Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3481/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3922/2023 saylı, 13 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının 03 iyul 2001 -31 iyul 2007-ci illər tarixində Dərin özüllər zavodunun nəzdində fəaliyyət göstərən PCH şirkətində işlədiyi illərin əmək stajına daxil edilərək pensiya məbləğinin yenidən düzgün hesablanmasını xahiş etmişdir İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1974-cü ildən müxtəlif vəzifələrdə çalışaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd edir ki, 03 fevral 2022- ci il tarixdən o, pensiyaya çıxmışdır. Pensiya aldıqdan sonra ona məlum olmuşdur ki, işlədiyi bəzi illəri pensiya stajına daxil etməmişdirlər. Belə ki, o, 2021-ci ildən 2007-ci ilədək Dərin özüllər zavodunun nəzdində fəaliyyət göstərən PCH şirkətində işləmişdir. Əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir, qanuna uyğun şəkildə əmək kitabçasında müvafiq qeydlər aparılmış və bank sistemi ilə (Bank of Baku) əmək haqqını hər ay almışdır. Lakin həmin illər pensiya təyin olunarkən stajına daxil etməmiş və nəticədə pensiya məbləği düzgün hesablanmamışdır. Bununla bağı DOST xidmətinə, ASAN xidmətə, Arxivə müraciətlər etsə də heç bir nəticə verməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs əsl olan Cavabdeh ilə əvəz edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3922/2023 saylı, 13 iyul 2023-cü il tarixli qərarı ilə İddia təmin edilmiş və İddiaçı təyin edilmiş əmək pensiyasının xx.xx.2001-ci il tarixdən xx.xx.2005ci il tarixədək olan dövrdə işlədiyi illər nəzərə alınmaqla yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı cavabdeh məhkəməyə yazılı vəsatət təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatətdə qeyd edilmişdir ki, iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş iddiaçıya xx.xx.2001-ci il tarixdən – xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı tələbinin təmin edildiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehin müvafiq məktubunu araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edildiyindən mübahisə aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3481/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3481/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver