Məhkəmə qərarları › İş №2-1(103)-3480/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3480/2025

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̈Respublikası̈adından Qərar Bakı̈şəhəri İş̈№̈2-1(103)-3480/2025 06.05.2026 BAKÏAPELLYASIYÄMƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı, Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı̈ApellyasiyäMəhkəməsinin̈İnzibatïkollegiyası Hakimlər̈Ağalarov̈Həmid̈Azər̈oğlunun̈sədrliyïvə̈məruzəsïilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə̈iclasının̈katibïŞirinoväLamiyə̈Fehruz̈qızının̈katibliyïilə, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı, Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı̈qaydasındäbaxaraq̈aşağıdakı̈qərarı̈qəbul̈etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən ##.##.2004cü il tarixli, ** nömrəli qərarla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres dəniz̈kənarının̈hüdudları̈daxilində̈1200̈kv.m.̈torpaq̈sahəsïayrılmışdır. İddiaçı İddiaçı Bakı şəhər Şüvəlan Bələdiyyəsinin 2004-cü il ## ###### tarixli ** nömrəli qərarı ilə, iddiaçıya satılmış sahəsi 1200 kv.m olan torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciət, torpaqların elektron kadastrı uçotu informasiya sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmaması və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin̈qərarınäistinad̈olunmaması̈əsası̈ilə̈təmin̈edilməmişdir. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Şüvəlan Bələdiyyəsinin 2004-cü il ## ###### tarixli ** nömrəli qərarı ilə iddiaçıya satılmış, hal-hazırda istifadəsində olan, Bakı şəhəri, Əzizbəyov, Şüvəlan, Şimal Dres dəniz kənarı hüdudları daxilində yerləşən 1200 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin̈üzərinə̈qoyulması̈barədə̈qərar̈qəbul̈edilməsinïxahiş̈etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-cı il qərardadı ilə, iş üzrə Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb̈edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Şüvəlan Bələdiyyəsinin 2004cü il ## ###### tarixli ** nömrəli qərarı ilə Azərbaycan Respublikasının “Torpaq Məcəlləsi”nə “Torpaq İslahatı haqqında” “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”-na və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq iddiaçıya torpaq sahəsinin verilməsi haqqında qərarın 2-ci bəndinə uyğun olaraq, Şüvəlan qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində alqısatqı predmeti olan 1200 kv.m torpaq sahəsi bağ kimi istifadə etmək məqsədi ilə ona satılmışdır. Sözügedən torpaq sahəsini almaq üçün üçün 16000000 (on altı million) manat məbləğində pul ödəmişdir. Buna baxmayaraq, hal-hazırda istifadəsində olan, Bakı şəhəri, Əzizbəyov, Şüvəlan, Şimal Dres dəniz kənarı hüdudları daxilində yerləşən 1200 kv.m torpaq sahəsi dövlət reyestrində qeydə alınmamışdır. Bakı şəhər Şüvəlan Bələdiyyəsinin 2004-cü il ## ###### tarixli ** nömrəli qərarı ilə, “Torpaqların alqı-satqısına dair akt” əsasında iddiaçıya satılmış olan, sahəsi 1200 kv.m olan torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar olaraq tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. Müraciətinə ##.##.2025-ci il tarixli, belə məzmunlu imtina məktubu gəlmişdir: Müraciətinizlə əlaqədar olaraq, bildiririk ki, torpaqların elektron kadastrı uçotu informasiya sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Bundan başqa torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənədlər (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövləẗqeydiyyatından̈imtinäedilmişdir”. Cavabdeh və üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim̈etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiärədd̈edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən, sənədin arxivdən arayışın təqdim edilmədiyini səbəb kimi göstərmişdir. Bu səbəb əsassızdır. Şüvəlan Bələdiyyəsi ümumiyyətlə arxivə sənəd göndərməmişdir. Arxivi özlərindədir. Buna görə Milli Dövlət Arxivində bu barədə məlumat aşkar edilməmişdir. Vətəndaş qanuni olaraq alqı-satqı edərək, pul ödəyərək, bələdiyyə qərarı əsasında torpaq almış və 19 ildir heç bir mübahisə olmadan həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirir. Vətəndaşda qərar, alqı-satqı müqaviləsi, ödəniş qəbzlərïvə̈yerləşmə̈sxemïvardır.̈ Apellyasiya icraatı zamanı ##.##.2026-cı il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının protokol qaydasında qəbul etdiyi qərardadla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, cavabdeh cavabdeh1 * saylı Bakı̈Ərazïİdarəsïhüquq̈varisïcavabdeh1̈ilə̈əvəz̈edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin̈iştirakı̈olmadan̈baxılmasını̈mümkün̈hesab̈etmişdir ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə̈baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir,̈şikayətin̈mümkün̈sayılmaması̈üçün̈əsaslar̈yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün̈hesab̈edilir.̈ Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə̈icraatı̈qaydasındäbaxılmalıdır.̈̈ İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası̈haqqındäiddia)̈inzibatïməhkəmə̈icraatı̈qaydasındäbaxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə̈yönəlməyən)̈müəyyən̈hərəkətlərin̈edilməsinïtələb̈edə̈bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsïyaranmışdır.̈ Faktiki hallar və sübutlar: İş̈materiallarındäolan̈və̈məhkəmə̈baxışındätədqiq̈edilmiş: Bakı şəhər Şüvəlan Bələdiyyəsinin 2004-cü il ## ###### tarixli ** nömrəli qərarının surətinə əsasən, Azərbaycan Respublikasının “Torpaq Məcəlləsi”-nə “Torpaq İslahatı haqqında” “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”-na və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Binəqədi Rayonu Binəqədi qəsəbəsinin ərazisi hüdüdları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. İş materiallarına torpaqların̈alqı-satqısınädair̈akẗvə̈torpaq̈sahəsinin̈cizgisïəlavə̈edilmişdir; Məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı # ##### 2025-ci il tarixli *-**-*F/*-***/**** saylı məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir;̈ Məhkəmənin sorğusuna əsasən cavabdehin *-**-*-**/*-*****/**** saylı ## ### 2025ci il tarixli məktubu ilə torpaq sahəsinin müayinə aktının, ortofotosunun, koordinatlarının və sxematik xəritəsinin, həmçinin həmin torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə̈dair̈sənədlərin̈təsdiqlənmiş̈surətlərïməhkəməyə̈təqdim̈edilmişdir. Apellyasiyäicraatı̈zamanı̈verilmiş̈sorğularäcavab̈olaraq: Bakı şəhəri Şüvəlan Bələdiyyəsinin ##.##.2026-cı il tarizli, ** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Şüvəlan bələdiyyəsi tərəfindən ##.##.2004-cü il tarixli, ** saylı qərarla 1200 kv.m. torpaq sahəsi ayrılmışdır.1999-cu ildə keçirilən bələdiyyə seçkilərindən sonra yerquruluşu sənədləri hazırlanaraq dövlət torpaqlarının bir hissəsi bələdiyyələrin balansına verildi. Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikasının qanunu-bələdiyyələrə verilən torpaq sahələrinin siyahısı və hüdudları təsdiq edildi.Vətəndaş İddiaçı ayrılan torpaq sahəsi də bələdiyyə torpağıdır.Dövlət mülkiyyətində olan əmlak və torpaq sahələrinin xəritəsi Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi idarəsində saxlanılır.Lakin Şüvəlan bələdiyyəsinə aid olan situasiya planı, xəritə bələdiyyəyə təhvil verilməmişdir.Şüvəlan bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin qərar və ona əlavə olunmuş sənədlərin təsdiq olunmuş sənəd surətləri məhkəməyə təqdim̈olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə̈13.̈Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə̈olunur. ... Maddə̈29.̈Mülkiyyəẗhüququ İ.̈Hər̈kəsin̈mülkiyyəẗhüquqüvardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusïmülkiyyəẗhüquqüqanunläqorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə̈2.̈Daşınmaz̈əmlakähüquqların̈dövləẗqeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin̈dövləẗtərəfindən̈tanınması̈və̈təsdiq̈edilməsïbarədə̈hüquqïaktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində̈(bundan̈sonrä-̈dövləẗreyestri)̈aparılır. 2.3.̈Daşınmaz̈əmlak̈üzərində̈qeydiyyatäalınmış̈hüquq̈mübahisələndirilə̈bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə̈3.̈Daşınmaz̈əmlakähüquqların̈qeydiyyatı̈haqqındäqanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqïaktlardan̈ibarətdir. ... Maddə̈8.̈Daşınmaz̈əmlak̈üzərində̈hüquqların̈dövləẗqeydiyyatı̈üçün̈əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı̈üçün̈aşağıdakılar̈əsas̈hesab̈olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasınädair̈qəbul̈olunmuş̈aktlar; ... Maddə̈15.̈Hüquqların̈dövləẗqeydiyyatından̈imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövləẗqeydiyyatınäalınmalı̈deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə̈uyğun̈deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs̈müraciəẗetdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak̈üzərində̈hüquqädair̈sərəncam̈vermək̈səlahiyyətinə̈malik̈olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasınäsəbəb̈olan̈hallar̈aradan̈qaldırılmadıqda. ... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada): 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati ərazilərïdaxilində̈səlahiyyətlərïaşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlaräsahiblik,̈onlardan̈istifadə̈və̈onlar̈barədə̈sərəncam̈vermək; ... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyin alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının̈MillïMəclisïtərəfindən̈təsdiq̈edilən̈əsasnamə̈ilə̈tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli Fərmanı: Bənd. 2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə̈dair)̈həyatäkeçirirlər.̈ Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada):

7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının̈rəyïalındıqdan̈sonrätorpaqayırmäqaydasındähəyatäkeçirilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas̈olmuş̈səbəblər̈göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarläəsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində̈dəyişdirilə̈bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə̈münasibəẗbildirilməlidir.

Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhər Şüvəlan Bələdiyyəsinin 2004-cü il ## ###### tarixli ** nömrəli qərarının surətindən görünür ki, İddiaçı istifadəsinə 1200 kv.metr torpaq sahəsi alqı-satqı qaydasında ayrılmışdır, lakin məhkəmə iş materiallarını nəzərdən keçirərkən İddiaçı ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən hər hansı bir mötəbər sənəd (yerləşmə cizgisi) aşkar etməmişdir. Belə ki, iş materiallarına olan, sözügedən qərara əlavə edilmiş Şüvəlan bələdiyyəsi tərəfindən təsdiq edilən torpaq sahəsinin planı onun yerləşməsini müəyyən etməyə imkan vermir. Məhkəmə hesab edir ki, həmin plan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi baxımından kifayət qədər yetərli sənəd hesab edilə bilməz. Cavabdeh orqan tərəfindən təqdim edilən iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair sənədlərdən müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda inzibati orqan tərəfindən qeydiyyatdan keçmiş torpaq sahələri mülkiyyətçilərinə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə verilmişdir. Odur ki, qeyd edilən torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aiddir. Həmin torpaq sahəsinin “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilməsïisə̈müəyyən̈olunmur.̈ Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması̈ilə̈razılaşaraq̈aşağıdakıların̈qeyd̈edilməsinïzərurïhesab̈edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim̈edilməlidir. İddiaçı Bakı şəhər Şüvəlan Bələdiyyəsinin 2004-cü il ## ###### tarixli ** nömrəli qərarına istinad edərək, mübahisə predmeti torpaq sahəsinə dair hüququn dövlət reyestrində̈qeydə̈alınmaqläçıxarışın̈verilməsïtələbinïirəlïsürmüşdür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müddəalarından da göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş̈qaydadäsərəncam̈verə̈bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müddəalarından da göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş̈qaydadäsərəncam̈verə̈bilər. İş materiallarında olan sənədlərdən məlum olur ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində̈olan̈torpaq̈sahəsïolmamışdır.̈ Məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar̈qanunvericiliklə̈müəyyən̈olunmuş̈digər̈məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyaẗNazirliyi)̈təqdim̈edilməsïməcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin̈qərar̈qəbul̈etməsïüçün̈əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyatäkeçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid̈sistem̈üzrə̈aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyatäkeçirilir.̈ Belə olan halda aydındır ki, dövlət torpaq kadastrının məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Çünki qanun birbaşa təsbit etmişdir ki, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının,̈bələdiyyələrin̈və̈məhkəmələrin̈qərar̈qəbul̈etməsïüçün̈əsasdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2010-cu il ## ### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nın 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının 2009-cu il ## ###### tarixli, ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 3.4.5-ci bəndinə əsasən bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi dövlət torpaq kadastrı məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) zərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak MəsələlərïDövləẗXidmətïtərəfindən̈aparılır̈(bənd̈7.1). Bələdiyyələrin Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar̈dövləẗtorpaq̈kadastrının̈aparılması̈üçün̈əsas̈götürülür̈(bənd̈7.2). Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə torpağına aid olması müəyyən edilərkən dövlət torpaq kadastrını həyata keçirən orqanın tabe təşkilatı olan cavabdeh1 məlumatı əsas götürülməlidir. Digər tərəfdən, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri Şüvəlan Bələdiyyəsi iddia olunan torpağın bələdiyyə torpağı olmasını bildirsə də, Şüvəlan bələdiyyəsinə aid olan situasiya planı, xəritənin bələdiyyəyə təhvil verilmədiyini qeyd etmişdir. Belə olan halda iddia olunan torpağın hansı əsasla bələdiyyə torpağı olmasını bildirməsi məlum deyil. Şüvəlan bələdiyyəsinə aid olan situasiya planı, xəritənin mövcud olmaması isə ümumiyyətlə bələdiyyəyə ayrılması nəzərdə tutulan ərazini müəyyən̈etməyïmümkünsüz̈edir. Həmçinin, cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə iddia olunan torpaq sahəsinin qonşuluğunda qeydiyyata alınmış sahələrin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, torpaq sahələrinin ilkin qeydiyyatına əsas yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsinin ayrılmasına dair sərəncamları olmuşdur. Buradan da görünür̈ki,̈torpaq̈sahəsi dövlət mülkiyyətindədir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin Şüvəlan Bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki,̈onun̈müvafiq̈torpaq̈ayrımäsəlahiyyətïolmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan̈(sənədlərdən)̈başqasının̈dätəqdim̈olunmasını̈tələb̈etməyə̈haqlı̈deyil.”̈ Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan̈birïqeydiyyaẗorqanınämütləq̈təqdim̈olunmalıdır.̈ Hazırkı halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə kollegiyası hesab edir ki, iddianı̈təmin̈edilməməklə̈birincïinstansiyäməhkəməsïdüzgün̈nəticəyə̈gəlmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar̈aradan̈qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən̈saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü̈maddələrinïrəhbər̈tutaraq,̈məhkəmə̈kollegiyası

qərara aldı:

İddiaçı̈İddiaçı̈tərəfindən̈verilmiş̈apellyasiyäşikayətïtəmin̈edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən̈saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayətïverilə̈bilər.̈̈̈̈̈̈̈

Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar