Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3506/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının X2 nümayəndələri X5 və X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının X1rşı “qərarların ləğv edilməsi və qida təhlükəsizliyi sertifikatının verilməsi” tələbi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-633/2023 saylı, 13 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası X2 10 dekabr 2021-ci il tarixli, 051 nömrəli “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edlməsi, geri qaytarılması və ya utilizasiya (təkrar email, təyinatının dəyişdirilməsi) barədə qərarını ləğv edib cavabdehin üzərinə qeyd edilən məhsullara dair qida təhlükəsizliyi sertifikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçının Azərbaycan Respublikasının X2 10 dekabr 2021-ci il tarixli, 051 nömrəli və 22 dekabr 2021-ci il tarixli 052 nömrəli “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiya (təkrar email, təyinatının dəyişdirilməsi) barədə qərarlarının ləğv edilməsi və "xxxx" Şirkətinin istehsalı olan: EH14001 partiya nömrəli ümumi sayı 1575 qutu (ədəd) olan “X12 N30” və EH 15001 partiya nömrəli ümumi sayı 1575 qutu (ədəd) olan “Uriclean N30” bioloji fəallığa malik qida əlavələrinə dair qida təhlükəsizliyi sertifikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-633/2023 saylı, 13 iyul 2023-cü il tarixli qərardadı (hakim M.Qaraeyva) ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının X1rşı “qərarın ləğv edilməsi və məhsullara dair qida təhlükəsizliyi sertifikatının verilməsi” tələbinə dair iddiası geri götürülmüş hesab edilmiş və bu əsasla iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qərardad əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçı olaraq yalnız xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edə bilməmişlər. AR İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə bamayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Lakin iş materiallarından görünür ki, onlar xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmişlər. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-633/2023 saylı, 13 iyul 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianın geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı nəticəyə gələrkən AR İPM-in 55.3-cü maddəsinə istinad edərək bildirmişdir ki, iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməməklə üzrsüz səbəblərdən məhkəmə icraatından yayınmış və bu səbəbdən də iş üzrə yekun məhkəmə qərarının çıxarılması mümkün olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin 19 yanvar 2022-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının X1rşı “qərarların ləğv edilməsi və qida təhlükəsizliyi sertifikatının verilməsi” barədə iddia tələbi icraata qəbul edilmiş, iş üzrə məhkəmə iclası 17 mart 2022-ci il tarixə təyin edilmişdir. 17 mart 2022-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfdən iddiaçının direktoru X9, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmişlər. Qeyd olunan məhkəmə iclasında işin halları ilə bağlı qeyd edilən şəxslərin izahatları alınmış, məhkəmə iclasının sonunda iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında işin obyektiv həlli üçün əhəmiyyət daşıyan məlumatların əldə edilməsi üzrə “bioloji fəallığa malik qida əlavələrinin” ekspertizadan keçirilməsinin hansı akkreditasiyadan keçmiş laboratoriyalarda mümkün olması barədə məlumatın təqdim olunması ilə bağlı Azərbaycan Akkreditasiya Mərkəzinə sorğunun göndərilməsi üçün məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. 31 may 2022-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfdən iddiaçının nümayəndəsi X8, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmişlər. Qeyd olunan məhkəmə iclasında iddiaçı tərəfin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin icraata qəbul edilməsi məsələsi müzakirə edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin məhkəmə iclasında iştirak edən şəxslərin iddia tələbi üzrə izahatları alınmış, sonda isə məhkəmənin qərardadı ilə iş üzrə qida əlavəsi məhsullarının məhkəmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş ekspert rəyi məhkəməyə daxil olmuş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5133/2023 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək məhkəmə iclası 02 fevral 2023-cü il tarixə təyin edilmişdir. 02 fevral 2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəfdən yenidən iddiaçının nümayəndəsi X8, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmişlər. Həmin məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəsatət verərək iş üzrə təkrar ekspertizanın keçirilməsini xahiş etmiş, məhkəmənin 02 fevral 2023-cü il tarixli, 2-1(112)- 633/2023 saylı qərardadı ilə iddiaçı tərəfin vəsatəti təmin edilərək iş üzrə qida əlavəsi məhsullarının təkrar məhkəmə ekspertizası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2-1(112)-633/2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmiş, növbəti məhkəmə iclası 09 mart 2023-cü il tarixə təyin edilmişdir. 09 mart 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmə iclasının təxirə salınması üçün məhkəməyə ərizə ünvanlamış, cavabdeh tərəf iştirak etməmiş, məhkəmə tərəflərin iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclasını 26 aprel 2023-cü il tarixə təxirə salınmışdır. 26 aprel 2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəfdən iddiaçının nümayəndəsi X8, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmişlər. Məhkəmənin 26 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçının vəkilinin iş üzrə təkrar ekspertizanın təyin olunması barədə vəsatəti təmin edilmiş, iş üzrə qida əlavəsi məhsullarının təkrar məhkəmə ekspertizası təyin edilmişdir. Məhkəmənin 2-1(112)-633/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, məhkəmə iclası 13 iyul 2023-cü il tarixə, saat 10:50-ə təyin edilmişdir. 13 iyul 2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, məhkəmə buna əsaslanmaqla iddianın geri götürülmüş hesab edilməsi barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İşdən görünür ki, iddiaçı tərəfindən dəfələrlə iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatətlər verilmiş, məhkəmə tərəfindən iddiaçının vəsatətləri əsasında bir neçə dəfə müvafiq sorğular və ekspertiza təyin edilərək iş üzrə araşdırma aparılmış, bununla da iddiaçı aşkaranə şəkildə iddianın geri götürülməsi ilə bağlı deyil, iddia tələbinə mahiyyəti üzrə baxılmasında maraqlı olması ilə bağlı mövqeyini ortaya qoymuşdur. Həmçinin yuxarıda qeyd olunan qanunvericilik normasının tələbindən də görünür ki, bütün hallarda deyil, yalnız ardıcıl şəkildə iddiaçı tərəfin məhkəmə iclasında iştirak etmədiyi hallarda iddia geri götürülmüş hesab edilə bilər, işdən görünür ki, iddiaçı 13 iyul 2023-cü il tarixli məhkəmə iclasından savayı digər iclaslarda iştirak etmiş, 09 mart 2023-cü il tarixli məhkəmə iclasında iştirak etməsə də, iclasın təxirə salınması ilə bağlı ərizə ünvanlamışdır. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-633/2023 saylı, 13 iyul 2023-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədova
Məhkəmə qərarları › İş №2-1(103)-3506/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3506/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver