Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-349/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X3 və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1968-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-1986/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək , Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2003-cü il tarixli, 430 saylı sərəncamına əsasən ona ünvan 2 ünvanında yerləşən 2000-ci il tarixində tikilmiş 638,40 kv.m torpaq sahəsində yerləşmiş, sahəsi 91,60 kv.m olan 6 yaşayış otaqlarından, sahəsi 112,20 kv.m olan köməkçi otaqlardan, həyətyanı təsərrüfat tikililərindən ibarət olan 27 nömrəli yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 3 ünvanında yerləşən torpaq sahəsindəki fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin ona ünvanlanmış xx xxxxx 2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx xxxx 2019-cu il tarixli poçt vasitəsilə daxil olmuş ərizəyə İdarədə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Elektron kadastr məlumatına əsasən təqdim edilmiş JN-1202H saylı şəhadətnamənin baza məlumatı yoxdur. Həmçinin şəhadətnamədə göstərilən payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin təqdim edilməsi məqsədəmüvafiqdir. Bununla yanaşı, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 823 nömrəli x xxxxxxx 2001-ci il tarixli sərəncamına əsasən o (iddiaçı), 2000-ci il tarixində tikilmiş, 300 kv.m torpaq sahəsində yerləşmiş, sahəsi 28,0 kv.m olan 3 yaşayış otağından, sahəsi 6,50 kv.m olan köməkçi otaqdan, həyətyanı təsərrüfat tikililərindən ibarət olan Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 27 nömrəli yaşayış evinin mülkiyyətçisi kimi müəyyən edilmişdir. Əlavə olunmuş 200 kv.m torpaq sahəsi həmin ölçüləri ilə onun istifadəsində saxlanılmış və həmin mülk 500 kv.m torpaq sahəsində yerləşmiş hesab edilmişdir. Bakı şəhəri Suraxanı RİH başçısının x xxxxxxx 2001-ci il tarixli 823 saylı sərəncamına əlavə olunmasına icazə verilməsi haqqında 430 saylı xx xxxx 2003-cü il tarixli sərəncam qəbul edilmişdir. Sərəncamda qeyd edilir ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin x xxxxxxx 2002-ci il tarixli 30/71 07 saylı məktubu ilə RİH-ə müraciət olunaraq Suraxanı RİH başçısının x xxxxxxx 2001-ci il 823 saylı sərəncamına əlavə olunmasına icazə verilməsi xahiş edilmişdir. Suraxanı RİH başçısının 430 saylı xx xxxx 2003-cü il tarixli sərəncamına əsasən Suraxanı RİH başçısının x xxxxxxx 2001-ci il tarixli 823 saylı sərəncamının 1-ci bəndində dəyişiklik aparılması, İddiaçı 2000-ci ildə tikilmiş, 638,40 kv.m torpaq sahəsində yerləşmiş, 91,60 kv.m olan 6 yaşayış otağından, sahəsi 112,20 kv.m olan köməkçi otaqdan, həyətyanı təsərrüfat tikililərindən ibarət olan Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 27 nömrəli yaşayış evinin mülkiyyətçisi müəyyən edilməsi qərara alınmışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 0,06441 ha torpaq sahəsində yerləşən 1 ədəd 1 və 1 ədəd 2 mərtəbəli, 5 otaqlı, 81,4 kv.m yaşayış, qeyri-yaşayış, 115,4 kv.m köməkçi sahədən ibarət 27 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış və ******* saylı çıxarış verilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, şəhadətnamənin baza məlumatı yoxdur. Halbuki, şəhadətnamə dövlət qurumu tərəfindən ona təqdim edilmişdir. Ərizəyə əlavə edilən şəhadətnamənin surətində aparılan qeydlərdən də göründüyü kimi, o tam qanuni və əsaslıdır. İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılması üçün heç bir əməkdaş sözügedən ünvana yaxınlaşmadığı halda, imtina məktubunda guya onlara şərait yaradılmadığı qeyd edilmişdir. Göründüyü kimi, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi onun xüsusi mülkiyyət hüququnun reallaşdırılmasının qarşısını alır. Dövlət nəzdində fəaliyyət göstərən inzibati orqana “inam prezumpsiyası” çərçivəsində yanaşıldıqda belə nəticəyə gəlmək olur ki, o, Azərbaycan Respublikasının vətəndaşı olaraq öz hüquqlarının dövlət tərəfindən müdafiə olunduğuna inanıb inzibati orqan tərəfindən verilmiş sərəncam mübahisə predmeti belə etmədən tam olaraq sənədin qanunvericiliyin tələblərinə müvafiq olaraq verildiyinə şübhəsiz yanaşmışdır. Hal-hazırda isə, cavabdeh orqanın hərəkətlərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.1, 157.1, 178-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2, 4, 8.0.5, 9.1.3, 12.1, 13, 15, 17.2-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 14.3, 15.2, 19.1, 20, 71-ci maddələrinə, İPM-in 2.2.2, 33, 38.2, 73-cü maddələrinə əsaslanaraq, Bakı şəhəri Suraxanı RİH başçısının xx xxxx 2003-cü il tarixli 430 nömrəli sərəncamına əsasən ona Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən 2000-ci ildə tikilmiş 638,40 kv.m torpaq sahəsində yerləşmiş, sahəsi 91,60 kv.m olan 6 yaşayış otağından, sahəsi 112,20 kv.m olan köməkçi otaqdan, həyətyanı təsərrüfat tikililərindən ibarət olan 27 nömrəli yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1986/2019 saylı qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-1986/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq, o, 430 saylı sərəncama uyğun olaraq, çıxarış almaq istədiyini, 638 kv.metr torpaq sahəsinə və yaşayış evinə çıxarış almaq istədiyini və qeyd edilən 3 sotun da həmin sahənin içərisində olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, iddiaçının evini 2007-ci ilin aprel ayında qeydiyyata aldırdığını, təqdim olunan sənədlər əsasında 3 sota çıxarış verildiyini, vətəndaşın həm 638 kv.metr. torpaq sahəsinə, həm də üzərindəki evə çıxarış istədiyini bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-1986/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 823 nömrəli x xxxxxxx 2001-ci il tarixli sərəncamına əsasən İddiaçı 2000-ci il tarixində tikilmiş, 300 kv.m torpaq sahəsində yerləşmiş, sahəsi 28,0 kv.m olan 3 yaşayış otağından, sahəsi 6,50 kv.m olan köməkçi otaqdan, həyətyanı təsərrüfat tikililərindən ibarət olan Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 27 nömrəli yaşayış evinin mülkiyyətçisi kimi müəyyən edilmişdir. Əlavə olunmuş 200 kv.m torpaq sahəsi həmin ölçüləri ilə onun istifadəsində saxlanılmış və həmin mülk 500 kv.m torpaq sahəsində yerləşmiş hesab edilmişdir. -Bakı şəhəri Suraxanı RİH başçısının x xxxxxxx 2001-ci il tarixli 823 saylı sərəncamına əlavə olunmasına icazə verilməsi haqqında 430 saylı xx xxxx 2003-cü il tarixli sərəncam qəbul edilmişdir. Həmin sərəncama əsasən Suraxanı RİH başçısının x xxxxxxx 2001-ci il tarixli 823 saylı sərəncamının 1-ci bəndində dəyişiklik aparılması, İddiaçı 2000-ci ildə tikilmiş, 638,40 kv.m torpaq sahəsində yerləşmiş, 91,60 kv.m olan 6 yaşayış otağından, sahəsi 112,20 kv.m olan köməkçi otaqdan, həyətyanı təsərrüfat tikililərindən ibarət olan Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 27 nömrəli yaşayış evinin mülkiyyətçisi müəyyən edilməsi qərara alınmışdır. İşin apellyasiya baxışı zamanı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından daxil olmuş xx.xx.2020-ci il tarixli, 200 №-li cavab məktubu ilə İddiaçı barədə Suraxanı rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 110 saylı ; xx.xx.2001-ci il tarixli, 823 saylı və xx.xx.2003cü il tarixli, 430 saylı sərəncamlarının və həmin sərəncamlara əlavə edilmiş sənədlərin təsdiq edilmiş kserosurətləri məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 110 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1998-ci il tarixli, 1184 saylı sərəncamına əsaslanaraq vət. İddiaçı fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsi Dəmiryolunun arxasındakı sahədə 300 kv. metr torpaq sahəsi ayrılmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2001-ci il tarixli Şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvləri (X2, X4, X7) Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 110 saylı sərəncamı ilə 0,03 hektar fərdi yaşayış evi tikintisi üçün onun mülkiyyətinə verilib. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 823 saylı sərəncamı ilə TİB-nin “Vətəndaşlara şəxsi mülkiyyət hüquqi ilə məxsus olan yaşayış evlərinin ilkin hüquqi qeydiyyata alınması haqqında”kı təlimatına BŞİK-nin xx.xx.1987-ci il tarixli, 19/338 №-li qərarına əsaslanaraq, Vət. İddiaçı 2000-ci ildə tikilmiş 300,0 kv.metr torpaq sahəsində yerləşmiş, sahəsi 28.0 kv.m olan 3 yaşayış otaqlarından, sahəsi 6,50 kv.m olan köməkçi otaqlardan, həyətyanı təsərrüfat tikililərindən ibarət olan Yeni Suraxanı qəsəbəsi, “14 iyul” küçəsi, 27№-li yaşayış evinin mülkiyyətçisi müəyyən edilmiş, Əlavə olunmuş 200 kv.m torpaq sahəsi həmin ölçüləri ilə vət. İddiaçıanın istifadəsində saxlanılmış və həmin mülk 500,0 kv.m torpaq sahəsində yerləşmiş hesab edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 430 saylı sərəncamı ilə Suraxanı rayon İHB-nin xx xxxxxxx 2001-ci il tarixli, 823 saylı sərəncamının 1-ci bəndində dəyişiklik aparılmış, vət. İddiaçı, 2000-ci ildə tikmiş, 638 kv.m torpaq sahəsində yerləşmiş, sahəsi 91,60 kv.m olan 6 yaşayış otaqlarından, sahəsi 112,20 kv.m olan köməkçi otaqlardan, həyətyanı təsərrüfat tikililərindən ibarət olan Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi 27 №-li yaşayış evinin mülkiyyətçisi müəyyən edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin FM seriyalı, 032195 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “14 iyul” küçəsindəki, 5 otaq, 81.4 kv.m yaşayış sahəsi, 196.8 kv.m ümumi sahəsi olan, 27 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 03 saylı reyestr kitabında 446. səhifə qeydə alma№ 30 446, xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (**********95-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli) əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində istifadədə olan 0.06441 ha torpaq sahəsində yerləşən 1 ədəd 1 və 1 ədəd 2 mərtəbəli , 5 otaqlı, 81.4 kv.m yaşayış, 115.4 kv.m köməkçi sahədə ibarət 27 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 4503 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli etirazında elektron baza məlumatına əsasən təqdim edilmiş JN-1202H saylı şəhadətnamənin baza məlumatının olmaması, həmçinin şəhadətnamədə göstərilən payçıların notarial surətdə təsdiq edilmiş razılıq ərizələrinin təqdim edilməsinin məqsədəmüvafiq olması bildirilmişdir. Bununla yanaşı, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - (8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: - (8.0.9.1.1) icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; - (8.0.9.1.2) məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.24) tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı izahatında da qeyd etdiyi kimi, 638 kv.metr torpaq sahəsinə və yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 110 saylı sərəncamı ilə iddiaçıya ilkin olaraq 300 kv. metr torpaq sahəsi ayrılmışdır və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003cü il tarixli, 430 saylı sərəncamı ilə Suraxanı rayon İHB-nin xx xxxxxxx 2001-ci il tarixli, 823 saylı sərəncamının 1-ci bəndində aparılmış dəyişiklik iddiaçıya 638 kv.m torpaq sahəsinin ayrılması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən 638,40 kv.m torpaq sahəsinin ayrılması, satılması və ya başqa şəkildə mülkiyyət kimi əldə olunması barədə hər hansı hüquqmüəyyənedici sənəd, o cümlədən sərəncam, qərar, şəhadətnamə, müqavilə təqdim olunmadığından, iddiaçı 638,40 kv.m ölçüdə həmin torpaq sahəsinin qanuni istifadəçisi sayıla bilməz. Bundan başqa, həmin torpaq sahəsindəki fərdi yaşayış evi (əlavə) və həyətyanı tikililərlə bağlı razılaşdırılmış layihə, istismara qəbul aktı da təqdim olunmamışdır. Göründüyü kimi, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-1986/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 ,94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1986/2019 saylı qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiya və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-349/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-349/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver