Məhkəmə qərarları › İş №2-1(103)-35/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-35/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-35/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ XN2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi ilə, İddiaçı (hüquqi varisi X4) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “inzibati hüquq münasibətinin müəyyən edilməsi və məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 9N0/202N saylı, xx.xx.202N-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı (hüquqi varisi X4) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin X2 RAS silsiləsinin rəisi-baş müəllimi təyin olunması haqqında Müdafiə Nazirinin xx.xx.N995-ci il tarixli, 0672 saylı əmrində “xidmət mənafeyi naminə (yaşa görə)” düzəlişinin edilməsinin və N997-ci ildən bu günə qədər pensiyasının düzgün hesablanmaması ilə əlaqədar ona dəymiş ziyanın tam şəkildə ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(8N)-N685/20N9 saylı, xx.xx.20N9cu il tarixli qərardadı ilə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi səbəbi ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)-N420/20N9 saylı, 04 iyun 20N9-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(8N)-N685/20N9 saylı inzibati iş üzrə 03 aprel 20N9-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhəkməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N02)- 269N/20N9 saylı, N2 noyabr 20N9-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 20N9-cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-5N9/2020 saylı, 20 fevral 2020-ci il tarixli qərardadı ilə iddiaçı X5 apellyasiya şikayəti təmin edilmiş, N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(8N)-N685/20N9 saylı inzibati iş üzrə 03 aprel 20N9-cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrə düzəlişin edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı N7 noyabr N993-cü il tarixdən N4 iyun N995-ci il tarixə kimi “Cəbhə komandirinin silahlandırma üzrə müavini – Silahlandırma rəisi” vəzifəsinə bərabər tutulan “A” qrupunun rəhbəri vəzifəsində xidmət etməsi, səhhəti, təcrübəsi və yaşı ilə əlaqədar xidmət mənafeyi naminə daha azmaaşlı vəzifəyə - Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin X2 RAS silsiləsinin baş müəllimi vəzifəsinə keçirilməsi inzibati hüquq münasibətinin müəyyən edilməsi və ona təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.N8-ci maddəsinin tələbləri nəzərə alınmaqla 28 oktyabr N997-ci il tarixdən yenidən hesablanması üçün yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-9N0/202N saylı, xx.xx.202N-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-9N0/202N saylı, xx.xx.202N-ci il tarixli qərarının ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəni həll edərkən işin faktiki hallarını araşdırmamış, iddiaçı tərəfin təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, iddiaçı tərəfin təqdim etdiyi iki sübuta (İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 aprel N994-cü il tarixli, N08 nömərli əmrinin surətindən görünür ki, Müdafiə Nazirinin N4 mart N994-cü il tarixli, 020N nömrəli əmrinə əsasən 0N yanvar N994-cü il tarixdən sərəncamda olacağı bütün müddət ərzində pul təminatı ilə təmin olunması Bakı Qarnizonunun Mərkəzi Maliyyə Xidmətinə həvalə edilmişdir. İşdə olan 06 mart N995-ci il tarixli, N27 nömrəli arayışın surətindən görünür ki, “A” qrupu tərəfindən X6 verilmiş həmin arayış “A” qrupunun rəhbəri polkovnik İddiaçı tərəfindən imzalanmışdır) istinad etsə də, qərarında göstərilmiş nəticələr işin hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin N6 iyul N993-cü il tarixli, 0308 nömrəli əmrinə əsasən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Üınumqoşun və atış kursların baş müəllimi polkovnik-leytenant İddiaçı Cəbhə Komandanının Silahlanma üzrə müavini vəzifəsinin icrasına buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin N7 noyabr N993-cü il tarixli 0552 nömrəli əmrinə əsasən polkovnik İddiaçı Cəbhə Komandanının Silahlanma üzrə müavini vəzifəsinin icrasından azad edilmiş, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin sərəncamına keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin N3 iyun N995-ci il tarixli 0672 nömrəli əmrinə əsasən sərəncamda olan polkovnik İddiaçı Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin X2 Raket artilleriya silahları silsiləsinin baş müəllimi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin N2 noyabr N995 il tarixli 0N640 nömrəli əmrinə əsasən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin X2 Raket artilleriya silahları silsiləsinin baş müəllimi polkovnik İddiaçı Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin X2 Raket artilleriya silahları silsiləsinin rəisi-baş müəllimi vəzifəsinə təyin edilmişdir. N6 iyul N993-cü il tarixli, 0308 nömrəli əmrindən görünür ki, iddiaçı yalnız N6 iyul N993-cü il tarixdən N7 noyabr N993-cü il tarixə kimi Cəbhə Komandanının Silahlanma üzrə müavini vəzifəsinin icraçısı kimi xidmət etmişdir. Sonradan isə müdafiə nazirinin müvafiq əmrlərinə əsasən eyni kateqoriyada olan müvafiq vəzifələrə təyin olunmuş və əmrlərin verilməsində qanun pozuntusuna yol verilməmişdir. İddiaçı, ərizədə qeyd etdiyi “cəbhə komandirinin silahlandırma üzrə müavini - silahlandırma rəisi vəzifəsinin icraçısı” vəzifəsində N6 iyul N993-cü il tarixdən N7 noyabr N993-cü il tarixə kimi xidmət etmişdir. Göründüyü kimi iddiaçı göstərilən vəzifədə 3 (üç) ay xidmət etmiş və göstərilən vəzifələrin icrası heç də onun xidmətindən ehtiyata buraxılması zamanına təsdiq olunmur. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 20.N8ci-ci maddəsinin normaları ona tətbiq oluna bilməz. İddiaçı X9 iddia ərizəsində “A” qrupu adlanan hərbi birləşmədə xidmət keçməsini qeyd etmişdir. Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin xx.xx.202N-ci il tarixli 20/N978 nömrəli cavab məktubunda bildirilmişdir ki, Təşkilat- Səfərbərlik İdarəsində aparılan uçot kitablarında yazılmış qeydlərə əsasən Müdafiə Nazirliyinin tərkibində “A” qrupu adı ilə bölmə qeydiyyatdan keçmir. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrlərindən görünür ki, iddiaçı həmin müddət ərzində Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin sərəncamında olmuşdur. Həmin müddət ərzində, yəni N7 noyabr N993-cü il tarixdən N2 iyun N995-ci il tarixə kimi polkovnik İddiaçı faktiki olaraq “Cəbhə komandirinin silahlandırma üzrə müavini Silahlandırma rəisi vəzifəsinin icraçısı” vəzifəsinin pul təminatını almaqla “A” qrupuna rəhbərlik etmişdir. Bunu Azətbaycan Respublikası Müdafiə Nazirinin 08 aprel N994-cü il tarixli N08 №-li əmri, habelə “A” qrupunun rəisinin və qrupun rəhbəri kimi polkovnik İddiaçı verdiyi arayışlar da təsdiq edir. Azətbaycan Respublikası Müdafiə Nazirinin 08 aprel N994-cü il tarixli N08 №-li əmrinin surətindən görünür ki, Müdafiə Nazirinin N4 mart N994-cü il tarixli 020N №-li əmrinə ilə 0N yanvar N994-cü il tarixdən sərəncamda olacağı bütün müddət ərzində pul təminatı ilə təmin olunması Bakı Qarnizonunun Mərkəzi Maliyyə Xidmətinə həvalə edilmişdir. Azətbaycan Respublikası Müdafiə Nazirinin “A” qrupu rəisinin xx.xx.N994-cü il tarixli N32 saylı arayışından görünür ki, işğal edilmiş torpaqların erməni işğalçılarından azad edilməsi əməliyyatları zamanı “A” xüsusi qrupunun rəhbəri İddiaçı həmin qrupun həyata keçirdiyi döyüş əməliyyatlarına şəxsən rəhbərlik edərkən xx.xx.N994-cü il tarixdə saat N9.30-da yaralanmışdır. “A” qrupu tərəfindən X6 verilmiş 06 mart N995-ci il tarixli N27 №-li arayış “A” qrupunun rəisi, eləcə də “A” qrupunun rəhbəri polkovnik İddiaçı tərəfindən imzalanmışdır. X6 verilmiş 06 mart N995-ci il tarixli N25 №-li arayışdan görünür ki, o, “A” qrupunun tərkibində N8 mart N994cü il tarixdən 06 mart N995-ci il tarixə kimi xidmət etmişdir. “A” qrupu fəaliyyətini dayandırdığı, həmin vaxt polkovnik İddiaçı artıq 56 yaşının içində olduğu, habelə 05 mart N994-cü il tarixdə döyüş əməliyyatları bölgəsində yaralandığı və nəticədə səhhətində problemlər olduğu, eləcə də Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin X2 RAS silsiləsində təcrübəli baş müəllimə ehtiyac olduğu üçün Azətbaycan Respublikası Müdafiə Nazirinin N3 iyun N995-ci il tarixli 0672 №-li əmri ilə o, həmin silsiləyə baş müəllim, N2 noyabr N995-ci il tarixli 0N640 №-li əmri ilə isə silsilə rəisi-baş müəllim vəzifəsinə təyin edilmişdir. Polkovnik İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 27 oktyabr N997-ci il tarixli 0926 №-li əmri ilə ehtiyata buraxılmış və ona “baş müəllim” vəzifəsindən pensiya hesablanması haqqında məlumat vərəqi verilmişdir. 30 noyabr 2007-ci il tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə görə, hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün xidmət illərinə görə pensiya alınaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların pensiyası bilavasitə göstərilən köçürməyədək azı bir il çalışdıqları vəzifə üzrə maaşdan hesablanır. 046988 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qarabağ müharibəsində travma aldığı üçün ikinci qrup əlildir. 00N0N2 nömrəli müharibə veteram vəsiqəsinin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının 27 avqust 2002-ci il tarixli N36 nömrəli qərarından görünür ki, Naxçıvan ŞHK tərəfindən N959-cu ildə hərbi xidmətə çağırılmış, ehtiyatda olan polkovnik İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən, xx.xx.N994-cü il tarixdə aldığı yaralanma diaqnoz: “Sağ mil-bilək oynağının mil sümüyünün başının kənarı sınığı ilə kor qəlpə yaralanması nəticəsində əmələ gəlmiş osıcxondroması, mil-bilək oynağının artrogen kontrakturası, funksiyanın mülayim dərəcədə pozulmas ilə. Sol əlin N-ci barmağının əsas falanqası sol baldırın orta N/3-nin bayır səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları”, nə səbəbə ki, xx.xx.N993-cü ildən xx.xx.N993-cü il və xx.xx.2002-ci ildən 2.06.2002-ci ilə kimi MN MHHK-da müayinə və müalicə olunmuşdur (MN MHHK-ın N4.06 2002-ci il tarixli N27N saylı xəstəlik haqqında şəhadətnamə, MN qrupa “A” rəisinin xx.xx.N994-cü il tarixli N32 saylı arayışı), “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». Azətbaycan Respublikası MN “A” qrupu rəisinin xx.xx.N994-cü il tarixli N32 saylı arayışından görünür ki, işğal edilmiş torpaqları erməni işğalçılarından azad edilməsi əməliyyatları zamanı “A” xüsusi qrupunun rəhbəri İddiaçı həmin qrupun həyata keçirdiyi döyüş əməliyyatlarına şəxsən rəhbərlik edərkən xx.xx.N994-cü il tarixdə saat N9.30-da N20 mm-lik minalan mərmisinin yanında partlaması itə əlaqədar olaraq döş qəfəsindən, ayağından və əlindən yaralanmış, habelə kontuziya almışdır. Azətbaycan Respublikası Müdaliə Nazirinin N3 iyun N995-ci il tarixli 0672 №-li əmrində göstərilməsə də polkovnik İddiaçı də faktiki olaraq səhhətinə, yaşına, eləcə də kafedrada təcrübəli müəllimə ehtiyac olduğu üçün, yəni xidmət mənafeyi naminə Azətbaycan Respublikası Müdafiə Nazirinin N3 iyun N995-ci il tarixli 0672 №-li əmri ilə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin X2 RAS silsiləsinə baş müəllim vəzifəsinə təyin olunmuşdur. Odur ki, ona “Cəbhə komandirinin silahlandırma üzrə müavini— Silahlandırma rəisi” vəzifəsindən pensiya hesablanması haqqında məlumat vərəqi verilməli idi. Çünki o, həmin statusda N6 iyul N993-cü il tarixdən N2 iyun N995-ci il tarixə kimi, yəni N il N0 ay 26 gün (bir ildən artıq) həqiqi hərbi xidmətdə olmuşdur. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən İddiaçı “Cəbhə komandirinin silahlandırma üzrə müavini Silahlandırma rəisi vəzifəsinin icraçısı” vəzifəsində dörd ay müddətində xidmət etdiyi halda, cavabdehin bilərəkdən və ya bilməyərəkdən bunu üç ay göstərməsinə, habelə iddiaçının Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin sərəncamında olmasına baxmayaraq, onun pul təminatının Azətbaycan Respublikası Müdafiə Nazirinin 08 aprel N994-cü il tarixli N08 №-li əmri ilə Müdafiə Nazirinin N4 mart N994-cü il tarixli 020N №-!i əmrinə əsasən 0N yanvar N994-cü il tarixdən sərəncamda olacağı bütün müddət ərzində pul təminatı ilə təmin olunmasının Bakı Qarnizonunun Mərkəzi Maliyyə Xidmətinə həvalə edilməsinə belə əhəmiyyət verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-250N/202N saylı, xx.xx.202N-ci il tarixli qərardadı ilə hazırkı inzibati iş üzrə icraat vəfat etmiş İddiaçı prosessual hüquq varisi müəyyən edilənədək dayandırılmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-274/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və iddiaçı prosessual hüquqi varisi X4 ilə əvəz edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respulikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.20N9-cu il tarixli, 9/2-82N nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununa əsasən, X7 silsilə “Atəş Hazırlığının” baş müəllimi polkovnik-leytenant İddiaçı vəzifəsindən azad edilərək, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, N nömrəli əmrilə (əsas: səh.-N, §N, sıra-7) Cəbhə komandirinin silahlandırma üzrə müavini – Silahlandırma rəisi vəzifəsinə təyin edilmişdir. Cəbhə komandirinin silahlandırma üzrə müavini – Silahlandırma rəisi polkovnik İddiaçı Müdafiə nazirinin 04 noyabr N993-cü il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin N noyabr N993-cü il tarixli, 203 nömrəli əmrilə (əsas: səh.-25, §4, sıra-9) vəzifəsindən azad edilmişdir. Müdafiə Nazirliyinin xx.xx.N995-ci il tarixli 0672 nömrəli əmri, N nömrəli hərbi hissə komandirinin N995-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 086 nömrəli, 03 aprel N993- cü il tarixli ƏMR-dən çıxarışda qeyd edilir: “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Müdafiə Nazirinin sərəncamında olan Polkovnik-leytenant İddiaçı, X7 XN3 Hazırlığının Baş Müəllimi təyin olunsun. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 0308 nömrəli, N6 iyul N993- cü il tarixli ƏMR-dən çıxarışda qeyd edilir: “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, aşağıda adları çəkilən zabitlər tutduqları vəzifələrdən azad edilsinlər və vəzifələrin icrasına buraxılsınlar: 7. Polkovnik-leytenant X9, X7 XN3 Hazırlığının Baş müəllimi - Cəbhə komandanının silahlanma üzrə müavini – Silahlanma rəisi. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 0552 nömrəli, N7 noyabr N993-cü il tarixli ƏMR-dən çıxarışda qeyd edilmişdir: “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Səhra-Cəbhə İdarəsinin ləğv olunması ilə əlaqədar aşağıda adları çəkilən zabitlər tutbuqları vəzifələrdən azad edilsinlər və təyin olunsunlar: N. XN, Cəbhə Komandanının Silahlanma üzrə müavini vəzifəsinin icraçısı – Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi Rəisinin sərəncamına keçirilsin. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 0672 nömrəli, N3 iyun N995-ci il tarixli ƏMR-dən çıxarışda qeyd edilmişdir: “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, aşağıda adları çəkilən zabitlər tutduqları vəzifələrdən azad edilsinlər və təyin olunsunlar: 3.XN, Müdafiə Nazirinin sərəncamında – Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin X2 Rakek Artilleriya Silahları Silsiləsinin Baş Müəllimi. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N640 nömrəli, N2 noyabr N995-ci il tarixli ƏMR-dən çıxarışda qeyd edilir: “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, təşkilati ştat dəyişiklikləri ilə əlaqədar Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin aşağıda adları çəkilən zabitləri tutduqları vəzifələrdən azad edilsinlər və həmin məktəbdə müvafiq vəzifələrə təyin olunsunlar: 238. XN, X2 raket-artilleriya silsiləsinin baş müəllimi - X2 Raket-Artilleriya Silahları Silsiləsinin Rəisi – Baş müəllimi. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargahı Təşkilat-Səfərbərlik İdarəsinin xx.xx.202N-ci il tarixli məktubundan görünür ki, Təşkilat-Səfərbərlik İdarəsində aparılan uçot kitablarında yazılmış qeydlərə əsasən Müdafiə Nazirliyinin tərkibində «A» qrupu adı ilə bölmə qeydiyyatdan keçmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.N8-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 8N-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 086 nömrəli, 03 aprel N993-cü il tarixli əmrinə əsasən X7 XN3 Hazırlığının Baş Müəllimi təyin olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0308 nömrəli, N6 iyul N993-cü il tarixli əmrinə əsasən X7 XN3 Hazırlığının Baş müəllimi vəzifəsindən azad olunmuş və Cəbhə komandanının silahlanma üzrə müavini vəzifəsinin icrasına buraxılmış, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0552 nömrəli, N7 noyabr N993-cü il tarixli əmrinə əsasən Cəbhə Komandanının Silahlanma üzrə müavini vəzifəsinin icrasından azad edilmiş və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi Rəisinin sərəncamına keçirilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0672 nömrəli, N3 iyun N995-ci il tarixli əmrinə əsasən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin X2 Rakek Artilleriya Silahları Silsiləsinin Baş Müəllimi təyin olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N640 nömrəli, N2 noyabr N995-ci il tarixli əmrinə əsasən X2 raket-artilleriya silsiləsinin baş müəllimi vəzifəsindən azad edilmiş və X2 Raket-Artilleriya Silahları Silsiləsinin Rəisi – Baş müəllimi təyin olunmuşdur. Göründüyü kimi, iddiaçı xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilədək Cəbhə komandanının silahlanma üzrə müavini vəzifəsinin icraçısı kimi xidmət etmiş, xx.xx.N993cü ildə həmin vəzifənin icrasından azad edilmiş və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi Rəisinin sərəncamına keçirilmiş, xx.xx.N995-ci ildən isə ayrı-ayrı vəzifələrdə xidmət etmişdir. İddiaçının iddia ərizəsində iddia etdiyi kimi, N7 noyabr N993-cü il tarixdən N2 iyun N995-ci il tarixinə kimi “Cəbhə komandirinin silahlandırma üzrə müavini- Silahlandırma rəisi” vəzifəsinə bərabər tutulan “A” qrupunun rəhbəri vəzifəsində xidmət etməsinə dair əmr və ya digər sənədin (o cümlədən məxfi) olması müəyyən olunmamışdır. Həmçinin, iddiaçının səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməsi sübuta yetirilməmiş və eyni zamanda əmrlərdə və digər sənədlərdə belə bir qeyd göstərilməmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia tələbi əssasız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-9N0/202N saylı, xx.xx.202N-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən N ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən N ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar