Məhkəmə qərarları › İş №2-1(103)-3492/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3492/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3492/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Kazımov Elşən Cələddin oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1, ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair" inzibati mübahisə üzrə "üçüncü şəxs qismində icraata cəlb edilməsi barədə" işdə iştirak etməyə cəlb edilməyən Bakı şəhər İcra Hakimiyyətinin ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6883/2022 N-li xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) yazılı qaydada baxaraq, m üə y y ə n e t d i: İ. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-cu il tarixli 2-1(112)-6883/2022 saylı qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilərək ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə məxsus 534.7 kv.m eyvanın (penthaus) mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, ümumilikdə 703.5 kv.m sahə üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin həmin qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3218/2022 saylı 29 noyabr 2022-ci il tarixli qərarı ilə, bu sonuncu qərar da həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-830/2023 saylı 11 aprel 2023- cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə iştirak etməyə cəlb edilməyən Bakı şəhər İcra Hakimiyyəti poçt vasitəsilə, Bakı İnzibati Məhkəməsinə 5 iyun 2024-cü il tarixli 3-52/2-2337/2024 saylı ərizə (məktub) təqdim edərək, Bakı ŞİH-nin hazırkı iş üzrə iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə, məhkəmənin qərarının ləğv edilib işə yenidən baxılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Ərizə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur). Ərizə onunla əsaslandırılmışdır ki, Məhkəmə qərarının icrası ilə əlaqədar iş üzrə cavabdeh DƏDK və RPHŞ 1 saylı Bakı ərazi idarəsi mahiyyəti etibarı ilə qeydiyyat orqanı olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib həmin orqanın məsələyə dair rəyini bildirməsini xahiş etmişdir. Hesab edirlər ki, hazırkı mübahisə mənzil münasibətləri sahəsində dövlətin mənafelərini təmsil edən Bakı Şəhər İcra Hakimiyyətinin maraqlarına toxunduğundan və bu baxımdan mübahisəyə Bakı Şəhər İcra Hakimiyyətinin cəlb olunmaqla baxılmalı olduğundan və bu qaydaya əməl olunmadığından Bakı şəhər İcra Hakimiyyətinin işə iddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb olunmaqla baxılması zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6883/2022 N-li xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı ŞİH-nin ərizəsi rədd edilmişdir. Ərizəçi apellyasiya şikayəti verərək həmin qərpardadın ləğv edilib, işə onun iştirakı ilə yenidən baxılmasının təmin olunmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “... Məhkəmənin iş üzsrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz, həmin nəticə ləğv olunmalı və işə Bakı şəhər icra hakimiyyəti iddia tələbi barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb olunmaqla işə onun iştirtakı ilə yenidən mahiyyəti üzrə baxılmalıdır. Belə ki, qeyd edilən mənzil-ünvan 2 saylı evin 35 saylı mənzili Bakı şəhər İHB-nın 207 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən 12 avqust 2005-ci il tarixdə verilmiş 008012 nömrəli order əsasında vətəndaş X4 verilmişdir. Orderdə otaqların sayı 4, mənzilin sahəsi isə 92,0 kv.m. göstərilmişdir. Bu fakta işə baxan məhkəmənin özü də istinad etmişdir Bakı ŞİHB-nın 207 saylı, xx.xx.2005-ci il tarixli sərəncamından görünür ki, həmin sərəncam “mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının protokolunun təsdiq edilməsi haqqında” olmuş və sərəncamla Komissiyanın xx.xx.2005-ci il tarixli, 9B nömrəli protokolu təsdiq edilərək "xxxx" MTK üzvü Nümayəndə order verilməsinə razılıq verilmişdir. 008012 saylı, 12 avqust 2005-ci il tarixli order kötüyünün məlumatlqarından görünür ki, həmin order Nümayəndə ünvan 2, mənzil 35 üzrə verilmiş. Mənzil 4 otaqdan və 92 kvm. Yaşayış sahəsindən ibarət olmuşdur. Bu faktın mövcudluğu hazırkı mübahisənin Bakı şəhər icra hakimiyyətinin hüquq və maraqlarına toxunduğunu biavasitə təsdiq edən mübahisəsiz dəlildir. Bununla yanaşı işin hallarından, yəni işə əlavə olunmuş "xxxx" MTK üzvlərinin 8 nömrəli, xx.xx.2005-ci il tarixli protokolunun kserosurətindən görünür ki, həmin protokol cəmi bir vərəqdən ibarətdir. Protokolun mətnimdən görünür ki, guya həmin tarixdə "xxxx" MTK üzvlərinin ümumi yığıncağı keçirilmişdir. Koperativ üzvlərinin sayı 35 olmuş və iclasda 30 nəfər iştirak etmişdir. “İclas”da həll edilən məsələ Nümayəndə kooperativə üzv qəbul edilməsi olmuş və bu məsələ həll edilmişdir. Protokol yalnız sədr qismində Nümayəndə tərəfindən imzalanmışdır. Bağşqa sözlə, belə çıxır ki, Nümayəndə özü özünü Kooperativə üzv qəbul etmiş və X3 küç. 1 ünvanında olan 35 saylı mənzili (ümumi sahəsi 700 kv.m olan) özü özünə satmışdır. Əgər həmin mənzil Nümayəndə kooperativ tərəfindən satılırdısa, onda həmin mənzilin ona ayrılması üçün sonradan Bakı şəhər icra hakimiyyətinin sərəncamına və orderinə ehtiyac varidimi? Xüsusilə qeyd edilməlidir ki, işdə olan iddiaçı tərəfindən təqdim olunan sənədlərin demək olar ki, əksəriyyəti kserosurətdir. İşdə olan "xxxx" MTK ilə Nümayəndə arasında bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin kserosurətində də görünür ki, həmin müqavilə "xxxx" MTK (onun sədri Nümayəndə) ilə alıcı Nümayəndə arasında ünvan 2 ünvanında yerləşən 11 mərtəbəli binənin 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 703,0kvm. Təşkil edən 35 saylı mənzilin alqı-satqısı üzrə bağlanmışdır və mənzilin dəyəri 1.200.000 ABŞ dolları qiymətləndirilmişdir. İşə əlavə olunmuş maliyyə arayışının kserosurətindən də görünür ki, Nümayəndə həmin məbləği tam olaraq "xxxx" MTK-ya ödəmişdir.Buna baxmayaraq ödənişi təsdiq edən hər hansı bir ciddi maliyyə sənədi işə əlavə olunmamışdır. Həmçinin işin hallarından görünür ki, mənzilə order verildikdən sonra mənzil dəfələrlə müxtəli tarixlərdə bağışlama müqavilələrinə əsasən addan ada keçirilmiş və bu zaman daşınmaz əmlakın dövlət reyestrindən dəfələrlə müxtəlif tarixli çıxarıçlar alınmışdır və həmin çıxarışlarda mənzilin ümumi sahəsi 168,0 kv.m göstərilmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi də həmçinin, ona tərəfdar çıxaraq apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda yalnız şəxslər üçüncü şəxs qismində işə cəlb edilərək onların iştirakı ilə işə baxılır. Ərizçi tərəfindən isə ərizəsində cavabdeh qeydiyyat orqanının müraciəti əsasında onun üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etsə də, iş üzrə qanuni qüvvəsini almış məhkəmənin qərarı ilə onun hansı hüquqlarına toxunduğu əsaslandırılmamışdır. Konkret halda isə, apellyasiya şikayətində həmin qərarla həll olunan məsələnin onun maraqlarına toxundğunu belə əsaslandırır ki, mübahisəli mənzilə dair 008012 saylı 12 avqust 2005-ci il tarixli orderdə otaqların sayı 4, mənzilin sahəsi isə 92,0 kv.m. olmuşdur. Bakı ŞİHB-nın 207 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə Komissiyanın xx.xx.2005-ci il tarixli 9B nömrəli protokolu təsdiq edilərək "xxxx" MTK üzvü Nümayəndə order verilməsinə razılıq verilmişdir. Bu faktın mövcudluğu hazırkı mübahisənin Bakı şəhər icra hakimiyyətinin hüquq və maraqlarına toxunur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin orderdə sahəsinin 92 kv m olması, sonradan isə iddiaçının həmin mənzilin sahə ölçülərinin reyestrdə faktiki ölçülərinə görə qeydiyyata alınmasını məhkəmə qaydasında tələb etməsi və yekun məhkəmə qərarı ilə onun iddia tələbinin təmin olunması ərizəçinin qanuni maraqlarına toxunan hal kimi qiymətləndirilə bilməz. Çünki, həmin ev "xxxx" MTK tərəfindən pay haqqını ödəmiş üzvü üçün inşa edilmişdir, yəni ev dövlətin mülkiyyətinə aidiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 111.3.3-cü maddəsinə əsasən kooperativin üzvlüyünə qəbul kooperativin müstəsna səlahiyyətidir. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib eedilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (Konret halda,müvafiq «icra hakmiyyəti» səlahiyyəti AR İN Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və onun qürumları tərəfindən aparılır) «Daşınmaz əmlakın dövləğ reyestri haqqında» Qanunun 16.1-cı maddəsinə əsasən Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsi isə nəzərədə tutur ki, mənzil-tikinti kooperaptivinin üzvü pay haqqınıtam ödədikdə,yaşayış sahəsinə mülkiyyət hüqüqunu əld edir. Qeyd olunanlar baxımından, kooperativin, eləcə də, daşınmaz əmlaın dövlət reyestrinin daşıyıcısı olan qeydiyyat orqaınının səlahiyyətlərinə aid məsələr ərizəçinin hüquqlarını poza bilməz və onun həmin məsələlərin həllinə müdaxilə etmək kimi subyektiv hüququ da yoxdur. O ki qaldı, ərizəçinin apellyasiya şikayətində mənzilin mənzilin alqı-satqısına dair müqavilə bağlanmasını və dəyəri 1.200.000 ABŞ dolları məbləğində qiymətləndirilməsinə, Mülki Məcəllənin 6.1.2 - 6.1.5-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı prinsiplərı mövcuddur. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə görə sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddaratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş hüququdur. Həmin Məcəlləin bu Məcəllənin 6.3-cü maddəsində nəzərədə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlaknı miqdarı və dəyəri məhdudlaşdırılmır. Məcəllənin qeyd olunan tələbləri baxımından iddiaçı tərəfindən mülkiyyətində olan əmlakı barədə sərəncam vermək, o cümlədən onu istədiyi qiymətə satmaq onun qanunvericiliklə müəyyən olunan hüququdur və burada da ərizəçi iddiaçıının hüquqlarına müdaxilə etmək üçün subyektiv hüquqa malik ola bilməz. Beləliklə də, ərizəçinin hazırkı iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə qərarı ilə onun qanunla qorunan maraqlarına toxunduğu sübuta yetirilmir. Başqa sözlə birinci instansiya məhkəməsi qərardadda gəldiyi nəticə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərardadında gəldiyi nəticənin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6883/2022 N-li xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 28, 80, 87, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6883/2022 N-li xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar