Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3503/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Binəqədi rayonu Cavabdehnə qarşı “qərarın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlunun, Cavabdehin nümayəndəsi X4, 3-cü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayonu Cavabdehnə qarşı “Torpaq sahəsinin sahiblik və istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş X3 adına və istifadəsinə verilməsi haqqında” Binəqədi rayonu X5 xx.xx.2004-cü il tarixli 900/1 nömrəli Qərarının və tarixi məlum olmayan və rayon torpaq şöbəsində qeydiyyata alınmayan “Torpaq sahəsinin alqısatqısına dair akt”ın və X3 adına keçirilmiş 1 (bir) ha torpaq sahəsinin eskizinin etibarsız sayılaraq ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5386/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Binəqədi rayonu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpaq sahəsinin sahiblik və istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş X3 adına və istifadəsinə verilməsi haqqında” Binəqədi rayonu X5 xx.xx.2004-cü il tarixli 900/1 nömrəli Qərarının və tarixi məlum olmayan və rayon torpaq şöbəsində qeydiyyata alınmayan “Torpaq sahəsinin alqı-satqısına dair akt”ın və X3 adına keçirilmiş 1 (bir) ha torpaq sahəsinin eskizinin etibarsız sayılaraq ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5386/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi İPM-nin hazırki vəziyyətdə uyğun olmayan normasına istinad etmişdir. Belə ki, hazırki iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatında olduğu müddətdə nə həmin məhkəməyə, nə də başqa bir məhkəməyə eyni iddia ilə müraciət etməmişdir. Bununla bağlı məhkəmə heç bir konkret fakta və sübuta əsaslana bilməmişdir. Bu səbəbdən də öz hüquqi mövqeyini əsaslandırmağa borclu olan birinci instansiya məhkəməsi İPM-nin qeyd edilən normalarına istinad etməklə səhvə yol vermişdir. Bundan başqa hazırki qənaətə gələndə birinci instansiya məhkəməsi həm də İPM-in 78-ci maddəsinə istinad etmişdir. İPM-in 78-ci maddəsində bildirilir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə qərar deyil, qərardad çıxardığı üçün bu halda da Qanunun həmin normasına istinad edəndə səhvə yol vermişdir. Çünki İPM-də məhkəmə aktları olan qərarla qərardad mahiyyətinə, qəbul edilmə əsaslarına və qaydasına, həmçinin forma və məzmununa görə bir-birindən ciddi surətdə fərqlənən prosessual sənədlərdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 8.1, 8.2, 8.3 və 8.4-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Bakı İnzibati Məhkəməsi hazırki iddia ərizəsini işi mahiyyəti üzrə həll etməyən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-3975/2018 nömrəli qərardadına istinad etməklə mümkün saymamaqla, İPM-in və Plenum Qərarının müddəalarını pozmuşdur. İşə baxan hakim Cavabdehndən yazılı izahat verməsini tələb etməmiş, 01-13/M-596 nömrəli xx.xx.2018-ci il tarixli məktubunda arxiv materiallarında xx.xx.2004-cü il tarixli 900/1 saylı qərarın və qeydiyyat kitabında həmin qərara dair hər hansı qeydiyyatın olmadığı bildirilsə də, məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli məktubda Cavabdeh xx.xx.2004-cü il tarixli 900/1 saylı qərarını mövcud olduğunun bildirməsi ilə bağlı ziddiyyətləri araşdırmamışdır. Bundan başqa, Cavabdeh 01-13/M-596 nömrəli xx.xx.2018-ci il tarixli məktubunda X3 adına xx.xx.2004-cü il tarixli 900/1 saylı qərarın və qeydiyyat kitabında həmin qərara dair qeydiyyatın olmadığı bildirilsə də, hakim öz təşəbbüsü ilə “mövcud olmayan” həmin qərarın təsdiq edilmiş surətinin daşınmaz əmlakın dövlət reyestrindən tələb etməmiş, onunla bağlı Cavabdeh fikrini öyrənməmişdir. X1 “mövcud olmayan” məhz həmin qərara əsasən hazırda barəsində mübahisə gedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsinə nail olmuşdur. Tərəflərin izahatları İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlu iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. 3-cü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə digər 3-cü şəxs X6 lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə həmin şəxsin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə digər 3-cü şəxs X3 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Binəqədi rayonu Cavabdehnə qarşı tələbi “Torpaq sahəsinin sahiblik və istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş X3 adına və istifadəsinə verilməsi haqqında” Binəqədi rayonu X5 xx.xx.2004-cü il tarixli 900/1 nömrəli Qərarının və tarixi məlum olmayan və rayon torpaq şöbəsində qeydiyyata alınmayan “Torpaq sahəsinin alqı-satqısına dair akt”ın və X3 adına keçirilmiş 1 (bir) ha torpaq sahəsinin eskizinin etibarsız sayılaraq ləğv edilməsi barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddiaçının hazırda qaldırdığı iddianın Binəqədi rayon Cavabdeh “Torpaq sahəsinin sahiblik və istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş X3 adına və istifadəsinə verilməsi haqqında” Binəqədi rayonu X5 xx.xx.2004-cü il tarixli 900/1 nömrəli qərarının etibarsız hesab olunması hissəsində predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcud olduğundan və qeyd olunan qərardadda iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmadığından, bununla da mümkünlük şərtlərinə əməl olunmadığından hazırki iddia tələbi mümkün sayılmamalıdır. Həmçinin məhkəmə iddiaçının “Torpaq sahəsinin alqı-satqısına dair akt”ın və X3 adına keçirilmiş 1 (bir) ha torpaq sahəsinin eskizinin etibarsız sayılaraq, ləğv edilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, göstərilən tələblər inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati hüquq münasibətinin mövcud olması və ya olmaması ilə bağlı olmadığından qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə bu cür tələblərə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bu səbəbdən də iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın tam olaraq mümkün sayılmaması ilə bağlı işə birinci instansiya qaydasında baxmış məhkəmənin mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3975/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadının surətindən müəyyən olundu ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə qarşı Cavabdeh adından hazırlanmış 03 iyun 2004-cü il tarixli, 900/1 saylı saxta qərarın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və iddiası mümkün sayılmamışdır. Həmin işdə məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən 01-13/M-596 nömrəli xx.xx.2018-ci il tarixli məktubuna əsasən Cavabdeh arxiv materiallarında 03 iyun 2004-cü il tarixli, 900/1 saylı qərara dair qeydiyyat yoxdur. İddiaçı iddia ilə Cavabdeh 03 iyun 2004-cü il tarixli, 900/1 saylı qərarını mübahisələndirsə də, Cavabdeh arxivində həmin qərar mövcud deyildir və Cavabdeh qeyd kitablarında 03 iyun 2004-cü il tarixli 900/1 saylı qərara dair hər hansı qeydiyyat yoxdur. Sözügedən qərardaddan apellyasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Hazırki işə birinci instansiya qaydasında baxmış məhkəmə də iddiaçının bu işdə olan tələbi ilə bağlı iddianın mümkün sayılmamasına əsas olmuş halların aradan qalxmamasına, eyni zamanda inzibati hüquq münasibətinin mövcud olmamasına istinad etsə də, apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olundu ki, iş materiallarında (i.v.144-145) iddiaçının mübahisələndirdiyi “Torpaq sahəsinin sahiblik və istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş X3 adına və istifadəsinə verilməsi haqqında” Binəqədi rayonu X5 xx.xx.2004-cü il tarixli 900/1 nömrəli Qərarı, tarixi məlum olmayan və rayon torpaq şöbəsində qeydiyyata alınmayan “Torpaq sahəsinin alqı-satqısına dair akt”ın və X3 adına keçirilmiş 1 (bir) ha torpaq sahəsinin eskizi mövcuddur. Belə olan halda məhkəmə mövcud olmuş Bələdiyyə qərarının mübahisələndirilməsi ilə bağlı işə mahiyyəti üzrə baxmaqda haqlı olardı. Lakin işə baxmış məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, iddiaçının mübahisələndirdiyi xx.xx.2004-cü il tarixli qəraın iş materiallarında movcud olmasına, hətta həmin qərarın Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilməsinə qiymət verilməmiş və nəticədə mümkünlüklə bağlı qanunvericiliyin tələbləri pozulmuş və zəruri araşdırma sonadək aparılmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız sayır və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı Azərbaycan Respublikası İPM-nin 33-cü maddəsinə düzgün istinad edilməməklə qəbul edildiyi üçün ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. Kollegiya onu da nəzərə alır ki, iddiaçının “mübahisələndirmə haqqında” iddia növünə aid iddiası üzrə işə baxılması mümkün sayıldığı halda, həmin mübahisələndirilən inzibati aktın davamı olaraq verilmiş Bələdiyyənin alqı-satqı aktı və eskiz layihənin mübahisələndirilməsi tələbinin mümkünlük məsələsinə də yenidən qiymət verilməsi istisna olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5386/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3503/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3503/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver