Məhkəmə qərarları › İş №2-1(103)-3500/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3500/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3500/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçı, onun nümayəndəsi İsmayılov Mir-Şahin Faiq oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əlavə dəyər vergisinin qaytarılacaq yekun məbləği barədə məlumatın ötürülməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1141/2024 saylı, 31 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh orqan tərəfindən qəbul edilmiş 28 mart 2023-cü il tarixli, **********334800 saylı qərarı ləğv edərək, İddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən “Avant Park” yaşayış kompleksinin 11-ci binasının, 11-ci blok, 5-ci mərtəbəsində yerləşən 1 saylı 1 otaqlı mənzilin və 6-cı mərtəbəsində yerləşən 1 saylı 1 otaqlı mənzilin nağdsız şəkildə alınması ilə bağlı ödənilmiş əlavə dəyər vergisinin qaytarılaraq ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 26 aprel 2022-ci il tarixində "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 2 ünvanında inşa edilən “AVANT PARK” yaşayış kompleksinin 11-ci binasının, 11-ci blok, 5-ci mərtəbəsində yerləşən 1 saylı 1 otaqlı mənzili və 6-cı mərtəbəsində yerləşən 1 saylı 1 otaqlı mənzili Azərbaycan Beynaxalq Bankın vasitəsi ilə kredit müqaviləsi əsasında əldə etmişdir. Kredit müqaviləsi xx.xx.2022-ci il tarixində bağlandıqdan sonra qeyd olunan mənzillərin alınması ilə bağlı Azərbaycan Beynaxalq Bankına olan borcu hissə-hissə ödəməklə xx.xx.2022-ci il tarixində krediti tam bağlamışdır. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayş və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydalarına” uyğun olaraq alınmış hər iki mənzillə bağlı əlavə dəyər vergisinin qaytarılması üçün xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə cavabdeh orqana elektron ərizə ilə müraciət etmişdir və elektron ərizəsinə iddia ərizəsinə əlavə etdiyi bütün sənədləri əlavə etmişdir. Cavabdeh orqan öz növbəsində yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında 28 mart 2023-cü il tarixli, **********334800 saylı qərar qəbul etmişdir. İmtinanın səbəb olaraq qeyd olunan qərarda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində iddiaçının elektron kabinetinə bildiriş göndərilmiş və qeyd olunan bildirişdə sənəd çatışmamazlıqları aradan götürülməmişdir və bu səbəbdən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayş və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası”nın 6.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlanılması mümkün olmamışdır. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayş və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydalarına” uyğun olaraq onun tərəfindən bütün sənədlər elektron ərizəyə əlavə edilmişdir. Bundan əlavə olaraq cavabdeh tərəfindən göndərilən xx.xx.2023cü il tarixli elektron bildirişdə hansı sənədlərin əlavə edilməsi barədə hər hansı qeyd olmamışdır. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayş və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydaları”na uyğun olaraq onun tərəfindən bütün sənədləri cavabdeh orqana təqdim etdiyi təqdirdə cavabdeh orqan əsasız və qanunsuz olaraq 28 mart 2023-cü il tarixli, **********334800 saylı qərar qəbul etmiş və bununla da onun hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “ünvan 1 ünvanında inşa edilən “Avant Park” yaşayış kompleksinin 11-ci binasının, 11-ci blok, 5-ci mərtəbəsində yerləşən 1 saylı 1 otaqlı mənzilin və ünvan 3 ünvanında inşa edilən “Avant Park” yaşayış kompleksinin 11-ci binasının 11-ci blok 6-cı mərtəbəsində yerləşən 1 saylı 1 otaqlı mənzilin ödənilmiş əlavə dəyər vergisinin qaytarılacaq yekun məbləği barədə məlumatın müvəkkil Banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etirazlar təqdim etmişdir. Etirazlarda qeyd edilmişdir ki, sənədlərin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 73560.0 manat, o cümlədən nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunan 58800.0 manat, nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunmayan 14760.0 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi və bununla xx.xx.2023-cü il tarixli **********223700 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli **********335500 nömrəli və xx.xx.2023-cü il tarixli **********576500 nömrəli edilən müraciətlər zamanı iddia ərizəsində qeyd edilən mənzillər barədə sənədlər tam təqdim edilmədiyindən (iddia ərizəsində 2 mənzilə görə ödənilmiş ƏDV-nin geri qaytarılmasına dair mülahizələr qeyd edilsə də, edilən müraciətlərdə 1 mənzilə dair müvafiq sənədlər təqdim edilmişdir) və ödənişlər barədə təqdim edilən sənədlər üzrə hər bir mənzil üzrə ödənişin tam ödənildiyini müəyyən etmək mümkün olmadığından ƏDV-nin geri qaytarılmasından imtina barədə inzibati akt qəbul edilmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Həmçinin , cavabdehə təqdim edilmiş iddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindən İnzibati Prosessual Məcəlləsinin 2, 35.1, 46-cı maddələrinin tələblərinə düzgün əməl olunmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.6-cı bəndinə əsasən operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV- nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Sözügedən iş üzrə də “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********334800 nömrəli qərar qəbul edilmişdir. Odur ki, qeyd edilən müddəaları nəzərə almaqla iddia mümkün hesab edilməməlidir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddialara şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar aiddir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddialara inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinin əlamətlərinə görə inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan konkret (dəqiq) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli, hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı, həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı, qərar, sərəncam və ya digər formada ifadə olunmalı, mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 №-li Qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Həmin Qərarın 9-cu bəndinə əsasən məhkəmələr tərəfindən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin də mövcudluğu yoxlanılmalıdır. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1141/2024 saylı, 31 may 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və ünvan 1 ünvanında inşa edilən “Avant Park” yaşayış kompleksinin 11-ci binasının, 11-ci blok, 5-ci mərtəbəsində yerləşən 1 saylı 1 otaqlı mənzilə və ünvan 3 ünvanında inşa edilən “Avant Park” yaşayış kompleksinin 11-ci binasının 11-ci blok 6-cı mərtəbəsində yerləşən 1 saylı 1 otaqlı mənzilə görə İddiaçı qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil Banka ötürülməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1141/2024 saylı, 31 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” barədə **********330000 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Həmin qərarda qeyd edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə 193 nömrəli müqavilə, maliyyə arayışı, bank mədaxil qəbzi və digər sənədlər əlavə edilmişdir. Sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin alıcı tərəfindən bildirişin alındığı tarixdən 10 gün müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” barədə **********334800 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ərizələri üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Həmin qərarda qeyd edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə 193 nömrəli müqavilə, maliyyə arayışı, bank mədaxil qəbzi və digər sənədlər əlavə edilmişdir. Sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin alıcı tərəfindən bildirişin alındığı tarixdən 10 gün müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. - "xxxx" Mənzil Tikinti Kooperativi və İddiaçı arasında bağlanılmış 0192 saylı xx.xx.2022-ci il tarixli payçı müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi pay qismində çıxış edən ünvan 4 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 11-ci binasında, 11-ci blok, 5-ci mərtəbə, 1 №-li, 1 otaqlı mənzili tikib İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 5 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 11-ci binasında, 11-ci blok, 5-ci mərtəbə, 1 №-li, 1 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK" yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən təqdim edilmiş ilkin ödəniş barədə qəbzdən görünür ki, İddiaçı tərəfindən 29520,00 manat ödəniş edilmişdir. - Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş BPM**********61 saylı xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən tərəfindən 58800 manat ödəniş edilmişdir. - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən “AVANT PARK” layihəsinin 11-ci binasında, 11-ci blok, 5-ci mərtəbə, 1 saylı, 1 otaqlı, 49.04 kv.m. mənzil “Avant Group’’ MTK-ya məxsusdur. 26 aprel 2022 tarixli, 0192 saylı payçı müqaviləsinə əsasən 11-ci bina, 11-ci blok, 5-ci mərtəbə, 1 saylı, 1 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. Payçı İddiaçı MTK-ya hər hansı borcu yoxdur. - Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti müştəri xidməti departamenti tərəfindən təqdim edilmiş 1016 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən Azərbaycan Beynəlxalq Bankı ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli AVP- 020 saylı kredit müqaviləsinə əsasən (h/n: **********668373İ120) Bakı şəhəri A.M.Şərifzadə küçəsi 241 inşa olunan bina 11 mərtəbə 5 ümumi sahəsi 49.04 kv olan 1 otaqlı 1 saylı mənzilin əldə edilməsinə görə 58.800.00 (əlli səkkiz min səkkiz yüz.00) manat və məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə kredit borcu Banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə Bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyil. - Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti müştəri xidməti departamenti və İddiaçı arasında bağlanılmış AVP-020 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən birgə fəaliyyət haqqında saziş çərçivəsində Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti bu müqaviləyə əsasən İddiaçı 120 (bir yüz iyirmi) ay müddətində (xx.xx.2032-ci il tarixədək) 58800 (əlli səkkiz min səkkiz yüz) manat məbləğində, kreditdən istifadəyə görə illik 10% (on) faiz ödəmək şərti ilə kredit verməyi, İddiaçı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi, habelə kreditdən müqavilədə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Kreditin təyinatı: Saziş çərçivəsində Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, 241 inşa olunan, bina 11, mərtəbə 5, ümumi sahəsi 49.04 kv.m olan 1 otaqlı 1 nömrəli mənzilin alınması. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 10.24% (on tam yüzdə iyirmi dörd) faiz təşkil edir. İddiaçı bu müqavilə üzrə pul vəsaiti hesabına aldığı müqavilənin 1.2-ci bəndində qeyd edilən mənzil üzərində mülkiyyət hüququ əldə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq çıxarış verildikdən sonra 30 (otuz) gün müddətində Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsini öhdəsinə götürür. İddiaçı bu müqavilə üzrə Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliklərinin təminatı qismində xx.xx.2021 tarixli AVP-001 saylı girov müqaviləsi üzrə girov predmeti olan pul vəsaitləri çıxış edir. Kreditin verilməsinə/rəsmiləşdirilməsinə görə İddiaçı Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinə kreditin məbləğinin 1% (bir) faizi məbləğində komissiya ödəyir. Müvafiq komissiya İddiaçı Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətindəki bank hesablarınından Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən akseptsiz qaydada tutulur. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş BPM**********15 saylı xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 49389 manat ödəniş edilmişdir. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş FJB**********246 saylı xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 29520 manat ödəniş edilmişdir. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş BPM**********61 saylı xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 58800 manat ödəniş edilmişdir. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş BPM**********48 saylı xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 777,05 manat ödəniş edilmişdir. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş BPM**********40 saylı xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 9000 manat ödəniş edilmişdir. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş FJB**********246 saylı xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 29520 manat ödəniş edilmişdir. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş BPM**********95 saylı xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 58800 manat ödəniş edilmişdir. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş BPM**********88 saylı xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 777,05 manat ödəniş edilmişdir. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş BPM**********00 saylı xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 9000 manat ödəniş edilmişdir. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş BPM**********33 saylı xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən tərəfindən 49389 manat ödəniş edilmişdir. eManat 15101 saylı xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Emin.İ.F tərəfindən 600,00 manat ödəniş edilmişdir. eManat 18477 saylı xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Emin.İ.F tərəfindən 600,00 manat ödəniş edilmişdir Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması barədə xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********335500 nömrəli) və (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********576500 nömrəli) müraciətlərinə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası təsdiq edilmişdir. Təsdiq edilmiş qaydaların 6.1.2-ci bəndinə əsasən alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edilməlidir. Lakin tərəfin təqdim edilmiş sənədlərin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 73560.0 manat, o cümlədən nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunan 58800.0 manat, nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunmayan 14760.0 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunan sənədlər 10 (on) iş günü ərzində tam təqdim edildikdən sonra qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2022-ci il tarixli 0192 və 0193 saylı payçı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 29520 azn vəsaitin mədaxil qəbzi 0192 və 0193 saylı payçı müqaviləsi üzrə nəzərə alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2022-ci il tarixli 0193 saylı payçı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 14760 azn mədaxil qəbzi və xx.xx.2022-ci il tarixli 58800 azn vəsaitin mədaxil qəbzi 0193 saylı payçı müqaviləsi üzrə nəzərə alınmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”ndan: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. Məhkəmə kollegiyası hazırkı iş üzrə cavabdehin imtinasının dəlilləri ilə razılaşmır. Belə ki,hazırkı iş üzrə iddiaçı alıcı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, üçüncü şəxs "xxxx" MTK isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş (iş materiallarında olan mədaxil qəbzləri ilə sübut olunur) və müvafiq orqana müraciət etmişdir Cavabdeh vergi orqanı imtina əsası kimi ödənişlər barədə təqdim edilən ilkin ödəniş sənədi üzrə hər bir mənzil üzrə ödənişin tam ödənildiyini müəyyən etməyin mümkün olmadığını qeyd etsə də, iddiaçıya ünvanlanmış bildiriş və qərarda imtina əsası aydın şəkildə qeyd edilməmiş, bu səbəbdən də iddiaçı qeyd edilən sənədi məhkəmədə iddia qaldırdıqdan sonra təqdim etmiş, lakin cavabdeh iddiaçının bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmaması əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Lakin hazırkı iş üzrə cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə faktiki olaraq məlumat verilmədən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Nəticədə isə iddiaçı çatışmazlıqlar barədə məlumatlanma və çatızmazlıqların aradan qaldırılması hüququndan da məhrum olmuşdur. Təqdim edilən bank sənədlərinə əsasən mənzilə görə nağdsız ödəniş iddiaçının Azərbaycan Beynəlxalq Bankın Nəsimi filialındakı hesabından həyata keçirilmişdir, odur ki, müvəkkil bank da məhz qeyd edilən filialdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1141/2024 saylı, 31 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1141/2024 saylı, 31 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar