Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 2-1(103)-3510/2025 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissəsi: Hakimlәr Rәşid Əfraim oğlu Sәmәdovun sәdrliyi vә mәruzәsi ilә, X4 vә X6 ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi Əliyeva Sәmimә Elşad qızının katibliyi ilә, Iddiaçı “Ağ Burun” Müstәqil Kooperativinin cavabdeh Azәrbaycan Respubilkası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin X2 X8rşı “dağ-mәdәn ayırması aktının verilmәsi” tәlәbinә dair iş üzrә Bakı Inzibati Mәhkәmәsinin *-*(***)-****/**** nömrәli, ## ### 2025-ci il tarixli qәrarından cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında, açıq mәhkәmә iclasında, şifahi mәhkәmә baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: Iddiaçı “AĞ Burun” kooperativi cavabdeh Azәrbaycan Respubilkası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin X2 X8 (bundan sonra mәtndә X2 X8) qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, “Ağ burun” kooperativinә “Güzdәk” әhәngdaşı yatağında mişar daşı istehsalı ilә mәşğul olmasına icazә verәn ***** saylı, ## ####### 2018-ci il tarixli “Dağmәdәn ayırması” aktının qüvvәdә olma müddәtinin uzadılması vәzifәsinin X2 X8 üzәrinә qoyulması barәdә qәrar çıxarılmasını xahiş etmişdir. Iddia tәlәbi onunla әsaslandırılmışdır ki, “Ağ burun” kooperativi mişar daşı istehsalı ilә mәşqul olur. Sonuncu dәfә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr nazirliyinin Dövlәt Ekspertiza Idarәsinin ## ####### 2018-ci il tarixli **** saylı “Dağ- mәdәn ayırması” aktına әsasәn “Ağ burun” kooperativinә 5 il müddәtinә Bakı şәhәri Qaradağ rayonunda yerlәşәn “Güzdәk” әhәngdaşı yatağında mişar daşı istehsalı ilә mәşğul olmaq icazәsi verilmişdir. Icazәnin müddәti bitdiyinә görә kooperativin direktoru ## #### 2024-cü il tarixdә X2 X8 müddәtin uzadılması barәdә әrizә ilә müraciәt etmişdir. Hәmin Agentliyin ## ##### 2024-cü il tarixli, *-**-**/*-***/**** saylı mәktubu ilә müddәtin uzadılmasından imtina edilmişdir. Əsas kimi müraciәtin müddәtin bitmәsinә әn azı 30 gün qalmış edilmәsi nәzәrdә tutulduqda hәmin qaydaya riayәt edilmәmәsi göstәrilmişdir. Sonradan eyni mәqsәdlә yenidәn X2 X8 müraciәt edilmiş vә ## ###### 2025-ci il tarixli, *-**-**/*-***/**** saylı mәktubla yenidәn imtina edilmişdir. Cavabdeh inzibati orqan tәrәfindәn tәqdim edilmiş etiraz onunla әsaslandırılmışdır ki, Agentlik “Yerin tәki haqqında” Azәrbaycan Respublikası Qanununda nәzәrdә tutulmuş yerin tәkindәn istifadә növlәri üzrә fәaliyyәtin tәnzimlәnmәsini, habelә yer tәkinin istifadәsindә vә mühafizәsindә qanunvericiliyә, müәyyәn edilmiş standartlara vә tәlәblәrә әmәl olunmasına nәzarәti hәyata keçirәn publik hüquqi şәxsdir. Agentlik müvafiq sahәdә dövlәt siyasәtinin formalaşmasında iştirak edir vә bu siyasәtin hәyata keçirilmәsini tәmin edir, tәnzimlәmәni vә nәzarәti hәyata keçirәn orqandır. “Ağ burun” kooperativinә Qaradağ rayonu әrazisindә Güzdәk әhәngdaşı yatağında 2,07 ha sahәdә mişar daşı hasilatı mәqsәdilә 5 il müddәtinә ## ####### 2018-ci il tarixli, ***** nömrәli “Dağ-mәdәn ayırması” aktı verilmişdir. “Dağmәdәn ayırması” aktının müddәti ## ####### 2023-cü il tarixdә bitmişdir. Kooperativ tәrәfindәn “Dağ-mәdәn ayırması” aktının müddәtinin uzadılması barәdә ## #### 2024-cü il tarixli mәktubla Agentliyә müraciәt edilmişdir. Onun “Dağ mәdәn ayırması” aktının müddәtinin uzadılmasına dair müraciәtinә qanunamüvafiq qaydada müәyyәn edilmiş müddәt ötürüldüyündәn ona verilmiş ## ####### 2018-ci il tarixli, ***** nömrәli “Dağ-mәdәn ayırması” aktının müddәtinin uzadılmasının qanunamüvafiq hesab edilmәdiyi barәdә cavab mәktubu ünvanlanmışdır. Belә ki, “Lisenziyalar vә icazәlәr haqqında” Qanunun 23.5-ci maddәsinә әsasәn icazәnin sahibi icazәdә göstәrilmiş hәrәkәtin yerinә yetirilmәsini onun müddәtinin bitmәsindәn sonra da davam etdirmәk istәdikdә, icazәnin müddәtinin bitmәsinә әn azı 30 gün qalmış icazәnin müddәtinin uzadılmaqla yenidәn rәsmilәşdirilmәsi üçün icazә verәn orqana әrizә ilә müraciәt etmәlidir. Göründüyü kimi MMC “Dağ-mәdәn ayırması” aktının müddәtinin uzadılması ilә bağlı ## #### 2024-cü il tarixli mәktubla müraciәt etmәklә qanunvericilikdә nәzәrdә tutulmuş müddәti ötürmüşdür. Iddiaçı ##.##.2024-cü il tarixli mәktubla Agentliyә müraciәt edәrәk müraciәt müddәtinin gecikdirilmәsini üzrlü hesab edib ona verilmiş icazә sәnәdinin müddәtinin uzadılmasını xahiş etmişdir. Agentliyin ##.##.2025ci il tarixli cavab mәktubu ilә müraciәtdә müddәtin gecikdirilmәsi ilә bağlı hәr hansı üzrlü hal olmadığından müddәtin gecikdirilmәsinin üzrlü hesab edilmәdiyi iddiaçıya bildirilmiş vә icazә sәnәdinin müddәtinin uzadılmasından imtina edilmişdir. Odur ki, onun icazә sәnәdinin müddәtinin uzadılmasından imtina edilmәsi tamamilә әsaslı vә qanunidir. Yuxarıda qeyd olunanları nәzәrә alaraq “Ağ burun” Kooperativi ## ####### 2018-ci il tarixli, ***** nömrәli “Dağ-mәdәn ayırması” aktının müddәtinin uzadılması ilә bağlı müraciәt müddәtini buraxdığından ## ####### 2018-ci il tarixli, ***** nömrәli “Dağ-mәdәn ayırması” aktının müddәtinin uzadılması qanunamüvafiq deyildir. Odur ki, hazırki iddia tәlәbi әsassızdır vә tәmin edilmәmәlidir. Bakı Inzibati Mәhkәmәsinin *-*(***)-****/**** nömrәli, ## ### 2025-ci il tarixli qәrarı ilә (hakim N.Abıyev) iddianın tәmin edilmәsi, “Ağ burun” kooperativinә “Güzdәk” әhәngdaşı yatağında mişar daşı istehsalı ilә mәşğul olmasına icazә verәn ***** saylı, ## ####### 2018ci il tarixli “Dağ-mәdәn ayırması” aktının qüvvәdә olma müddәtinin uzadılması ilә bağlı yeni aktın qәbul edilmәsi vәzifәsinin Azәrbaycan Respubilkası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin X2 X8 üzәrinә qoyulması qәrara alınmışdır. Qәrardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayәti vermişdir. Işә apellyasiya instansiya mәhkәmәsindә baxılması zamanı iddiaçı tәrәfindәn iddia tәlәbinin dәqiqlәşdirilmәsi barәdә әrizә verilәrәk, “Ağ burun” kooperativinә “Güzdәk” әhәngdaşı yatağında mişar daşı istehsalı ilә mәşğul olmasına icazә verәn “Dağ-mәdәn ayırması” aktının verilmәsi vәzifәsinin cavabdehә hәvalә edilmәsini xahiş etmişdir. Iddia tәlәbinin dәqiqlәşdirilmәsi barәdә әrizә icraata qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, “Ağ burun” kooperativinә Qaradağ rayonu әrazisindә “Güzdәk” әhәngdaşı yatağında 2,07 ha sahәdә mişar daşı hasilatı mәqsәdilә 5 il müddәtinә ## ####### 2018-ci il tarixli, ***** nömrәli “Dağ-mәdәn ayırması” aktı verilmişdir. “Dağ- mәdәn ayırması” aktının müddәti ## ####### 2023-cü il tarixdә bitmişdir. Kooperativ tәrәfindәn “Dağ-mәdәn ayırması” aktının müddәtinin uzadılması barәdә ## #### 2024-cü il tarixli mәktubla Agentliyә müraciәt edilmişdir. Onun “Dağ mәdәn ayırması” aktının müddәtinin uzadılmasına dair müraciәtinә qanunamüvafiq qaydada müәyyәn edilmiş müddәt ötürüldüyündәn ona verilmiş ## ####### 2018-ci il tarixli, ***** nömrәli “Dağ-mәdәn ayırması” aktının müddәtinin uzadılmasının qanunamüvafiq hesab edilmәdiyi barәdә cavab mәktubu ünvanlanmışdır. Belә ki, “Lisenziyalar vә icazәlәr haqqında” Qanunun 23.5-ci maddәsinә әsasәn icazәnin sahibi icazәdә göstәrilmiş hәrәkәtin yerinә yetirilmәsini onun müddәtinin bitmәsindәn sonra da davam etdirmәk istәdikdә, icazәnin müddәtinin bitmәsinә әn azı 30 gün qalmış icazәnin müddәtinin uzadılmaqla yenidәn rәsmilәşdirilmәsi üçün icazә verәn orqana әrizә ilә müraciәt etmәlidir. Göründüyü kimi MMC “Dağ-mәdәn ayırması” aktının müddәtinin uzadılması ilә bağlı ## #### 2024-cü il tarixli mәktubla müraciәt etmәklә qanunvericilikdә nәzәrdә tutulmuş müddәti ötürmüşdür. Iddiaçı ##.##.2024-cü il tarixli mәktubla Agentliyә müraciәt edәrәk müraciәt müddәtinin gecikdirilmәsini üzrlü hesab edib ona verilmiş icazә sәnәdinin müddәtinin uzadılmasını xahiş etmişdir. Agentliyin ##.##.2025-ci il tarixli cavab mәktubu ilә müraciәtdә müddәtin gecikdirilmәsi ilә bağlı hәr hansı üzrlü hal olmadığından müddәtin gecikdirilmәsinin üzrlü hesab edilmәdiyi iddiaçıya bildirilmişdir vә icazә sәnәdinin müddәtinin uzadılmasından imtina edilmişdir. “Lisenziyalar vә icazәlәr haqqında” Qanunun 23.5-ci maddәsinә әsasәn icazәnin sahibi icazәdә göstәrilmiş hәrәkәtin yerinә yetirilmәsini onun müddәtinin bitmәsindәn sonra da davam etdirmәk istәdikdә, icazәnin müddәtinin bitmәsinә әn azı 30 gün qalmış icazәnin müddәtinin uzadılmaqla yenidәn rәsmilәşdirilmәsi üçün icazә verәn orqana әrizә ilә müraciәt etmәlidir. Göstәrilәn maddә imperativ norma olmaqla hüquq subyektinә alternativ davranış imkanı vermәyәrәk konkret davranış nәzәrdә tutur. Belә ki, icazә sәnәdinin müddәti ## ####### 2023-cü il tarixindә bitsә dә, icazә sahibi icazәdә göstәrilmiş hәrәkәtin yerinә yetirilmәsinә maraqlı olmadığından müddәtinin uzadılması ilә vaxtında maraqlanmamış vә bu barәdә Agentliyә әrizә ilә müraciәt etmәmişdir. Müәssisәnin 2023cü il üzrә tәqdim etdiyi 5 GK hesabatından da onun 2023-cü il әrzindә ona ayrılmış sahәdә heç bir hasilat işlәri aparmadığı müәyyәn olunur. Icazә sahibinin “Dağ-mәdәn ayırması” aktının müddәtinin uzadılması ilә bağlı ## #### 2024-cü il tarixindә Agentliyә müraciәt etmәsi vә 2023-cü il әrzindә heç bir hasilat işlәri aparmaması ona verilmiş yer tәki sahәsindәn faktiki olaraq istifadә etmәdiyini tәsdiq edir. Göstәrilәn hallar dövlәt büdcәsinә daxil olan mәdәn vergisi, mineral xammalın bәrpasına ayırmalar vә digәr ödәnişlәrdәn mәhrum olma ilә nәticәlәnmişdir. “Yerin tәki haqqında” Qanunun 6-cı maddәsinә әsasәn yer tәkindәn istifadә münasibәtlәrinin tәnzimlәnmәsindә dövlәt hakimiyyәti orqanlarının vәzifәlәrindәn biri yer tәkinin geoloji öyrәnilmәsinә, istifadәsinә vә mühafizәsinә dair beynәlxalq müqavilәlәri bağlamaq, bu Qanuna vә “Lisenziyalar vә icazәlәr haqqında” Qanuna uyğun olaraq icazә sistemini tәtbiq etmәkdir. Hәmin Qanunun 13-cu maddәsinin 1-ci bәndinә әsasәn yerin tәki istifadәyә icazә әsasında bu Qanun vә “Lisenziyalar vә icazәlәr haqqında” Qanun ilә müәyyәn olunmuş qaydada müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqan (qurum) tәrәfindәn verilir. Hәmin Qanunun 19-cu maddәsinin 7-ci bәndinә әsasәn yerin tәkindәn istifadә hüququnun yenidәn rәsmilәşdirilmәsi “Lisenziyalar vә icazәlәr haqqında” Qanunun 23-cü maddәsindә nәzәrdә tutulmuş hallarda vә qaydada hәyata keçirilir. Hәmin Qanunun 23.1.4-cü maddәsinә әsasәn icazәnin sahibi icazәnin müddәtinin uzadılması ilә bağlı icazә verәn orqana müraciәt etdikdә icazә yenidәn rәsmilәşdirilir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi “Yerin tәki haqqında” Qanunda da yerin tәkindәn istifadәyә icazәnin verilmәsi vә ya icazәnin yenidәn rәsmilәşdirilmәsinin “Lisenziyalar vә icazәlәr haqqında” Qanunun tәlәblәrinә uyğun hәyata keçirilmәli olması qeyd olunmuşdur. “Yerin tәki haqqında” Qanunun 19-cu maddәsinin 7-ci bәndindә yerin tәkindәn istifadә hüququnun yenidәn rәsmilәşdirilmәsinin “Lisenziyalar vә icazәlәr haqqında” Qanunun 23-cü maddәsindә nәzәrdә tutulmuş hallarda vә qaydada hәyata keçirilmәsi aşkar şәkildә qeyd olunsa da, mәhkәmә hәmin normanın tәlәblәrini nәzәrә almayaraq maddi hüquq normasının pozuntusuna yol vermişdir. Mәhkәmә yer tәkinin istifadәçisi müәyyәn edilmiş şәrtlәrә әmәl edirsә vә istifadә hüququnu pozan hallar baş vermәyibsә, tәrәflәrin razılığı ilә müddәtin uzadılması mümkün olması barәdә “Yerin tәki haqqında” Qanunun 12-ci maddәsinin 6-cı bәndini yeganә әsas kimi qәbul etmişdir. Lakin mәhkәmә nәzәrә almamışdır ki, qanunvericilik hәmin norma ilә qurumun üzәrinә icazә sәnәdinin müddәtinin uzadılması öhdәliyi qoymur, sadәcә uzadılmanın mümkünlüyünü göstәrir. “Lisenziyalar vә icazәlәr haqqında” Qanunun 23.5-ci maddәsindә göstәrilәn müraciәt müddәti ötürüldüyündәn müvafiq normaların tәlәblәri pozulmuş hesab edilmiş vә Agentlik tәrәfindәn icazә sәnәdinin müddәtinin uzadılması mümkün sayılmamışdır. Qanunvericiliyin tәlәbindәn dә göründüyü kimi, müddәti bitmiş icazә etibarsız hesab olunur vә belә olan halda onun lәğv edilmәsinә ehtiyac yoxdur. Mәhkәmәnin “әgәr lisenziya vә icazәnin lәğvi ilә bağlı qәrar mövcud deyilsә, demәli, yer tәkindәn istifadә hüququ da öz hüquqi qüvvәsini saxlayır” kimi mövqe bildirmәsi “Lisenziyalar vә icazәlәr haqqında” Qanunun 22.1-ci maddәsinә ziddir. Tərəflərin iştirakı: Mәhkәmә kollegiyasının әvvәlki iclasında iştirak edәn cavabdehin nümayәndәsi nümayәndә2 apellyasiya şikayәtinin dәlillәrini müdafıә edәrәk tәmin edilmәsini, birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyasının әvvәlki iclasında iştirak edәn iddiaçının qanuni tәmsilçisi X1 apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Iş üzrә icraatın iştirakçılarına mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq, iş üzrә tәrәflәr mәhkәmә kollegiyasının iclasına gәlmәmiş vә mәhkәmә iclasında iştiraklarının tәmin etmәmәlәrinin sәbәblәri barәdә mәlumat vermәmişlәr. Mәhkәmә kollegiyası Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 62.3cü maddәsinә әsaslanaraq şifahi mәhkәmә baxışı ilә bağlı iclasa gәlmәyәn tәrәflәrin iştirakı olmadan işә baxılması vә iş üzrә müvafiq mәhkәmә aktının qәbul edilmәsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 82-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi mübahisә ilә bağlı işә şikayәt hәddindә vә hüquqi mәsәlәlәr, habelә sübutlar vә faktlar (faktiki hallar) әsasında mahiyyәti üzrә tam hәcmdә baxır. Mәhkәmә kollegiyası tәrәflәri dinlәyib, iş materiallarını vә apellyasiya şikayәtinin dәlillәrini araşdıraraq, işdә olan sübutlara hüquqi qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Bakı Inzibati Mәhkәmәsinin *-*(***)-****/**** nömrәli, ## ### 2025-ci il tarixli qәrarı lәğv edilmәli, iddia mümkün sayılmamalıdır. Belә ki, Azәrbaycan Respublikası IPM-in; - 2.2.2-ci maddәsinә әsasәn inzibati orqanın üzәrinә inzibati aktın qәbul edilmәsi ilә bağlı müvafiq öhdәliyin qoyulmasına dair iddialara vә ya inzibati orqanın hәrәkәtsizliyindәn müdafiәyә dair iddialara (mәcburetmә haqqında iddia) inzibati mәhkәmә icraatı qaydasında baxılır. - 33.1-ci maddәsinә әsasәn mәcburetmә haqqında iddia vasitәsi ilә iddiaçı onun arzuladığı inzibati aktı qәbul etmәk vәzifәsini cavabdehin üzәrinә qoymağı mәhkәmәdәn tәlәb edә bilәr. - 33.2-ci maddәsinә әsasәn bu Mәcәllәnin 33.1-ci maddәsindә nәzәrdә tutulmuş qayda hәm iddiaçının arzuladığı inzibati aktın qәbulundan cavabdeh tәrәfindәn imtina edildiyi hallara, hәm dә cavabdehin hәrәkәtsizliyi sәbәbindәn (hәrәkәtsizliyә qarşı iddia) inzibati aktın qәbul edilmәdiyi hallara şamil olunur. - 33.3-cü maddәsinә әsasәn inzibati akt inzibati orqanın hәrәkәtsizliyi sәbәbindәn qәbul edilmәmişdirsә, mәhkәmә ona inzibati aktın qәbul olunması üçün müәyyәn müddәt tәyin edir. Inzibati orqan inzibati aktın qәbul edilmәsi barәdә mәhkәmәyә mәlumat vermәlidir. - 33.4-cü maddәsinә әsasәn bu Mәcәllәnin 33.3-cü maddәsinә uyğun olaraq tәyin edilmiş müddәt bitәnәdәk inzibati orqan tәrәfindәn inzibati akt qәbul edilmәdikdә, mәhkәmә hәmin müddәtin bitdiyi vaxtdan 3 ay әrzindә iş üzrә qәrar qәbul edir. Mәhkәmәnin hәmin qәrarı inzibati aktı әvәz edir. Bu Mәcәllәnin 73.3-cü maddәsindә nәzәrdә tutulmuş hallarda mәhkәmә öz qәrarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstәrişlәr vermәyә haqlıdır. Mәhkәmә kollegiyası “Inzibati mәhkәmә icraatında iddianın mümkünlüyünә dair” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı qәrarında göstәrilmiş mövqeyinin nәzәrә alınmasını zәruri hesab edir. Sözügedәn Qәrarda göstәrilmişdir ki, “Mәhkәmәlәr nәzәrә almalıdırlar ki, inzibati mübahisәlәrә dair iddianın әsaslılığının yoxlanılması üçün zәruri ilkin şәrt onun mümkün olmasıdır. Iddianın әsaslılığının yoxlanılmasına yönәlmiş fәaliyyәti zamanı mәhkәmә cavabdehә qarşı irәli sürülmüş maddi-hüquqi tәlәbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyәti üzrә qәrar qәbul edir. Mümkünlük şәrtlәri iddiaya mahiyyәti üzrә baxmağa imkan verәn şәrtlәrin mövcudluğunun yoxlanılmasını nәzәrdә tutur. Ona görә iddianın mümkünlüyü hәmişә onun әsaslılığının yoxlanılmasından әvvәl aparılan hüquqi dәyәrlәndirmәdir. Mümkünlük şәrtlәrinin mövcudluğunu mәhkәmә tәrәflәrin bildirmәsindәn asılı olmayaraq özünün xidmәti vәzifәsinә görә yoxlamalıdır. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddәsinә görә mәhkәmә proses iştirakçılarının izahatları, әrizә vә tәkliflәri ilә, onların tәqdim etdiklәri sübutlarla vә işdә olan digәr materiallarla kifayәtlәnmәyәrәk, mübahisәnin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn bütün faktiki halları xidmәti vәzifәsinә görә araşdırmağa borcludur” (1.1-2.2-ci bәndlәr). Hәmin Qәrarın 2.3-cü bәndinә әsasәn, mәhkәmәlәr ilk növbәdә iddiaçının hәmin iddia tәlәbi üzrә subyektiv hüququnun olub-olmamasını, cavabdehin hәmin iddiaya cavab vermәli olub-olmamasını, qanunvericilikdә nәzәrdә tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-dә nәzәrdә tutulmuş iddia müddәtlәrinә riayәt edilib-edilmәdiyini, prosessual hәmiştirakçılığın yol verilәnliyini, tәlәblәrin bir iddiada birlәşdirilmәsinin mümkünlüyünü IPM-in 37-ci maddәsinә uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tәlәbinә әsasәn, mәhkәmә mübahisәnin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilәn qayda hәmçinin, iddianın mümkünlüyü ilә bağlı şәrtlәrin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belә ki, obyektiv araşdırma prinsipi yalnız iddianın әsaslılığının yoxlanılması zamanı deyil, hәmçinin iddianın mümkünlük şәrtlәrinin yoxlanılması zamanı da tәtbiq olunmalıdır. Istinad olunan normaların tәlәbinә әsasәn, inzibati mәhkәmә icraatı qaydasında baxılmalı olan istәnilәn növ iddia yalnız onun verilmәsi üçün nәzәrdә tutulmuş şәrtlәrә kompleks şәkildә cavab verdiyi vә әsaslandırıldığı halda inzibati mәhkәmә icraatı qaydasında baxıla bilәr. Qeyd olunan normaların tәlәblәrinә vә müvafiq Plenum qәrarındakı hüquqi mövqelәrә görә işә baxan mәhkәmәlәr icraatın bütün mәrhәlәlәrindә iddiaya mahiyyәti üzrә baxmağa imkan verәn şәrtlәrin mövcud olub-olmadığını yoxlamalıdır. Işin halları ilә müәyyәn edilir ki, Azәrbaycan Respublikası Vergilәr Nazirliyi Kommersiya qurumunun Dövlәt reyestrindәn çıxarışın surәtindәn görünür ki, “AĞ Burun” kooperativi (VÖEN **********) ##.##.1994-cü il tarixdә qeydiyyatdan keçmişdir. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin Dövlәt Ekspertiza Idarәsinin “Dağ-mәdәn ayırması” barәdә ***** saylı, ## ####### 2018-ci il tarixli aktının surәtindәn görünür ki, “Güzdәk” әhәngdaşı yatağında mişar daşı istehsalı mәqsәdilә 2.07 hektar yeraltı boşluğunun sahәsi “Ağ burun” kooperativinә 5 il müddәtinә istifadәyә verilmişdir. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin Dövlәt Ekspertiza Idarәsi tәrәfindәn tәqdim edilәn ##.##.2024-cü il tarixli, *-**-**/*-****/**** nömrәli mәktubunda göstәrilmişdir ki, “Ağ burun” X7 vә Tәbii Sәrvәtlәr Nazirliyinin Dövlәt Ekspertiza Idarәsi tәrәfindәn “Güzdәk” әhәngdaşı yatağında 5 ha sahәdә mişar daşı istehsalı mәqsәdilә 5 il müddәtinә ## ###### 2006-cı il tarixli, 00024 vә ## ### 2012-ci il tarixli, ***** nömrәli “Dağ-mәdәn ayırması” aktları verilmişdir. Sözügedәn hüquqi şәxsә sonuncu dәfә “Güzdәk” әhәngdaşı yatağında 2,07 ha sahәdә mişar daşı istehsalı mәqsәdilә 5 il müddәtinә ## ####### 2018-ci il tarixli, ***** nömrәli “Dağ-mәdәn ayırması” aktı verilmişdir. Işin halları ilә hәmçinin o da müәyyәn edilmişdir ki, “Ağ Burun” Müstәqil Kooperativinә verilmiş “Dağ-mәdәn ayırması” aktının müddәti ## ####### 2023-cü il tarixdә bitmişdir. Iddiaçı tәrәfindәn “Dağ-mәdәn ayırması” aktının müddәtinin uzadılması ilә bağlı cavabdeh inzibati orqana müraciәt edilmiş, iddiaçının müraciәtinә cavabdeh inzibati orqan Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin Dövlәt Ekspertiza Idarәsinin ##.##.2024-cü il tarixli, 3-14-19/2-***/**** №-li cavab mәktubunda qeyd olunmuşdur ki, “...“Dağ-mәdәn ayırması” aktının uzadılması ilә bağlı bildiririk ki, “Lisenziyalar vә icazәlәr haqqında” Azәrbaycan Respublikasının Qanununun 23.5-ci maddәsinә әsasәn, icazәnin sahibi icazәdә göstәrilmiş hәrәkәtin yerinә yetirilmәsini onun müddәtinin bitmәsindәn sonra da davam etdirmәk istәdikdә, icazәnin müddәtinin bitmәsinә әn azı 30 gün qalmış icazәnin müddәtinin uzadılmaqla yenidәn rәsmilәşdirilmәsi üçün icazә verәn orqana әrizә ilә müraciәt etmәlidir. Sizin “Dağ mәdәn ayırması” aktının müddәtinin uzadılmasına dair müraciәtinizdә qanunamüvafiq qaydada müәyyәn edilmiş müddәt ötürüldüyündәn ***** nömrәli, ## ####### 2018-ci il tarixli “Dağ-mәdәn ayırması aktı”nın müddәtinin uzadılması qanunamüvafiq hesab olunmur. Əlavә olaraq bildiririk ki, “Yerin tәki haqqında” Azәrbaycan Respublikasının Qanununa әsasәn yerin tәkindәn istifadәyә icazә qeydiyyata alınmış faydalı qazıntı yataqları sahәlәrindәn hәrrac (auksion vә müsabiqә) vasitәsilә verilir. Qeyd: Mövcud qanunvericiliyә uyğun olaraq hüquqi icazә sәnәdi olmadan yer tәkindәn hәr hansı istifadә halları qanun pozuntusu hesab olunur. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2020-ci il ## #### tarixli, *** nömrәli Qәrarına әsasәn Azәrbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlәnmәsi nәticәsindә dәymiş ziyana görә cәrimә hesablanır, cavabdeh şәxs birbaşa mәsuliyyәt daşıyır”. Bundan sonra iddiaçı tәrәfindәn mәhkәmәyә müraciәt edilmiş, birinci instansiya mәhkәmәsi tәrәfindәn iddia tәlәbi tәmin edilәrәk ona istinad edilmişdir ki, cavabdehin "müddәt ötürülüb" arqumenti yalnız texniki xarakter daşıyır vә hüquqi nәticә doğuracaq sәviyyәdә әsas sayılmamalıdır. Iddiaçının müraciәt etmәsi faktı var vә hәmin müraciәt konkret mәqsәd, yәni istifadә hüququnun uzadılması üçün edilib, demәli, onun hüquqi maraq vә iradәsi aydındır. Icazә müddәtinin bitmәsinә әn azı 30 gün qalmış icazәnin müddәtinin uzadılmaqla yenidәn rәsmilәşdirilmәsi üçün icazә verәn orqana әrizә ilә müraciәt edilmәsi qanunvericiliyin şәrti olsa da, bu şәrt yerin tәkindәn istifadә müddәtinin uzadılmasından imtina olunması üçün әsas qismindә çıxış etmir. Bu halda cavabdehin iddiaçının müraciәtinә formal sәbәblә imtina etmәsi qanunvericiliyin tәlәblәrinә zidd olmaqla, onun hüquqlarının pozulmasına sәbәb olmuşdur. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin mövqeyi ilә razılaşmayaraq qeyd edir ki, “Lisenziyalar vә icazәlәr haqqında” Qanunun 23.5-ci maddәsinә әsasәn icazәnin sahibi icazәdә göstәrilmiş hәrәkәtin yerinә yetirilmәsini onun müddәtinin bitmәsindәn sonra da davam etdirmәk istәdikdә, icazәnin müddәtinin bitmәsinә әn azı 30 gün qalmış icazәnin müddәtinin uzadılmaqla yenidәn rәsmilәşdirilmәsi üçün icazә verәn orqana әrizә ilә müraciәt etmәlidir. Hәmin Qanunun 26.1.2-ci maddәsinә әsasәn lisenziyanın (icazənin) müddәti bitdikdә lisenziya vә icazә lәğv edilir. Göründüyü kimi, lisenziyanın müddәtinin bitmәsinә әn azı 30 gün qalmış icazәnin müddәtinin uzadılmaqla yenidәn rәsmilәşdirilmәsi ilә bağlı müraciәt edilmәdikdә lisenziya lәğv edilir. Iş materiallarında olan – iddiaçı tәrәfindәn cavabdeh inzibati orqana ünvanlanmış ## ###### 2024-cü il tarixli әrizәdәn dә görünür ki, aktın müddәtinin uzadılması ilә bağlı iddiaçının müraciәti 6 ay gecikdirilmişdir. Hazırkı halda cavabdeh inzibati orqan tәrәfindәn iddiaçıya verilmiş icazәnin müddәtinin bitmәsi sәbәbindәn iddiaçı tәrәfindәn yeni icazәnin verilmәsi üçün müraciәt edilmәlidir. Işә apellyasiya instansiyası mәhkәmәsindә baxılması zamanı iddiaçı tәrәfindәn iddia tәlәbinin dәqiqlәşdirilmәsi barәdә әrizә verilәrәk, “Ağ burun” kooperativinә “Güzdәk” әhәngdaşı yatağında mişar daşı istehsalı ilә mәşğul olmasına icazә verәn “Dağ-mәdәn ayırması” aktının verilmәsi vәzifәsinin cavabdehin üzәrinә qoyulması xahiş edilmişdir. Iddiaçı “Ağ burun” kooperativinә “Güzdәk” әhәngdaşı yatağında mişar daşı istehsalı ilә mәşğul olmasına icazә verәn “Dağ-mәdәn ayırması” aktının verilmәsi ilә bağlı cavabdeh inzibati orqanının münasibәtinin öyrәnilmәsi mәqsәdilә vaxt verilmәsi ilә bağlı qәrardad qәbul edilmişdir. Azәrbaycan Respubilkası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin X2 X8 tәrәfindәn ## ###### 2026-cı il tarixli, *-**-**/*-***/**** saylı mәktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Mәhkәmәsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrәli, ##.##.2025-ci il tarixli qәrardadının icrası ilә әlaqәdar bildirilir ki, “Azәrbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadә sahәsindә idarәetmәnin tәkmillәşdirilmәsi haqqında” Azәrbaycan Respublikası Prezidentinin 2024-cü il ## ###### tarixli, *** nömrәli Sәrәncamının icrası ilә әlaqәdar müvafiq hüquqi aktlara dәyişikliklәr edilmәsi vә hәmin dәyişikliklәrә әsasәn qәbul edilmiş normativ-hüquqi aktlar әsasında bәzi yer yәki istifadәçilәrinә “Dağ-mәdәn ayırması” aktının verilmәsi nәzәrdә tutulur. “Ağ Burun” Müstәqil Kooperativinә “Dağ-mәdәn ayırması” aktının verilmәsi mәsәlәsinә yuxarıda qeyd olunanlar nәzәrә alınaraq, qanunvericiliklә müәyyәn edilmiş qaydada baxılacaqdır. Mәhkәmә kollegiyası qeyd edir ki, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 1999-cu il ## ###### tarixli, * №-li qәrarı ilә “Yer tәki sahәsinә faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilә әlaqәdar olmayan yeraltı qurğuları tikmәk vә istismar etmәk mәqsәdilә "Dağ-mәdәn ayırması" statusunun verilmәsi” Qaydaları tәsdiq edilmişdir. Qaydaların 1.1-ci bәndinә әsasәn bu Qaydalar "Yerin tәki haqqında" Azәrbaycan Respublikası Qanunu vә "Yerin tәki haqqında" Azәrbaycan Respublikasının Qanununun tәtbiq edilmәsi barәdә" Azәrbaycan Respublikası Prezidentinin 1998-ci il ## ##### tarixli, *** nömrәli Fәrmanının icrası ilә әlaqәdar Azәrbaycan Respublikası әrazisindә faydalı qazıntıları çıxarmaq, faydalı qazıntıların çıxarılması ilә әlaqәdar olmayan yeraltı qurğuları tikmәk vә istismar etmәk hüququ verәn xüsusi razılığa (lisenziyaya) vә ya icazә müvafiq olaraq yer tәki sahәsinә "Dağ-mәdәn ayırması" statusu verilmәsini müәyyәn edir. Qaydaların 2.1-ci bәndinә әsasәn yer tәkinin istifadәyә verilmәsi üçün "Dağ-mәdәn ayırması" layihәsi izahedici qeyddәn vә qrafik materiallardan ibarәt olmalıdır. Layihәnin izahedici qeydindә "Dağ-mәdәn ayırması"nın alınmasının mәqsәdi vә onun zәruriliyinin әsaslandırılması göstәrilmәklә, aşağıdakılar öz әksini tapmalıdır: 2.1.1. müәssisәnin layihәlәndirilmәsini hәyata keçirәn vә "Dağ-mәdәn ayırması" layihәsini hazırlayan tәşkilatın adı vә ünvanı; 2.1.2. "Dağ-mәdәn ayırması"nın әrazisi haqqında ümumi mәlumatlar (coğrafi yerlәşmәsi, kәnd tәsәrrüfatı vә meşә sahәsinin xüsusiyyәtlәri, sahәnin tikilmә dәrәcәsi, istifadә olunması vә s.); 2.1.3. yatağın qısa geoloji xüsusiyyәtlәri (layların, filiz cisimlәrinin, damarlarının vә başqalarının ölçülәri vә yatım elementlәri); 2.1.4. yatağın işlәnmәsinin dağ-geoloji vә hidrogeoloji şәraiti, yanaşı "Dağ-mәdәn ayırmaları" haqqında ümumi mәlumatlar; 2.1.5. yatağın öyrәnilmә dәrәcәsi, kәşf vә tәsdiq olunmuş vә hәmçinin әmәli surәtdә nәzәrә alınmış әsas vә onlarla birlikdә yatan ehtiyatların miqdarı, keyfiyyәti, kateqoriyaları, maddi tәrkibi, elәcә dә yataq açıq üsulla işlәnәrsә açılış işlәri haqqında mәlumat; 2.1.6. "Dağ-mәdәn ayırması" sәrhәdlәrinin әsaslandırılması; 2.1.7. mineral xammalların çıxarılması vә gәlәcәkdә onun tәkrar emalı vaxtı kompleks istifadә olunması tәdbirlәri; 2.1.8. Azәrbaycan Respublikasının faydalı qazıntı ehtiyatlarını tәsdiq edәn orqanının Protokolundakı tәdbirlәr; 2.1.9. "Dağ-mәdәn ayırması"nın sәrhәdlәri daxilindә tәqdim olunmuş dağ-qrafik materiallar (geoloji xәritәlәr, kәsilişlәr, sәnәdlәr vә topoqrafik planların surәtlәri) qüvvәdә olan qaydaların vә metodik göstәrişlәrin tәlәblәrinә uyğun olaraq tәqdim olunan müddәtә bütün göstәricilәri özündә әks etdirmәlidir; 2.1.10. topoqrafik planın surәtinin miqyası tәsvir olunan sahәnin ölçülәrindәn, faydalı qazıntının növündәn vә tәyinatından asılı olaraq 1:5000 kiçik olmamalıdır. Geniş әrazi әhatә olunduqda isә planın surәtinin 1:5000-dәn 1:25000-dәk verilmәsinә icazә verilir. Kömür vә yaxud yanar şist yataqlarının işlәnmәsi üçün kәşfiyyatı başa çatmış bütün layların 1:5000 tәrtib edilmiş topoqrafik planlarının üzәrindә "Dağ-mәdәn ayırması"nın layihә hüdudları qeyd olunmalıdır. Iki vә daha çox laydan ibarәt olan kömür vә yaxud yanar şist yataqlarının işlәnmәsi üçün "Dağ-mәdәn ayırması"nın hüdudları, sürüşmә bucaqları nәzәrә alınmaqla layların künc nöqtәlәrinin proyeksiyası әsasında topoqrafik plan üzәrindә tәyin edilir. 3.1-ci bәndinә әsasәn yer tәkinin istifadәyә verilәn sahәlәrindә faydalı qazıntıları çıxarmaq hüququ verәn xüsusi razılığa vә ya icazәyә müvafiq olaraq "Dağ-mәdәn ayırması" almaq üçün Agentliyə әrizә. Ərizәyә aşağıdakı sәnәdlәr әlavә olunmalıdır: 3.1.1. torpaq sahibinin yerin təkindən istifadə məqsədilə müvafiq torpaq sahəsinin ayrılmasına razılığı; 3.1.3. ehtiyatları təsdiq edən orqanın faydalı qazıntı yatağının ehtiyatının təsdiq olunması Protokolunun və proqnoz ehtiyatlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Məhəlli Ehtiyatlar Komissiyası tərəfindən balansa götürülməsi protokolunun surəti; 3.1.4. "Dağ-mədən ayırması" xüsusi təyinatlı torpaq sahələri ilə həmsərhəd olduqda torpaq istifadəçilərinin razılığı. 3.2. Faydalı qazıntıların çıxarılması ilә әlaqәdar olmayan yeraltı qurğuların tikilmәsi vә istismarı, o cümlәdәn neft, qaz vә digәr maddә vә materialların yeraltı saxlanma qurğularının, radioaktiv tullantıların, zәrәrli maddәlәrin vә istehsalat tullantılarının basdırılmasına, çirkab suların axıdılmasına verilәn xüsusi icazәyә müvafiq "Dağ-mәdәn ayırması" almaq üçün yuxarıda 3.1.1. vә 3.1.4. bәndlәrindә tәqdim olunan sәnәdlәrә aşağıdakılar da әlavә olunmalıdır; 3.2.1. işlәnmiş dağ qazmalarının konservasiya, yaxud lәğv olunması haqda Fövqəladə Hallar Nazirliyinin qәrarının surәti; 3.2.2. "Dağ-mәdәn ayırması" layihәsi üzrә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin sahәnin geoloji quruluşunun, dağ-texniki vә hidrogeoloji şәraitinin öyrәnilmәsi dәrәcәsini әks etdirәn rәyi; 3.2.3. işlәnmiş dağ qazmalarının, layihәdә nәzәrdә tutulmuş mәqsәdlәr üçün istifadәyә yararlı olması haqqında ixtisaslaşdırılmış tәşkilatların rәyi; 3.2.4. ixtisaslaşdırılmış tәşkilatların zәrәrli maddәlәrin, istehsalat tullantılarının vә çirkab suların zәrәrsizlәşdirilmәsinin vә istifadә olunmasının texniki mümkünsüzlüyü, hәmçinin zәrәrli maddәlәrin, istehsalat tullantılarının basdırılması vә çirkab suların axıdılması nәzәrdә tutulan әtraf süxurların vә lay suları horizontları ilә bir araya sığması haqqında rәyi; 3.2.5. fәaliyyәtdә olan, yaxud konservasiya olunmuş faydalı qazıntı çıxaran müәssisәlәrin işlәnmiş dağ qazmalarının faydalı qazıntıların çıxarılması ilә әlaqәdar olmayan mәqsәdlәr üçün digәr yer tәki istifadәçisinin sәrәncamına verilmәsinә, dağ qazmaları balansında olan yer tәki istifadәçilәrinin rәyi; 3.2.6. dövlət sanitariya nəzarəti orqanının rәyi; 3.2.7. neftin, qazın, digәr maddәlәr vә materialların saxlanması, zәrәrli maddәlәrin vә istehsalat tullantılarının basdırılması vә çirkab suların axıdılması nәzәrdә tutulmuş yeraltı qurğuların tikilmәsinin "Dağ-mәdәn ayırması" layihәsinә Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin, yaxud onun yerli orqanının rәyi әlavә olunur; 3.2.7-1. “Dağ-mədən ayırması” almaq üçün zəruri olan sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 3.2.8. "Dağ-mәdәn ayırması" layihәsi vә onun әlavәlәri yer tәki istifadәçisi tәrәfindәn, yaxud layihәni tәrtib etmәyә sәlahiyyәtli orqan tәrәfindәn tәsdiq edilir; 3.2.9. "Dağ-mәdәn ayırması" almaq üçün tәqdim olunan әrizә vә bu qaydalarda nәzәrdә tutulan sәnәdlәr Agentlik tәrәfindәn xüsusi kitabda qeydә alınmaqla qәbul edilir, baxılır, çatışmazlıqlar vә ya imtina üçün әsas olmadıqda qeydә alındığı gündәn başlayaraq 30 gündәn gec olmayaraq "Dağ-mәdәn ayırması"nın verilmәsi haqda qәrar qәbul edilir; tәqdim olunmuş sәnәdlәrdә çatışmazlıqlar aşkar edildikdə (bu Qaydaların 3.2.7-1-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla), bu barәdә әrizәçiyә yazılı mәlumat verilir, onlar aradan qaldırıldıqdan vә sәnәdlәr tәkrar tәqdim edildikdәn sonra onlara 10 gün müddәtindә baxılır vә müvafiq qәrar qәbul edilir; 3.2.10. bu Qaydaların әlavәlәrinә uyğun olaraq (* nömrәli әlavә) "Dağ-mәdәn ayırması"nın verilmәsi "Dağ-mәdәn ayırması" aktı ilә, hәmçinin topoqrafik planın surәtinin yuxarı sağ küncündәki yazı ilә rәsmilәşdirilir. (*-* nömrәli әlavә) Qanunvericiliyin tәlәbindәn göründüyü kimi, iddiaçı tәrәfindәn ilkin olaraq Qaydaların 3cü bәndindә göstәrilmiş sәnәdlәr әlavә edilmәklә әrizә ilә cavabdeh inzibati orqana müraciәt edilmәli, müraciәti cavabdeh inzibati orqan tәrәfindәn tәmin edilmәdiyi tәqdirdә iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edilә bilәr. Hazırkı işin hallarından iddiaçıya verilmiş ## ####### 2018-ci il tarixli, ***** nömrәli “Dağ-mәdәn ayırması” aktının müddәti bitdikdәn sonra yeni “Dağ-mәdәn ayırması” aktının alınması ilә bağlı inzibati icraatın aparılması müәyyәn edilmәmişdir. Bu sәbәbdәn cavabdeh inzibati orqan tәrәfindәn iddiaçının hüquq vә azadlıqlarının pozulması ilә bağlı hәr hansı hәrәkәt vә hәrәkәtsizlikdәn söhbәt gedә bilmәz. Belә olan halda mәhkәmә kollegiyası hesab edir ki, hazırkı iş üzrә iddiaçının tәlәbinin mümkün sayılması vә inzibati mühakimә icraatı qaydasında baxılması üçün әsaslar yoxdur. “Inzibati mәhkәmә icraatında iddianın mümkünlüyünә dair” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı qәrarında qeyd edilir ki, “....IPM-in 35.1-ci maddәsinә görә, iddianın mümkün sayılması üçün iddiaçı iddia әrizәsindә inzibati aktın qәbul edilmәsi vә ya qәbul edilmәsindәn imtina olunması, yaxud inzibati orqanın hәrәkәti vә ya hәrәkәtsizliyi nәticәsindә özünün hüquqlarının vә qanunla qorunan maraqlarının pozulduğunu әsaslandırmalıdır. Hüququn hәqiqәtәn pozulubpozulmadığının müәyyәn olunması mәsәlәsinin eyni zamanda iddianın әsaslılığının yoxlanılmasını tәlәb etdiyini nәzәrә alaraq mәhkәmәlәr bu meyar üzrә mümkünlüyün yoxlanılması mәrhәlәsindә diqqәtli olmalı, belә yoxlamanı әsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilә aşkar şәkildә baş verir vә birmәnalı nәzәrә çarpır. Bu zaman mәhkәmәlәr müdafiә edilmәk istәnilәn hüququn tәbiәtini, hәmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdә tәsbit edilmiş onun qoruma sferası ilә bağlı hәdlәri nәzәrә almalıdırlar. Iddia qaldırmış şәxsin hüquqlarının qorunmasının bilavasitә qanundan irәli gәldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır...... Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müәyyәn olunmasının qiymәtlәndirilmәsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlә konkret halda hüquqi müdafiәyә ehtiyacının olub-olmadığı da nәzәrә alınmalıdır. Bu zaman iddiaçının arzuladığı mәqsәdә çatmaq üçün düzgün hüquqi müdafiә vasitәlәrindәn, o cümlәdәn әlverişli iddia növündәn istifadә edib-etmәdiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istәdiyi mәqsәdә qaldırılmış iddianın uğurlu olması ilә nail olmaq mümkün olsun. Iddiaçı öz mәqsәdinә digәr hüquqi müdafiә vasitәlәrindәn, elәcә dә başqa predmetli iddia qaldırmaqla, hәmçinin başqa cavabdehә qarşı iddia irәli sürmәklә daha tez, daha münasib vә daha sadә yolla nail ola bilәrsә, yardım etmәk vәzifәsinә әmәl etmәk şәrtilә mәhkәmәlәr iddianın mümkünlüyü mәsәlәsinә baxa bilәrlәr.” Qeyd olunanlara әsasәn mәhkәmә kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayәti qismәn tәmin edilmәli, Bakı Inzibati Mәhkәmәsinin *-*(***)-****/**** nömrәli, ## ### 2025-ci il tarixli qәrarı lәğv edilmәli, iddia mümkün sayılmamalıdır. Inzibati icraat qaydasında baxılan istәnilәn iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünә uyğun olmalı, subyektiv hüququ olan şәxs tәrәfındәn qanunla müәyyәn edilәn iddia müddәtlәri daxilindә vә müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq vә azadlıqların pozuntusu sübutlar da әlavә olunmaqla әsaslandırmalıdır ki, mәhkәmә icraatı mümkün sayılıb baxıla bilsin. Əks tәqdirdә, mәhkәmә tәrәfındәn iddianın mümkün sayılmaması barәdә qәrardad çıxarılır. Nəticə hissəsi: Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 80, 85, 87, 90 vә 94-cü maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayәti qismәn tәmin edilsin. Bakı Inzibati Mәhkәmәsinin *-*(***)-****/**** nömrәli, ## ### 2025-ci il tarixli qәrarı lәğv edilsin. Iddiaçı “Ağ Burun” Müstәqil Kooperativinin cavabdeh Azәrbaycan Respubilkası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin X2 X8rşı “dağ-mәdәn ayırması aktının verilmәsi” tәlәbinә dair iddiası mümkün sayılmasın. Qәrardaddan inzibati mәhkәmә icraatının iştirakçıları rәsmi qaydada tәqdim olunduğu gündәn 10 (on) gün müddәtindә Bakı Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Inzibati Kollegiyasına kassasiya şikayәti verә bilәr. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Pərviz Hüseynov Günel Sevdimalıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-3510/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3510/2025
07.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver