Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-348/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının vəkili X6, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Xüsusi X2rşı pensiya tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2805/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı x xxxx 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2805/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2805/2019 saylı qərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından olan: - AZE seriyalı 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, x xxxx 1962-ci il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2 nömrəli Yataqxanadır. - “X15” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş x xxxxx 2019-cu il tarixli 37 nömrəli arayışda aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı həqiqətən “X15” X4 və Əsaslı Təmir sexində xx xxxxxx 2016-cı il tarixdən hal-hazıradək qazmaçı köməkçisi vəzifəsində çalışır. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında təsdiq edilmişdir. - İddiaçı 1977 – 1980-ci illərdə Göyçay rayon 106 nömrəli X18 Məktəbində oxumuş və ona xx xxxxxx 1980- ci il tarixli B seriyalı 131183 nömrəli diplom verilmişdir. - İddiaçı 1984-cü ilin sentyabr ayından 1985-ci ilin iyul ayınadək Bakı şəhəri 1 nömrəli X18 Məktəbində təhsil almış və ona xx xxxx 1985-ci il tarixli 753092 nömrəli diplom verilmişdir. - AR Dövlət Neft Şirkəti (SOCAR) “X14” Trestinin xx xxxxx 2019-cu il tarixli arxiv arayışında aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı həqiqətən X16 X3 X10 və “Qum adası” Dəniz X10 işləmişdir. ARDNŞ-ın xx xxxx 2007-ci il tarixli 51 saylı və xx xxxx 2007-ci il tarixli 60 saylı əmrləri ilə “X14” Tresti yaradılmışdır. Abşeron Qİİ və “Qum adası” Qİİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi ARDNŞ “X14” Trestinin tabeliyinə verilmişdir. ARDNŞ-nin xx xxxxxx 2010-cu il tarixli 148 saylı əmri ilə “Qum adası” X17 İdarəsi yenidən təşkil edilərək, onun maddi-texniki bazasında birbaşa Trestə tabe olan hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Qamaservis və Logistika İdarəsi yaradılmışdır. “X14” Trestinin x xxxxxx 2012-ci il tarixli 82 saylı əmrinə əsasən Qobustan KQİİ qazma sexi kimi x xxxxxxxx 2012-ci il tarixdən Abşeron Qİİ-nin tərkibinə verilmişdir. ARDNŞ-nın xx xxxxxx 2013-cü tarixli müvafiq əmrinə əsasən “X14” X11 İşləri İdarəsi ləğv olunaraq X5 bölümü kimi fəaliyyət göstərir. xx xxxx 1985-ci il tarixdən xx xxxxxxxx 1988-ci il tarixədək Abşeron Qİİ-də 4-cü dərəcəli qazmaçı köməkçisi işləmiş, xx xxxxxxxx 1988-ci il tarixdən 6-cı dərəcəli qazmaçı vəzifəsinə keçirilmiş və xx xxxxxx 1989-cu il tarixədək həmin vəzifədə işləmiş, xx xxxxxx 1989-cu il tarixdə işlən azad edilmiş, xx xxxx 1990-cı il tarixdən x xxxxxx 1991-ci il tarixədək həmin İdarədə 5-ci dərəcəli qazmaçı köməkçisi vəzifəsində işləmiş, x xxxxxx 1991-ci il tarixdə 6-cı dərəcəli qazmaçı vəzifəsinə keçirilmiş, xx xxxxxx 1993-cü il tarixdən Buruq avadanlığı təmiri sexinə 5-ci dərəcəli qazmaçı vəzifəsinə keçirilmiş və xx xxxxxx 2007-ci il tarixədək həmin vəzifədə işləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Əvvəllər (x xxxxxx 2006-cı il tarixədək) qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v”) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ”) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Qeyd olunmalıdır ki, AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahında hazırkı iddiaçının ümumilikdə 12 il 6 aydan artıq işlədiyi “qazmaçı” və “buruq avadanlıqlarının təmiri üzrə çilingər” peşələri “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa)” bölməsində 2130100a – 11297 (neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları) və 21301001a – 18559 (bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingər) kodları ilə nəzərdə tutulmuşdur. Məhkəmə vurğulayır ki, İddiaçı məxsus diplomlarda (2 texniki peşə məktəbində təhsil alması barədə), hərbi biletdə və əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan DSMF Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən sübuta yetirilmədiyindən, həmin qeydlərdəki məlumatlar mötəbər sayılır. Qeyd olunanların məcmusunda məhkəmə icraatında müəyyən olunur ki, 2006-cı ilin yanvar ayının 1-dək iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə iş stajına malik olan və x xxxx 2019-cu il tarixdə 57 yaşı tamam olan şəxs kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən həmin tarixdə (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsindənəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh AR ƏƏSMN yanında DSMF-nin X8 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2805/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-348/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-348/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver