Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3495/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3572/2024 saylı 25 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçıya məxsus QL seriyalı 087219 №li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus xx.xx.1980-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasında (notarial qaydada tərcümə - təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki, o, aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: -“Leytenant Şmidt adına Zavod”da (iş stajı: 08 ay, 10 gün + 08 il, 04 ay, 21 gün = 09 il, 01 ay, 01 gün) xx.xx.1980-ci il tarixdə 14 saylı sexə köməkçi fəhlə qəbul edilmişdir; xx.xx.1981-ci il tarixdə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar olaraq işdən azad edilmişdir; xx.xx.1983-cü il tarixdə 11 saylı sexə elektrik qaynaqçası şagirdi qəbul edilmişdir; xx.xx.1983-cü il tarixdə 1-ci dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmişdir; xx.xx.1984-cü il tarixdə 2-ci dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmişdir; xx.xx.1987-ci il tarixdə 3-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmişdir; xx.xx.1987-ci il tarixdə 32 saylı mexaniika-temir sexinə 3-cü dərəcəli elektrik qaynaqçı keçirilmişdir; xx.xx.1989-cu il tarixdə 4-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmişdir; xx.xx.1991-ci il tarixdə köçürmə yolu ilə “Fəxriyar” KDM-ə keçirildiyi üçün işdən azad edilmişdir. - “Fəxriyar” KDM-də (iş stajı: 06 ay, 09 gün ) xx.xx.1991-ci il tarixdə çilingər vəzifəsinə qəbul edilmişdir; xx.xx.1992-ci il tarixdə Azərbaycan SSR Əmək haqqında Qanunvericiliyin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Leytenant Şmidt adına Zavod”una köçürülmə qaydasında işdən azad edilmişdir; xx.xx.1992-ci il tarixdə “Fəxriyar” kiçik dövlət müəssisəsinə 2-ci dərəcəli çilingər qəbul edilmişdir; xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir. - “Dostluq” X5 (iş stajı: 09 ay) xx.xx.1992-ci il tarixdə ekspeditor vəzifəsinə işə qəbul edilmişdir; xx.xx.1993-cü il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. - “Dostluq-5” X5 (iş stajı: 05 ay, 13 gün) xx.xx.1993-cü il tarixdə ekspeditor vəzifəsinə işə qəbul edilmişdir; xx.xx.1993-cü il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. - "xxxx" Firmasında (iş stajı: 07 il, 10 ay, 24 gün) xx.xx.1993-cü il tarixdə 4-cü dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmişdir; xx.xx.2001-ci il tarixdə işdən azad edilmişdir. - “Nərimanov Rayon Qaz İstismar İdarəsi”ndə (iş stajı: 04 il, 08 ay, 09 gün) xx.xx.2001-ci il tarixdə yeraltı və yerüstü qaz kəmərlərinin xidmətinə 3-cü dərəcəli növbətçi çilingər peşəsinə qəbul edilmişdir; xx.xx.2003-cü il tarixdə qəza dispetçer xidmətində 4-cü dərəcə verilmişdir; xx.xx.2004-cü il tarixdə QK və AİB və QDX-də 4-dü dərəcəli çilingərtəmirçi vəzifəsinə keçirilmişdir; xx.xx.2006-cı il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. - Bakı Sukanal İdarəsinin Sabunçu Rayon Sukanal İdarəsində (xx.xx.2023-cü il tarixədək iş stajı: 10 il, 08 ay, 17 gün) xx.xx.2012-ci il tarixdə su şəbəkələri və qurğularının istismarı xidmətinə 2-ci dərəcəli ilə nasos qurğularının maşinisti peşəsinə qəbul edilmişdir. xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-nin xx.xx.2012-ci il tarixli, 362 saylı əmrinə əsasən "xxxx" ASC Sabunçu rayon Sukanal Departamentinin siyahısı tərkibinə daxil edilmişdir. xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli əmrinə əsasən Sabunçu Rayon Sukanal İdarəsinin siyahısının tərkibinə keçirilmişdir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-254262/2023 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 ii 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbiəğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə görə şəxsin 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sığorta stajını “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Mərkəzi Filiala təqdim edilmişi 11 avqust 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən 10,11-ci səhifələrdəki 18 və 19-cu qeydlərdəki məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən qeydlər həmin dövrdə mövcud olmayan SSRİ-yə aid möhür ilə təsdiqlənmişdir. Bu səbəbdən də xx.xx.1993-xx.xx.2001-ci il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Buna görə də onun güzəştli iş stajı 12 il 6 aydan az (8 il 18 gün (xx.xx.1983xx.xx.1991-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Bu imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 03 yanvar 2020-ci ildən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim olunaraq, İddiaçı 03 yanvar 2015-ci ildən, yəni 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar çıxarılması xahiş edilmişdir. Daha sonra isə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə İPM-54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehin üzərinə xx.xx.1963-cü il təvəllüdlü iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 18 oktyabr 2023-cü il tarixli məktubla müraciətindən imtina edərək, Mərkəzi Filiala təqdim etdiyi 11 avqust 1980-ci il tarixli əmək kitabçası araşdırılarkən 10, 11 səhifələrdəki 18 və 19-cu qeydlərdəki məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmasını, sözügedən qeydlərin həmin dövrdə mövcud olmayan SSRİ-yə aid möhürlə təqsdiqlənməsini, bu səbəbdən də xx.xx.1993 - xx.xx.2001ci il tarixləri arasındakı dövrü iş stajına daxil etməyin mümkün olmamasını, buna görə də onun güzəştli iş stajının 12 il 6 aydan az 8 il 18 gün təşkil etməsini göstərmişdir. Belə hesab edir ki, cavabdeh öz imtinasında haqlı olmamış, qanunvericiliyin tələblərini nəzərə almadan müraciətindən imtina etmişdir. O, xx xxxxxx 1963-cü ildə doğulmuş və 04 avqust 1980-ci ildən əmək fəaliyyətinə başlamış 14 aprel 1981-ci ildən 10 may 1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuş, sonradan yenə də əmək fəaliyyətini davam etdirmiş, 01 dekabr 1983-cü ildən 19 dekabr 1991-ci ilədək, yəni 8 il 18 gün “Leytenant Şmidt” adına zavodda qaynaqçı vəzifəsində və sonradan digər yerlərdə işləmiş, 16 sentyabr 1993-cü ildən 10 avqust 2001-ci ilədək, yəni 7 il 8 ay 24 gün "xxxx" firmasında qaynaqçı vəzifəsində işləmiş, sonradan isə müxtəlif yerlərdə işləmiş, qanunla nəzərdə tutulan əmək stajı, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə 15 il 9 ay 12 gün müddətində əmək stajı olmuşdur. 01 iyul 2017-ci ilədək isə onun 30 il 4 ay əmək stajı olmuş, bunun 15 il 9 ay 12 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə, qaynaqçı peşəsi olmuşdur. Göründüyü kimi, onun 57 yaşı 03 yanvar 2020-ci il tarixdə tamam olsa da, 01 iyul 2017-ci ilədək onun zərərli əmək şəraiti üzrə iş stajı 25 ildən çox təşkil etdiyindən, yəni 01 iyul 2017-ci ilədək onun artıq pensiya almaq hüququ yaranğından, ona güzəştli şərtlərlə pensiya, 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, yəni 57 yaşına çatdıqda təyin edilməlidir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-243256/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə görə şəxsin 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sığorta stajını “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının cavabdehə təqdim etdiyi 11 avqust 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən 10,11-ci səhifələrdəki 18 və 19-cu qeydlərin (müvafiq olaraq xx.xx.1993-cü il və xx.xx.2001-ci il tarixli) həmin dövrdə mövcud olmayan SSRİ-yə aid möhür ilə təsdiqləndiyi aşkar olunmuşdur. İddiaçının əmək kitabçasında xx.xx.2001-ci il tarixdə işdən azad olma barədə qeyddə həmin tarixdə qüvvədə olmayan qanunvericilik aktına, yəni Əmək Qanunları Məcəlləsinə istinad olunmuşdur. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 18 gün (xx.xx.1983- xx.xx.1991-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Beləliklə, yuxarıda sadalanan əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3572/2024 saylı 25 iyun 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, əlavə olaraq bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1 (112)- 3572/2024 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, İddiaçı münasibətdə birinci əsasla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. İddiaçının 60 yaşı xx.xx.2023-ci il tarixdə tamam olmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 28 il 1 ay 24 gün (1 yanvar 2006-cı il tarixinədək 15 il 8 ay 24 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.2001xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 5 ay) təşkil edir. Ümumi iş stajı cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Mərkəzi Filialın xx.xx.2023cü il tarixli 3-17-1/2-A-243256/2023 nömrəli məktubuna əsasən iddiaçının güzəştli sığorta stajı 8 il 18 gün, yəni 12 il 6 aydan az təşkil edir. Cavabdeh orqan tərəfindən mübahisələndirilən güzəştli sığorta stajı xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövr təşkil edir. Cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajının dəqiqləşdirilməsi məqsədiylə Milli Arxiv İdarəsinə xx.xx.2024-cü il tarixdə sorğu ünvanlanmışdır. Milli Arxiv İdarəsindən sorğuya gələn xx.xx.2024-cü il tarixli cavab məktubunda “Merkuri” firmasının arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. Eyni zamanda "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx.xx.1991-ci il tarixli Qərarında 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulmuşdur. İddiaçının cavabdehə təqdim etdiyi 11 avqust 1980-ci il tarixli ИТ-! ******* nömrəli əmək kitabçası araşdırılarkən 10, 11-ci səhifələrdəki 18 və 19-cu qeydlərin (müvafiq olaraq xx.xx.1993-cü il və xx.xx.2001-ci il tarixli) həmin dövrdə mövcud olmayan SSRİ-yə aid möhür ilə təsdiqləndiyi aşkar olunmuşdur. Həmçinin iddiaçının əmək kitabçasında xx.xx.2001-ci il tarixdə işdən azad olma barədə qeyddə həmin tarixdə qüvvədə olmayan qanunvericilik aktına, yəni Əmək Qanunları Məcəlləsinə istinad olunmuşdur. Göründüyü kimi, iddiaçı Ə.X7 müraciət edən zaman təqdim etdiyi sənədlərə əsasən güzəştli iş stajı 12 il 6 aydan az (8 il 18 gün (xx.xx.1983-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina verildiyi üçün iddiaçı haqlı olaraq hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubu ilə Mərkəzi Filiala təqdim edilmiş 11 avqust 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən 10, 11-ci səhifələrdəki 18 və 19-cu qeydlərdəki məlumatların həqiqiliyinə əsaslı şübhələrin yarandığına və bu səbəbdən də xx.xx.1993-xx.xx.2001-ci il tarixləri arasındakı dövrün iş stajına daxil ediməsinin mümkün olmaması”na istinad edərək iddia tələbinin təmin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajına, 12 il 6 aydan artıq isə güzəştli iş stajına malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq aradan qaldırılmışdır. Beləliklə, Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olması, həmin tarixə, yəni xx.xx.2023-cü il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini və əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətlərindən görünür ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il il tarixə ümumi iş stajının iş materiallarında olan hərbi biletə və əmək kitabçasına əsasən 25 ildən artıq olduğu müəyyən olunur. Bu hal cavabdeh qurum tərəfindən də mübahisələndirilmir. Buna görə də iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi - 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının olması halı mübahisələndirilir. Belə ki, iddiaçıya ünvanlanmış imtina məktublarında, iddiaya dair etirazda həmçinin apellyasiya şikayətində ona istinad edilmişdir ki, “Mərkəzi Filiala təqdim edilmiş 11 avqust 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən 10, 11-ci səhifələrdəki 18 və 19-cu qeydlərdəki məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən qeydlər həmin dövrdə mövcud olmayan SSRİ-yə aid möhür ilə təsdiqlənmişdir. Bu səbəbdən də xx.xx.1993xx.xx.2001-ci il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Həmçinin iddiaçının əmək kitabçasında xx.xx.2001-ci il tarixdə işdən azad olma barədə qeyddə həmin tarixdə qüvvədə olmayan qanunvericilik aktına, yəni Əmək Qanunları Məcəlləsinə istinad olunmuşdur və bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur.” Göründüyü kimi, iddiaçının “Leytenant Şmidt adına Zavod”da xx.xx.1983-cü il tarixdə 1-ci dərəcəli elektrik qaynaqçısı; xx.xx.1984-cü il tarixdə 2-ci dərəcəli elektrik qaynaqçısı; xx.xx.1987-ci il tarixdə 3-cü dərəcəli elektrik qaynaqçısı; xx.xx.1987-ci il tarixdə 32 saylı mexaniika-temir sexində 3-cü dərəcəli elektrik qaynaqçı; xx.xx.1989-cu il tarixdə 4-cü dərəcəli elektrik qaynaqçısı; "xxxx" Firmasında isə xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi 4-cü dərəcəli qaynaqçı vəzifələrinin xüsusilə zərərli olub, şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnu verdiyi məsələsi cavabdeh qurum tərəfindən mübahisələndirilməmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası iddiaçının mübahisələndirilən dövrlərdə işlədiyi “elektrik qaynaqçısı” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”ndakı 23200000 – XXXİİİ. Ümumi peşələr. 23200000— 11620 qaz qaynaqçıları; 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 35. Ümumi peşələr bölməsindəki “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun olduğu qənaətindədir. Bu barədə məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisələndirilən dövrdə “elektrik qaynaqçısı” peşəsində işlədiyi müəssisə hazırda fəaliyyət göstərmədiyindən qeyd olunan istiqamətdə araşdırmaların aparılması mümkün olmamışdır. Başqa sözlə, müəssisənin fəaliyyətinin nədən ibarət olmasını, iddiaçının məhz hansı vəzifəni icra etməsi barədə məlumatların əldə edilə bilməməsi oxşar istiqamətdə fəaliyyət göstərən müəssisəyə müvafiq sorğu verilməsi imkanının da qarşısını almışdır. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, sözügedən qərarlar cavabdehin iştirak etdiyi digər mübahisələr üzrə qəbul edildiyinə, eləcə də cavabdeh qurumun bir sıra oxşar işlər üzrə kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur. O ki qaldı cavabdehin “iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək “qaynaqçı” peşəsində işlədiyi "xxxx" Firmasının iddiaçıya məxsus 11 avqust 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının 10, 11-ci səhifələrdə apardığı 18 və 19-cu qeydlərdəki məlumatların həmin dövrdə kiril əlifbası ilə yazılması və möhür ilə təsdiqlənməsi”, eyni zamanda, “əmək kitabçasında xx.xx.2001-ci il tarixdə işdən azad olma barədə qeyddə həmin tarixdə qüvvədə olmayan qanunvericilik aktına, yəni Əmək Qanunları Məcəlləsinə istinad olunması” barədə dəlillərinə, bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasındakı müvafiq dövrə aid qeydlərin aparılması, SSRİ-yə aid möhürlə təsdiq olunması və işdən azad olma barədə qeyddə həmin tarixdə qüvvədə olmayan qanunvericilik aktına istinad olunması iddiaçının iradəsindən asılı olmamışdır, buna görə də həmin məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından təqsirlilik də iddiaçının üzərinə qoyula bilməz. Cavabdeh qurum məhz bu əsasla iddiaçının əmək kitabçasının həqiqiliyinə əsaslı şübhələr yarandığını qeyd etsə də, məhkəmə kollegiyasının yuxarıda göstərdiyi əsaslandırmaya görə bu şübhələrin məhz əsaslı olduğunu sübuta yetirə bilməmişdir. İddiaçının tələbinin təmin olunmasından imtina edilərkən göstərilən dəlillərin yeganə əsas kimi çıxış etdiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçının mübahisələndirilən xx.xx.1993xx.xx.2001-ci il tarixləri arasındakı işlədiyi dövrün onun iş stajına daxil edilməməsi üçün yetərli əsas kimi qəbul edilə bilməz. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirilən dövrdə işlədiyi müəssisənin mövcudluğu ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən müvafiq araşdırmalar aparılmış və verilmiş sorğulara cavab məktublarının məzmunundan məlum olmuşdu ki, "xxxx" Firmasının xx.xx.1995-ci il tarixdə 26842 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə dövlət reyestrində məlumat mövcuddur. Bununla da cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Qeyd olunanlarla bağlı hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən onun iddia tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3572/2024 saylı 25 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3572/2024 saylı 25 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3495/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3495/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver