Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3482/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarına izah verilməsi barədə iddiaçının ərizəsi üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiya hüququnun yarandığı vaxtdan yəni, xx.xx.2019-cu ildən pensiyanın 1994- 2001-ci illərin əmək haqqı cədvəlinə uyğun yenidən hesablanması, pensiyanın son hesablamaya əsasən təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)-127/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1578/2023 saylı 19 iyul 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)-127/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2- 1(103)-406/2024 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə “məhkəmə qərarına izah verilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2727/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, ona dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsini qərara almışdır. Məhkəmənin qərarından narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)127/2023 saylı inzibati iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 saylı inzibati iş üzrə xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)1578/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1 (103)-127/2023 saylı qərarı ləğv edilərək işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)406/2024 saylı inzibati iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə Ali Məhkəmənin qərarında qeyd edilən prosessual normaların pozulması halları aradan qaldırılmış, iş tam obyektiv araşdırılmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)2727/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmə qərarı xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə mindiyindən icraya yönəldilmiş və 11 mart 2024-cü İİ tarixli məktubla icra edilməsi üçün cavabdeh orqana göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh orqan tərəfindən məhkəmə qərarının icrası təmin edilməyərək ona dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması qaydası həyata keçirilməmiş qalmaqdadır. Eyni zamanda, cavabdeh orqan ona 26 aprel 2024-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, ona 03 yanvar 2019-cu il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi və Vətəndaşların pensiya hüquqularının təsbiti ilə mütəmadi olaraq aparılan araşdırma nəticəsində yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilərkən orta aylıq əmək haqqının düzgün hesablanmadığının aşkar olunduğunu bildirmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəmə qərarının icrası düzgün həyata keçirilməmiş, məhkəmə tərəfindən bərpa edilmiş hüququ yenidən pozulmuşdur. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 saylı inzibati iş üzrə xx.xx.2022-ci il tarixli qərarının izah edilməsinə zərurət yaranmışdır. Ərizənin surəti cavabdeh inzibati orqana təqdim olunaraq, ərizəyə münasibət bildirilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş 24 iyun 2024-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı ona dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiası təmin edilib. Məhkəmə qərarına əsasən adıçəkilən şəxsə hesablanacaq yeni pensiya məbləği 966,53 manat təşkil edəcək. Həmin 966,53 manat ona hazırda ödənilən 987,96 manat pensiya məbləğindən az olduğundan, yəni pensiyası azalacağından “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixində məktub göndərilməklə Mərkəzi Filiala gəlməsi xahiş edilib. İddiaçı mülahizəsinin dinlənilməsi üçün Mərkəzi Filiala gəlib və adıçəkilən şəxsin əmək pensiyası sözügedən qərara əsasən hesablanacağı təqdirdə ona hazırda ödənilən pensiya məbləğindən az olması izah edilib. Bundan sonra, İddiaçı əmək pensiyasının yenidən hesablanmasını müvəqqəti olaraq təxirə salınmasını xahiş edib. Bununla əlaqədar olaraq sözügedən məhkəmə qərarının icrası təxirə salınıb. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2727/2022 №li iş üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli qərarına izah verilməsi barədə İddiaçı ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; -230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; -230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; -230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur; -230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında aydın olmayan ifadələr (fikirlər) olmadığından, qərara izah verilməsi üçün heç bir əsas yoxdur. Belə olan halda qərarın icra olunmaması mütləq qaydada həmin qərara izah verilməli olması anlamına gəlmir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər, birinci instansiya məhkəməsi tərəfindən göstərilənlərə və hazırki qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd olunanlara görə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərara izah verilməsinə dair ərizənin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və İPM-in 1.2, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 saylı, 25 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3482/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3482/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver