Məhkəmə qərarları › İş №2-1(103)-3495/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3495/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3495/2025 20.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Qasımov Vidadi Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5124/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lokal Gəlirlər Baş İdarəsinin 15 noyabr 2024-cü il tarixli 3-21-2-3/2-288536/2024 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Lokal Gəlirlər Baş İdarəsi 15 noyabr 2024-cü il tarixli 3- 21-2-3/2-288536/2024 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərar əsasında müəssisəyə sentyabr 2024-cü il üzrə 233434,57 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərarda qeyd olunur ki, MT2403 seriyalı 00447604 nömrəli, MT2403 seriyalı 00448312 nömrəli, MT2403 seriyalı 00448511 nömrəli, EBEB seriyalı 482038 nömrəli, MT2404 seriyalı 00223923 nömrəli, MT2404 seriyalı 00784375 nömrəli, MT2404 seriyalı 00824872 nömrəli, MT2405 seriyalı 10389049 nömrəli, MT2405 seriyalı 11438840 nömrəli, MT2406 seriyalı 10410180 nömrəli, MT2406 seriyalı 10410633 nörməli, MT2407 seriyalı 11047961 nömrəli, MT2407 seriyalı 11896596 nömrəli, MT2407 seriyalı 11984651 nömrəli, MT2407 seriyalı 11984009 nömrəli və MT2408 seriyalı 10418498 nömrəli elektron qaimə fakturalar əsasında aparılmış əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermir. Bu əsasla həmin elektron qaimə fakturalar üzrə əvəzləşmə məbləğləri ümumilikdə 233434,57 manat kənarlaşma yaranmışdır. Bildirilir ki, sözügedən qaimələr üzrə malların alındığı "xxxx" MMC (VÖEN**********) cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli **********056100 nömrəli, "xxxx" MMC (VÖEN ********** ) isə xx.xx.2024 -cü il tarixli **********148700 nömrəli qərarına əsasən riskli vergi ödəyicisi hesab olunmalıdır. Nəzərə alınmalıdır ki, "xxxx" MMC (VÖEN**********) ilə əməliyyatlar xx.xx.2024xx.xx.2024-cü il tarix aralığında, "xxxx" MMC ilə əməliyyatlar isə xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında aparılmış və həmin vaxt özügedən müəssisələr riskli vergi ödəyicisi olmamışdır. Cavabdeh təşkilat Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddəyə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Mübahisələndirilən qərarın qəbul olunmasının səbəbi məhz vergi tutulan əməliyyat aparılmış şəxsin riskli vergi ödəyicisi hesab edilməsi olmuş və maddənin tələbinə uyğun olaraq əvəzləşdirmə ləğv edilmişdir. Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtlərinin 1.3-cü bəndinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. Qaydanın 1.4-cü bəndinə əsasən vergi Məcəlləsinin 13.2.82- ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, "xxxx" MMC (VÖEN**********) və "xxxx" MMC əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olmamış, buna görə də onun riskli vergi ödəyicisi olması barəsində DVX-nın İnternet Vergi İdarəsi portalında əks edilmişdir. Bu səbəbdən bizim hər hansı şəkildə gələcəkdə, sözügedən müəssisələrin riskli vergi ödəyicisi hesab edilməsi barədə Qərar qəbul ediləcəyindən xəbərlərinin olması mümkünsüz idi. Odur ki, "xxxx" MMC (VÖEN**********) və "xxxx" MMC ilə əmliyyatlar apardıqdan bir müddət sonra həmin müəssisələr barəsində riskli vergi ödəyicisi hesab edilməsi barədə Qərar qəbul edilməsi iddiaçının onunla apardığı əməliyyatlara görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Beləliklə hesab olunur ki, Lokal Gəlirlər Baş İdarəsinin ‘‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15 noyabr 2024-cü il tarixli 3- 21-2-3/2-288536/2024 saylı Qərarı ləğv edilməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə vergi qeydiyyatına alınmış və əsas fəaliyyət sahəsi “Yük avtomobillərinin nəqliyyatlarının fəaliyyəti” olmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (04.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBEB seriyalı 482038 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 10656.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 10656.0 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaimə-fakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (04.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2403 seriyalı 00447604 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 61087.0896 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 61087.0896 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaimə-fakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (04.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2404 seriyalı 00824872 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 60022.8846 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 60022.8846 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaimə-fakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2403 seriyalı 00447604 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 61087.0896 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 61087.0896 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaiməfakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (04.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2404 seriyalı 00223923 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 5380.92 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 5380.92 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaimə-fakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (05.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2405 seriyalı 11438840 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1215.54 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1215.54 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaimə-fakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (06.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2406 seriyalı 10410180 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən electron qaimə-faktura üzrə 2967.84 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 2967.84 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaimə-fakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (06.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2406 seriyalı 10410633 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 3512.34 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3512.34 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaimə-fakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (05.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2405 seriyalı 10389049 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 3684.96 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3684.96 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaimə-fakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2403 seriyalı 00448312 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 7497.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 7497.0 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaimə-fakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2403 seriyalı 00448511 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 3544.38 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3544.38 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaimə-fakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (08.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2404 seriyalı 00784375 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 6227.82 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 6227.82 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaimə-fakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (07.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2407 seriyalı 11047961 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 19931.58 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19931.58 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaimə-fakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (08.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2407 seriyalı 11984009 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 37555.1694 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 37555.1694 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaiməfakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (07.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2407 seriyalı 11984651 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 43192.8846 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 43192.8846 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaiməfakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (08.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2408 seriyalı 10418498 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 13672.8 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 13672.8 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaimə-fakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (07.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2407 seriyalı 11896596 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 10292.4 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 10292.4 manat kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluğa əsasən 2024-cü il Sentyabr ayı üzrə kameral hesablanmış qeyd olunan, yəni əvəzləşdirilmiş riskli elektron qaimə-fakturanın məbləği ƏDV bəyannaməsinin 324-cü sətrinə əlavə olunmuşdur. Həmçinin əməliyyatlar aparan vergi ödəyicilərinin müəyyən edilməsi istiqamətində mütəmadi təhlillər aparılır. Aparılan təhlillər zamanı "X4" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "X2" MMC (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) ƏDV depozit hesabı üzrə vergidən yayınma sxemi qurulmaqla riskli əməliyyatların aparılması, əldə edilmiş vəsaiti riskli vergi ödəyicilərinə və dolayı yolla bir sıra iri topdançılara köçürərək əldə olunan malların üçüncü şəxslərə sənədsiz təqdim edilməsi nəticəsində vergi üstünlüyü əldə edərək, həmin malları sənədsiz əldə edən vergi ödəyicilərinin də vergidən yayınması üçün şərait yaratdığı müəyyən edilmişdir. Qeyd olunan əməliyyatın əmtəəsiz olmasını sübut etmək üçün təqdim edilmişdir riskli elektron qaimə fakturalarda riskin başlanma tarixi qeyd olunmuşdur. Həmin qrafaya nəzər saldıqda görürük ki, risk vergi ödəyiciləri arasında əməliyyat tutduğu tarixdən başlanmış və vergi orqanının araşdırması nəticəsində əməliyyatın əmtəəsiz olması və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlərin xərc sənədi kimi nəzərə alınaması təsdiq edilmişdir. Qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Yəni təkcə operativ vergi nəzarəti deyil, həm də səyyar və kameral vergi yoxlaması nəzərdə tutulur. Hazırki, iş üzrə kameral vergi yoxlaması keçirilən zaman əməliyyatın əmtəəsiz olması müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, səyyar vergi yoxlaması ilə müqayisədə kameral vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanın əlavə inzibati araşdırma aparmaq, sübutlar toplamaq imkanları (Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq) məhduddur. Odur ki, vergi orqanı tərəfindən həmin yoxlama növlərinin həyata keçirilməsi imkanları (kameral və səyyar) və araşdırmanın həcmi həmin imkanlara uyğun şəkildə və vergi ödəyicisinin yoxlama zamanı təqdim etdiyi sənədlərin yetərliliyinə vergi orqanı tərəfindən həmin qısa müddətdə (kameral yoxlama dövründə) dəyərləndirməsinin qanuniliyi (yararlılıq, zərurilik və proporsionallıq meyarları üzrə) və bu zaman vergi ödəyicisinin davranışları nəzərdən keçirilməlidir. Bununla əlaqədar, vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********226500 nömrəli və xx.xx.2024-cü il tarixli **********042200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5124/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15 noyabr 2024-cü il tarixli 3-21-2-3/2-288536/2024 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-5124/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin: -“Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********056100 №-li qərarının surətindən müəyyən olunur ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. -“Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********148700 №-li qərarının surətindən müəyyən olunur ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-288536/2024 №-li qərarının surətindən müəyyən olunur ki, 2024-cü ilin sentyabr ayı üçün əlavə dəyər vergisi üzrə -Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı MMC tərəfindən hesablanmış vergi və sığorta haqqı – 29981,75 manat; -Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; -Vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 263416,32 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 233434,57 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: - ƏDV bəyannaməsində (04.2024) əvəzləşmə üçün təqdim edilmiş EBEB seriyalı 482038 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 10656.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 10656.0 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (04.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2403 seriyalı 00447604 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 61087.0896 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 61087.0896 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (04.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2404 seriyalı 00824872 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 60022.8846 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 60022.8846 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2403 seriyalı 00447604 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 61087.0896 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 61087.0896 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (04.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2404 seriyalı 00223923 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 5380.92 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 5380.92 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (05.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2405 seriyalı 11438840 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1215.54 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1215.54 manat kənarlaşma yaranmışdır.Tərəfmizdən ƏDV bəyannaməsində (06.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2406 seriyalı 10410180 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2967.84 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 2967.84 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (06.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2406 seriyalı 10410633 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 3512.34 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3512.34 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (05.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2405 seriyalı 10389049 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 3684.96 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3684.96 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2403 seriyalı 00448312 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 7497.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 7497.0 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2403 seriyalı 00448511 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 3544.38 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3544.38 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (08.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2404 seriyalı 00784375 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 6227.82 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 6227.82 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (07.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2407 seriyalı 11047961 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 19931.58 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19931.58 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (08.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2407 seriyalı 11984009 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 37555.1694 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 37555.1694 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (07.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2407 seriyalı 11984651 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 43192.8846 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 43192.8846 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (08.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2408 seriyalı 10418498 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 13672.8 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 13672.8 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (07.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2407 seriyalı 11896596 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 10292.4 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 10292.4 manat kənarlaşma yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışlabağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4- ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); Göstərilən Qaydaların xx.xx.2024-cü il tarixədək olan redaksiyasına əsasən -2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: -2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; -2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; -2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); -2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; -2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; -2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; -2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; -2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.

3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Hazırkı işin hallarından görünür ki, iddiaçı vergi orqanı tərəfindən onun barəsində kameral vergi yoxlaması nəticəsində əlavə dəyər vergiləri üzrə əlavə verginin hesablanmasına dair Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-288536/2024 №-li qərarın ləğvini xahiş edir. Qərardan müəyyən edilir ki, həmin qərar cavabdeh tərəfindən kameral vergi yoxlamasının aparılması nəticəsində qəbul edilmiş, qərarın qəbul edilməsinə əsas olan hallar isə iddiaçının yuxarıda adıçəkilən vergi ödəyiciləri ilə apardığı əməliyyatların riskli olması ilə bağlı olmuşdur. Vergi Məcəlləsinin 13.2.71-ci maddəsinə əsasən, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması özü-özlüyündə vergi əvəzləşməsinin rədd edilməsinə əsas vermir. Əsas məsələ əməliyyatın faktiki olaraq baş verib-verməməsi, yəni mal və ya xidmətin real olaraq təqdim olunubolunmaması, qarşılığında ödənişin və müqavilə öhdəliklərinin icra olunmasıdır. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mübahisələndirilən əməliyyatların baş verdiyi dövrdə adıçəkilən hüquqi şəxslər "xxxx" MMC və "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısında olmamışlar. Eyni zamanda, tərəflər arasında xidmətlərin faktiki olaraq icra olunduğu, əməliyyatların real şəkildə baş verdiyini iş materiallarında olan təhvil-təslim aktları və digər sənədlər ilə təsdiq olunur. Göründüyü kimi iddiaçının adıçəkilən hüquqi şəxslər ilə müqavilə münasibətləri yarandığı, əməliyyatların aparıldığı dövrdə onlar riskli vergi ödəyiciləri hesab olunmamış, ümumiyyətlə iddiaçı tərəfindən həmin şəxslərin riskli əməliyyatlar apardığı və gələcəkdə riskli vergi ödəyicisi olmasının ehtimal edilməsi mümkün olmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta mülki əqdlər qüvvədə olduğu zaman həmin şəxslər riskli vergi ödəyiciləri olsaydılar belə, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməzdir. Belə ki, iddiaçı həmin şəxslər ilə müqavilə bağlayarkən müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımış, bu müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən digər tərəfə vurduğu zərərə görə qanunvericiliyə əsasən tam məsuliyyət daşımışdır. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, iddiaçı ilə qeyd olunan hüquqi şəxslər arasında mülki hüquq münasibətləri, xüsusilə də podrat müqaviləsi əsasında yaranmış hüquq və öhdəliklər mövcud olmuşdur. Bu müqavilə münasibətləri çərçivəsində iddiaçı sifarişçi, "xxxx" MMC və "xxxx" MMC isə icraçı qismində çıxış etmişlər. Müvafiq müqavilələrin icrası nəticəsində xidmətlərin təqdim olunmasını təsdiqləyən təhvil-təslim aktları mövcuddur. Bu sənədlər əməliyyatların faktiki olaraq həyata keçirildiyini, yəni real iqtisadi məzmun daşıdığını sübut edir, bunu istisna edən hallar isə cavabdeh tərəfindən sübut edilmir. Bu hallar sözügedən əməliyyatlarının “əmtəəsiz əməliyyət” olmadığı qənaətini formalaşdırır. Digər tərəfdən, cavabdeh vergi orqanı yalnız əməliyyat tərəfdaşlarının aktiv təsərrüfat obyektlərinə malik olmamasına istinad edərək, həmin hüquqi şəxsləri riskli vergi ödəyiciləri hesab edərək, iddiaçı ilə onlar arasında həyata keçirilmiş əməliyyatları “əmtəəsiz” hesab etmişdir. Halbuki vergi hüququ baxımından, əməliyyatın formal və texniki göstəricilər əsasında deyil, onun real iqtisadi mahiyyəti və müqavilə öhdəliklərinin faktiki icrası əsasında qiymətləndirilməsi zəruridir. Təsərrüfat obyektlərinin olmaması faktı, əməliyyatların gerçəkliyini təkzib edən bir sübut kimi çıxış edə bilməz və bu fakt əsasında xidmətlərin təqdim olunmadığını iddia etmək üçün hüquqi əsas qismində çıxış etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslə də mülki hüquq münasibətlərinə daxilı ola bilər, bu zaman əməliyyatın real olması əməliyyat aparılan tərəflərdən birinin riskli vergi ödəyicisi olması səbəbindən istisna edilə bilməz. Bunun üçün əməliyyatların faktiki olaraq əmtəəsiz və ya riskli olduğu cavabdeh tərəfindən sübuta yetirilməlidir ki, cavabdeh nəinki həmin halı, həmçinin də iddiaçının əməliyyatları apardığı vergi ödəyicisinin riskli vergi ödəyicisi qrupuna aid edilməsinin əməliyyatlardan sonrakı tarixdə qəbul edilmiş qərarla olmasına, iddiaçının həmin müəssisənin riskli vergi ödəyicisi siyahısında olmasına dair xəbərdarlıq edilməməsinə də əhəmiyyət verməmişdir. Beləliklə də, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, əməliyyatın riskli ola bilməsi barədə İnternet Vergi idarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı da həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunmaqla, birinci instansiya məhkəməsinin qərarı hüquqi və faktiki əsaslara söykənir və apellyasiya şikayətinin dəlilləri onu ləğv etmək üçün kifayət qədər əsas yaratmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5124/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5124/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar