Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-350/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cəlaləddin oğlu və X3 oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya işlədiyi müddət sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3729/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya işlədiyi illər sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 5 oktyabr 1958-ci il tarixdə doğulmuşdur. Təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 29 yanvar 2019-cu il tarixdən ona üçüncü qrup əlilliyə görə əmək pensiyası təyin olunmuş və bu günədək qüvvədədir. İddiaçıya təyin olunmuş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması zərurəti yaranmışır. Ona görə ki, işlədiyi 1980 – 1996-cı illər sığorta stajına daxil edilməmişdir. Qeyd olunan illərin onun sosial sığorta stajına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması barədə o, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina olunmuş və məhkəməyə müraciət tövsiyyə edilmişdir. Cavabdehin imtinası qanunsuz hesab olunur. Belə ki, o (iddiaçı), cavabdehə müraciətində həmin illərə dair işlədiyi müəssisələrdən arayışlar da təqdim etmişdir. Qüvvədə olan qanunverciliyə görə iş stajı əmək kitabçası ilə yanaşı həm də arayışlar əsasında da müəyyən oluna bilər. Müraciət əsasında Xızı Rayon İcra Hakimiyyəti Xızı rayon Dövlət Arxivinin arxiv çıxarışı ilə onun 3 mart 1980-ci il tarixdən 15 mart 1983-cü il tarixədək X4 mühasibi vəzifəsində, "xxxx" ASC-nin arayışı ilə 15 mart 1983-cü il tarixdən 14 yanvar 1985-ci il tarixədək "xxxx" Fabrikində baş mühasib vəzifəsində, "xxxx" ASC-nin arayışı ilə 16 yanvar 1985-ci il tarixdən 4 dekabr 1992-ci il tarixədək baş mühasib vəzifəsində, "xxxx" ASC-nin arayışı ilə 22 noyabr 1993-cü il tarixdən 16 sentyabr 1996-cı il tarixədək Bakı Toxuculuq-Qalantereya Fabrikində baş mühasib vzəifəsində işlədiyi müəyyən olunur. Hesab edilir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İş materiallarında olan məktubdan görünür ki, əvvəlcədən cavabdeh inzibati orqana eyni tələblə müraciət edilişdir. Cavabdeh məsələnin həllindən imtina etdiyindən, hazırkı mübahisə yaranmışdır. Həmçinin iddia əsaslıdır. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, işlədiyi illər barədə arayışlar olduğundan, o, həmin illərin sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Bu baxımdan, cavabdehin üzərinə iddia tələbi üzrə öhdəlik qoyulmalıdır (İPM-in 34.1-ci maddəsi). Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, İPM-in 2.2.3, 41, 12.1, 14.2, 34.1, 68-ci maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1, 4.1, 21.1, 23.2, 31.1-ci maddələrinə əsaslanaraq, iddiaçının 3 mart 1980-ci il tarixdən 15 mart 1983-cü il tarixədək X4 mühasibi vəzifəsində, 15 mart 1983- cü il tarixdən 14 yanvar 1985-ci il tarixədək "xxxx" Fabrikində baş mühasib vəzifəsində, 16 yanvar 1985-ci il tarixdən 4 dekabr 1992-ci il tarixədək "xxxx" Fabrikində baş mühasib vəzifəsində, 22 noyabr 1993-cü il tarixdən 16 sentyabr 1996-cı il tarixədək Bakı Toxuculuq-Qalantereya Fabrikində baş mühasib vəzifəsində işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina mktubunda göstərilən əsaslara istinad etmiş və bildirmişdir ki, İddiaçı əlilliyə görə əmək pensiyasının yenidən hesablanması üçün 11 iyun 2021-ci il tarixdə müraciət etmiş, lakin 3 mart 1980-ci il tarixdən 15 mart 1983-cü il tarixədık X5, 21 mart 1983-cü il tarixdən 14 yanvar 1985-ci il tarixədək "xxxx"də, 16 yanvar 1985-ci il tarixdən 4 dekabr 1992-ci il tarixədık "xxxx" ASCdə və 22 noyabr 1993-cü il tarixdən 16 sentyabr 1996-ci il tarixədək Bakı Toxuculuq- Qalantereya Fabrikində fəaliyyət dövrləri əmək kitabçasında öz əksini tapmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, o, 5 oktyabr 1958-ci il tarixdə doğulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona 29 yanvar 2019-ci il tarixdə müddətsiz üçüncü dərəcə əlillik təyin olunmuşdur. 29 yanvar 2019-cu il tarixdən 3- cü dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin 3 mart 1980-ci il tarixdən 15 mart 1983-cü il tarixədək X5, 21 mart 1983-cü il tarixdən 14 yanvar 1985-ci il tarixədək "xxxx"də, 16 yanvar 1985-ci il tarixdən 4 dekabr 1992-ci il tarixədək "xxxx" ASC-də və 22 noyabr 1993cü il tarixdən 16 sentyabr 1996-ci il tarixədək Bakı Toxuculuq-Qalantereya Fabrikində çalışdığı illəri iş stajı kimi sosial sığorta stajına daxil edilməmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; К - sığorta davamiyyəti əmsalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 2019 – 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006- cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; Əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2019-cu il tarixdə iddiaçıya avtomatlaşdırılmış qaydada əlilliyə görə pensiya təyin edilərkən sistem tərəfindən 1 yanvar 2006-cı il tarixədək 10 il 01 ay 02 gün, təqdim etdiyi əmək kitabçasına əsasən isə 16 avqust 2000-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək 5 il 4 ay 15 gün sosial sığorta stajı nəzərə alınaraq hesablanmışdır. Beləliklə, iddiaçıya 29 yanvar 2019-cu il tarixdən əlilliyə görə pensiya təyin edilərkən 1 yanvar 2006-cı il tarixədək 10 il 01 ay 02 gün sosial sığorta stajı nəzərə alınaraq 200,38 manat məbləğində pensiya təyin edildiyindən iddia tələbinin əsasını təşkil edən 15 il 06 ay 25 gün müddətin onun sosial sığorta stajına təkrar daxil edilərək hesablanması tələbi əsassızdır. İddiaçıya əlilliyə görə pensiya təyin edilərkən 1 yanvar 2006-cı il tarixədək 10 il 1 ay 2 gün sosial sığorta stajı bağışlanaraq sığorta stajına daxil edilmişdir. Yuxarıda qeyd edilən səbəblərdən qeyd olunan illərin İddiaçı sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçının əlilliyə görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3729/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməsi, iddianın təmin edilməsi, İddiaçı onun 3 mart 1980-ci il tarixdən 15 mart 1983-cü il tarixədək X4 mühasibi vəzifəsində, 15 mart 1983-cü il tarixdən 14 yanvar 1985-ci il tarixədək "xxxx" Fabrikində baş mühasib vəzifəsində, 16 yanvar 1985-ci il tarixdən 4 dekabr 1992-ci il tarixədək "xxxx" Fabrikində baş mühasib vəzifəsində, 22 noyabr 1993-cü il tarixdən 16 sentyabr 1996-cı il tarixədək Bakı Toxuculuq-Qalantereya Fabrikində baş mühasib vəzifəsində işlədiyi müddətlər sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilləriə uyğun izahat verərərk, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı ona iddiaçıya işlədiyi illər sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması barədə DSMF-yə müraciətət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31 – 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 12.1-ci maddəsinin müvafiq tarixdə (iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunduğu dövrdə) qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: - (22-1.2.1) 2019 – 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; - (22-1.2.2) əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; - (22-1.2.3) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 6-cı bəndinə görə hərbi xidmət, milli təhlükəsizlik, daxili işlər, Dövlət Sərhəd Xidməti və Prezidenti mühafizə orqanında xidmət dövrünü, eləcə də əsirlikdə olma müddətini təsdiq üçün aşağıdakılar qəbul edilir: hərbi bilet, əsgər kitabçası, hərbi komissarlıqların, hərbi hissələrin, Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidməti, Prezidenti Mühafizə xidməti orqanlarının arayışları, arxiv və hərbi müalicə müəssisələrinin arayışları, hərbi qulluq barədə sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş TSEK-də sonuncu müayinəyə dair verilmiş məlumatdan görünür ki, 5 oktyabr 1958-ci il tarixdə doğulmuş İddiaçı 29 yanvar 2019-cu il tarixdə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Bakı Toxuculuq Qalantereya ASC-nin 25 sentyabr 2018-ci il tarixli 10/18 saylı arayışında aşağıdakılar qeyd olunur: - İddiaçı həqiqətən 22 noyabr 1993-cü il tarixdə (348/k nömrəli 19 noyabr 1993-cü il tarixli əmr) Bakı X1 mühasibatlığına baş mühasib vəzifəsinə təyin edilmişdir. 16 sentyabr 1996-cı il tarixdə (170/k nömrəli 16 sentyabr 1996-cı il tarixli əmr) öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Qeyd – Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 15 sentyabr 1997- ci il tarixli 737 nömrəli sərəncamı ilə Bakı Toxuculuq-Qalantereya Fabrikinin bazasında "xxxx" ASC yaradılmışdır. Apellyasiya icraatı zamanı məhkəmənin sorğusu "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuyla eyni məzmunda cavablandırmışdır. "xxxx" ASC-nin 7 aprel 2008-ci il tarixli 0152T nömrəli arayışında aşağıdakılar qeyd olunur: - İddiaçı “Azərbaşquşsənaye” Birliyinin 29 saylı 15 mart 1983- cü il tarixli əmri ilə 21 mart 1983-cü il tarixdən X7 baş mühasib vəzifəsinə təyin olunmuş, X6 baş mühasib keçməsi ilə əlaqədar olaraq, 14 yanvar 1985-ci il tarixdə 8 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir. "xxxx" ASC-nin 15 aprel 2008-ci il tarixli arayışında aşağıdakılar qeyd olunur: - İddiaçı 16 yanvar 1985-ci il tarixdən 18k-3 nömrəli əmrlə baş mühasib vəzifəsinə qəbul olunmuş, 4 dekabr 1992-ci il tarixdə 236k nömrəli əmrlə işdən azad edilmişdir. Araşdırma zamanı məhkəmənin sorğusu "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə eyni məzmunda cavablandırılmışdır. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 5 oktyabr 1958-ci il tarixdə doğulmuş İddiaçı 16 avqust 2000-ci il tarixdən 25 noyabr 2015-ci il tarixədək “AKABE” birgə müəssisəsində baş mühasib vəzifəsində işləmişdir. Xızı RİH Xızı Rayon Dövlət Arxivinin 30 aprel 2019-cu il tarixli arxiv çıxarışında aşağıdakılar qeyd olunur: - İddiaçı X4 10 mart 1980-ci il tarixli 15- k nömrəli əmri ilə 3 mart 1980-ci il tarixdən kontorun mühasibi vəzifəsinə qəbul edilmiş, 18 mart 1983-cü il tarixli 17k nömrəli əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. Apellyasiya icraatı zamanı məhkəmənin sorğusu Xızı RİH Xızı Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubuyla eyni məzmunda cavablandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 3 mart 1980-ci il tarixdən 15 mart 1983-cü il tarixədək X5 mühasib, 15 mart 1983- cü il tarixdən 14 yanvar 1985-ci il tarixədək "xxxx" Fabrikində baş mühasib, 16 yanvar 1985-ci il tarixdən 4 dekabr 1992-ci il tarixədək "xxxx" Fabrikində baş mühasib və 22 noyabr 1993-cü il tarixdən 16 sentyabr 1996-cı il tarixədək Bakı ToxuculuqQalantereya Fabrikində baş mühasib vəzifələrində işləməsini təsdiq edən arayışlar mövcuddur. Cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla iddiaçının təqdim etdiyi həmin arayışlardakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda həmin arayışlardakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə təqdim olunmuş arayışlarda olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Belə olan halda, iddiaçının təqdim etdiyi arayışlar mötəbər sübur hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbində nəzərə alınması göstərilən iş stajı üzrə (müvafiq arxiv arayışı üzrə) dövrdən sonrakı vaxtda, yəni xx.xx.1992-ci il tarixdən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı qəbul edildikdən) sonra həmin dövrdə qüvvədə olan qanunvericilik əmək kitabçası və ya onda müvafiq qeydlər olmadığı hallarda iş stajının arayış vasitəsilə müəyyən edilməsini mümkün saymışdır. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı qüvvədə olmasa da, məhkəmənin mövqeyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149- cu maddəsinə uyğun olaraq, həmin norma iddiaçıya münasibətdə tətbiq edilməlidir. İddiaçının əmək kitabçasındakı qeydlər üzrə məlumatlara gəldikdə isə, həmin illər üzrə sığorta stajı işin mübahisəli hallarına aid olmadığından, məhkəmə həmin xüsusatlara toxunulmasına zərurət görmür. Həmin illər də təqdim edilmiş arayışlarda göstərilən iş stajı ilə toplandıqda, iddiaçının 25 ildən artıq sığorta stajı mövcud olur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı təqdim etdiyi arayışlarda göstərilən iş stajı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarına əsasən iş stajı kimi qəbul olunmalıdır, Bundan başqa, İddiaçı 5 oktyabr 1958-ci il tarixdə doğulduğundan və 29 yanvar 2019-cu il tarixdə ona üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçıya əlilliyə görə əmək pensiyası 29 yanvar 2019-cu il tarixdə «Əmək pensiyaları haqqında» Qanunun 22-1-ci maddəsinin tələblərinə uyğun 1 yanvar 2006-cı il tarixədək 10 il 1 ay 2 gün sığorta stajı, habelə həmin tarixdən 2018-ci ilin iyul ayının 1-dək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmasını nəzərə alınaraq təyin edilmişdir. Lakin ona həmin pensiya təyinatında 1980 – 1996-cı illərdəki (müəyyən fasilələrlə ayrı-ayrı təşkilatlarda) iş stajı sığorta stajı kimi nəzərə alınmadığından, həmin illər sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması müəyyən dövrün ikinci dəfə sığorta stajı kimi nəzərə alınmasını ehtiva etmir. Bu hal, 25 ildən artıq olan sığorta stajı hissəsi üzrə əlavə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə uyğun olaraq iddiaçının 2006-cı il yanvarın 1-dək pensiya kapitalına çevrilmənin fərdi hesabda nəzərə alınmalıdır. İddiaçının sığorta stajının 25 ildən artıq olan hissəsinə münasibətdə əlavə pensiya kapitalı toplana bilər. Həmçinin, nəzərə alınmalıdır ki, tərəflərin gətirdiyi dəlillər iddiaçının 25 il sığorta stajının toplanması ilə bağlı olduğundan, onun 1980 – 1996-cı illər üzrə əmək fəaliyyətinin sığorta stajı kimi daxilib-edilməməsinə qiymət verilməsi mübahisənin həlli üçün yetərlidir. Həmin illər də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalının hesablanması və indeksləşdirilməsi məsələsinə baxılmasına zərurət yaranmır. Kollegiya qanunvericilik aktlarının tələbini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filailı tərəfindən İddiaçı onun müvafiq arayışlarda göstərilən 1980 – 1996-cı illərdə ayrı-ayrı təşkilatlarda işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmamaqla əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsində hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3729/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3729/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova
Məhkəmə qərarları › İş №2-1(103)-350/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-350/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver