Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3497/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Arif qızının sədrliyi və məruzəsi ilə, X3 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komtəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5 İdarəsi işə cəlb edilməklə “gömrük rəsmiləşdirilməsinin aparılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-143/2025 saylı 01 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komtəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Çin Xalq Respublikasının “X13 Material Co” LTD şirkətindən 18 avqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli və 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoyslar ilə ünvanına göndərilmiş və bundan sonra ünvanına göndəriləcək “PVC coated film” yəni “çap banerləri (parçaları)” adlı malların XİF MN üzrə 5903 10 900 0 təsnifat kodu altında sinifləşdirilməklə müvafiq gömrük rəsmiləşdirilməsinin aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddianın məzmununu onunla bağlıdır ki, 12 sentyabr 2013-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə fərdi sahibkarlıq subyekti (fiziki şəxs olaraq) kimi qeydiyyata alınmışdır. Sahibkarlıq fəaliyyətinin əsas istiqaməti kimi “Reklam məhsulların topdan və pərakəndə satışı” təşkil edir. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq yeni reklam məhsullarının satışını təşkil etmək məqsədi ilə ölkəyə müxtəlif adda xammallar idxal edir. Belə ki, tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı idxal olunan mallar arasında “PVC coated film” yəni çap banerləri (parçaları) adlı mal vardır. Həmin mallar uzun müddətdir ki, tərəfindən “Çin Xalq Respublikasının “X13 Material Co” LTD şirkətindən alınaraq ölkəyə idxal olunur. Sonuncu dəfə bağlanmış 07 yanvar 2022-ci il tarixli, 1701/22 nömrəli müqaviləyə əsasən “Çin Xalq Respublikasının “X13 Material Co” LTD şirkətindən müxtəlif invoyslar ilə “PVC coated film” yəni çap banerlərinin (parçalarının) müxtəlif vaxtlarda tərəfindən ölkəyə idxal olunmuş və həmin mallara görə cavabdeh tərəfindən ona idxal vergisi tətbiq edilməmişdir. Ölkəyə idxal olunan həmin malların təsnifat kodu istehsalçı tərəfindən verilmiş mənşə sertifikatı, həmçinin, gömrük sənədi olan malın CMR və invoysda göstərilən koda uyğun olaraq müəyyən olunur. Hazırki vəziyyətdə həmin malın mənfə sertifikatında, CMR və invoysda malların təsnifat kodu “5903 10 900 0” kimi qeyd olunmuşdur. Həmin malların mənşə sertifikatında olan hazırki kod Çin Xalq Respublikasının Ticarət və Sənaye Palatası tərəfindən verilmiş təsnifat kodudur və həmin kodun tərəfindən və yaxud da, hər hansı şəxs tərəfindən dəyişdirilməsi qeyri-mümkündür. Bundan başqa, malların ixrac bəyannaməsində belə malın təsnifat kodu “5903 10 900 0” kimi qeyd olunur. Həmin mallara “Azərbaycan Respublikasının xarici X10 nomenklaturası, X7 dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında 500 saylı, 17 noyabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici X10 Nomenklaturası, X7 X8 X1 əsas Şərhetmə Qaydalarının Xİ bölməsinə əsasən tərəfindən “PVC coated film” adda ölkəyə idxal edilmiş mallar 59 qrupa aid edilir. XİF MN üzrə 5903 10 900 0 təsnifat kodu olmaqla tarif dərəcəsi (gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) 0 məbləği ilə hesablanması nəzərdə tutulmuşdur. Bu səbəbdən idxal olunan malların XİF MN üzrə 5903 10 900 0 təsnifat kodu kimi tərəfindən səhv bəyan edilməmiş və həmin idxal olunan mallara idxal rüsumu tətbiq olunmur. Bununla bağlı bildirir ki, həmin adda mallar tərəfindən 4 ildən artıq müddətdir ki, XİF MN 5903 10 900 0 təsnifat kodu üzrə ölkəyə idxal olunur və 40 tipli bəyannamələr tərtib edilərək həmin mallara Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən idxal rüsumu tətbiq edilməmişdir. Sonuncu dəfə, ünvanında 18 avqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli, GLJA220626+710+713 nömrəli və 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoyslar ilə idxal olunan yuxarıda qeyd olunan eyni adlı mallar üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi yenidən məhkəmə qərarlarına, həmin mallar üzrə əvvəlki bəyannamələrə və digər hüquqi sənədlərə (mənşə sertifikatı, gömrük sənədi olan malın CMR və invoysda göstərilən koda, malların ixrac bəyananməsinə) məhəl qoymayaraq əsassız və qanunsuz olaraq idxal olunmuş həmin malları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İpək Yolu Postunda saxlamış, nəticədə ona 2.800,00 (iki min səkkiz yüz) ABŞ dolları və 1.600,00 (bir min altı yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Bu səbəbdən tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış olduğu şikayətlərdən sonra cavabdeh İdarədən ona zəng gələrək mallara dair 61 tipli gömrük bəyananməsi tərtib edilməklə yəni məhsul saxlanca verilməklə, malları çıxara biləcəyi bildirilmiş, o, məcburiyyət qarşısında qalaraq sürücülərin xərclərini əlavə ödəməmək üçün malları boşaltmaq məcburiyyətində qalmışdır. Tərəfindən idxal olunan “PVC coated film” yəni, çap banerlərinin (parçalarının) adlı malların tərkibinə və təsnifat koduna dair onun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı onun xeyrinə yekunlaşan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2706/2019 saylı, xx.xx.2019cu il tarixli və 2-1(102)-3446/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qərarlarının olmasına baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi yenidən eyni adlıl, xassəyə, əlamətə və mənşə sertifikatına malik ünvanına 18 avqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli və 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoyslar üzrə idxal olunan 6 konteyner “PVC coated film” adlı mallara başqa təsnifat kodu tətbiq etmək məqsədi ilə malların nümunələrini götürərək ekspertiza təyin olunması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X9 İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 1400-012/0xx-xx/007933 nömrəli, 28 oktyabr 2022-ci il tarixli müraciəti əsasında 28 oktyabr 2022-ci il tarixdə təqdim olunmuş sənədlər və 03 noyabr 2022-ci il tarixdə təqdim olunmuş “PVC coated film” adlı nümunələr üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X9 İdarəsi tərəfindən aparılmış, 07 noyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən təqdim olunmuş sənədlər və nümunələr əsasında onun ünvanına 07 sentyabr 2022-ci il tarixli, GLJF220626+710+713 nömrəli və 18 avqust 2022-ci il tarixli, GLJA220522 nömrəli invoyslar üzrə idxal olunan mallardan təqdim olunmuş nümunələr üzrə - GLJA220626+710+713 nömrəli invoysun 1-ci mövqeyi üzrə 1-ci bəndinə görə malların səthi sıxlığını müəyyən etmək mümkün olmadığından səthi sıxlıqlarına müvafiq olaraq 56 qrupa aid edilməklə, XİF MN üzrə 5603 11 100 0, 5603 12 100 0 və 5603 14 100 0 kodları altında sinifləşdirilmiş, (tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) 15 ABŞ dolları); GLJA220626+710+713 nömrəli invoysun 1-ci mövqeyi üzrə 2, 3 və 4-cü bəndləri, 59 qrupa aid edilməklə, XİF MN üzrə 5903 90 990 0 kodu altında sinifləşdirilmiş (tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) 0 məbləği) və; GLJA220522 ömrəli invoysun 1-ci mövqeyi üzrə 1-ci bəndi, 56 qrupa aid edilməklə, XİF MN üzrə 5603 12 900 9 kodu altında (tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) 15 ABŞ dolları) sinifləşdirilmişdir. Ekspert rəyi ilə bağlı qeyd edir ki, necə ola bilər ki, eyni adlı, xassəli, mənfə sertifikatlı və biri digərindən əlamətləri ilə fərqlənməyən mallar müxtəlif invoyslar altında gəlməsinə baxmayaraq, Azərbaycan Respublikası Gömrük Komitəsinin X9 İdarəsinin eksperti tərəfindən kəskin fərqlənan mallar qrupu üzrə qruplaşdırılmış və müxtəlif XİF MN üzrə kodlaşdırılmışdır. Bundan başqa, ekspert eyni adda, xassəyə, mənşə sertifikatına və əlamətlərə malik malların bir qismini “Pambıq keçə və ya fetr və toxunmamış materiallar, xüsusi iplik, ciyərlər kəndirlər, kanatlar və troslar və onlardan məmulatlar” 56-cı qrupu, digər qismini isə “Hopdurulmuş, üzlüklü və ya təkrarlanmış tekstik materialları, texniki təyinatlı tekstil materialları” 59-cu qrup üzrə təsnifatlandırılmışdır. Bundan başqa, ekspert tərəfindən GLJA220626+710+713 nömrəli invoysın 1-ci mövqeyi üzrə 1-ci bəndi üzrə ekspert tərəfindən bir mala dair dörd təsnifat kodu verirsə və ekspertiza idarəsi malların səthi sıxlığını müəyyən edə bilmrsə və eyni mallara müxtəlif tənsifat kodu verirsə bu artıq ekspertiza deyil, hüquqdan kəanr öz dərnək fəaliyyətidir. Həmin kodlu mal hopdurulmuş, plastmass material ilə örtülmüş və ya təkrarlanmış materiallar kateqoriyasına aid olub, toxuculuq (tekstil) məmulatıdır və gömrük tarifi 0 % təşkil edir. Lakin, X5 İdarəsi tərəfindən malın XİF MN üzrə müxtəlif kodlar kimi müəyyənləşdirilmişdir ki, həmin kodlar üzrə gömrük dərəcəsi isə 15 % təşkil edir. Tərəfindən malın XİF MN üzrə kodunun “5903 10 900 0” olduğunu qeyd etsə də, cavabdehin əməkdaşları bunu qəbul etməyərək X9 İdarəsi tərəfindən malın kodunun dəyişdirilməsini əsas gətirərək MGEİ-nin verdiyi kodla gömrük rəsmiləşdirilməsini tələb edirlər. Bundan başqa, hazırki mallar ilə bağlı əvvəlki tarixlərdə ölkəyə gətirilən mallarla eyni növlü olmasına baxmayaraq, X5 İdarəsi tərəfindən həmin mallara dair bir dəfə də XİF MN görə 3921 90 900 0 alt yarımmövqeyində sinifləşdirilmişdir. Göründüyü kimi, X5 İdarəsinin ekspertlər tərəfindən eyni adlı məhsul müxtəlif ziddiyyətli kod altında sinifləşdirilmişdir. Cavabdehin əməkdaşları da, ekspertizanın rəyinə istinad etməklə malın təsnifat kodunun idxal vergisi olan kod üzrə gömrük rəsmiləşdirilməsini ondan tələb etmələri səbəbindən tərəfindən 40 tipli bəyannamnin rəsmiləşdirilməsinə şərait yaradılmır. Lakin, qoyduqları tələb qanunsuz olduğundan gömrük rəsmiləşdirilməsi həyata keçirilmir. Bütün bunlar bir daha o halı təsdiq edir ki, cavabdeh heç bir qanuna və məhkəmə qərarlarına məhəl qoymamaqla onun sahibkar kimi hüquqlarını pozur.
3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi gömrük bəyannamələrində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı şübhə yarandığı üçün ekspert rəyinin verilməsi məqsədilə X5 İdarəsinə müraciətlər edilmişdir. Həmin müraciətlərin nəticəsində keçirilmiş ilkin ekspertizalara əsasən cavabdehə elektron formada göndərilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ekspert rəylərində bəyan edilmiş malların təsnifat kodunun fərqli kod ilə sinifləşdirildiyi göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən bildirir ki, cavabdeh hazırki iş üzrə X9 İdarəsinin malların təsnifat kodu üzrə verdiyi rəyləri əsas tutur və tərəflərindən X9 İdarəsinin verdiyi rəyə zidd olaraq gömrük rəsmiləşdirilməsinin aparılması mümkün deyildir.
II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Bakı İnzibati məhkəməsinin 2-1(112)-143/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il -ci il qərarı ilə iddia tələbi təmin edilərək, Çin Xalq Respublikasının “X13 Material Co” LTD şirkətindən 18 avqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli və 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoyslar ilə İddiaçı ünvanına göndərilmiş “PVC coated film” yəni “çap banerləri (parçaları)” adlı malların XİF MN üzrə 5903 10 900 0 təsnifat kodu altında rəsmiləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir.
5. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Çin Xalq Respublikasından mallar idxal olunmuş və sözügedən mallar “5903 10 900 0” kod ilə iddiaçının ünvanına göndərilmiş, iddiaçı gömrük bəyannaməsində sözügedən malları “5903 10 900 0” kodu ilə bəyan edərək gömrük dəyərinin 0% olmasını bəyan etmiş, sözügedən mallar barəsində Bakı Baş Gömrük İdarəsindən X5 İdarəsinə göndərilən sorğuya əsasən ekspertiza aparılmış və ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, 18 avqust 2022-ci il tarixli GLJA220522 nömrəli və 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli invoyslar ilə idxal olunan “PVC coated film” yəni “çap banerləri (parçaları)” adlı mallar istifadə olunan materiallar baxımından XİF MN görə 5603 11 110 0, 5603 12 100 0, 5603 13 100 0, 5603 14 100 0, 5609 90 990 0 və 5603 12 900 9 alt yarımmövqeyində, 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoys ilə idxal edilmiş mallar isə istifadə olunan material baxımından XİF MN-ə görə 5903 90 990 0 alt yarımmövqeyində sinifləşdirilir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən idxal edilmiş malları sözügedən qruplara yaradır. İddiaçı tərəfindən bəyan edilmiş malların “5903 10 900 0” kodu altında rəsmiləşdirilməsindən imtina etmişdir.Cavabdehin imtinasının dəlillərinin hər tərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən müvafiq qərardadlar ilə təyin edilmiş məhkəmə texniki və əmtəəşünaslıq ekspertizalarının keçirilməsi barədə qərardadlarının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 9/5854 nömrəli və xx.xx.2024-cü il tarixli, 9/1781 nömrəli ekspert rəylərinə əsasən “X13 Material Co” LTD şirkətindən 18 aavqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli və 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoyslar ilə iddiaçının ünvanına göndərilmiş malların aparılmış tədqiqat nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici X10 nomenklaturası, X7 dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən “5903 10 900 0” nömrəli alt yarımmövqeyində sinifləşdirilməsi müəyyən edilmişdir. Məhkəmə həmin ekspert rəylərini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, iş materiallarında olan sənədlərlə hər hansı bir ziddiyyət təşkil etmədiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirmişdir. Beləliklə məhkəmə, işin məhkəmətərəfindən araşdırılmış hallarına və keçirilmiş ekspertizalar üzrə alınmış ekspert rəylərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən “X13 Material Co” LTD şirkətindən 18 avqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli və 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoyslar ilə idxal edilmiş malların cavabdeh tərəfindən tələb edilən kodlarla uyğunlaşdırılması düzgün deyildir.
6. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
III.Apellyasiya şikayətinin dəlilləri:
7. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin malların təsnifatı adlanan 321 -ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici X10 nomenklaturasında kodu (kodları) müəyyən olunur. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. Bəyan edilən malların xarici X10 nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Malların təsnifatını apararkən, gömrük orqanları xarici X10 nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər.İddiaçının təqdim etdiyi **********3794 **********3799, **********3802, **********3823 və **********5997 sorğu nömrəli gömrük bəyannamələrində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı şübhə yarandığı üçün müvafiq araşdırma aparılmış və malların təsnifat kodu ilə bağlı ekspertiza rəyinin verilməsi üçün X5 İdarəsinə müraciət edilmişdir. Həmin müraciət nəticəsində keçirilmiş ilkin və kompleks ekspertizaya əsasən cavabdehə elektron formada göndərilmiş 07.11,2022-ci il tarixli və 23.01,2023-ci il tarixli ekspert rəylərində 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 saylı invoysun və 14 sentyabr 2022ci il tarixli GLJA220711 saylı invoysun əhatə etdiyi malların XİF MN üzrə 5903 90 990 0, GLJA220522 nömrəli xx.xx.2022-ci il tarixli invoysun əhatə etdiyi malın isə XİF MN üzrə 5603 12 900 9 təsnifat kodu ilə sinifləşdirildiyi göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən, hazırki iş üzrə X9 İdarəsinin malların təsnifat kodu üzrə verdiyi rəy cavabdeh tərəfindən əsas tutulmuşdur. Beləliklə müəyyən olunur ki, məhkəmə qərarında müxtəlif qanunvericilik normaları sadalansa da, həmin normalar işin faktiki hallarına düzgün tətbiq edilməmişdir.Həmçinin iş materiallarında olan invoysda və Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin verdiyi ilkin 03.11,2023-cü il tarixli 9/5854 nömrəli rəydə göstərilən 5903 10 900 0 təsnifat koduna “nümunələrin armaturlaşdırma aparıİmadığı, üst örtüyü adi gözlə görünən, 15-300 dərəcə temperaturunda diametri 7 mm olan silindrin ətrafına sınmadan sarılması mümkün olduğu üçün” uyğunlaşdırıldığı əsas gətirilmişdir. Lakin, məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə GLJA220522 nömrəli 18 avqust 2022-ci il tarixli, GLJA220626 + 710 + 713 nömrəli 07 sentyabr 2022ci il tarixli və GLJA220711 nömrəli 14 sentyabr 2022-ci il tarixli invoyslarla iddiaçının ünvanına göndərilmiş malların XİF MN kodu müəyyən edilməli olmasına baxmayaraq, ekspert tərəfindən verilən rəydə GLJA220522 nömrəli 18 avqust 2022-ci il tarixli, GLJA220626 + 710 + 713 nömrəli 07 sentyabr 2022-ci il tarixli və GLJA220711 nömrəli 14 sentyabr 202 Həmin Qaydaların 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaiməfaktura tərtib edilməklə həyata keçirilir. Keçirilmiş əlavə məhkəmə ekspertizasının nəticəsində tərtib edilmiş 01,08.2024-cü il tarixli 9/1781 nömrəli rəydə əlavə ekspertizanın təyin edilməsinə zərurət yaradan suala aydınlıq (bütün invoysları əhatə etmiş mallardan nümunə götürülməsi ilə bağlı) gətirilməmiş, tədqiqat düzgün şəkildə aparılmadan ilkin ekspert rəyi əlavə ekspert rəyində təkrarlanaraq əks edilmişdir.Əvvəla qeyd etməliyik ki, iş materiallarına əlavə edilmiş nümunələrin 39-cu qrupa aid olduğu X5 İdarəsi tərəfindən müəyyən edilməmişdir. X5 İdarəsinin verdiyi və iş materiallarında olan ekspert rəylərində həmin nümunələr 56-cı və 59-cu qruplara aid edilmişdir. Buna baxmayaraq, ekspert Etimad Həbibov 39-cu qrupun təsnifatı ilə müqayisə apararaq 59cu qrupdan istisna edilən “nümunələrdə armaturlaşdırma aparılmadığı, üst örtüyü adi gözlə görülən, 15-300 dərəcə temperaturunda diametri 7 mm olan silindrin ətrafına sınmadan sarılması mümkün olduğu üçün” nəticəsinə gələrək tamamilə yanlış istiqamətə yönəlmiş və nəticədə yanlış rəy vermişdir. Belə ki, AR Nazirlər Kabinetinin 500 Nömrəli Qərarının 39-cu qrupa aid qeydlərinin 2-ci bəndinə əsasən 5903 mal mövqeyinə aşağıdakılar daxil edilir: (a) Aşağıdakılar istisna olmaqla istənilən səthi sıxlıqlı və istənilən təbiətli plastmasla (bərk və ya məsaməli) hopdurulmuş, örtülmüş və ya təkrarlanmış tekstil materiallar: (3) tekstil materialı tamamilə plastmasın və ya rezinin daxilinə yerləşdirilmiş və ya hər iki tərəfdən adi gözlə görünən (bunun nəticəsində yaranmış rəng dəyişməsi nəzərə alınmır) belə örtüklə örtülmüş materiallar (39-cu qrup) . İddia tələbinin predmeti olan malların təsnifat kodu ilə bağlı mübahisədə isə 39-cu qrupa aidiyyətdən söhbət belə getmir. Yəni iddiaçı və gömrük orqanının bu mallarla bağlı 39-cu qrupda təsnifləşdirmə ilə bağlı mübahisəsi yoxdur.Eyni zamanda bildiririk ki, ekspert rəyində tədqiqat prosesi təsvir edilərkən və nəticə hissəsinin qeydində nümunələrin hər iki tərəfinin parlaq ağ polimer təbəqə ilə üzləndiyi göstərilmişdir. Halbuki rəydə nümunələrin şəklindən də göründüyü kimi nümunələrin yalnız bir tərəfi plastmasla örtülmüşdür.Həmçinin, nümunələrin təsnifat kodunun müəyyən edilməsi zamanı mühüm əhəmiyyət kəsb edən materialların strukturu da ekspert rəyində qeyd olunmamışdır.Cavabdehin yazılı vəsatəti əsasında Bakı İnzibati Məhkəməsi tərəfindən iş üzrə kompleks məhkəmə texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.Lakin, Məhkəmə Ekspertizası tərəfindən daxil olmuş məktubla ekspertizanın keçirilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, məhkəmə- əmtəəşünaslıq ekspertlərinin qarşısında qoyulmuş sualların həll edilməsi üçün məhkəməyə xx.xx.2025ci il tarixli (tədqiqat obyektinin nümunə qismində tədqiqata təqdim edilməsi və ekspertizanın keçirilməsində tərəflərinin iştirakının təmin edilməsi xahiş olunur) vəsatət göndərilmiş, lakin vəsatət təmin edilməmişdir.Bununla bağlı bildiririk ki, ekspertizada tərəflərin iştirakı ilə bağlı məhkəməyə verilmiş ekspert vəsatətindən cavabdehin məlumatı olmamışdır.
IV. Tərəflərin izahatları
8. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
9. İddiaçının vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
Əsaslandırıcı hissə
V. Tətbiq olunan hüquq
10. Gömrük Məcəlləsindən: 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.
11. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan: 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici X10 nomenklaturası, X7 dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən 5903 mal mövqeyinə aşağıdakılar daxil edilir:
1. Kontekstdə başqa şərt qoyulmadığı halda, bu qrupda “tekstil materialları” termini yalnız 50 - 55-ci qruplardakı və 5803 və 5806 mal mövqelərindəki parçalara, 5808 mal mövqeyindəki tikədə olan hörülmüş tesmaya və bəzək materiallarına və 6002 - 6006 mal mövqelərindəki maşınla və ya əllə toxunmuş trikotaj parçaya şamil edilir.
2. 5903 mal mövqeyinə aşağıdakılar daxil edilir: (a) aşağıdakılar istisna olmaqla, istənilən səthi sıxlıqlı və istənilən təbiətli plastmasla (bərk və ya məsaməli) hopdurulmuş, örtülmüş və ya təkrarlanmış tekstil materiallar: (1) hopdurulması və örtüyü adi gözlə görünməyən materiallar (adətən, 50 - 55-ci, 58-ci və ya 60-cı qruplar); bu zaman hər hansı bir rəng dəyişməsi nəzərə alınmır; (2) 15 - 30° C temperaturunda diametri 7 mm olan silindrin ətrafına sınmadan sarınması mümkün olmayan məmulatlar (adətən, 39-cu qrup); (3) tekstil materialı tamamilə plastmasın və ya rezinin daxilinə yerləşdirilmiş, və ya hər iki tərəfdən adi gözlə görünən (bunun nəticəsində yaranmış rəng dəyişməsi nəzərə alınmır) belə örtüklə örtülmüş məmulatlar (39-cu qrup); (4) qismən plastmasla örtülmüş və belə emalın nəticəsində üzərinə şəkil əks olunmuş materiallar (adətən, 50 - 55-ci, 58-ci və ya 60-cı qruplar); (5) tekstil materialı yalnız armaturlaşdırmaq üçün nəzərdə tutulmuş məsaməli plastmasla birləşmədə olan tekstil materialdan lövhələr, vərəqlər və ya zolaqlar və ya lentlər (39-cu qrup); və ya (6) 5811 mal mövqeyinin tekstil məmulatları; (b) 5604 mal mövqeyindəki plastmasla hopdurulmuş, örtülmüş və ya üzlüklü saplardan, yastı və ya analoji saplardan materiallar.
3. 5903 mal mövqeyində “plastmasla təkrarlanmış tekstil material” dedikdə plastmas təbəqə və ya plyonka materialın en kəsikdə çılpaq gözlə görünüb görünməməsindən asılı olmayaraq, qatların bir-birinə istənilən proseslə birləşdirilməsi nəticəsində bir və ya bir neçə qat tekstil materialın, bir və ya bir neçə plastmas təbəqə və ya plyonka materialı ilə birləşdirilməsindən alınan məmulat nəzərdə tutulur.
XİF MN üzrə kod mal mövqelərinin adları əlavə ölçü Tarif dərəcəsi vahidi (gömrük dəyərinə görə %-ilə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)
5903 5902 mal mövqeyindəki materiallardan başqa plasmasla örtülmüş və ya təkrarlanmış tekstil materialları
5903 10 - polivinilxloridlə: 5903 10 100 0 — hopdurulmuş m2 5
5903 10 900 0 — örtülmüş və ya təkrarlanmış m2 0 5903 20 - poliuretanla: 5903 20 100 0 — hopdurulmuş m2 5
5903 20 900 0 - - örtülmüş və ya təkrarlanmış m2 0 5903 90 - digərləri: 5903 90 100 0 -- hopdurulmuş m2 0 - - örtülmüş və ya təkrarlanmış: 5903 90 910 0 m2 5 ------ üz tərəfi tekstil materialdan təşkil olunan, sellüloz törəmələri ilə və ya digər plastmas materialları ilə- 5903 90 990 0 ----- digərləri m2 0
VI. Məhkəmənin mövqeyi
13. Məhkəməninin müvafiq qərardadları ilə təyin edilmiş məhkəmə texniki və əmtəəşünaslıq ekspertizalarının keçirilməsi barədə qərardadlarının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən aşağıdakı rəylər daxil olmuşdur: - xx.xx.2023-cü il tarixli, 9/5854 nömrəli ekspert rəyinə əsasən “X13 Material Co” LTD şirkətindən 18 aavqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022- ci il tarixli GLJA220626+710+713 nömrəli və 14 sentyabr 2022-ci il tarixli GLJA220711 nömrəli invoyslar ilə iddiaçının ünvanına göndərilmiş malların aparılmış tədqiqat nəticəsində təqdim edilmiş nümunənin üst örtüyü adi gözlə görünən, diametri 7 mm olan silindrin ətrafına sınmadan sarılması mümkün olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici X10 nomenklaturası, X7 dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən həmin nümunənin malın ixrac bəyananməsində və invoysda göstərilən “5903 10 900 0” nömrəli koda uyğunluğu müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli, 9/1781 nömrəli ekspert rəyinə əsasən əsasən “X13 Material Co” LTD şirkətindən 18 aavqust 2022-ci il tarixli GLJA220522 nömrəli, 07 sentyabr 2022-ci il tarixli GLJA220626+710+713 nömrəli invosylarla iddiaçının ünvanına göndərilmiş malların aparılmış tədqiqat nəticəsində təqdim edilmiş nümunələrdə armaturlaşdırma aparılmadığı, üst örtüyü adi gözlə görünən, 15-300 C tempraturunda diametri 7 mm olan silindirin ətrafına sınmadan sarılması mümkün olduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici X10 nomenklaturası, X7 dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən həmin nümunələrin, yəni reklam bannerlərinin “5903 10 900 0” nömrəli alt yarımmövqeyində sinifləşdirilməsi müəyyən edilmişdir.
14. Mübahisənin əsası banner kimi istifadə edilən malın “plastmasla təkrarlanmış tekstil material” hesab edilib-edilməməsi ilə bağlıdır. Göründüyü kimi, ekspert rəyində də qeyd edilən hal tədqiqat obyekti olmuş və ekspertin qənaətinə əsasən mal nümunələrində armaturlaşdırma aparılmadığı, üst örtüyü adi gözlə görünən, 15-300 temperaturunda 7 mm olan silindrin ətrafına sınmadan sarılması mümkün olduğu üçün malın məhz plastmasla təkrarlanmış tekstil material olduğuna dair qənaət formalaşmışdır.
15. Məhkəmə kollegiyası qeyd edir ki birinci instansiya məhkəməsi tərəfindən təyin olunan ekspertizanın keçirilməsi hər iki tərəfin, habelə Mərkəz Gömrük Baş İdarəsinin nümayəndəsinin iştirakı ilə aparılmış, yəni ekspert tədqiqatı zamanı Mərkəz Gömrük Baş İdarəsinin nümayəndəsinin dəlilləri ekspertə bildirilmiş, buna baxmayaraq, ekspert malın xassələri ilə bağlı qeyd edilən qənaətə gəlmişdir.
16. Ekspert rəyi birinci instansiya məhkəməsi tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, iş materiallarında olan sənədlərlə hər hansı bir ziddiyyət təşkil etmədiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirilmişdir.
17. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ekspertin qənaəti əvvəllər idxal olunmuş gömrük bəyannamələrindəki məlumatlarla da tamamlanır. İnzibati orqanların fəaliyyətində hüquqi müəyyənlik və etimad prinsipi təmin olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mallar əvvəllər də xx.xx.2020-ci il də polivinilxloridlə örtülmüş və ya təkrarlanmış plastiklə örtülmüş və ya təkrarlanmış tekstil materialları (malın kodu **********) xx.xx.2020-ci il plastmasla örtülmüş və ya təkrarlanmış tekstil polivinilxloridlə örtülmüş və ya təkrarlanmış (malın kodu **********) xx.xx.2019-ci idə plastmala örtülmüş və ya təkrarlanmış tekstil materialları, polivinixloridlə örtülmüş və ya təkrarlanmış (malın kodu **********) xx.xx.2019-ci il plastmala örtülmüş və ya təkrarlanmış tekstil materialları, polivinixloridlə örtülmüş və ya təkrarlanmış (malın kodu **********) xx.xx.2018-ci il plastmala örtülmüş və ya təkrarlanmış tekstil (malın kodu **********) xx.xx.2021-ci il plastmasla örtülmüş və ya təkrarlanmış tekstil polivinilxloridlə örtülmüş və ya təkrarlanmış (malın kodu **********) xx.xx.2022-ci il plastmasla örtülmüş və ya təkrarlanmış tekstil polivinilxloridlə örtülmüş və ya təkrarlanmış (malın kodu **********) xx.xx.2021-ci il plastmasla örtülmüş və ya təkrarlanmış tekstil polivinilxloridlə örtülmüş və ya təkrarlanmış (malın kodu **********) xx.xx.2021-ci il plastmasla örtülmüş və ya təkrarlanmış tekstil polivinilxloridlə örtülmüş və ya təkrarlanmış (malın kodu **********) XİF MN ********** təsnifat kodu üzrə ölkəyə idxal olunmuş və həmin mallara Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən idxal gömrük rüsumu tətbiq edilməmişdir. Məhkəmə hesab edir ki, gömrük orqanının özünün uzun müddət ərzində tətbiq etdiyi bu sabit praktika iddiaçıda həmin mal kodunun düzgünlüyünə dair haqlı etimad formalaşdırmışdır.
18. Bundan başqa, apellyasiya şikayətində ekspert tərəfindən malların 39-cu qrupun təsnifatı ilə müqayisə aparıldığı qeyd edilsə də, qeyd edilənlər təsdiqini tapmır, belə ki, rəydə malların sırf XİF MN ********** kodu ilə tədqiqatı aparıldığı müəyyən edilir.
19. Cavabdeh orqan əvvəllər idxal edilmiş malların hazırkı mallardan fərqli olduğunu qeyd etsə də, cavabdehin təqdim etdiyi X9 Mərkəzi tərəfindən ekspertizanın aparılması nəticəsində (**********0532 sorğu nömrəli xx.xx.2019-cu il tarixli) müəyyən olunmuşdur ki, mallar “əsaslı təbəqə ilə örtülmüş polietilentereftalat (CAS 25038-59-9) əsaslı saplardan ibarət, banner” kimi istifadə olunan materialdır.
20. Apellyasiya şikayəti məhkəmə ekspertizasının suallara aydınlıq (bütün invoysları əhatə etmiş mallardan nümunə götürülməsi ilə bağlı) gətirməməsi, həmçinin tədqiqatın düzgün şəkildə aparılmadan ilkin ekspert rəyi əlavə ekspert rəyində təkrarlanaraq əks edilməsi ilə əsaslandırılmışdır. Lakin məhkəmə qeyd edir ki, qeyd edilən xarakterli işlərdə əsas olan malların xassələri olduğundan müstəqil ekspertin qənaəti bu məsələdə həlledicidir. Ekspert rəyi isə iş materiallarında olan digər sübutlarla (iddiaçının əvvəllər də eyni xassəli malı qeyd edilən XİF MN kodla ölkəyə idxal etmiş olması, həmin əvvəllər idxal olunmuş malların fərqli xassələrə malik olmasına dair cavabdeh tərəfindən sübutların təqdim edilməməsi), yəni inzibati orqanın öz inzibati təcrübəsi ilə tamamlanır.
21. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, 2-1(112)-143/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır.
Nəticə hissəsi
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-143/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Rəşid Səmədov Orxan İsmayılov