Məhkəmə qərarları › İş №2-1(103)-3508/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3508/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3508/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “icra sənədinin icra olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9441/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Səbail rayon İcra Şöbəsinin icra məmuru X3 xx.xx.20203-cü il tarixli qərarının ləğv edilməsini və Səbail rayon Məhkəməsinin 2(009)-2539/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunmasının təmin edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli № 2(009)- 2539/2021 nömrəli qərarı ilə işə bərpa olunmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli № 2(009)-2539/2021 nömrəli qərarı Cavabdeh şöbəsinə göndərilmişdir. Bundan sonra cavabdeh tərəf qəsdən müddəti uzatmaq üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət elmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3153/2022 qərarı ilə şikayət təmin edilməmişdir. Sonradan iş yenidən icraata yönləndirilmişdir.Ancaq bugünkü tarixə kimi Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli № 2(009)-2539/2021 nömrəli qərarı icra olunmamışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2539/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra olunmadığı üçün 16 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X7 Babayevin qəbulunda olduqdan sonra iddiaçıya 27 dekabr 2022-ci il tarixli № **********1 saylı məktub göndərilmişdir. Məktuba əsasən əmək iddiaçının əmək hüquqlarının bərpa olunmasına köməklik göstərilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə nəktublar göndərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 21 fevral 2023-cü il tarixli № 3-16-4/2-724/2023 saylı məktubunda qeyd olumuşdur ki, icra məmurunun icraata xitam verilməsi barədə qərarı şöbə rəisinin 13 fevral 2023-cü il tarixli qərarı ilə ləğv edilib, həmin qərar məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən icra sənədi yenidən icraya yönləndirilib və icra sənədinin uyğun qaydada icranın təmin edilməsi üçün icra məmuru tərəfindən müraciət edilmişdir. 15 aprel 2023-cü il tarixdə iddiaçı ünvanına göndərilmiş 26355/2022-16-25/28 nömrəli xx.xx.2023-cü il tarixli məktubu aldıqdan sonra Səbail Rayon Məhkəməsinə icraat işi ilə bağlı məlumat almaq istədikdə belə bir məktubun daxil olmadığı və işin icraatda olduğu bildirilmişdir. İcra məmurunun ilə bağlı Səbail Rayon Məhkəməsinə heç bir məlumat verilməmişdir. Məktubun əsasız olaraq yazılmasının bir digər sübutu isə məktubda İcra laqqında qanunun 70.4-cü maddəsində məhkəməyə şikayət müddətinin 10 gün olaraq qeyd olunmasıdır. Halbuki İcra haqqında qanunun 70.4-cü maddəsində məhkəməyə şikayət müddətinin 30 gün olduğu qeyd olunmuşdur. Bu da məktubun əsassız və qanunsuz olduğunun digər bir sübutudur. Cavabdeh icra məmuru X3 icratında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 2539/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədini İcra haqqında qanunun 70.4-cü maddəsini əsas gətirərək mümkünsüz qəbul etmişdir və heç bir qanuni əsas gətirmədən icraatı dayandırmışdır. Halbuki icra məmuru ilk öncə İcra haqqında qanunun 70-ci maddəsinin 2-ci bəndini icra etməkdən imtina edərək əsassız və qanunsuz səbəb gətirərək icraatı icra olunmayan icra sənədi kimi saxlamışdır. Səbəb olaraq iddiaçının bərpa edilməli olduğu iş yerinə başqa işçinin götürülməyini əsas gətirmişdi. Halbuki Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Onuncu fəslinin 74-cü maddəsində qeyd olunur ki, yəni Məhkəmə qərarı ilə işə bərpa edilən işçi dərhal işinə bərpa olunur və işçinin əmək müqaviləsinə xitam verilir. Əlavə olaraq iddiaçı onu da qeyd edir ki, icra məmuru icraatında olan bir işə işçi götürülməsinə icazə vemıişdir. Halbuki icra məmuru və Azərpoçt MMC-nin həmin iş yerinə işçinin bərpa olunması barədə Məhkəmə qərarı olduğundan məlumatları var idi. Bütün bunlara baxmayaraq icra məmuru əsassız və qanunsuz olaraq icraatı icra etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9441/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Cavabdeh icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh icra məmuru Səbail Rayon Məhkəməsinin 2(009)- 2539/2021-008 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamışdır. - Cavabdeh xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair qərarına əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-2539/2021-008 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. - Cavabdeh xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh icra məmuru Bakı şəhəri Səbail rayon Məhkəsinin 2(009)-2539/2021 saylı, xx.xx.2021-ci tarixli icra sənədi üzrə “ic Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki; “- Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir. “ “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmçinin qərarda qeyd edilmişdir ki, “... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər.” “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir... Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Səbail rayon məhkəməsinin 2(009)-2539/2021 saylı xx.xx.2021-cü il tarixli icra sənədi üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb edir. Həmin icra sənədi icra olunması üçün adiyyəti üzrə Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun hərəkətlərindən və qəbul etdiyi qərardan şikayətə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmə (Bakı şəhəri Səbail rayon Məhkəməsi) tərəfindən baxılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9441/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar