Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3496/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Açar sözlər: (qərarın ləğvi, qanunsuz tutulmanın dayandırılması və geri qaytarılması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2-1(112)-3243/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, **********7 nömrəli qərarına əsasən əvvəlki pensiya məbləği 414.42 manat olmuş, iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixdən yenidən hesablanaraq əmək pensiyasının məbləği 363.86 manat müəyyən edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Qanunun 39.1 maddəsi tətbiq edilmir. İlkin təyinat zamanı tərtib edilmiş şahidçilik aktı ilə 2014-cü il tarixdə təqdim edilmiş əmək kitabçası arasında ziddiyət yarandığından artıq vermə yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Z-87358/2024 nömrəli qərarına əsasən əvvəlki pensiya məbləği 363.86 manat olmuş, iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixdən yenidən hesablanaraq əmək pensiyasının məbləği 363.86 manat müəyyən edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, şahidçilik protokolu ilə əmək kitabçası arasında ziddiyət səbəbi ilə həmçinin xx.xx.1994-xx.xx.2005-ci il tarixdə 9 nömrəli təmir tikinti idarəsində xadimə işlədiyi dövr əmək kitabçasının doldurulması qaydası pozulduğundan kiril qrafikası ilə yazılıb latın qrafikalı möhürlə təsdiqləndiyindən sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanaraq bərpa edilməsi barədə iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2001-ci l tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Son zamanlar əmək pensiyası yenidən hesablanmış və pensiyanın artıq hesablanması barədə ona məlumat verilmişdir. Belə ki, cavabdeh tərəfindən ona verilmiş 03 may 2024-cü il tarixli 3-17-12-8-105393/2024 saylı cavab məktubunda göstərilir ki, pensiya işində olan sənədlərə əsasən bildirirlər ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq ona xx.xx.2001-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının ödənişi davam etdirilir. Xidməti araşdırma zamanı pensiya işində olan sənədlərə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən, xx.xx.1971-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək təhsil aldıqları illər də, nəzərə alınmaqla xx.xx.2006cı il tarixinədək 25 il 6 ay 24 gün sığorta stajı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2014-cü il tarixindən 155.21 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən pensiya işində olan ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (qeydlər kiril qrafikalı əlifba ilə yazılıb, lakin, işdən çıxma qeydində vurulan möhürdəki qeydlər latın qrafikalı əlifba ilə yazılıb) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyalarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği illər üzrə indeksləşdirilərək xx.xx.2014-cü il tarixindən 363.86 manata çatdırılmışdır. Xidməti araşdırmalar zamanı ona xx.xx.2001-ci il tarixində pensiya təyin edilən zaman təqdim edilən şahidçilik aktı ilə pensiya işində olan 2014-cü il tarixində təqdim edilmiş ИТ-İ seriyalı, 11385540 nömrəli əmək kitabçasının surəti arasında uyğunsuzluq müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının məbləğində xx.xx.2014-cü il tarixindən xx.xx.2024cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən bildirir ki, əmək pensiaysının məbləği qanunvericiliyə uyğun hesablanmışdır. Cavab məktubunda göstərilənləri qanunsuz və əsassız hesab edir. Cavabdan belə məlum olur ki, əmək kitabçasında xx.xx.1991-cü il tarixdən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün yəni, kiril qrafikalı əlifba ilə yazıldığı, lakin, işdən çıxma qeydində vurulan möhürdəki qeydlər latın qrafikalı əlifba ilə yazıldığı üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Cavabdehin mövqeyini əsassız hesab edir. Belə ki, əmək kitabçasının doldurulması işçinin səlahiyyətinə aid deyil. Digər tərəfdən əmək kitabçasının necə doldurulmasından asılı olmayaraq o, qeyd edilən dövrdə işləmişdir. Əmək kitabçasında olan qeydlər kiril qrafikalı əlifba ilə yazılması və işdən çıxma qeydində vurulan möhürdəki qeydlər latın qrafikalı əlifba ilə yazılmasına o, məsuliyyət daşımır. Bildirilməlidir ki, əmək kitabçasının doldurulduğu xx.xx.2005-ci il tarixdə möhürün latın qrafikalı əlifba ilə yazılmasında qanunsuz heç nə yoxdur. Həmin dövrdə (2000-ci ildən başlayaraq) möhürlər məhz latın qrafikalı əlifba ilə düzəldilirdi. Ona gördə cavabdehin məhz həmin əsasla pensiyanın azaldılması barədə qərar qəbul etməsi yol verilməzdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanaraq bərpa edilməsi tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı xx.xx.2001-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filial tərəfindən aparılmış araşdırmalara əsasən iddiaçının xx.xx.1971-xx.xx.1973cü il tarixləri üzrə təhsil aldığı illər də, nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 il 6 ay 24 gün sığorta stajına uyğun olaraq əmək pensiyası yenidən hesablanaraq xx.xx.2014-cü il tarixə 155.21 manata çatdırılmış, xx.xx.2024-cü il tarixə isə 363,86 manata çatdırılmışdır. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2024-cü il tarixdə ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2- Z-1053933/2024 nömrəli məktubda bildirilmişdir ki, iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək 9 nömrəli Təmir-Tikinti İdarəsində işlədiyi dövrün doldurulma qaydası pozulduğu üçün, yəni qeydlər kiril qrafikalı əlifba ilə yazılsa da, işdən çıxma qeydində vurulan möhürdəki qeydlər latın qrafikalı əlifba ilə yazıldığı üçün həmin dövrün sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qeyd olunan Qanunun 22-1.1ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də, daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Qeyd edirlər ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlar əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl adlğı əmək haqqı və digər gəlrirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı il təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.5-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əmək kitabçalarının hazırlanması, verilməsi, doldurulması və saxlanması qaydası Azərbaycan Respublikası qanunvericiliyi və bu Əsasnamə ilə tənzimlənir. Belə ki, sözügedən dövrdə latın qrafikalı əlifbaya keçidlə əlaqədar bütün rəsmi və işgüzar sənədlərin tərtibi və hazırlanmasında latın qrafikalı əlifbaya keçidlə əlaqədar bütün rəsmi və işgüzar səndlərin tərtibi və hazırlanmasında latın qrafikalı əlifbadan istifadə edilməsi, sözügedən Qaydalara əsasən imperativ xarakter daşıyır. Bu səbəbdən, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin uyğunsuzluq təşkil etməsi özlüyündə həmin dövrün cavabdeh tərəfindən sığorta stajına daxil edilməməsinə əsas vermişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 125- ci maddəsinin Vİİ hisəssinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərltərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabəliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2-1(112)-3243/2025 nömrəli qərarı ilə (hakim Aygün Abdullayeva) iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4 əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Z-87358/2024 nömrəli qərarının ləğv edilməs qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2- 1(112)-3243/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya məxsus ИТ-İ ******* № əmək kitabçasının surətində onun xx.xx.1966-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Karl Marks” adına kolxozda işlədiyi qeyd edilsə də, şahidçilik aktına əsasən xx.xx.1967-ci il tarixdən xx.xx.1971-ci il tarixədək sözügedən kolxozda, xx.xx.1974-cü il tarixdən xx.xx.1981-ci il tarixdək tikinti idarəsində, eləcə də 1981-1993-cü il tarixləri üzrə Zəngilan rayon Kino idarəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi əmək kitabçası ilə şahidçilik aktı arasında kəskin ziddiyyətlər mövcud olmuş, lakin məkəmə tərəfindən sözügedən hal araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Belə ki, əmək kitabçasında iddiaçının 1966-1994-cü il tarixləri üzrə fasiləsiz olaraq “Karl Marks” adına kolxozda işlədiyi qeyd edildiyi halda, şahidçilik aktına əsasən şahidlərin qeyd etdiyi məlumatlara, eləcə də iddiaçının pensiya işində mövcud olan ərizəsinə əsasən iddiaçının həmin dövr üzrə təkcə 1967-1971-ci il tarixləri üzrə “Karl Marks” adına kolxozda işlədiyi, 1971-1993-cü il tarixləri üzrə isə kolxozla əlaqəsi olmayan digər müəssisələrdə fəaliyət göstərdiyi bildirilmişdir. Beləliklə, qeyd olunan şahidçilik aktı və əmək kitabçasını qarşılıqlı olaraq araşdırdıqda məlumatların əsassız olaraq doldurulduğu, onların mötəbərliyinə şübhə doğuran, bilərəkdən yanlış məlumatların iddiaçının sığorta stajına münasibətdə onun xeyrinə əks olunduğu müəyən olunur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2-1(112)- 3243/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və iddia tələbinin dəyişdirilməsinə dair ərizəsini nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etmişlər. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur): Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39.1 artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3- cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 62.1-ci maddəsinə görə İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1-ci maddəsinə görə İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
İlk növbədə qeyd etmək lazımdır ki, 22 yanvar 2026-cı il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia tələbinə “xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən aparılmış tutulmaların dayandırılması və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, iddiaçının hüquqi marağı xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən aparılmış tutulmaların dayandırılaraq tutulmuş məbləğin geri qaytarılması nail olmaqdan ibarətdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçıya məxsus ИТ-İ ******* № əmək kitabçasının surətində onun xx.xx.1966-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Karl Marks” adına kolxozda işlədiyi qeyd edilsə də, şahidçilik aktına əsasən xx.xx.1967-ci il tarixdən xx.xx.1971-ci il tarixədək sözügedən kolxozda, xx.xx.1974-cü il tarixdən xx.xx.1981-ci il tarixdək tikinti idarəsində, eləcə də 1981-1993-cü il tarixləri üzrə Zəngilan rayon Kino idarəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, əmək kitabçası ilə şahidçilik aktı arasında kəskin ziddiyyətlər mövcud olmuş, lakin məkəmə tərəfindən sözügedən hal araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Belə ki, əmək kitabçasında iddiaçının 1966-1994-cü il tarixləri üzrə fasiləsiz olaraq “Karl Marks” adına kolxozda işlədiyi qeyd edildiyi halda, şahidçilik aktına əsasən şahidlərin qeyd etdiyi məlumatlara, eləcə də iddiaçının pensiya işində mövcud olan ərizəsinə əsasən iddiaçının həmin dövr üzrə təkcə 1967-1971-ci il tarixləri üzrə “Karl Marks” adına kolxozda işlədiyi, 1971-1993-cü il tarixləri üzrə isə kolxozla əlaqəsi olmayan digər müəssisələrdə fəaliyət göstərdiyi bildirilmişdir. Beləliklə, qeyd olunan şahidçilik aktı və əmək kitabçasını qarşılıqlı olaraq araşdırdıqda məlumatların əsassız olaraq doldurulduğu, onların mötəbərliyinə şübhə doğuran, bilərəkdən yanlış məlumatların iddiaçının sığorta stajına münasibətdə onun xeyrinə əks olunduğu müəyən olunur. Məhkəmə tərkibi iddia tələbinə, eyni zamanda cavabdehin apellyasiya şikayətinə münasibətdə bir neçə mərhələdə hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, **********7 nömrəli qərarına əsasən əvvəlki pensiya məbləği 414.42 manat olmuş, iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixdən yenidən hesablanaraq əmək pensiyasının məbləği 363.86 manat müəyyən edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ilkin təyinat zamanı tərtib edilmiş şahidçilik aktı ilə 2014-cü il tarixdə təqdim edilmiş əmək kitabçası arasında ziddiyət yarandığından artıq vermə yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Z-87358/2024 nömrəli qərarına əsasən əvvəlki pensiya məbləği 363.86 manat olmuş, iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixdən yenidən hesablanaraq əmək pensiyasının məbləği 363.86 manat müəyyən edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, şahidçilik protokolu ilə əmək kitabçası arasında ziddiyət səbəbi ilə həmçinin xx.xx.1994-xx.xx.2005-ci il tarixdə 9 nömrəli təmir tikinti idarəsində xadimə işlədiyi dövr əmək kitabçasının doldurulması qaydası pozulduğundan kiril qrafikası ilə yazılıb latın qrafikalı möhürlə təsdiqləndiyindən sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Qeyd olunan qərarların da mahiyyətindən görünür ki, iddiaçıya münasibətdə əlverişsiz inzibati akt xx.xx.2024-cü il tarixli qərardır. Belə ki, məhz həmin qərarla iddiaçıya təyin edilmiş pensiya məbləği azaldılmışdır. xx.xx.2024-cü il tarixli qərar isə sadəcə olaraq məlumat xarakterlidir. Bu baxımdan inzibati məhkəmə icraatl qaydasında xx.xx.2024-cü il tarixli qərarın qanuni və əsaslılığı yoxlanılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, İddiaçı xx.xx.2001-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filial tərəfindən aparılmış araşdırmalara əsasən iddiaçının xx.xx.1971-xx.xx.1973-cü il tarixləri üzrə təhsil aldığı illər də nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək 25 il 6 ay 24 gün sığorta stajına uyğun olaraq əmək pensiyası yenidən hesablanaraq xx.xx.2014-cü il tarixə 155.21 manata çatdırılmış, xx.xx.2024-cü il tarixə isə 363,86 manata çatdırılmışdır. Cavabdeh inzibati orqan iş materiallarında olan bir sənədlərdə qeyd etmişdir ki, xx.xx.2001-ci il tarixində pensiya təyin edilən zaman təqdim edilən şahidçilik aktı ilə pensiya işində olan 2014-cü il tarixində təqdim edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasının surəti arasına uyğunsuzluq müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının məbləğində xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Göründüyü kimi, inzibati orqan təxminən 10 il sonra “səhv” etdiyinin fərqinə varmış və mübahisləndirilən qərarı qəbul etmişdir. Ancaq cavabdeh ötən illər ərzində hərəkətsizlik nümayiş etdirməsinin səbəblərini mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Nəzərə almaq lazımdır ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlıdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. İnzibati orqanın cavabdehin əmək pensiyasını əsassız alması barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş hədlərdə qorunur. Qeyd olunmalıdır ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu görə bilmədiyini və ya bilməyəcəyini ifadə edir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Hazırkı halda iddiaçı tərəfindən “bona fides” prinsipinin tələblərinə əməl edilməməsi müəyyən olunmur. Bundan başqa, iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “...MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçı M.Hüseynovaya xx.xx.2025-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir və ödənilir. İddiaçı M.Hüseynovanın pensiya məbləğindən sorğuda qeyd edilən tarixdən (xx.xx.2024-cü il tarixindən) sonra da hər ay 10 manat məbləğində tutulma aparılır”. Məhkəmə tərkibi qeyd edir ki, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, belə razılıq olmadığı halda isə məhkəmə qaydasında tutulur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 39.1ci maddəsində qeyd olunur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Digər tərəfdən isə iddiaçıya münasibətdə inzibati icraat aparılmış, cavabdeh tərəfindən hazırkı mübahisələndirilən qərar qəbul edilmiş, artıq ödənilmiş pul vəsaitinin tutulması qərara alınmış, lakin inzibati icraatın aparılmasına dair iddiaçıya məlumat verilməmiş, eyni zamanda sözügedən vəsaitin tutulması onun razılığı və ya məhkəmə qərarı olmadan həyata keçirilmişdir. Bununla da “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, həmin tarixdən aparılmış tutulmaların dayandırılması və tutulmuş məbləğin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 2-1(112)-3243/2025 nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, həmin tarixdən aparılmış tutulmaların dayandırılması və tutulmuş məbləğin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.