Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3512/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Knyaz oğlunun iştirakı ilə, İddiaçı Knyaz oğlunun cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı “kirayə haqqı ilə təmin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(112)-6644/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Knyaz oğlu cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün onun 4 nəfər ailə üzvləri ilə birlikdə kirayə haqqı ilə təmin olunmağı” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 338 №-li, xx.xx.2017-ci il tarixli sərəncamı ilə özü, həyat yoldaşı, 2 qızı ilə bərabər hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil növbəsinə qəbul edilmişdir. Həmin tarixdən ona ailə üzvləri nəzərə alınmaqla müvəqqəti mənzilin kirayəsi üçün kirayə pulu ödənilməyə başlamışdır. Lakin Bakı Şəhər Cavabdeh başçısının 142 №-li xx.xx.2020-ci il tarixli sərəncamı ilə Cavabdeh başçısının 338 №-li xx.xx.2017-ci il tarixli sərəncamı ləğv edilmiş mənzil növbəsindən çıxarılmağı qərara alınmışdır. xx.xx.2020-ci il tarixdən müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kirayə haqqının verilməsi dayandırılmışdır. Bundan sonra, məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8972/2022 №-li qərarı ilə onun ailə üzvləri ilə birlikdə (həyat yoldaşı və 2 qızı) yaşayış sahəsi ilə təmin olunanadək kirayə haqqı ilə təmin olunmağı vəzifəsi Bakı Şəhər Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh başçısının 608 №-li, xx.xx.2022-ci il tarixli sərəncamı ilə ailə üzvləri ilə birlikdə güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüş və ona xx.xx.2023-cü il tarixdən kirayə haqqı ödənilməyə başlanılmışdır. Lakin bu zaman xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün kirayə haqqı ona ödənilməmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün onun 4 nəfər ailə üzvləri ilə birlikdə kirayə haqqı ilə təmin olunmağı barədə qərar qəbul edilməsi xahişi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı vermişdir. Bakı İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(112)-6644/2023 saylı qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(112)-6644/2023 saylı inzibati iş üzrə qərardadının ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, hazırki iddia tələbi ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün onun 4 nəfər ailə üzvləri ilə birlikdə kirayə haqqı ilə təmin olunmağı barədə qərar qəbul edilməsini xahiş edir. Bakı Şəhər Cavabdeh 338 saylı xx.xx.2017-ci il tarixli sərəncamına əsasən İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, 2 qızı) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan gizir kimi mənzil uçot siyahısına daxil edilmişdir. Bakı Şəhər Cavabdeh 142 saylı sərəncamına əsasən İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış və Cavabdeh başçısının 338 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ləğv edilmişdir. Sözügedən xx.xx.2020-ci il tarixli sərəncam iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Daha sonra iddiaçı ailə üzvləri (arvadı xx.xx.1976-cı il təvəllüdlü X4; qızı xx.xx.2002-ci il təvəllüdlü X9 və qızı xx.xx.2004-cü il təvəllüdlü X10) ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması barədə tələblə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8972/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı iddiası təmin edilərək İddiaçı ailə üzvləri (arvadı xx.xx.1976-cı il təvəllüdlü X4; qızı xx.xx.2002-ci il təvəllüdlü X9 və qızı xx.xx.2004-cü il təvəllüdlü X10) ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması vəzifəsi cavabdeh Bakı Şəhər Cavabdehnə həvalə edilmişdir. Qərar icra olunmuşdur. Həmin qərarda kirayə haqqının hansı tarixdən ödənilməsi qeyd edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən İddiaçı Knyaz oğluna təqdim edilmiş 132 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən, o, həqiqətən xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək, xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 158-ci maddəsinin ”b” bəndinə əsasən (törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaya məhkum olunduğu üçün) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 040gm saylı xx.xx.2004-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyatına buraxılmışdır. xx.xx.2013-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirluiyi tərəfindən İddiaçı təqdim edilmiş ******* saylı xx.xx.2017-ci il tarixli arayışa əsasən, o, xx.xx.2013- cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən İddiaçı Knyaz oğluna təqdim edilmiş 4325 saylı xx.xx.2017-ci il tarixli arayışa əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmayıb və mənzil növbəsində deyil. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən İddiaçı Knyaz oğluna təqdim edilmiş 444 saylı xx.xx.2017-ci il tarixli arayışa əsasən, o, həqiqətən xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir kimi hərbi xidmət keçmişdir. xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1-ci X12 əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyyata buraxılmışdır. xx.xx.2013-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsində hərbi qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı və X2 təqdim edilmiş **********09 saylı xx.xx.2017-ci il tarixli arayışa əsasən Bakı şəhər inzibati ərazi vahidi üzrə onun adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumat yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı Knyaz oğluna təqdim edilmiş ******* saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən, o, xx.xx.2013- cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı təqdim edilmiş **********42 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı təqdim edilmiş **********44 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən İddiaçı Knyaz oğlunun adına Qobustan rayonu Nərimankənd kəndində yerləşən 6,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumbirgə; JN-320) müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən X2 təqdim edilmiş **********44 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı Knyaz oğlu xx.xx.2017-ci il tarixdə “Sağ budun aşağı 1/3-nin dişlənmiş yaraları Sağ tərəfli N.femoralisin travmatik zədələnməsindən sonrakı it dişləməsi, baş beynin travması nəticəsində şəxsiyyətin dəyişiklikləri ilə kobud davranış pozuntuları, yaddaş zəifliyi. Sağ aşağı ətrafın monoparezi.” diaqnozu ilə qiymətləndirilmiş və ona ikinci dərəcə əlillik təyin edilmişdir. Vİİ-JQ seriyalı 379599 saylı xx.xx.1999-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən İddiaçı və X6 arasında nikah bağlanmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1061 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən Qobustan RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Knyaz oğlunun hərbi xidmət dövründə aldığı və xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ budun aşağı 1/3-nin dişlənmiş yaraları" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon idarəsinin xx.xx.2010-cu il tarixli 4/360 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 4/71 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2003-cü il tarixli çıxarış epikrizi, 314 nömrəli xəstəlik tarixindən çıxarışlar, vətəndaşın ərizəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadir, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" MN MHHK-nın xx.xx.2010-cu il tarixli 1031 nömrəli qərarı ləğv edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı təqdim edilmiş **********59 saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən İddiaçı adına Qobustan rayonu Nərimankənd kəndində yerləşən 6,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumbirgə; JN-320) müəyyən edilmişdir. X3 və İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli kirayə müqaviləsinə əsasən X3 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 87,8 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ½ hissə, 87,8 kv.m İddiaçı kirayəyə verilmişdir. X11 və İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli X11 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 173 kv.m yaşayış sahəsi 117,3 kv.m yardımçı sahəsi 55,7 kv.m olan 9 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 1/8 hissə İddiaçı kirayəyə verilmişdir. Bakı Şəhər Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-21/2- 446/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla Bakı Şəhər Cavabdeh başçısının 22.11 2017-ci il tarixli, 338 nömrəli və xx.xx.2020-ci il tarixli 142 nömrəli və xx.xx.2022-ci il tarixli, 608 nömrəli sərəncamlarının təsdiq olunmuş surətləri və onların verilməsinə əsas olmuş sənədlərin kserosurətləri göndərilmişdir. Bakı Şəhər Cavabdeh 338 saylı xx.xx.2017-ci il tarixli sərəncamına əsasən İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, 2 qızı) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan gizir kimi mənzil uçot siyahısına daxil edilmişdir. Bakı Şəhər Cavabdeh 142 saylı xx.xx.2020-ci il tarixli sərəncamına əsasən İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış və Cavabdeh başçısının 338 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ləğv edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış Ş-21-068 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, iddiaçı yaşayış yeri üzrə Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 330 nömrəli sərəncamı əsasında xx.xx.2017-ci tarixdən xidməti vəzifəsini yerinə yetirərkən əlil olanların güzəştli mənzil uçot siyahısına daxil edilmişdir. Kirayə haqqı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yalnız ehtiyatda olan hərbi qulluqçu kimi mənzil uçot siyahısına alınan vətəndaşlara ödənilir. Xidməti vəzifəsini yerinə yetirərkən əlil olanların güzəştli mənzil uçot siyahısında olduğundan kirayə haqqı ödənilməsi ilə bağlı xahişin yerinə yetirilməsi mümkün deyil. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı adına Qobustan rayonu Nərimankənd kəndində yerləşən 6,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumbirgə; JN-320 qeydiyyat nömrəli xx.xx.1998-ci il qeydiyyat tarixli) müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X2 təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən onun adına Qobustan rayonu Nərimankənd kəndində yerləşən 6,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumbirgə; JN-320 qeydiyyat nömrəli xx.xx.1998-ci il qeydiyyat tarixli) müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X5 təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən onun adına Respublika ərazisi üzrə daşınmaz əmlakın movcudluğuna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən İddiaçı təqdim edilmiş 6279 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsi tərəfindən İddiaçı Knyaz oğluna təqdim edilmiş 585 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən, o, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və MN-nin 040 gm saylı xx.xx.2004-cü il tarixli əmrinə, "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin "b" bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaya məhkum olunduğu üçün) əsasən ehtiyata tərxis olunmuşdur. Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən təqdim edilmiş 1328 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı və X4 həqiqətən Yasamal Bələdiyyəsindən torpaq sahəsi almamışlar. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş 05/09İS/024330-22 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid xx.xx.2022-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Qeyd: X1 və onun nikah bağlamasına mane olan hallar mövcud deyil. Məhkəmənin 2-1(112)-8972/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən iddia təmin edilərək İddiaçı ailə üzvləri (arvadı xx.xx.1976-cı il təvəllüdlü X4; qızı xx.xx.2002-ci il təvəllüdlü X9 və qızı xx.xx.2004-cü il təvəllüdlü X10) ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması vəzifəsi cavabdeh Bakı Şəhər Cavabdehnə həvalə edilmişdir. Bakı Şəhər Cavabdeh 608 saylı xx.xx.2022-ci il tarixli sərəncamına əsasən İddiaçı 3 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Şaqavatova Atlas, qızı Şaqavatova Aysu) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan hərbi qulluqçuların (gizir) güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.3.-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci madəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Halbuki, Bakı Şəhər Cavabdeh 142 saylı xx.xx.2020-ci il tarixli (iddiaçının ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması və Cavabdeh başçısının 338 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamın ləğv edilməsi barədə) sərəncamı iddiaçı tərəfindən mübahisələndirilməmiş, həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8972/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında iddiaçının ailə üzvləri (arvadı xx.xx.1976cı il təvəllüdlü X4; qızı xx.xx.2002-ci il təvəllüdlü X9 və qızı xx.xx.2004-cü il təvəllüdlü X10) ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqının hansı tarixdən hesablanmaqla ödənilməsi vəzifəsi qeyd edilməmişdir. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(112)-6644/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3512/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3512/2023
03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver