Məhkəmə qərarları › İş №2-1(103)-3512/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3512/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3512/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2724/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi Cavabdeh MMCyə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 51922,61 manat məbləğində borcuna görə onun, ümumilikdə, 60000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmiş, həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarılmaqla, həmin qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 58704,79 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA009002 kuzov nömrəli) **-JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008976 kuzov nömrəli) 99- JL101 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008998 kuzov nömrəli) **-JO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008980 kuzov nömrəli) 99- JR101 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi , qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008992 kuzov nömrəli) **-JS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və qiyməti 10000 manat məbləğində 2019-ci il buraxılış olan “X2“markalı (qarametallik rəngli, SALGA3BE7KA540845 kuzov nömrəli) **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə, 60.000,00 manat məbləğində əmlakı siyahıya alınmışdır. Bu barədə xx.xx.2023-cü il tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Protokol siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Protokollar siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın qanunamüvafıq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 51922,61 manat məbləğində ödənilməmiş borcu qalmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2724/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək aşağıdakılar qərara alınmışdır: “...Cavabdeh «Xaliq Faiqoğlu Şirkəti” MMC-nin xx.xx.2023-cü il tarixə borc məbləğindən dövlət büdcəsinə 51922,61 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA009002 kuzov nömrəli) **-JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG2 markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008976 kuzov nömrəli) **-JL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008998 kuzov nömrəli) **-JO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008980 kuzov nömrəli) 99-JR101 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008992 kuzov nömrəli) **-JS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyatvasitəsi olmaqla, ümumilikdə 50000 manat məbləğində siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılsın. Göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən cavabdehin yuxarıda göstərilən məbləğdə borcu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. ...” Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkün sayılmışdır. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə tərəfindən iddia ərizəsindəki formal mülahizələrə əsaslanması, işin faktiki hallarının tam araşdırılmaması nəticəsində iş üzrə səhv nəticəyə gələrək qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Belə ki, “Otokar Kent LF2MCMG” markalı avtobuslar Bakı şəhərində müntəzəm marşrutlar üzrə sərnişin daşımalarında istismar edilir və "xxxx" ASC-nə girov (ipoteka) qoyulmuşdur (texniki şəhadətnamələr və ipoteka müqaviləsi əlavə olunur). Avtobus nəqliyyat vasitələrinin qiymətləri həddindən artıq ucuz olaraq qeyd edilmişdir. Nəzərə alaq ki, avtobusun birinin qiyməti 349 000 manatdır. Buna dair qiymətləndirmə şirkətlərinin rəyi olan ipoteka müqaviləsi təqdim olunmuşdur. Məhkəmə tərəfindən iddiaçının tələb irəli sürdüyü avtobus nəqliyyat vasitələrinin girov (ipoteka) qoyulması və real qiymətləri nəzərə alınmamışdır. Real qiyməti 349 000 manat olan avtobusun qiyməti vergi orqanı tərəfindən heç bir araşdırma aparılmadan və mütəxəsiss cəlb edilmədən formal olaraq 10 000 manat müəyyən edilmişdir. Vergi orqanının siyahıya aldığı əmlaklar qeyri-obyektiv və qərəzli şəkildə qiymətləndirilib. Bu isə Şirkətə külli miqdarda zərər vurulması ilə nəticələnəcək və üçüncü şəxslərin hüquqlarını kobud şəkildə pozacaq. İnzibati iş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları (yəni siyahıya alınmış əmlakların dəyərini) nəzərə almamışdır. ...” Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosesssual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 23.1.15-1-ci maddəsinə əsasən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır; 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur; 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir; 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; Həmin Məcələnin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir; Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir; Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər; Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, vergi orqanının məhkəməyə müraciət etməzdən əvvəl, vergi ödəyicisindən yerinə yetirilməmiş vergi öhdəliyinə görə yaranmış vergi borcunu tələb etmək üçün malik olduğu səlahiyyətlərini (hüququnu) və bu səlahiyyətlərin realizə edilməsi mümkün olmadıqda isə sadalanan üsul və vasitələrdən istifadə etməklə, onun əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakını zəruri həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. İş materiallarından da görünür ki, Məcəllənin qeyd olunan tələbləri qaydasında Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə iddiaçı vergi orqanının xx.xx.2023-cü il tarixdə qəbul etdiyi “vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarı əsasında ona məxsus, qeyd olunan fərqləndiricləri olan və ümumilikdə 60000 manat məbləğində aşağıdakı nəqliyyat vasitələri siyahıya alınmışdır: 1 “Otokar Kent LF2MCNG“markalı **-JK-*** dövlət qeydiyyat nişanlı;

2. 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı 99-JL101 dövlət qeydiyyat nişanlı;

3. 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi;

4. 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı 99-JR101 dövlət qeydiyyat nişanlı;

5. 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı **-JS-*** dövlət qeydiyyat nişanlı;

6. 2019-ci il buraxılış olan “X2“markalı **-AA-*** dövlət qeydiyyat nişanlı Daha sonra, vergi orqanı tərəfindən müvafiq protokol tərtib edilmiş, həmin protokolun surəti iddiaçıya təqdim edilmiş və siyahıya alınmış həmin əmlaklar “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında akt tərtib edilib, Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə müəyyən olunan məsuliyyəti barədə ona xəbərdar olunmaqla, vergi ödəyicisinin özünə məsul saxlamaya verilmişdir. İşə əlavə olunmuş birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2023- cü il tarixli məktubla birlikdə təqdim olunan DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasında mövcud məlumatların kompüter çıxarışında siyahıya alınmış həmin nəqliyyat vasitələri cavabdehin adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, iddiaçı vergi orqanı tərəfindən cavabdeh vergi ödəyicisinin mülkiyyətində olan nəqliyyat vasitələri siyahıya alınması proseduru vergi qanunvericiliyinin qeyd olunan tələblərindən irəli gələn vəzifələri çərçivəsində həyata keçirilmiş və həmin nəqliyyat vasitələrinin ticarət şəbəkələrində satılması barədə öhdəliyin icrası haqqında hazırkı iddia qaldrılmışdır. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmə iclaslarının yeri və vaxtı barədə ona bildiriş göndərilsə də, məhkəmə çağırışlarına gəlməmiş, iddia ərizəsi ilə bağlı etiraz və dəlillərini irəli sürməmiş, hazırkı apellyasiya mərhələsində də məhkəmə iclası barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş, apellyasiya şikayətində istinad etdiyi dəlillərini sübutlarla əsaslandırmamış və dövlət büdcəsinə borcunun mövcud olmadığına dair hər hansı mötəbər sənəd-sübut məhkəməyə təqdim etməmişdir. Cavabdehin işə əlavə olunmuş şəxsi hesab vərəqəsindən isə görünən odur ki, onun xx.xx.2023-cü il tarixinə həqiqətən də dövlət büdcəsənə 51996,55 manat məbləğində vergi borcu yaranmışdır. Başqa sözlə, iddianın təmin edilməsini zəruri edən faktiki şərtlər mövcuddur. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinin tələbinə görə vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Eyni zamanda, İPM-in 14.3-cü maddəsinin tələbinə görə ona qarşı irəli sürülən iddia üzrə vergi borcunun mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi məhz, cavabdehin (konkret halda vergi ödəyicisinin) üzərinə düşür. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2724/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2724/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar