Məhkəmə qərarları › İş №2-1(103)-3478/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3478/2022

18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3478/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X16 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X14, Üçüncü şəxs R.Tanırverdiyevin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər: X8, X9, X6) qarşı “order və sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8773/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraatlar : İddiaçı "xxxx" mənzil tikinti kooperativi 11 yanvar 2021-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (İddiaçı, X8, X9, X6, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatı MənzilKooperativ Təsərrüfatı İdarəsi maraqlı şəxslər qismində qeyd olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 və onun arvadı X1 Bakı şəhər İcra Hakimiyyətinə və MTK-ya ünvanlanmış 06 may 2015-ci il tarixli ərizələri nəzərə alınaraq, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzilinə (təzə qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m2) dair R.Tanırverdiyevin adına verilmiş order və orderin verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyətinin 57 saylı sərəncamının 06 may 2015-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin İddiaçı 11 yanvar 2021-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı ("xxxx" MTK, X8, X9, X6, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatı MKTİ maraqlı şəxslər qismində qeyd olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən X4 və 3 nəfər ailə tərkibi olmaqla Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzilinə (təzə qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m2) dair 23 mart 2006-cı il tarixli, 010734 saylı orderin və həmin orderin verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyətinin 57 saylı sərəncamının 06 may 2015-ci il tarixdən etibarən qüvvədən düşmüş hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3475/2021 №li xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə ("xxxx" MTK, X8, X9, X6, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatı MKTİ maraqlı şəxslər qismində qeyd olunmaqla) qarşı “mənzilə dair orderin və onun verilməsinə əsas olan sərəncamın qüvvədən düşmüş hesab olunması” tələbinə dair 2-1(112)-3475/2021 saylı iş üzrə məhkəmə icraatının Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MTKnın Bakı şəhər İcra Hakmiyyətinə (İddiaçı, X8, X9, X6, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatı MKTİ maraqlı şəxslər qismində qeyd olunmaqla) qarşı “order və sərəncamın qüvvədən düşmüş hesab olunması” tələbinə dair 2-1(112)-3480/2021 saylı inzibati iş üzrə icraata birləşdirilməsi qərara alınmışdır. 07 iyul 2021-ci il tarixdə İddiaçı məhkəməyə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11 H nömrəli evin 10 saylı mənzilinə dair R.Tanırverdiyevin adına verilmiş order və orderin verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyətinin 57 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir. Həmçinin 07 iyul 2021-ci il tarixdə "xxxx" MTK ərizə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın Bakı şəhər İcra Hakimiyyətinə qarşı mənzilə dair orderin və sərəncamın qüvvədən düşmüş hesab olunmasına dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3480/2021 №li xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK-nın Bakı şəhər İcra Hakimiyyətinə qarşı mənzilə dair orderin və sərəncamın qüvvədən düşmüş hesab olunmasına dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması, iddiaçı "xxxx" MTK-ya münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 22 iyul 2021-ci il tarixdə İddiaçı məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11 H nömrəli evin 10 saylı mənzilinə dair R.Tanırverdiyevin adına verilmiş order və orderin verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyətinin 57 saylı sərəncamının etibarsız hesab olunmasını xahiş etmişdir. Bundan sonra 23 iyul 2021-ci il tarixdə İddiaçı məhkəməyə təqdim etdiyi ərizədə, 22 iyul 2021-ci il tarixdə verilmiş iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə (Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11 H nömrəli evin 10 saylı mənzilinə dair R.Tanırverdiyevin adına verilmiş order və orderin verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyətinin 57 saylı sərəncamının etibarsız hesab olunmasına dair) ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3480/2021 №li xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11 H nömrəli evin 10 saylı mənzilinə dair R.Tanırverdiyevin adına verilmiş order və orderin verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyətinin 57 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3480/2021 №li xx.xx.2021-ci il tarixli qərardadından narazı qalan İddiaçı Bakı Apellyasiya Məhkəməsinə şikayət verərək, qərardadın ləğv olunmasını və iddiaya mahiyyəti üzrə baxılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-281/2022 saylı 08 aprel 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3480/2021 №li xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi, işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8773/2022 saylı , xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, qərardadın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın hüquqi varisi olduğu "xxxx" MMC tərəfindən inşa edilən və ünvan 3 ünvanında yerləşən (indiki ünvan 4aqlı ümumi sahəsi 154 kv. metr olan yaşayış sahəsi xx.xx.2015-ci il tarixdə X8 adlı şəxsə müqavilə əsasında məxsus olmuş, həmin şəxslə aramızda olan pul-öhdəlik münasibətlərinə görə bu öhdəliyin həlli nəticəsində mənə olan 705.000 ABŞ dolları borcun bir qisminin , daha dəqiq desəm, 305 000 ABŞ dolları əvəzinə R.Tanırverdiyev özünə məxsus Bakı şəhəri Xətai rayonu Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 nömrəli mənzili mənim adıma notariatda pay haqqından imtina etməklə rəsmiləşdirilmiş, və sonradan mənimlə yeni borcun etirafı müqaviləsi bağlamışdır. R.H.Tanırverdiyev mənə heç bir məlumat vermədən qanundakı boşluğun verdiyi imkanlardan sui-istifadə edərək, guya mənzilin Orderini itirdiyi barədə qəzetdə elan dərc etdirib Orderin dublikatını Bakı şəhəri İcra Hakimiyyətindən alaraq, mənzili öz adına qanunsuz özəlləşdirmiş və aradan çıxarmaq məqsədilə övladı X5 adına keçirdərək bir qədər sonra əmlakı dostu X15 guya 150 000 manata formal olaraq (özgəninkiləşdirmişdir) satmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs R.Tanırverdiyevin nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2021-ci il tarixli 7-153/17 №li məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının protokolunun təsdiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 57 saylı sərəncamından çıxarışdan müəyyən olunur ki, qeyd olunan sərəncamla Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının “1.20. "xxxx" MTK-nın üzvü X4 orderin verilməsi barədə...Komissiyanın “Razılıq verilməsi”ni qərara aldığı” xx.xx.2006-cı il tarixli 2B №li protokolunun təsdiq edilməsi qərara alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 57 saylı sərəncamına əsasən ailə tərkibi 3 nəfərdən (özü, arvadı və oğlu) ibarət X4 ünvan 7-a dair yaşamaq üçün 23 mart 2006-cı il tarixli 010734 №li order verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2021-ci il tarixli 23/14-03 №li məktubu ilə məhkəməyə "xxxx" MTK tərəfindən təqdim edilmiş sənədlər əsasında ünvan 5 ünvana dair X2 adına Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 010734 №li 23 mart 2006-cı il tarixli orderin verilməsinə əsas olan sənədlər kimi məhkəməyə aşağıda sadalanan sənədlər təqdim olunmuşdur: - "xxxx" MTK üzvlərinin xx.xx.2006-cı il tarixli ümumi yığıncağının 65 №li protokolu. - "xxxx" MTK-nın payçılarının xx.xx.2006-cı il tarixdə keçirilmiş ümumi yığıncağının 66 saylı protokolu. - "xxxx" MTK tərəfindən S.Vəzirov küçəsi, 1154-cü məhəllə, 11 F ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binanın 1-ci girişində, 3-cü mərtəbəsində ümumi sahəsi 154,0 kv. metr olan 10 saylı mənzilin pay dəyərinin X8 tərəfindən tam ödənilməsinə dair sonuncuya verilmiş 94 №li xx.xx.2006-cı il tarixli maliyyə arayışı. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 57 saylı sərəncamı ilə təsdiq olunmuş Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın xx.xx.2006-cı il tarixli 2B №li protokolu. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********01 №li məktubu ilə Bakı şəhəri, Xətaai rayonu, S.Vəzirov küçəsi, ev 11H, 10 saylı mənzilə dair X2 adına verilmiş RX seriyalı ******* №li çıxarışın verilməsinə əsas olmuş sənədlər kimi məhkəməyə aşağıda sadalanan sənədlər təqdim olunmuşdur: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 57 saylı sərəncamına əsasən ailə tərkibi 3 nəfərdən (özü, arvadı və oğlu) ibarət X4 ünvan 7-a dair yaşamaq üçün 23 mart 2006-cı il tarixdə verilmiş 010734 №li orderin “Dublikat”ı; - X9 və X6 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş ərizələr; - “Asan 2” tərəfindən xx.xx.2016-cı il tarixdə ünvan 7 ünvanına dair verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayış. - "xxxx" MTK üzvlərinin iclasının 56 saylı xx.xx.2015-ci il tarixli protokolundan çıxarışdan görünür ki, X2 ərizəsinə əsasən MTK üzvlüyündən azad edilmiş və Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 11h ünvanda 1-ci giriş, 3-cü mərtəbə, yaşayış sahəsi 158,0 kv. metr olan, 4 otaqlı 10 saylı mənzil və pay haqqı X2 adından vətəndaş İddiaçı adına keçirilmiş və o, kooperativə üzv qəbul edilmişdir. - X2 xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsində, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli № 010734 №li orderə əsasən ona məxsus Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ev 11H, giriş 1, mərtəbə 3, 83.1 kv. m. 4 otaqlı, 10 №li mənzilini Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 7 mənzil 54-də yaşayan İddiaçı satdığını, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli № 010734 №li orderin ləğv edilməsini istədiyini bildirmiş və ünvan 11 ünvanında yerləşən 83.1 kv. metr, 4 (dörd) otaqlı mənzilin Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 7 mənzil 54-də yaşayan İddiaçı (Ş\V AZE ******** ASAN 1 xx.xx.2013) adına rəsmiləşdirilməsini, bütün hüquq müəyyənedici sənədlərin onun adına verilməsini xahiş etmiş, ünvan 11 ünvanında yerləşən 83.1 kv. metr 4 (dörd) otaqlı mənzilə dair hər hansı iddia, etiraz və tələbinin olmadığını və həmin mənzilin İddiaçı məxsus olduğunu bildirmişdir. X3 xx.xx.2015-ci il tarixdə notarial qaydada verdiyi ərizə əsasında "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 11h ünvanda 1 giriş, 3 mərtəbə, yaşayış sahəsi 158,0 kv. metr olan, 4 otaqlı 10 saylı mənzilə dair müqavilə bağlanmışdır. İşin hallarından görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının protokolunun təsdiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 57 saylı sərəncamının və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 57 saylı sərəncamına əsasən ailə tərkibi 3 nəfərdən (özü, arvadı və oğlu) ibarət X4 ünvan 7-a dair yaşamaq üçün verilmiş 23 mart 2006-cı il tarixli 010734 №li orderin ləğvini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Başqa sözlə, iddiaçı inzibati orqanın hər hansı hərəkət və ya hərəkətsizliyinin onun hüquq və qanuni maraqlarını konkret hansı hallarda pozduğunu mötəbər dəlillər və hüquqi faktlarla əsaslandırmalıdır. Sadalananları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə barəsində sərəncam və order verilən mənzil MTK tərəfindən İddiaçı adına xx.xx.2015-ci il tarixdə müqavilə ilə rəsmiləşdirilmiş, mübahisələndirilən sərəncam xx.xx.2006-cı il tarixdə, order isə 23 mart 2006-cı il tarixdə verilmişdir. Belə olan halda, iddiaçının mülkiyyətinə 2015-ci ildə verilmiş bir mənzil üzrə 9 il əvvəlki 2006-cı il tarixə qəbul edilmiş 57 saylı sərəncam və əsasında verilmiş 010734 №li order iddiaçının hüquqlarını və ya qanunla qorunan maraqlarını pozmuş olmalı, həmin hallar isə iddiaçı tərəfindən əsaslandırılmalı və məhkəmə baxışı zamanı öz təsdiqini tapmalıdır. Hazırki işin halları araşdırılan zaman aydın olur ki, X2 Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ev 11H, giriş 1, mərtəbə 3, 83.1 kv. m. 4 otaqlı, 10 №li mənzilə dair hüquqlarını müəyyən edən sənədlər xx.xx.2006-cı il tarixli, 57 saylı sərəncam və xx.xx.2006-cı il tarixli 010734 №li order olmuşdur. Yalnız R.Tanrıverdiyev həmin order əsasında ona məxsus olan mənzili İddiaçı satdıqdan və bu səbəblə mənzilə dair hüquqlarından imtina etməsi və bütün hüquq müəyyənedici sənədlərin İddiaçı adına rəsmiləşdirilməsinə dair iradə ifadəsini notarial qaydada təsdiqlənmiş ərizə ilə ifadə etdikdən sonra Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ev 11H, giriş 1, mərtəbə 3, 83.1 kv. m. 4 otaqlı, 10 №li mənzil MTK tərəfindən İddiaçı adına rəsmiləşdirilmişdir. Ardıcıllığı izləyən zaman aydın olur ki, hazırki iddia tələbi üzrə İddiaçı xx.xx.2006-cı il tarixli, 57 saylı sərəncam və xx.xx.2006-cı il tarixli 010734 №li orderin ləğvini tələb edərkən, faktiki olaraq 2015-ci ildə mübahisəli mənzilə dair hüquqların ona satılmasına və adına rəsmiləşdirilməsinə əsas olmuş hüquqi faktları mübahisələndirmiş olur. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya qeyd edir ki, mübahisələndirilən xx.xx.2006-cı il tarixli, 57 saylı sərəncam və xx.xx.2006-cı il tarixli 010734 №li orderin hər hansı qaydada İddiaçı hüquqlarını pozması və ya maraqlarına toxunması halı müəyyən edilmir, əksinə həmin sənədlər iddiaçının pozitiv hüquqlar əldə etməsinə əsas olmuşdur. Əlavə olaraq kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun reallaşdırılması həmçinin, iddia tələbinin qanunla müəyyən edilmiş prosessual müddətlərə əməl edilməklə qaldırılmış olması şərti ilə məhdudlaşdırılmışdır. AR İPM-in 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Birinci instansiya məhkəməsi iddianın qeyri-mümkünlüyünə dair nəticəsini əsaslandırarkən, həmçinin iddia müddətinin ötürülməsi məsələsinə toxunmuş və düzgün olaraq müəyyən etmişdir ki, İddiaçı hazırda mübahisələndirilən sərəncamdam və orderdən 2018-ci il tarixdə rəsmi qaydada məlumatı olmuşdur. İş materiallarında olan İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti Bakı şəhəri Ərazi İdarəsinə, X4, X7 və X15 qarşı ("xxxx" MMM, "xxxx" MTK, Bakı şəhəri 2 saylı “ASAN Xidmət” Mərkəzində notariat kontoru və Bakı şəhər 50 saylı Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) özəlləşdirmənin, bağışlama və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi tələbinə dair, iddiaçı X5 cavabdehlər İddiaçı, "xxxx" MMM-ə və "xxxx" MTK-ya qarşı “Müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı, "xxxx" MMM-ə və "xxxx" MTK-ya qarşı “müqavilənin və ərizənin etibarsız hesab edilməsi” tələblərinə dair iddia ərizələri üzrə mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin çıxartdığı 2(005)-130/2018 №li xx.xx.2018-ci il tarixli qətnaməsi ilə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 57 nömrəli, xx.xx.2006-cı il tarixli Sərəncamına əsasən verilmiş xx.xx.2006-cı il tarixli, 010734 saylı orderin surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11H saylı evin, 10 nömrəli mənzili ailə tərkibi 3 nəfər olmaqla X4 verilmişdir. İşdən aydın olur ki, Nərimanov Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsində, həmin məhkəmənin qətnaməsi isə kassasiya instansiyası məhkəməsində mübahisələndirilmişdir. Göründüyü kimi, işin qeyd edilən faktiki halı iddiaçı tərəfindən hazırki iddia tələbinin qaldırılması üçün prosessual müddətin ötürülmüş olmasını təsdiq edir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isəqanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8773/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cəmilova Xəyalə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar