Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3488/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı2 firmasının cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi” tələbinə dair iş üzrə 1 saylı Yerli İqtisad Məhkəməsinin 1053/4-222 nömrəli, 27 may 2007-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı2 firması cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı Qaradağ rayonu, Lök-Batan qəsəbəsinin cənubunda Bakı-Astara yolunun şimal-qərbində asfalt-beton qurğusunun layihələşdirilməsi və tikintisi üçün İddiaçı2 firmasına ayrılmış 0,98 ha və ona bitişik olan 2 ha torpaq sahəsi üzərində İddiaçı2 firmasının daimi istifadə hüququ tanınaraq, İddiaçı2 firmasının adna 2,98 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasına dair iddia ərizəsi ilə 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 1053/4-222 nömrəli, 27 may 2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Qaradağ rayonu Lök-Batan qəsəbəsinin cənubunda Bakı-Astara yolunun şimal-qərbində asfalt-beton qurğusunun layihələşdirilməsi və tikintisi üçün İddiaçı2 firmasına ayrılmış 0,98 ha və ona bitişik olan 2 ha torpaq sahəsi üzərində İddiaçı2 firmasının daimi istifadə hüququ tanınaraq, İddiaçı2 firmasının adna 2,98 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinin üzərinə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 1053/4-222 nömrəli, 27 may 2007-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 1053/4-222 nömrəli, 27 may 2007-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Vəkil maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməsini bildirib, şikayətin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 izahatında tərəflərindən apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməməsini göstərmişdir. Kollegiya tərəflərin izahatını dinləyib, apellyasiya şikayətini müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24.1.Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli № 453 Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədi ilə qərara alıram: 1.Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilsin.
2. Müəyyən edilsin ki: 2.1. ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilir; “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Apellyasiya baxışı zamanı iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 1053/4-222 nömrəli, 27 may 2007-ci il tarixli qətnaməsi xx.xx.2007-ci il tarixdə cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə məktubla təqdim edilmiş, həmin məhkəmə aktı xx.xx.2007-ci il tarixdə cavabdehin nümayəndəsi X.Qurbanova tərəfindən göndəriş məktubu imzalanmaqla (dax.ol №-01/03-381) qəbul edilmişdir. Daha sonra Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 1053/4-222 nömrəli, 27 may 2007-ci il tarixli qətnaməsinin dərhal icraya yönəldilməsi barədə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 1053/4-222 nömrəli, 05 iyun 2007-ci il tarixli qərardadı xx.xx.2007-ci il tarixdə cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə məktubla təqdim edilmiş, həmin məhkəmə aktı xx.xx.2007-ci il tarixdə cavabdehin nümayəndəsi N.Ə.Zeynalova tərəfindən göndəriş məktubu imzalanmaqla qəbul edilmişdir. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 1053/4-222 nömrəli, 27 may 2007-ci il tarixli qətnaməsinin onun maraqlarına toxunmasını bildirib məhkəmə aktının ona təqdim edilməsini xahiş etmiş, məhkəmə aktından verilmiş apellyasiya şikayətini isə Bakı İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi mübahisələndirilən məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülmədiyini bildirsə də, bu hal araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 1053/4-222 saylı işinin sənədlərindən müəyyən olunur ki, qəbul olunmuş məhkəmə aktları rəsmi qaydada tərəflərə təqdim olunmuş, qanuni qüvvəsini alan məhkəmə aktı icraya yönəldilərək Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti tərəfindən verilmiş, hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən xx.xx.2007-ci il tarixli Seriya MH № ******* saylı, çıxarışa əsasən, Azəri MMC-nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənubu Bakı-Astara yolunun şimal-qərbində 2,98 ha torpaq sahəsinə dair daimi istifadə hüququ DƏDR-də 71 nömrəli reyestr kitabının 6894 nömərli vərəqində **********72 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Daha sonra apellyasiya şikayətinə əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya PX № ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışdan müəyyən olunur ki, İddiaçı2 MMC-nin Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi, 15-ci km, 2T ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair mülkiyyət hüquqları maraqlı şəxs tərəfindən qeydə alınarkən MMC-nin istifadəsində olan 2,98 ha torpaq sahəsi barədə də, təkrar çıxarış verilmişdir. Beləliklə araşdırma zamanı müəyyən olunmuşdur ki, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti İddiaçı2 MMC-yə xx.xx.2007-ci il tarixli Seriya MH № ******* saylı çıxarışı verərkən İddiaçı2 MMCnin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənubu Bakı-Astara yolunun şimalqərbində 2,98 ha torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydə alınmasını bilmiş, lakin 17 il ərzində bu halı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan prosessual normalardan görünür ki, prosesual müddətlər yalnız maraqlarına toxunulmuş proses iştirakçılarının ərizəsinə əsasən bərpa oluna bilər. Ərizədə tərəfin müddəti nə üçün buraxdığı əsaslandırılmalıdır. Başqa sözlə tərəf müddət buraxılmasının nəyə görə ondan asılı olmadığını əsaslandırılmış şəkildə izah etməli, bu barədə ərizəsini və sübutlarını məhkəməyə təqdim etməlidir. Hazırki iş üzrə maraqlı şəxs şikayət vermək üçün müddəti ötürsə də, prosessual müddətin bərpasına dair ərizəsini və buraxılmış müddətin üzürlü səbəblərdən baş verməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Baxbayaraq ki, məhkəmə tərəfində maraqlı şəxsə bu barədə hüquqi yardım göstərilmişdir. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Yerli İqtisad Məhkəməsinin 1053/4-222 nömrəli, 27 may 2007-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qərara aldı: İddiaçı Azəri firmasının cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi” tələbinə dair iş üzrə 1 saylı Yerli İqtisad Məhkəməsinin 1053/4-222 nömrəli, 27 may 2007-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.