Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-351/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim X3, hakimlər Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X7, X8, Kamal Omarov) “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-1(112)- 3647/2021 nömrəli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apelyasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək özünün və üç övladı olan X12, X10 və X1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına salınmasına dair vəzifənin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-3647/2021 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbini dəyişərək özü və övladlarının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına salınmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3647/2021 nömrəli qərarı (hakim: Ş.Həsənova) ilə iddia təmin edilmişdir. Həmin qərardan üçüncü şəxs X7 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddianı təmin edərkən İddiaçı və onun uşaqlarının müvafiq yaşayış sahəsinə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmasına, sözügedən qanuni qüvvəyə minmiş qətnamənin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri üzrə qeydiyyat üçün əsas qismində nəzərdə tutulan “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” kimi çıxış etməsi qənaətinə gələrək belə qətnamə olduğu halda iddiaçının və uşaqlarının köçürülərək yaşadıqları ünvan üzrə qeydiyyata alınmalarından cavabdeh inzibati orqanın imtinasını qanuna zidd olmaqla sonuncuların hüquqlarının pozlmasına səbəb olan hal kimi qiymətləndirilmişdir. Qətnamədən də göründüyü kimi, sözügedən fərdi yaşayış evinin ünvanı yoxdur. İddiaçı isə ünvan 2yış evinə pasport qeydiyyatına alınmasına dair vəzifənin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsində göstərdiyi ünvan şərtidir və kommunal xidmətlərin alınması üçün həmin idarələr tərəfindən formal olaraq müəyyən edilmişdir. Bu səbəbdən də su, işıq və qaz idarələri tərəfindən sözügedən fərdi yaşayış evinə müxtəlif şərti ünvanlar müəyyən edilmişdir ki, bu da iddiaçının həmin ünvanlara qeydiyyata alınmasına əsas ola bilməz. Fərdi yaşayış evinə ünvan verilməsi üçün qeyd olunan əsaslardan heç biri mövcud deyil. Ona görə də fərdi yaşayış evinin rəsmi ünvanı yoxdur. Rəsmi ünvanı olmadığı halda iddiaçı da olmayan şərti ünvana pasport qeydiyyatına alına bilməz. Bələdiyyə tərəfindən ilkin torpaq ayırma sənədləri qanunvericiliyin tələblərinə uyğun şəkildə verilmədiyi üçün fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmamışdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasların üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilir ki, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 2.-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.” İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana özü və övladlarının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına salınmasına dair ərizə ilə müraciət etdiyi halda, məhkəmə iddia tələbini dəyişərək Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına salınmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsi xx.xx.2020-ci il tarixli məktubunda iddiaçıdan qeydiyyata alınmasını istədiyi yaşayış sahəsi ilə bağlı qanunda nəzərdə tutulmuş sənədlərin, o cümlədən yaşayış sahəsinə köçməyə əsas verən sənədin təqdim edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3032/2019 №-li, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, iddiaçı Kərimova (hazırda Ramazanova) Günay Nəbi qızının cavabdeh X4 qarşı iddiası təmin edilmiş, X5 uşaqları X12, X10 və X9 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi, ev 1 ünvanında yerləşən cavabdehə məxsus bələdiyyə torpağında özbaşına tikiliyə köçürülmələri qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(011)- 3032/2019 №-li icra vərəqəsi əsasında iddiaçı və övladları şərti ünvanı ünvan 3pağındakı özbaşına tikilən evə köçürülmüşlər. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3032/2019 №-li, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə köçürüldüyü Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi, ev 1 ünvanında yerləşən özbaşına tikiliyə qeydiyyata alınması ilə bağlı müraciəti olmadığından məhkəmə iddianın dəyişdirilməsi barədə ərizəni icraata qəbul etməməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası İPM-nin 35.1-ci maddəsinə əsasən hesab edir ki, iddiaçının məhkəmədə irəli sürdüyü tələblə cavabdehə müraciəti olmadığından mübahisələndirilən qərar ləğv edilməklə iddia mümkün sayılmamalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən şikayətin dəlillərinin yoxlanılması üçün məhkəmə tərəfindən verilmiş sorğulara Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktublarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində xx.xx.2014-cü il tarixdə Kamal Omarov adlı şəxsin, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində isə X6 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Xətai rayonu İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin Xətai rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X2 istifadəsində olan fərdi yaşayış evinin rəsmi ünvanı mövcud deyil. 9-cu Əhmədli küçəsində yerləşən ev 1 və ev 2 saylı ünvanlar X7 tərəfindən şərti olaraq istifadə edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq izah edir ki, iddiaçının köçürüldüyü özbaşına tikiliyə övladları ilə birlikdə qeydə alınması üçün həmin evə ünvan verilməsi zəruridir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Üçüncü şəxs X2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3647/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” barədə iddia tələbi mümkün sayılmasın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-351/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-351/2022
11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver