx.2015-ci il tarixli 18/03-8/3094 saylı məktubları ilə razılaşdırılmış şəhərsalma əsaslandırılmaları nəzərə alınmaqla Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, 2-ci Alatava, M.Xiyabanı küç, 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m torpaq sahəsində razılaşdırılmış eskiz layihələrinə müvafiq olaraq İddiaçı tərəfindən ofis-ticarət obyektinin tikintisinin sənədləşdirilməsinə icazə verilmişdir. Aparılacaq tikintinin yerləşdiyi 0,0342 hektar ərazi sahəsi Baş plana müvafiq olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dəqiqləşdirilmiş, BŞİH-nin MŞBİ-nin xx.xx.2015-ci il tarixli 18/03- 8/2896-saylı məktubu ilə sahəyə dair cizgi planı tərtib edilmişdir. Həyata keçiriləcək tikintiyə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlətlayihə” DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması xx.xx.2015-ci il tarixli 18/03-8/3094 saylı məktubla razılaşdırılmışdır. Nəhayət Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Yasamal rayonu İcra Hakimiyyəti Başçısının adına ünvanlanmış xx.xx.2015-ci il tarixli, 18/03-8/3274 saylı məktubu ilə İddiaçı tərəfindən Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, 2-ci Alatava, M.Xiyabanı küç, 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m torpaq sahəsində ofis-ticarət obyektinin tikintisi ilə əlaqədar təqdim edilmiş memarlıq planlaşdırılmasının eskiz həlli razılaşdırılmaqla, aparılacaq tikinti işlərinin qüvvədə olan inşaat norma və qaydalarına uyğun olaraq aparılmaqla qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilməsi göstərişi verilmişdir. Həmin torpaq sahəsi artıq 8 ilə yaxındır ki, iddiaçının istifadə və sərəncamındadır. Lakin iddiaçının müqavilə əsasında 49 il müddətinə icarəyə verilmiş torpaq sahəsi üzərində olan icarə hüququnun qeydiyyata alınması barədə cavabdehə etdiyi xx.xx.2023-cü il tarixli ********** saylı müraciətinə cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-S-0139- **********7139 saylı imtinası ilə bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməmiş, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi yaşayış binaları ilə yol arasında qalan, ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə yerləşir, torpaq sahəsinə digər şəxsin müraciəti mövcud olmaqla yanaşı, torpaq sahəsinin bir hissəsinin digər şəxs tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7880/2023 saylı qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Etirazda qeyd edilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi yaşayış binaları ilə yol arasında qalan ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Eyni zamanda, göstərilən torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti mövcuddur. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin bir hissəsinin digər fiziki şəxs tərəfindən (metal tor çəpərlə sərhədlənib) istifadə edildiyi müəyyən olunmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, **********39 nömrəli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7880/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia təmin edilmiş və İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1085 saylı xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava (Yeni Yasamal-1 yaşayış sahəsi), M.Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m. olçüsü olan torpaq sahəsi üzərində iddiaçının 49 il müddətinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti imtina məktubuna uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7880/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdehin xx.xx.2023-cü il tarixli **********39 saylı məktubu ilə bildirilmişdir ki, “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, M.Xiyabani küçəsi, 14 saylı yaşayış binasının yaxınlığında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi yaşayış binaları ilə yol arasında qalan ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə yerləşir və torpaq sahəsinə digər şəxsin müraciəti mövcuddur. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin bir hissəsinin digər fiziki şəxs tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış S- 246 saylı, xx.xx.2014-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “Yasamal rayon İcra Hakimiyyətinə, Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, ev 41, mənzil 25-də yaşayan vət. İddiaçı müraciət edərək, Yeni Yasamal-1 yaşayış sahəsində, Xiyabani küçəsi, 14 saylı binanın yaxınlığındakı sahədə təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi əsasında ofıs-ticarət obyektinin tikintisinə razılıq verilməsini xahiş etmişdir. Yasamal rayon İcra Hakimiyyəti qeyd olunan ünvanda vət. İddiaçı tərəfindən təqdim olunmuş layihədə göstərilən sahədə ofis-ticarət obyektinin tikintisinə etiraz etmir və qaldırılmış məsələni Sizin müzakirənizə təqdim edir.” - İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1085 saylı xx.xx.2015-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, M.Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m. olçüsü olan torpaq sahəsi, hər il 512 (beş yüz on iki) manat 18 qəpik icarə haqqı ödəmək şərti ilə, 49 il müddətinə iddiaçının icarəsinə verilmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 317 saylı sərəncamından görünür ki, “Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma Baş idarəsinin xx.xx.2015-ci il tarixli, 18/03-8/3274 saylı, həmin idarənin xx.xx.2015-ci il tarixli, 18/03-8/3094 saylı məktubları ilə razılaşdırılmış şəhərsalma əsaslandırılmaları nəzərə alınmaqla Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, 2- ci Alatava, M.Xiyabanı küç, 14 saylı binanın yaxınlığında razılaşdırılmış eskiz layihəsində göstərilən sahədə vətəndaş İddiaçı Akif oğlu tərəfindən ofis-ticarət obyektinin tikintisinin sənədləşdirilməsinə icazə verilmişdir. Vətəndaş İddiaçı tapşırılsın ki, tikinti işlərinə başlamazdan əvvəl torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənədin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmasını təmin edilməsi qərara alınmışdır.” - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanlanmış 18/03-8/2896 saylı xx.xx.2015-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə daxil olmuş ərizənizə cavab olaraq, Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivi, M.Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında ofıs-ticarət obyektinin tikintisinin layihələndirilməsi üçün ayrılması nəzərdə tutulan 0,0342 ha torpaq sahəsinə dair tərtib olunmuş cizgi Sizə göndərilir.” - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş “İddiaçı, Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivi M.Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında, ofis və ticarət obyektinin tikintisinin layihələndirilməsi üçün nəzərdə tutulan torpaq sahəsinin ölçülərinə dair cizgi”dən görünür ki, torpaq sahəsinin ümumi sahəsi 0.0342 hektardır. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanlanmış 18/03-8/3094 saylı xx.xx.2015-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Sizin, daxil olmuş ərizənizi nəzərə alaraq, Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivi, M.Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsində tikintisi nəzərdə tutulan ofis-ticarət obyektinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi «Azər-dövlətlayihə» DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması razılaşdırılır.” - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış 18/03-8/3274 saylı xx.xx.2015-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Sizin, xx.xx.2014-cü il tarixli, S-246 saylı razılıq məktubunuzu və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli 18/03-8/3094 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılmasını nəzərə alaraq, vət. İddiaçı tərəfindən Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsində ofis-ticarət obyektinin tikintisi ilə əlaqədar təqdim olunmuş memarlıqplanlaşdırmasının eskiz həlli ("xxxx" MMC-nin işi, LBM Nuhbalayev Ə.) razılaşdırılır. Tikinti işlərinə başlamazdan əvvəl: obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır; sahədə aşkar olunmamış mühəndisi kommunikasiya xətləri qeydə alınarsa, onların sahədən çıxarılması aidiyyəti təşkilatlarla razılaşdırmaqla sifarişçinin vəsaiti hesabına həyata keçirilməlidir. Tikinti işləri qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə ciddi riayət olunmaqla Yasamal Rayon İcra Hakimiyyətinin nəzarəti altında aparılmalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilməlidir.” -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanlanmış 18/03-8/147 saylı xx.xx.2017-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Sizin, daxil olmuş xx.xx.2016-cı il tarixli ərizənizi nəzərə alaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli, 18/03-8/3274 saylı məktubu ilə Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsində ofis-ticarət obyektinin tikintisi ilə əlaqədar razılaşdırılmış memarlıq-planlaşdırmasının eskiz həlli layihəsinə əsasən təqdim olunmuş işçi layihəsinin memarlıq hissəsi (X3 işi) razılaşdırılır. Tikinti işləri qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə ciddi riayət olunmaqla aparılmalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilməlidir.” - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsisatkənar Dövlət Ekspertiza Baş İdarəsinə ünvanlanmış 18/03-8/268 saylı xx.xx.2017-ci il taixli məktubu ilə bildirilmişdir ki, “Vətəndaş İddiaçı Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, M.Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında ayrılmış torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisi məqsədilə icazənin verilməsi üzrə icraat çərçivəsində təqdim edilmiş tikinti layihəsini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-ci maddəsinə uyğun olaraq, ekspertizadan keçirilməsi üçün Sizə təqdim edirik. Tikinti layihəsini müvafiq qaydada ekspertizadan keçirilməsini və nəticəsinə dair ekspert rəyinin göndərilməsini təmin etməyinizi Sizdən xahiş edirik.” - Cavabdeh tərəfindən tərtib edilmiş iddiaçıya ayrılmış torpaq sahəsinin baş planından görünür ki, sahənin koordinatları müəyyən edilərək qeydlər edilmişdir: 1.ünvan dəqiqləşdirilməli, 2) ərazinin sərhədləri şərtidir və bir hissəsi dəmir torla əhatələnmişdir. Baş planda göstərilən torpaq sahəsinin şərti sərhədləri, ərizəçi tərəfindən idarəyə təqdim olunan BŞİH-nin MŞBİ-nin xx.xx.2015ci il tarixli 18/03-8/2896 saylı məktubuna əlavə olunan cizgi sxeminə və ərizəçinin göstərdiyi döngə nöqtələrinə əsasən tərtib olundu. 3) Kadastr, Yaşayış binalarının tam yaxınlığında olmaqla, yol kənarı ümumi istifadədə olan sahədə yerləşir; Sonuncu ortofotoya əsasən sahənin sərhədləri şərtidir. Yerləşməsi cizgiyə uyğun olub, Y/B-dan 4.45 m., 2.8 m., 2 m. aralı yerləşir.” - Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi TikintiPlanlaşdırma Mərkəzinin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 02/1157 nömrəli məktubu ilə bildirilmişdir ki, “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivi, M.Xiyabani küçəsi 14 nömrəli binanın yaxınlığında ofis-ticarət obyektinin torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsində qeydiyyata alınması barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, S- 50 nömrəli dərkənarı ilə daxil olmuş vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinə Ərazi Tikinti- Planlaşdırma Mərkəzində baxılmışdır. Bildiririk ki, qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq qeyri-yaşayış obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçirildiyindən, sözügedən məsələ ilə əlaqədar vətəndaş İddiaçı aidiyyəti üzrə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınmasını təmin etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanından müraciət daxil olduğu təqdirdə vətəndaşın ərizəsinə baxıla bilər.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. 707.1. İcarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır. 707.2. Müqavilə iştirakçılarından biri təsvirin tərtibində iştirakdan imtina etdikdə və ya tərtib zamanı mühüm ixtilaflar yarandıqda müqavilənin istənilən iştirakçısı tələb edə bilər ki, təsvir ekspert tərəfindən tərtib edilsin, amma torpağın icarəyə verildiyi vaxtdan doqquz aydan çox və ya icarə hüquq münasibətlərinə xitam verildiyi vaxtdan üç aydan çox keçdiyi hallar istisna təşkil edir. Belə hallarda tərəflərdən birinin iddiası üzrə ekspert məhkəmənin qərarı ilə məcburi qaydada təyin edilə bilər. Bununla əlaqədar əmələ gələn xərcləri müqavilənin hər iki iştirakçısı yarıbayarı çəkir. 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 710.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 51-ci maddəsinin 3-cü hissəsinə görə icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 51-ci maddəsinin 6-cı hissəsinə görə isə dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. 66-cı maddəsinin 2-ci hissəsinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış S-246 saylı, xx.xx.2014-cü il tarixli məktubundan göründüyü kimi iddiaçı Sadıqov X5 rayon İcra Hakimiyyətinə müraciət edərək, Yeni Yasamal-1 yaşayış sahəsində, Xiyabani küçəsi, 14 saylı binanın yaxınlığındakı sahədə təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi əsasında ofis-ticarət obyektinin tikintisinə razılıq verilməsini xahiş etmiş, Yasamal rayon İcra Hakimiyyəti qeyd olunan ünvanda iddiaçı tərəfindən təqdim olunmuş layihədə göstərilən sahədə ofis-ticarət obyektinin tikintisinə etiraz etməyərək qaldırılmış məsələni müzakirəyə təqdim etmişdir. Daha sonra iddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1085 saylı xx.xx.2015-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, M.Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m. olçüsü olan torpaq sahəsi, hər il 512 (beş yüz on iki) manat 18 qəpik icarə haqqı ödəmək şərti ilə 49 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015ci il tarixli 317 saylı sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma Baş idarəsinin xx.xx.2015-ci il tarixli, 18/03-8/3274 saylı, həmin idarənin xx.xx.2015-ci il tarixli, 18/03- 8/3094 saylı məktubları ilə razılaşdırılmış şəhərsalma əsaslandırılmaları nəzərə alınmaqla razılaşdırılmış eskiz layihəsində göstərilən sahədə iddiaçı tərəfindən ofis-ticarət obyektinin tikintisinin sənədləşdirilməsinə icazə verilmişdir. İddiaçıya tapşırılmışdır ki, tikinti işlərinə başlamazdan əvvəl torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənədin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmasını təmin etsin. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanlanmış 18/03- 8/2896 saylı xx.xx.2015-ci il tarixli məktubu ilə ofis-ticarət obyektinin tikintisinin layihələndirilməsi üçün ayrılması nəzərdə tutulan 0,0342 ha torpaq sahəsinə dair tərtib edilmiş cizgi göndərilmişdir. Həmin İdarənin iddiaçıya ünvanlanmış 18/03-8/3094 saylı xx.xx.2015ci il tarixli məktubu ilə bildirilmişdir ki, ofis-ticarət obyektinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi «Azər-dövlətlayihə» DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. X6 Rayon İcra Hakimiyyətinə ünvanlanmış 18/03- 8/3274 saylı xx.xx.2015-ci il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.2014-cü il tarixli, S246 saylı razılıq məktubunu və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli 18/03-8/3094 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılmasını nəzərə alaraq, iddiaçı tərəfindən torpaq sahəsində ofis-ticarət obyektinin tikintisi ilə əlaqədar təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həlli razılaşdırılmışdır, tikinti işləri qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə ciddi riayət olunmaqla Yasamal Rayon İcra Hakimiyyətinin nəzarəti altında aparılmalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilməlidir. Həmin İdarənin iddiaçıya ünvanlanmış 18/03-8/147 saylı xx.xx.2017-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli, 18/03-8/3274 saylı məktubu ilə torpaq sahəsində ofis-ticarət obyektinin tikintisi ilə əlaqədar razılaşdırılmış memarlıqplanlaşdırmasının eskiz həlli layihəsinə əsasən təqdim olunmuş işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmışdır. Həmin İdarənin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsisatkənar Dövlət Ekspertiza Baş İdarəsinə ünvanlanmış 18/03-8/268 saylı xx.xx.2017-ci il taixli məktubu ilə iddiaçıya ayrılmış torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisi məqsədilə icazənin verilməsi üzrə icraat çərçivəsində təqdim edilmiş tikinti layihəsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-ci maddəsinə uyğun olaraq, ekspertizadan keçirilməsi üçün təqdim edilərək tikinti layihəsinin müvafiq qaydada ekspertizadan keçirilməsi və nəticəsinə dair ekspert rəyinin göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş iddiaçıya ayrılmış torpaq sahəsinin baş planından görünür ki, sahənin koordinatları müəyyən edilərək qeydlər edilmişdir: 1.ünvan dəqiqləşdirilməli, 2) ərazinin sərhədləri şərtidir və bir hissəsi dəmir torla əhatələnmişdir. Baş planda göstərilən torpaq sahəsinin şərti sərhədləri, ərizəçi tərəfindən idarəyə təqdim olunan BŞİH-nin MŞBİ-nin xx.xx.2015- ci il tarixli 18/03-8/2896 saylı məktubuna əlavə olunan cizgi sxeminə və ərizəçinin göstərdiyi döngə nöqtələrinə əsasən tərtib olundu. 3) Kadastr, Yaşayış binalarının tam yaxınlığında olmaqla, yol kənarı ümumi istifadədə olan sahədə yerləşir; Sonuncu ortofotoya əsasən sahənin sərhədləri şərtidir. Yerləşməsi cizgiyə uyğun olub, Y/B-dan 4.45 m., 2.8 m., 2 m. aralı yerləşir. “X.Mustayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007- ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən maddə nəzərdə tutulmuş hallar hazırkı iş üzrə müəyyən edilməmiş və cavabdehin imtinası formal xarakter daşımışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7880/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7880/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3474/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3474/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver