Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3494/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Babayev Zəki Baba oğlundanibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və mənsubiyyətin tanınması tələbinə dair” inzibati mübahisəyə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11212/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin onun barəsində olan “şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* saylı 16 iyul 2022-ci il tarixli qərarının ləğv edilərək, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “ İddiaçı03 iyul 1971-ci il tarixdə Ağdam rayonunun Göytəpə kəndində doğulmuşdur.1978-1988-ci illərdə Ağdam şəhər 6 saylı orta məktəbdə oxumuş, 1998-ci ildə həmin məktəbi bitirmiş,1989-1991ciillərdə keçmiş sovet ordusunda hərbi xidmətdə olmuş,qayıtdıqdan sonra ailəsinin yaşadığı ünvan 1 ünvanında yaşamaqda davam etmişdir. Hal-hazırda həmin ünvanda daimi qeydiyyatdadır. 1993-1998-ci illərdə Moskva Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil almış, 2000-ci il tarixdən, eyni zamanda, Rusiya Federasiyasının vətəndaşıdır. O, 07 iyul 2022-ci il tarixdə cavabdeh Dövlət Miqrasiya Xidmətinə sorğu ilə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş, lakinsonuncu “şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* saylı 16 iyul 2022-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etmişdir. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu aşkar edilmişdir. Onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olmağı onun doğulduğu 03 iyul 1971-ci il tarixdən hal-hazıradək vətəndaşı olduğu Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsas deyildir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11212/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı iləişin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək və qərardadın ləğv edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində iddiaçı hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. İddiaçı bu mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Ağdam şəhərində yaşayış olmadığı, digər tərəfdən, olduğu yerin hazırda ünvan 2 ünvanı olduğu vəziyyətində işin onun olduğu yerin məhkəməsində baxılmaması, olduğu yerdən uzaqda baxılması üçün göndərilməsi doğru deyildir. Ağdam şəhərində yaşayış yoxdur. Müvafiq olaraq hazırkı iş üzrə iddiaçının da hazırda qeydiyyatda olduğu ünvan 3 ünvanında yaşaması mümkün deyildir. Azərbaycan Respublikası İPM-nin 8.1.2, 8.3, 8.4cü maddələrinə istinadən iddiaçı hesab edir ki, işə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil pellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi C.Məmmədli isə birinci instansiya məhkəməsinin qərardadı ilə işin adiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsini düzgün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının tələbindən göründüyü kimi, Dövlət Miqrasiya Xidmətinə müraciətinə əsasən sonuncunun qəbul etdiyi onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtana barədə qərarının konkret halda ləğv edilməsini vəAzərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını tələb edir. İddianın birinci hissəsində cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina barədə qərarı mübahisələndirilsə də, qaldırılan iddia ümumilikdə məcburetmə haqqında iddiadır. Çünki, burada iddiaçının cavabdehə təqdim edilmiş olan bir yazılı müraciəti (sorğusu) vardır. Cavabdeh onun həmin sorğusunu arzuladığı kimi təmin etməmiş, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini tanmaqdaq imtina olunması barədə bir inzibati akt (qərar) qəbul etmişdir. Cavabdehin həmin imtina qərarından narazı qalan iddiaçı isə məcburetmə haqqında iddia vasitəsilə onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul olunmasını tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirmə haqqında iddiaları məcburetmə haqqında iddialardan fərqləndirən cəhət ondan ibarətdir ki, iddiaçı, onun müraciəti əsasında qəbul edilməyən, lakin maraqlarına toxunan, hüquq və azadlıqlarını pozan bir əlverişsiz inzibati aktın ləğv edilməsini tələb edir. Yəni, o halda mübahisələndirmə haqqında iddia mövcud olur ki, mübahisələndirilən inzibati akt iddiaçının müraciəti əsasında qəbul olunmamışdır. Ümumiyyətlə, hazırkı iddia - istər mübahisələndirmə, istər məcburetmə, istərsə də öhdəliyin icrası haqqında iddia növünə uyğun gəlmiş olsun, qüvvədə prosessual qanunvericiliyin tələbinə görə hər üç iddia növünün ərazi üzrə aidiyyəti aşağıdakı kimi müəyyənləşdirilmişdir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin qeyd olunan normasından göründüyü kimi, maraqlı şəxs tərəfindən birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqana qarşı qaldırılan -mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara hüquqlarına müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə-Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya fərdi identifikasiya kartı yaşayış yerini müəyyən edən sənədlər sayılır. İddia ərizəsinə və Rusiya Federasiyası tərəfindənverilmişiddiaçının vətəndaşlığını təsdiq edən pasportdan (72 3080695), ərizə anketdən, ölkə ərazisinə giriş qeydlərindən görünür ki, iddiaçı 2000-ci ildən rusiya Federasıyasının vətəndaşıdır, Azərbaycan Respublikasında sonuncu qeydiyyyat ünvanı: ünvan 4i, iddiaçı apellyasiya şikayətində Ağdam rayonu işğal altında olduğundan orada yaşaması mümkün olmadığını və faktiki olaraq Bakı şəhərində yaşadığını bildirsə də, onun məcburi köçkün kimi, Bakı şəhərində müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmi qeydə alınmış məskunlaşması mövcud deyildir. Belə olan halda, İPM-in qeyd olunan 8.1.2-ci maddəsinin qeyd olunan qanunvericiliyintələbləri baxımından, hazırkı mübahisənin ərazi adiyyəti Ağdam rayonunun aid olduğu inzibati məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İPM-in 8.3-cü və 8.1.2-ci maddələri arasında fərqli cəhət ondan ibarətdir ki, ikinci halda (2.1.2) maraqlı şəxs tərəfindən birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqana qarşı qaldırılan iddialar olduğu halda, birinci halda (8.3) iddiaçının seçimiaidiyyət, mübahisənin birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallara aid olması təşkil edir. Göründüyü kimi, bu iki norma bir-birindən fərqli münasibətləri tənzimləyir. Beləliklə də birinci instansiya məhkəməsi tərəfindən işin aidiyyəti üzrə Gəncə inzibati məhkəməsinə göndərilməsi qanuni və əsaslıdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati-iqtisadi məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. İnzibati-iqtisadi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda isə Ağdam rayonu Gəncə İnzibatiMəhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən işin ərazi adiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi prosessual qanunvericiliyin tələblərinə uyğundur. İPM-in 8.2-ci maddəsi də məhz, onu nəzərdə tutur ki, ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Göründüyü kimi, birinci instansiaya məhkəməsinin qərardadı ilə işin aidiyyəti müəyyən edilərkən qanunla müəyyən edilənaidiyyət qaydaları pozulmamışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin onun faktiki olaraq Bakı şəhəri ərazisində yaşadığını əsas tutaraq birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiyaşikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11212/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən vəİPM-in8, 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11212/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədənqüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Mirzə Tağızadə Zəki Babayev
Məhkəmə qərarları › İş №2-1(103)-3494/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3494/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver